Qanunvericilik › Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a əlavələrin edilməsi haqqında (Prezidentin fərmanı, 21.12.2001) › Tam mətn

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a əlavələrin edilməsi haqqında (Prezidentin fərmanı, 21.12.2001)

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a əlavələrin edilməsi haqqında (Prezidentin fərmanı, 21.12.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a əlavələrin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadəsi hesabına iqtisadiyyatın real sektorunun, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafının milli bank sistemi vasitəsi ilə dəstəklənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a aşağıdakı əlavələr edilsin:

Qaydaların 2.1.1.-ci və 2.1.2.-ci yarımbəndlərindəki "Neft Fondunun" sözlərindən sonra "hesablaşma" sözü əlavə edilsin;

Qaydaların 2.1.3.-ci yarımbəndindəki "maliyyə təsisatları" sözlərindən sonra "daxili maliyyə bazarında isə, Neft Fondunun investisiya portfelinin 5%-indən artıq olmayan həcmdə vəsaitinin yerləşdirilməsi şərti ilə, nizamnamə kapitalının və aktivlərinin həcminə görə ən iri və kredit reytinqinə görə ən etibarlı kommersiya bankları" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver