AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDƏ ALINMIŞDIR.
Nazir əvəzi: _______ S.C.Həsənova
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ yanında
DÖVLƏT SIĞORTA NƏZARƏTİNİN
"15" avqust 1996-cı il tarixli
453 saylı Əmri ilə təsdiq edilmişdir.
1. Bu təlimat "Sığorta haqqında", və "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanunları və digər Qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin icbari sığortası üzrə münasibətləri tənzimləyir, sığorta müqaviləsinin bağlanması, sığorta haqqlarının alınması və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir.
2. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin ödənilməsi məqsədilə aparılır.
3. Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması məcburidir.
4. Mülkiyyət və təşkilati-hüquq formasından asılı olmayaraq nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müəyyən edilmiş qaydada bu növ üzrə lisenziya almış Azərbaycan Respublikasının sığortaçıları tərəfindən aparılır.
5. Nəqliyyat vasitələri sahibləri mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsi bağlayarkən sığortaçını seçməkdə sərbəstdirlər (6 saylı əlavə).
6. Mülki məsuliyyəti sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri sığorta olunan sayılırlar.
Mülkiyyətində nəqliyyat vasitəsi olan və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.
7. Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştirak edən və mühərrikinin silindrinin həcmi 50 kub.sm.-dən artıq olan bütün nəqliyyat vasitəsi (minik və yük avtomobilləri, mikroavtobuslar, avtobuslar, trolleybuslar və tramvaylar, motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları və s.) sahiblərinin mülki məsuliyyəti icbəri sığortaya cəlb edilir.
8. Yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, onların hüquqi varisləri, habelə yol-hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsi toqquşması nəticəsində zərər çəkənlərin hər biri digəri qarşısında üçüncü şəxs sayılır. Bununla belə aşağıdakılar üçüncü şəxs hesab olunmurlar:
- zərər vuran nəqliyyat vasitəsinin sahibləri və ya sürücüləri;
- ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər vuran nəqliyyat vasitəsi sahiblərinin yaxud sürücülərinin ailə üzvləri;
zərər vuran nəqliyyat vasitəsi sahiblərinin xidməti vəzifəsini yerinə yetirən işçisi.
9. Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır.
Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyatlar yaxud hərbi təlimlər, oğurlanma, idarə, müəssisə və təşkilatların daxili ərazisində onlara məxsus nəqliyyat vasitələrinin hərəkəti, yüklənmə və boşaltma, habelə yol-nəqliyyat hadisələri ilə bağlı olmayan digər hallar nəticəsində nəqliyyat vasitələrinə vurulan zərər sığorta hadisələrinə aid edilmir.
10. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi Azərbaycan Respublikası ərazisində qüvvədədir.
11. Azərbaycan Respublikasının hüdudlarından kənarda yol-nəqliyyat hadisələri baş verdikdə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi yerli sığortaçının müvafiq xarici ölkənin sığortaçısı ilə bağladığı müqavilə yaxud Azərbaycan Respublikasının beynəlxalq sazişləri əsasında tənzimlənir.
Göstərilən müqavilə və sazişlərə uyğun olaraq xarici ölkələrin nəqliyyat vasitəsi sahiblərinin sığorta şəhadətnamələri qarşılıqlı surətdə sayıla bilər.
12. Yol hərəkətində iştirak edən və mülki məsuliyyətini icbari qaydada sığorta etdirməyən nəqliyyat vasitəsi sahibləri "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Qanununun 22-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada cərimə ödəyirlər.
13. Sığorta müqaviləsi mülkiyyətində nəqliyyat vasitəsi olan və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslərlə onların şifahi yaxud yazılı ərizələri əsasında bağlanılır.
Bu məqsədlə ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
a) Nəqliyyat vasitəsinin texniki pasportu;
b) Nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd.
14. Sığortanın obyekti-mülkiyyətində mühərrikli nəqliyyat vasitəsi olan və Azərbaycan Respublikası ərazisində yol-nəqliyyat hərəkətində iştirak edən bütün fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətidir.
15. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.
Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan xarici ölkələrin nəqliyyat vasitəsi sahibləri ilə sığorta müqaviləsi 1 aydan 11 ay müddətədək bağlanıla bilər.
16. Azərbaycan Respublikasında qeydə alınmayan və yol hərəkətində iştirak edən xarici ölkələrin nəqliyyat vasitələrinin sahibləri respublikanın ərazisinə daxil olarkən etibarlı sayılan sığorta şəhadətnaməsini təqdim etmədikdə Dövlət Gömrük Komitəsində sığorta olunmalıdır.
Dövlət Gömrük Komitəsinin yerli orqanlarında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti üzrə sığorta nümayəndəsi tərəfindən bağlanılır və onlara şəhadətnamə təqdim edilir.
17. Nəqliyyat vasitəsi satın alındığı gündən onun sahiblərinin mülki məsuliyyəti sığortalanmış hesab olunur və sığorta olunanlar 15 gün müddətində sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəməlidirlər.
Mülki məsuliyyətinin sığorta müqaviləsi olan nəqliyyat vasitəsi sahibləri dəyişildiyi hallarda, onların yeni sahibləri 15 gün müddətində sığorta müqaviləsini və şəhadətnaməsini öz adlarına rəsmiləşdirməlidirlər. Bu halda sığorta haqqının ödənilməsi tələb olunmur və əvvəlki müqavilənin bütün şərtləri öz qüvvəsində qalır.
18. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hesablanmış illik sığorta haqları, sığorta ödənişlərinin məbləğləri nəqliyyat vasitəsinin və zərərin növündən asılı olaraq "Azərbaycan RespubLikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Qanuna əlavə ilə müəyyən edilmiş məbləğ miqdarında ödənilir:
Sığorta ödənişlərinin məbləğləri Sığorta haqları
Səhhətə vurulan zərərə Əmlaka vurulan (illik)
və ölümə görə zərərə görə
1. Minik avtomobilləri və Mikroavtobuslar 5000
2. Yük avtomobilləri 5000
3. Avtobus, tramvay və trolleybuslar 5000
4. Motoroller və motosikletlər 5000
5. Traktorlar və yol-tikinti maşınları 5000
19. Xarici vətəndaşlarla bağlanın müqavilələrdə bir ildən az olan müddətə bağlınılmış sığorta müqavilələri üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında ödənilir:
1 ay üçün - 25 %; 2 ay üçün - 35 %; 3 ay üçün - 40%; 4 ay üçün - 50 %; 5 ay üçün -60 %; 6 ay üçün - 70 %; 7 ay üçün - 75 %; 8 ay üçün - 80%; 9 ay üçün - 85 %; 10 ay üçün - 90 %; 11 ay üçün - 95 %.
20. Sığorta müqaviləsi üzrə tam olmayan ay üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilməlidir.
21. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- müqavilənin qüvvədə olduğu müddət qurtardıqda;
- sığorta olunan sığorta haqqını müqavilədə müəyyən edilən müddətdə ödəmədikdə;
- məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar qəbul etdikdə.
22. Sığorta haqqı sığorta olunan tərəfindən nəqd pulla yaxud nəqdsiz hesablaşma yolu ilə ödənilir.
23. Sığorta müqaviləsi üzrə sığorta haqqı nəqd pulla ödənildikdə sığortaçının nümayəndəsi ödəyir, bu halda sığortaçı sığorta olunana rəsmi sənəd verir. Sığorta haqqı nəqdsiz hesablaşma yolu ilə ödənildikdə isə müqavilə bağlayan sığortaçının bankdakı hesablaşma hesabına köçürülür.
24. Sığorta haqqı sığorta olunan tərəfindən manatla ödənilir.
25. Sığorta haqqı sığortaçının nümayəndəsinə nəğd qaydada ödənildikdə (mədaxil qəbzi-forma 7S) və ya sığorta haqqı köçürmə yolu ilə ödənildikdə (bank tapşırığı) sığorta olunan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin müəyyən etdiyi mətbəədə sığortaçının sifarişi ilə nəşr olunmuş xüsusi müdafiə nişanları ilə qorunan şəhadətnamə verilir.
Sığorta şəhadətnaməsi 15 x 20,6 sm ölçüdə olmaqla içərisində qar dənəciyi formasında su nişanları olan xüsusi ağ kağız vərəqdə çap edilir. Blankın yuxarı mərkəz hissəsində Azərbaycan Respublikası gerbinin təsviri verilir. Şəhadətnamənin ətrafı bir-birinə birləşən səkkiz bucaqlı fiqurlardan ibarət göy rəngli qabarıq naxışlarla haşiyələnmişdir. Şəhadətnamənin aşağı saq güncündə göy rəngli qabarıq avtomaşın şəkli həkk olunur, kağızın içərisində həkk olunan su nişanları işığa tutulduqda görünəndir.
26. Sığorta olunan hüquqi şəxs olduqda onunla bir neçə nəqliyyat vasitəsi üçün vahid sığorta müqaviləsi bağlanıla bilər. Belə müqavilələr üzrə hər bir nəqliyyat vasitəsinə sığorta şəhadətnaməsi verilir.
Hüquqi şəxslər mülkiyyətində olan və yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin növü, markası və sürücüləri barədə sığortaçıya müəyyən edilmiş forma üzrə məlumat verməlidir. (2 saylı əlavə).
27. Sığorta haqqı bir dəfəlik və ya iki müddətə ödənilə bilər. Bu halda sığorta haqqının 50%-i müqavilə bağlanarkən, 50 %-i isə müqavilə qüvvəyə minəndən sonra 2 aydan gec olmayaraq ödənilməlilir.
28. Sığorta haqqının ikinci hissəsinin ödənilməsi barədə sığorta olunana müvafiq forma üzrə qəbz verilir (8 saylı əlavə).
29. Sığorta haqqının ikinci hissəsi müəyyən olunmuş müddətə (səbəbindən asılı olmayaraq) ödənilmədikdə müqavilə, müqavilə şərtlərinə uyğun olaraq etibarsız sayılır.
30. Sığorta haqqı nəqd pulla ödənildikdə müqavilə sığorta haqqının ödənildiyi gündən saat 24 -da başlanır, nəqdsiz hesablaşma yolu ilə ödənildikdə isə sığorta olunan sığorta haqqının ödənilməsi haqqında sənədi sığortaçıya təqdim etdiyi gün saat 24 -dan qüvvəyə minir.
Sığorta müqaviləsi bir il müddətinə (yaxud bir neçə ay üçün) bağlandıqda müqavilənin müddəti növbəti ilin (müvafiq axırıncı ayın) müvafiq günündə saat 00-da qurtarmış hesab olunur.
31. Sığorta olunan nəqliyyat vasitəsini bir il müddətində qəzasız idarə etdikdə yeni müddət üçün müqavilə bağlayarkən sığorta haqqından 10%, iki və daha artıq il üçün isə 20% miqdarında güzəşt verilir.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir hadisə baş verdikdə yeni müddət üçün müqavilə bağlanarkən sığorta haqqı 10 %, iki və daha artıq hadisə baş verdikdə isə - 20% miqdarında artırılır.
Yeni dövr üçün müqavilə bağlandıqda sığorta olunan əvvəlki sığorta şəhadətnaməsini təqdim etməlidir.
32. Sosial təminat orqanlarından nəqliyyat vasitələri almış vətəndaşlar sığorta haqqını 50% miqdarında ödəyirlər.
33. İcbari sığortanın bir növü üzrə təşkilatı - hüquqi və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar tərəfindən ödənilən sığorta haqqları onların istehsalat xərclərinə aid edilir.
34. Sığorta haqlarından güzəşt verilməsi yaxud əlavə sığorta haqqı alınması barədə sığorta şəhadətnaməsində sığortaçı tərəfindən qeydiyyat aparılır və təsdiq edilir.
35. Sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı düzəlişlərə və qaralama hallarına yol verilmir.
36. Sığorta şəhadətnaməsi itirildiyi halda, sığorta olunanın yazılı ərizəsinə əsasən ona sığorta şəhadətnaməsinin dublikatı verilir,
37. Yol-nəqliyyat hadisəsi baş verdikdə onun iştirakçıları (bu mümkün olmadıqda, polis əməkdaşları) təcili olaraq müvafiq sığortaçıya məlumat verməlidirlər.
Bu halda məlumata aşağıdakı sənədlər əlavə edilməlidir:
a) səhhətə vurulan zərərlə əlaqədar -
1. Dövlət Yol Polisinin aktı, DYP-nin arayışı (4 saylı əlavə);
2. Zərər çəkmiş şəxsin xəsarət dərəcəsi haqqında həkim rəyi;
3. Ölüm hallarında ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti və vərəsəlik hüququnu təsdiq edən sənəd;
4. Zərər çəkmiş şəxsin hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilmiş xərclər barədə üçüncü şəxsin və ya onun hüquqi varisinin ərizəsi.
38. Zərər vuran nəqliyyat vasitəsi sahibləri hadisə barəsində sığortaçılarına dərhal xəbər verə bilmədikdə hadisənin iştirakçıları yaxınlıqdakı Dövlət sığorta orqanına xəbər verməlidirlər. Bu halda Dövlət Sığorta Kommersiya Şirkəti müvafiq sığortaçıya hadisə haqqında təcili məlumat verir və zərərçəkənə həmin sığortaçının adını və ünvanını bildirir.
39. Sığortaçı sığorta hadisəsi haqqında məlumat aldıqdan sonra zədələnmiş əmlaka baxmaq üçün bir sutka ərzində öz nümayəndəsini göndərməlidir,
Səhhətə dəymiş zərərə görə və əmlaka baxış keçirilərkən onların zədələnməsinə (məhv olmasına) dair müvafiq formada akt tərtib etməlidir. (5 saylı əlavə).
40. Akt sığortaçının nümayəndəsinin, yol-nəqliyyat hadisəsində iştirak edənlərin iştirakı ilə bir nüsxədən ibarət tərtib edilir, onun tərtibində iştirak edən bütün şəxslər tərəfindən imzalanır və sığorta şirkətinə təqdim edilir. Aktın düzgünlüyünə tərtib edən cavabdehdir.
41. Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələri sahibləri yaxud sürücüləri üçüncü şəxsin əmlakına və ya səhhətinə vurduğu zərərin miqdarı səlahiyyətli orqanlardan alınan sənədlər nəzərə alınmaqla əmlaka və ya səhhətə vurulan zərər haqqında tərtib edilmiş aktda göstərilən məlumatlar əsasında müəyyən edilir.
42. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri zamanı vurduğu zərər üçüncü şəxsin (zərər çəkənin) əmək qabiliyyətinin qismən və ya tam itirilməsi, əlil olması və ya ölümü, əmlakın məhv olması yaxud zədələnməsi kimi başa düşülməlidir.
43. Səhhətə vurulan zərərin miqdarı müəyyən edilərkən üçüncü şəxsin əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi (əlil olması), ölümü habelə zərər çəkənin hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilən xərclər nəzərə alınır,
44. Əmlaka vurulan zərərin miqdarı müəyyən edildikdə isə üçüncü şəxsin nəqliyyat vasitəsinin zədələnməsi yaxud məhv olması, yolun və ya yol qurğularının zədələnməsi, fiziki və hüquqi şəxslərə məxsus olan sərvətlərin, əşyaların, əmlakın zədələnməsi və ya məhv olması Dövlət Yol Polisi, sığorta ekspertləri və digər əlaqədar səlahiyyətli orqanlar tərəfindən təsdiq edilməlidir.
45. Nəqliyyat vasitəsinin məhv olması nəticəsində vurulan zərərin miqdarı müəyyən edilərkən nəqliyyat vasitəsinin həqiqi dəyəri və onun hadisə yerindən aparılması xərcləri əsas götürülür.
46. Nəqliyyat vasitəsini təmir yolu ilə bərpa etmək mümkün olmadıqda məhv olmuş sayılır.
47. Nəqliyyat vasitəsinin dəyəri onun zədələnmiş və ya məhv olmuş hissələrinin dəyəri və təmir xərcləri ekspert (mütəxəssislər) tərəfindən hadisənin baş verdiyi günə bazar qiymətləri ilə müəyyən edilir.
48. İki və ya daha artıq şəxsin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir.
49. Əmlakın zədələnməsi yaxud məhv olması ilə bağlı zərər - hadisəyə məruz qalmış əmlakın dəyəri yaxud onun bərpa olunması üçün birbaşa çəkilən xərclər (o cümlədən əmlakın hadisə yerindən aparılması üçün çəkilən xərclərdən), habelə zərər çəkənin xilas edilməsi ilə əlaqədar xərclərdən ibarətdir.
50. Sığorta hadisəsi ilə əlaqədar həlak olan və ya səhhətinə vurulan zərərə görə hər bir nəfərə sığorta ödənişi "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Qanunun 17 maddəsinin 3-cü bəndi ilə müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı faiz miqdarında müəyyən edilir.
- ölüm hallarında 100%
- I qrup əlil olduqda 80%
- II qrup əlil olduqda 60%
- III qrup əlil olduqda 40%
- ağır xəsarət aldıqda 30%
- yüngül xəsarət aldıqda 20%
51. Sığorta və daşınma müqaviləsi üzrə tərəf hesab olunmayan: yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, habelə onların hüquqi vərəsələri üçüncü şəxs olmaqla sığorta hadisəsi nəticəsində vurulan zərər məbləğinin ödənilməsini yuxarıda qeyd olunan Qanunla müəyyən edilmiş sığorta məbləği dairəsində sığorta müqaviləsi bağlamış sığortaçıdan, zərərin qalan məbləğini isə nəqliyyat vasitəsi sahibindən tələb etmək hüququna malikdir.
52. Sığorta ödənişi məbləği müvafiq səlahiyyətli orqanlarından alınmış sənədlər nəzərə alınmaqla əmlaka və ya səhhətə vurulmuş zərər haqqında tərtib edilmiş akta əsasən Qanunda nəzərdə tutulmuş məbləğdə sığortaçı tərəfindən müəyyən edilir.
53. Sığorta ödənişi məbləği səhhətə və əmlaka vurulan faktiki zərər miqdarında, lakin icbari və könüllü sığorta müqaviləsi üzrə şərtləşdirilmiş məbləğlərdən yuxarı olmamaqla verilir. Sığorta ödənişi verildikdən sonra, sığorta müqaviləsi qüvvədədirsə əlavə sığorta müqaviləsi bağlanması tələb olunmur.
54. Sığorta ödənişinin verilməsi yaxud rədd edilməsi haqqında qərar sığortaçı tərəfindən qəbul edilir və sığorta etdirənə məlumat verir.
55. Sığorta ödənişi, müvafiq sənədlər alındıqdan sonra 7 gün müddətində verilir. Sığorta ödənişi üzürsüz səbəblərə görə gecikdirildikdə sığortaçı "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən sığorta olunana ilk 5 gün üçün sığorta ödənişi məbləğinin 0.2%-i miqdarında, sonrakı günlər üçün isə 1.0%-i miqdarında cərimə ödəyir.
56. Sığorta ödənişi fiziki və hüquqi şəxslərə nəqd və köçürmə yolu ilə ödənilir.
57. Şəxsi sığortanın növləri üzrə ödənilən məbləğlərdən asılı olmayaraq sığortaçı səhhətə dəymiş zərər üzrə müəyyən edilmiş sığorta məbləği miqdarında hər hadisə üçün faktiki zərəri ödəyir.
Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir sığortaçı tərəfindən ödənilmir.
58. Zərərin faktiki məbləği ödəniş məbləğindən artıq olduqda fərq yol-nəqliyyat hadisələri iştirakçılarının təqsiri dərəcəsindən asılı olaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir. Sığorta ödənişinin verilməsinə baxmayaraq üçüncü şəxs nəqliyyat vasitəsi sahibinə qarşı fərq məbləği miqdarında iddia qaldıra bilər.
59. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə vurulan zərər məbləğ nəqliyyat vasitəsi sahibi tərəfindən ödənildikdə sığortaçı həmin məbləği nəqliyyat vasitəsinin sahibinə (Qanunla müəyyən edilmiş sığorta məbləğləri dairəsində) ödəməyə borcludur.
Zərər çəkmiş üçüncü şəxsin və ya onun hüquqi varisinin vurulmuş zərərə görə nəqliyyat vasitəsi sahibindən ödəniş məbləği alması barədə ərizəsi alınaraq sənədlərə əlavə olunmalıdır.
60. Sığorta ödənişinin verilməsi haqqında ərizə və qərarların uçotu sığortaçılar tərəfindən aparılır.
61. Müqavilələr üzrə təkrar sığortaya verilmiş sığorta məbləğləri miqdarında, sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğləri təkrar sığortaçı tərəfindən ödənilir.
62. Üçüncü şəxs vurulan zərər məbləğini nəqliyyat vasitəsinin sahibindən, yaxud onun sığortaçısından tələb edə bilər. Onlardan biri zərər məbləğini tam ödədikdə üçüncü şəxsin iddiası təmin olunmuş sayılır.
63. Nəqliyyat vasitəsi sahibinin düşünülmüş cinayət hərəkəti yaxud sığorta müqaviləsinin şərtlərini pozması nəticəsində üçüncü şəxsin əmlakına və ya səhhətinə vurulmuş zərər məbləği sığortaçı tərəfindən ödənildiyi halda, verilmiş sığorta ödənişi məbləği həmin nəqliyyat vasitəsinin sahibindən iddia (reqres) qaydasında alınır.
64. Aşağıdakı hallarda sığorta olunanlara sığorta ödənişi verilmir:
- sığorta olunan "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Qanununa uyğun olaraq sığorta haqqını ödəmədikdə;
- sığorta özünün qəsdən hərəkəti və ya cinayət nəticəsində hərəkəti ilə üçüncü şəxsin səhhətinə və ya əmlakına zərər vurduqda;
- nəqliyyat vasitəsi-sürücülük hüququ olmayan şəxsə verildikdə;
Sığorta olunan sığorta müqaviləsinin şərtlərini pozduqda:
- sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikdə;
- yol-nəqliyyat hadisəsi yerindən sürücü qaçıb getdikdə;
- nəqliyyat vasitəsindən öz təyinatı üzrə istifadə edilmədikdə.
65. Sığortası aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və ya səhhətinə vurulan zərəri ödəməkdən imtina edir:
- üçüncü şəxs özünün düşünülmüş qəsd hərəkəti nəticəsində zərər çəkdikdə;
- üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda;
- üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol-təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə yaxud onları yolda nəzarətsiz qoyduqda;
- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə. Sığorta ödənişindən imtina edilən hallarda sığortaçı üçüncü şəxsə imtinanın səbəblərini göstərilməklə rəsmi məlumat verməlidir.
66. Sığorta müqavilələri üzrə yüksək risqlər Azərdövlətsığorta - nəzarətinin müvafiq normativ aktları ilə tənzimlənir.
67. Öz maliyyə imkanlarını nəzərə almaqla maliyyə sabitliyini təmin etmək məqsədi ilə sığortaçılar nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə risqləri və sığorta haqqını təkrar sığorta yolu ilə bölüşdürməlidirlər.
68. Sığortaçılar təkrar sığortaya verədəkləri risqləri 50%-dən az olmayarq Azərbaycan Respublikasının sığortaçılarında, o cümlədən 25%-dən az olmamaqla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalamalıdırlar.
69. Müqavilələr üzrə sığortaçılar tərəfindən toplanılan (daxil olan) sığorta haqları aşağıdakı qaydada bölüşdürülür:
- sığorta ödənişi fonduna - 70%
- ehtiyat fonduna - 10%
- işin aparılması xərclərinə - 10%
- yol nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinin
maliyyələşdirilməsinə - 5%
- mərkəzi sığorta ehtiyatına - 5%
70. Sığorta ödənişi fondundan yalnız yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin səhhətinə və ya əmlakına vurulan zərər məbləğləri ödənilir.
Fonda daxil olan sığorta haqlarının məbləği ilə həmin fonddan faktiki ödənilən sığorta ödənişi məbləği arasında fərq məbləğindən (mənfəətdən) vergi hesablanır (hesabat ilinin sonunda).
71. Sığorta ödənişi fondu üzrə zərər məbləği ödənilərkən vəsait çatışmadıqda ehtiyat fonduna ayrılan məbləğdən istifadə oluna bilər.
72. İşlərin aparılması xərcləri üzrə ayrılmış vəsait müqavilə bağlayan sığorta agentlərinin əməyinin ödənilməsinə, işlərin aparılması xərcləri və sığortaçıların idarə aparatının saxlanmasına yönəldilir.
73. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinin maliyyələşdirilməsi üzrə ayrılmış 5 faiz sığortaçılar müəyyən edilmiş qaydada Dövlət Yol Polisinin müvafiq hesabına köçürülməlidir.
74. Mərkəzi sığorta ehtiyatına ayrılmış vəsait (daxil olmuş sığorta haqqı məbləğinin 5%-i) hər rüb növbəti ayın 20-nə qədər sığortaçılar tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq hesabına köçürülür.
Həmin ehtiyata ayrılmış vəsaitdən naməlum və ya sahibinin mülki sığortalanmış sığorta ödənişi üzrə ekspertiza xərclərinin ödənilməsinə yönəldilir.
75. Yol hərəkətində iştirak edən, lakin icbari sığorta üzrə müqavilə bağlamayan nəqliyyat vasitəsi sahibləri "İnzibati hüquqpozmalar haqqında" Azərbaycan Respublikasının Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada cərimə ödəyirlər.
76. Cərimə məbləğləri müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində yaradılmış mərkəzi sığorta ehtiyatına köçürülür.
77. Dövlət Sığorta Kommersiya Şirkəti hər rüb növbəti ayın 15-nə qədər daxil olmuş cərimə məbləğinin 15%-i Dövlət Yol Polisinin idarə yaxud şöbəsinin hesabına köçürülməsini təmin edir.
78 Dövlət Yol Polisinin Yol hərəkətini nizamlayan işçiləri nəqliyyat vasitəsi sürücülərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sürücüdə sığorta şəhadətnaməsinin olmasına nəzarət edirlər
79. Səhhətə və ya əmlaka vurulan zərərin miqdarının və sığorta ödənişi məbləğinin müəyyən ediləsi və ödənilməsi ilə əlaqədar olan mübahisələrə Azərbaycan Respublikasının xalq və ya iqtisad məhkəməsində baxılır.
80. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində müəyyən edilmiş qaydalar "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydalardan fərqləndiyi hallarda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
81. Azərbaycan Dövlət Sığorta nəzarətindən xüsusi icazə (lisenziya) almış sığortaçılar bağladıqları sığorta müqavilələri üzrə sığorta haqlarının düzgün alınması və kredit təşkilatlarına vaxtında təhvil verilməsi, sığorta hadisəsi baş verdikdə isə sığorta ödənişinin vaxtında və düzgün hesab-edilib üçüncü şəxsə (zərər çəkənə) ödənilməsi üçün tam məsuliyyət daşıyırlar.
82. Bu təlimat "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə müvafiq dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında
Dövlət Sığorta Nəzarətinin
17.09.1996-cı il tarixli
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
_______________________________________________________________________________
Sığortaya cəlb olunan nəqliyyat vasitələri haqqında texniki məlumatları Sizə təqdim etməklə xahiş edirik ki, nəqliyyat vasitələri sürücülərinin mülki məsuliyyətini icbari qaydada sığortalamaqla onların adına sığorta şəhadətnaməsi verəsiniz.
______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
__________________________________________________________________________________
Cəmi:______________________________
(rəqəm və sözlə yazmalı)
Siyahının tərtib edildiyi tarix "_ "______________ 1996-cı il.
Qeyd: Siyahı iki nüsxədən ibarət tərtib edilməklə yoxlandıqdan sonra ikinci nüsxəsi idarə, müəssisə və təşkilata hüquqi şəxsə qaytarılır.
Sığorta haqqı təxirə salınmadan həmin gün sığortaçının bankdakı hesabına ödənilir yaxud köçürülür.
Sığorta olunan_____________ Sığortaçı:___________
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında
DAXİLİ İŞƏLƏR ORQANININ Dövlət sığorta Nəzarətinin ŞTAMPI 17.09.1996-cı il tarixli
06/1 N -li təlimatına
Sığortaçının______________
“______“____________199________ il tarixli
__________N -li sorğuya
(Daxili işlər orqanının, DYP-nin istintaq və s. adı) bildirir ki, "__________"_____ 199_______il tarixdə saat___________dəqiqədə
_________________________________________________________________yol nəqliyyat hadisəsi baş
(yol nəqliyyat hadisəsinin baş verdiyi yer)
vermişdir____________________________________________________________________________
_____________________________________________________________________________________
______________________________ markası ______________________________________________
(nəqliyyat vasitəsinin növü) Dövlət nömrə nişanı__________________________________________________________________
_________________________________________________________________________ məxsusdur.
(təşkilat, idarə və müəssisənin adı və ünvanı)
___________________________________________________________________________________
(sürücünün familiyası, adı və atasının adı, yaşadığı ünvan və iş yeri) ___________________ idarə etmişdir.
_____________________________________________________olmuşdur.
(ayıq vəziyyətdə, sərxoş vəziyyətdə)
həmin kateqoriyada sürücülük vəsiqəsi_________________
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında
Mülki məsuliyyətin icbari sığortası üzrə Dövlət sığorta Nəzarətinin səhhətə və əmlakı dəyən zərər haqqında 17.09.1996-cı il tarixli
06/1 N -li təlimatına
“____” 199________________il tarixli____ _____N-li polis ilə sığortalanan
________________________________________________________________”____”___________________
199__il tarixdə saat_________________________________________________________________
________________________________________________________________________nəticəsində
______________________________________________________________________aşağıda göstərilən
(zərər çəkənin adı, familiyası və atasının adı)
Səhhətə və əşyalara yaxud digər əmlaka dəyən zərər.
___________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Sığortaçının nümayəndəsi__________________ imza
İcbari sığorta üzrə ödəniş məbləği:
Səhhətə dəyən zərər___________________ manat
Əmlaka dəyən zərər ________________ manat
Ödənişin ümumi məbləği___________ manat______________ qəp.
_______________________________manat_________________________________qəp.
Haqq-hesabı tərtib etdi
sığortaçının nümayəndəsi_____________________________________________ ________________
(vəzifəsi, famil., adı və atasının adı) (imza) “_____”_____________199____ il.
Sığortaçının arayışı.
1. Sığortaçının qərarı:
Verilməlidir____________________________________________manat_________________________qəp.
Ödənişin verilməsi rədd edilmişdir.____________________________
(səbəbini göstərməli)
_________________Direktoru._____________
(sığortaçının adı) (imza)
2. Ödəniş haqqında məlumat.
_________________ manat ____________ qəp. məbləğində sığorta
"____"199________ __ il tarixdə əmanətə köçürmə, əmanət kassasına
(dövlət bankına) çeklə nəğdi, poçt ilə barat etmə, (lazım olanın altından xətt çəkməli) yolu ilə____N -li sənədlə verilmişdir.
Memorial orderin N-ci_______sığorta şəhadətnaməsinin surəti (tədiyyənin daxil olması qeydiyyatı ilə) akta əlavə olunur.
Sığortaçının Baş mühasibi______________ ___________________________
(imza) (familiyası və adı)
Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında
Dövlət Sığorta Nəzarətinin
17.06.96-cı il 06/1 N- li
_________________________________________________________________________________
sonradan "Sığortaçı" adlanan
_____________________________________________________________________________________
şəxsində Azərbaycan Respublikasında nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Azərbaycan Respublikasının qanununa əsasən__________________________________________________________
___________________________________________________________________________________________
___________________________________________________________________________________________
sonradan "sığorta etdirən" adlanan
_________________________________________________________________________________
şəxsində bu müqaviləni bağladıq:
1.1. Sığortaçı-texniki baxışdan keçmiş, yol nəqliyyatında iştirak edən bütün nəqliyyat növləri üçün qanunla müəyyən edilmiş tariflə sığorta haqqı hesablayır.
1.2. Sığorta haqqı ödənildikdə sığorta olunanın sığorta şəhadətnaməsini təqdim edir.
1.3. Sığortaçı bu müqavilə üzrə qanuna əsasən sığorta şəhadətnaməsində nəzərdə tutulmuş sığorta ödənişi məbləğində üçüncü şəxsə dəyən zərərin ödənilməsini təmin edir.
2.1. Sığorta etdirən öhdəsində olan bütün növ nəqliyyat vasitəsi haqqında sığortaçıya məlumat verir.
2.2. Hesablanmış sığorta haqqının ödənilməsini təmin edir.
2.3. Baş vermiş sığorta hadisəsi haqqında sığortaçı 24 saat ərzində məlumat verir.
3.1. Sığorta olunanlara sığorta ödənişi aşağıdakı hallarda verilmir:
-sığorta olunan qəsd hərəkəti nəticəsində üçüncü şəxsin səhhətinə və ya əmlakına zərər vurduqda;
-nəqliyyat vasitəsi - sürücülük hüququ olmayan şəxsə verildikdə;
-sürücü sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikdə;
-yol hadisəsi yerindən sürücü qaçıb getdikdə;
-nəqliyyat vasitələrindən öz təyinatı üzrə istifadə edilmədikdə.
3.2. Sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və ya səhhətinə vurulan zərəri ödəmədən imtina edir:
- üçüncü şəxs özünün düşünülmüş qəsd hərəkəti nəticəsində zərər çəkdikdə;
- üçüncü şəxs yol-hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda;
- üçüncü şəxs yol hərəkəti qaydalarını pozduqda, yol-təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə yaxud, onları nəzarətsiz qoyduqda;
- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etdikdə.
4. Müqavilə _______________________müddətə " "_____ 199____ildən
(yazı ilə göstərməklə)
"_______ "_____ 199 ilədək bağlanılır.
Bu müqavilə tərəflər üçün bir nüsxə təqdim olunmaqla iki nüsxədən ibarət tərtib olunur.
Sığortaçı: Sığorta etdirən:
Hüquqi ünvanı, və bank Hüquqi ünvanı, və bank
rekvizitləri rekvizitləri
____________________ _______________________
____________________ _______________________
____________________ _______________________
1. 15 fevral 2000-ci il tarixli A-14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 02)