Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında hərbi məzmunlu məlumatların kütləvi informasiya vasitələrində verilməsi qaydalarının tənzimlənməsi haqqında» 1993-cü il 21 yanvar tarixli 409 nömrəli Fərmanının qüvvəsini itirmiş hesab edilməsi barədə
Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
«Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi məqsədi ilə qərara alıram:
«Azərbaycan Respublikasında hərbi məzmunlu məlumatların kütləvi informasiya vasitələrində verilməsi qaydalarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 21 yanvar tarixli 409 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr 1997-ci il