Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 134) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti,” sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 yanvar 2010-cu il