Qanunvericilik › “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.01.2011) › Tam mətn

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.01.2011)

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 13.01.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 13 yanvar 2011-ci il

1. Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 mart tarixli 109 nömrəli qərarı.

2. "Tədris müəssisələrinin məzunlarına verilən təhsil sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 136 nömrəli qərarı.

3. "Bakalavr" hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 217 nömrəli qərarı.

4. "Ali təhsilin bakalavr pilləsi üçün təhsil sənədlərinin nümunələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 yanvar tarixli 1 nömrəli qərarı.

5. "Magistr hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 fevral tarixli 15 nömrəli qərarı.

6. "Magistr diplomu və ona əlavənin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddə 52).

7. "Magistr hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 fevral tarixli 15 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 3 mart tarixli 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 304).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver