“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1021-IIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 9, maddə 539) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 10-cu bəndinə aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
”dövlət rüsumunun ödənilməsi barədə sənəd”.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2006-cı il