Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə” 1996-cı il 18 sentyabr tarixli, 126 nömrəli qərarına əlavələr edilməsi haqqında
Azərbaycan Respublİkası NAZİRLӘR KABİNETİNİN Qərarı
Özəlləşdirmə prosesinin gedişinin sürətləndirilməsi məqsədilə və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin start qiymətlərinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə” 1996-cı il 18 sentyabr tarixli, 126 nömrəli qərarına aşağıdakı əlavələr edilsin:
a) birinci bəndə aşağıdakı abzaslar:
“Müəyyən edilsin ki, özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər onların tikintisinə sərf olunmuş istifadəyə yararlı tikinti materialları, konstruksiyaları və məmulatlarının inventarlaşdırılıb mövcud bazar qiymətləri ilə qiymətləndirilərək bu qiymətə yuxarıda təsdiq edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilmiş qiymətə satılır.
Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik göstəriciləri” təsdiq edilsin (əlavə olunur)”.
v) qərara əlavənin birinci bəndindəki “Tikintinin sahəsi (hektarla) üzrə əmsal (Sə): “sözlərindən sonra” (ancaq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin ərazisində yerləşən obyektlərə tətbiq edilir)” – sözləri”
q) qərarın üçüncü bəndi dördüncü bənd hesab edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə tikintisi başlanmamış obyektlərin layihə-smeta sənədlərinə və satışı mümkün olmayan, tikintisi başa çatdırılmamış obyektlərə sərf olunan məsrəflərin silinməsi, habelə satışı mümkün olmayan, tikintisi başa çatdırılmamış obyektlərin müəyyən edilməsi göstəriciləri haqqında qaydaları bir ay müddətində hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 noyabr 1997-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 3 noyabr tarixli 124 nömrəli qərarına əlavə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 18 sentyabr tarixli 126 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış obyektlərin perspektivsizlik
1. Aşağıdakı göstəricilərin ən azı 3 (üçü) eyni zamanda olduğu halda tikintisi başa çatdırılmamış obyektlər perspektivsiz hesab edilir:
a) Yaşayış binaları, sosial-mədəni, məişət və ictimai-iaşə obyektləri üzrə:
tikinti hazırlığı 15 (on beş) faizdən az olduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rəyinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);
inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;
konservasiya üzrə işlər həyata keçirilmədikdə;
layihə həlli müasir tələblərə uyğun gəlmədikdə.
b) İstehsalat obyektləri üzrə:
fəaliyyətdə olan müəssisələrin ərazisində yerləşdikdə;
tikinti hazırlığı 15 (on beş) faizdən az olduqda (müstəsna hallarda obyektin texniki vəziyyəti haqqında müstəqil ekspert rəyinə əsasən 30 (otuz) faizə qədər götürülə bilər);
inşasına başlanma müddəti 10 (on) ildən artıq olduqda;
konservasiya üzrə işlər həyata keçirilmədikdə;
layihə həlli müasir tələblərə uyğun gəlmədikdə.
İşlər müdiri A. Hacıyev
1. 1 aprel 2008-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 304)