“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 11 oktyabr 2018-ci il
1.1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müəyyən edir.
1.2. Agentlik baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qərarlar qəbul edir.
2.1. Agentlik və ya onun regional bölmələri tərəfindən dövlət baytarlıq nəzarətinin əhatə dairəsinə uyğun olaraq, hüquqi və fiziki şəxslər barəsində aşağıda göstərilən formada icrası məcburi olan qərarlar (bundan sonra - icrası məcburi olan qərar) qəbul edilir:
2.1.1. “Heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi haqqında qərar” (1 nömrəli əlavə);
2.1.2. “Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi haqqında qərar” (2 nömrəli əlavə);
2.1.3. “Hüquqi və ya fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna uyğun olaraq tədbirlərin görülməsi haqqında qərar” (3 nömrəli əlavə);
2.1.4. “Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında digər baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və baytarlıq nəzarətinin həyata keçirilməsi haqqında qərar” (4 nömrəli əlavə);
2.1.5. “Qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarınınqanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi haqqında qərar” (5 nömrəli əlavə).
2.2. İcrası məcburi olan qərarda aşağıdakı məlumatlar göstərilir:
2.2.1. qərarın nömrəsi və tarixi;
2.2.2. fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi qərarı verilmiş hüquqi və fiziki şəxsin adı və ünvanı, habelə dövlət baytarlıq nəzarətində olan obyektə dair məlumatlar (adı, ünvanı, təsviri və s.);
2.2.3. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
2.2.4. sahibkarın fəaliyyətinin məhdudlaşdırıcı tədbir tətbiq edilən hissəsinin (sahəsinin) (texnika, avadanlıq, otaqlar, istehsalat əraziləri, maddi nemətlər, əməliyyatlar, personal və s.) təsviri;
2.2.5. tətbiq edilən məhdudlaşdırıcı tədbir (tədbirlər).
3.1. Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi və yaxud dövlət baytarlıq müfəttişləri tərəfindən baytarlıq nəzarəti sahəsində qəbul edilən bu Qaydanın 2-ci hissəsində göstərilən formada icrası məcburi olan qərar yazılı formada tərtib edilir, imzalanır və müfəttişin möhürü ilə təsdiq olunur.
3.2. İcrası məcburi olan qərar iki nüsxədə tərtib edilir, 1-ci nüsxəsi Agentlikdə və ya qərarı qəbul edən baytarlıq müfəttişinin təmsil olunduğu regional bölmədə saxlanılır, 2-ci nüsxəsi qərarın qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir və ya sifarişli poçt göndərişi vasitəsilə hüquqi və fiziki şəxsin qeydiyyat ünvanına, fiziki və hüquqi şəxs tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərilir.
3.3. İcrası məcburi olan qərar əsaslandırılmalıdır.
3.4. Hüquqi və ya fiziki şəxs barəsində qəbul olunan icrası məcburi olan qərarla razılaşmadıqda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.
və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ____________________ _____________________________________________________________________________
dövlət baytarlıq müfəttişi ______________________________________________________
(soyadı, adı, atasının adı)
_______________________________________________________________________məxsus
dövlət baytarlıq nəzarətində olan ________________________________________________ ______________________________________________________________________________
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, aşağıdakı xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsini müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):
_____________________________________________________________________________
Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.4-cü maddəsinə əsasən qərara alıram:
Aşağıda qeyd olunan dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibi (daşıyıcısı və ya digər səlahiyyətli şəxs) olan hüquqi və ya fiziki şəxsin fəaliyyəti müvəqqəti olaraq dayandırılsın və yaxud qadağan edilsin (müvafiq qərarın altından xətt çəkilsin):
1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun):
adı: _________________________________________________________________________
mənşəyi:_____________________________________________________________________
miqdarı: _____________________________________________________________________
baytarlıq sertifikatının nömrəsi: _________________________________________________
tarixi:________________________________________________________________________
ünvanı: ______________________________________________________________________
təyinat yeri: __________________________________________________________________
2. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin):
soyadı, adı, atasının adı, ünvanı:________________________________________________
_____________________________________________________________________________
imzası:_______________________
Baş dövlət baytarlıq müfəttişi
(dövlət baytarlıq müfəttişi) ______________________________
(soyadı, adı, atasının adı)
1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi ________________ _____________________________________________________________________________
və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ____________________ _____________________________________________________________________________
dövlət baytarlıq müfəttişi ______________________________________________________
______________________________________________________________________ məxsus
(sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxsin adı, ünvanı)
dövlət baytarlıq nəzarətində olan________________________________________________
_____________________________________________________________________________
aşağıdakı obyektdə (yükdə, məhsulda) __________________________________________
_____________________________________________________________________________
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə uyğun olaraq baytarlıq nəzarətinin həyata keçirilməsi məqsədi ilə ekspertiza (laboratoriya müayinələri) aparılması ____________________________________________
_____________________________________________________________________________
nəticəsində əhalinin və heyvanların sağlamlığı üçün təhlükəli olduğuna dair aşağıdakı sübut (sübutlar) aşkar olundu (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): ______________________________________________________________________________
______________________________________________________________________________
Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə əsasən qərara alıram:
Aşağıdakı dövlət baytarlıq nəzarətində olan obyekt (yük, məhsul) ______________ _____________________________________________________________________________
_____________________________________________________________________________
götürülsün, təkrar emal edilsin, zərərsizləşdirilsin və yaxud məhv edilsin:
1. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) adı: ___________
_____________________________________________________________________________
_____________________________________________________________________________
mənşəyi: _____________________________________________________________________
miqdarı: _____________________________________________________________________
baytarlıq sertifikatının nömrəsi: _________________________________________________
tarixi:________________________________________________________________________
ünvanı: ______________________________________________________________________
təyinat yeri: __________________________________________________________________
5. Dövlət baytarlıq nəzarətində olan obyektin (yükün, məhsulun) sahibinin (daşıyıcısının və ya digər səlahiyyətli şəxsin) soyadı, adı, atasının adı, ünvanı və imzası:
_____________________________________________________________________________
Baş dövlət baytarlıq müfəttişi
(dövlət baytarlıq müfəttişi) __________________________
(soyadı, adı, atasının adı)
_____________________
1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi _______________ _____________________________________________________________________________
və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ____________________ _____________________________________________________________________________
dövlət baytarlıq müfəttişi ______________________________________________________
______________________________________________________________________məxsus
dövlət baytarlıq nəzarətində olan obyektdə (yükdə, məhsulda) ____________________ ____________________________________________________________________________
“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baytarlıq nəzarətini həyata keçirərkən, baytarlıq sahəsində aşağıdakı normativ hüquqi aktların tələblərinin pozulmasını aşkar etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi): _____________________________________________________________________________
________________________________________________________________________
Yuxarıda qeyd olunan qanun pozuntusu aşağıdakı ilkin sübutlarla təsdiq olunur:
_____________________________________________________________________________
_____________________________________________________________________________
Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.6-cı maddəsinə əsasən qərara alıram:
Yuxarıda qeyd olunan fiziki (hüquqi) şəxsin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi üçün toplanmış materiallar ___________________________________________________________________
(materialların göndərildiyi orqanın adı)
________________________________________________________ göndərilsin.
Baş dövlət baytarlıq müfəttişi
(dövlət baytarlıq müfəttişi) ____________________________________________________
(soyadı, adı, atasının adı)
_____________________
1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi _______________ _____________________________________________________________________________
_______________________________________________________________________məxsus
dövlət baytarlıq nəzarətində olan yüklə əlaqədar__________________________________ _____________________________________________________________________________
_____________________________________________________________________________
aşağıdakı baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi
_____________________________________________________________________________
barədə _______________________________________________________________________
“___” __________ 20 ___ il tarixli bildirişini aldım.
Qeyd olunan bildirişə və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.7-ci maddəsinə əsasən qərara alıram:
Yuxarıda qeyd olunan baytarlıq nəzarətində olan yük “___” ___________ 20__ -ci il tarixində müvafiq tədbirlər görülənə kimi qanunvericiliklə müəyyən edilmiş qaydada _____________________________________________________________________________
saxlansın və həmin yükün üzərində baytarlıq nəzarəti həyata keçirilsin.
Baş dövlət baytarlıq müfəttişi
(dövlət baytarlıq müfəttişi) ________________________________
(soyadı, adı, atasının adı)
1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Mən, Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi _______________ _____________________________________________________________________________
və ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ____________________ _____________________________________________________________________________
dövlət baytarlıq müfəttişi ______________________________________________________
______________________________________________________________________məxsus
dövlət baytarlıq müfəttişi dövlət baytarlıq nəzarətində olan aşağıdakı baytarlıq preparatlarının________________________________________
_____________________________________________________________________________
müəyyən etdim (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsində göstərilən hallar müəyyən edilmədi):___________________________
_____________________________________________________________________________
Bu səbəbdən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.8-ci maddəsinə əsasən qərara alıram:
Yuxarıda göstərilən baytarlıq nəzarətində olan baytarlıq preparatları“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla götürülsün və məhv edilsin.
2. Götürülmə _____________________________________həyata keçirilsin.
3. Məhvetmə _____________________________________ həyata keçirilsin.
Baş dövlət baytarlıq müfəttişi
(dövlət baytarlıq müfəttişi) ___________________________
_____________________
1. Bu qərarın surəti qəbul edildiyi tarixin növbəti iş günündən gec olmayaraq, barəsində qərar qəbul edilmiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.
2. Bu qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan otuz gün müddətində həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
1. 18 aprel 2023-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 593)
2. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
3. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)