Qanunvericilik › Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.07.2008) › Tam mətn

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.07.2008)

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında (Prezidentin fərmanı, 29.07.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 329, № 10, maddə 587; 2004-cü il, № 12, maddə 1006; 2005-ci il, № 3, maddə 167; 2006-cı il, № 11, maddə 939; 2007-ci il, № 12, maddə 1235) 2-ci bəndi ilə müəyyən edilmiş fərdi təqaüdün məbləği artırılaraq, həmin bənddə "yeddi yüz əlli" sözləri "min" sözü ilə əvəz edilsin.

2. Bu Fərman 2008-ci il avqustun 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2008-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver