Qanunvericilik › Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında (Prezidentin fərmanı, 15.03.2010) › Tam mətn

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında (Prezidentin fərmanı, 15.03.2010)

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında (Prezidentin fərmanı, 15.03.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli, 887-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli, 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 592, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 719; 2009-cu il, № 5, maddə 322; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli, 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5.3.11-1-ci bənd əlavə edilsin:

“5.3.11-1. daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir;”.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver