Qanunvericilik › “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.02.2025) › Tam mətn

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.02.2025)

“Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası”nın təsdiq edilməsi haqqında (Qida Təhlükəsizliyi Agentliyi, 04.02.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 5.5.14-4-cü yarımbəndinə əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) Kollegiyası qərara alır:

1. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Agentlik Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, hər il bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın vəziyyətinə dair hesabatını növbəti ilin fevral ayının 15-dək həmin dövlət orqanına təqdim etsin.

3. Agentliyin Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Agentliyin Kollegiyasının 2025-ci il 4 fevral tarixli 41 nömrəli iclas protokolu.

Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin sədri

1.1. “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsviri və daşınması Qaydası” (bundan sonra – Qayda) “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında” Əsasnamənin 5.5.14-4-cü yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) struktur bölmələrinin işçilərinin vahid geyim formasının, fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını müəyyən edir.

1.2. Agentliyin vahid geyim formasını, fərqlənmə nişanlarını yalnız dövlət nəzarəti funksiyasını yerinə yetirən əməkdaşları (bundan sonra – Agentliyin əməkdaşları) daşıyırlar.

1.3. Agentliyin əməkdaşlarının vəzifə səlahiyyətlərinin icrası zamanı vahid geyimlərini daşımaq hüququ vardır.

1.4. Bu Qaydaya riayət etmək vahid geyim formasını daşıyan əməkdaşlar üçün məcburidir.

1.5. Bu qayda ilə müəyyən edilmiş təsvirlərə, o cümlədən, rəngə və ölçülərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması, həmçinin geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması qadağandır.

1.6. Müəyyən edilməmiş geyim əşyalarının, ləvazimatların, ayaqqabıların, nişanların vahid geyim forması ilə birlikdə gəzdirilməsi qadağandır.

1.7. Agentliyin əməkdaşları vahid geyim formasını daşıyarkən onlara verilmiş xidməti vəsiqəni üzərlərində gəzdirməlidirlər.

1.8. Vahid geyim formasının ayrı-ayrı əşyalarının və fərqlənmə nişanlarının nimdaş, rəngi solmuş və görünüşü dəyişmiş şəkildə daşınması qadağandır.

1.9 Bu Qaydaya riayət edilməməsi intizam qaydalarının pozulması kimi qiymətləndirilir və intizam məsuliyyəti yaradır.

1.10. Agentliyin əməkdaşlarının vahid geyimi qış və yay dəstlərindən ibarətdir və onun hazırlanması, verilməsi, habelə mövsümə görə yay və qış formalarına keçmə müddətləri Agentliyin sədrinin müvafiq əmri ilə tənzimlənir.

1.11. Agentliyin vahid geyim formasını daşıyan əməkdaşlarının həmin geyiminin təchizatı Agentliyin büdcədənkənar vəsaitləri hesabına təmin edilir.

1.12. Agentliyin vahid geyim formasını daşıyan əməkdaşları fərqlənmə nişanlarına malik olmalıdır.

2.1. Agentliyin əməkdaşlarının vahid geyim forması qış və yay formalarından ibarətdir:

2.1.1. yay dəsti - göy rəngli parçadan hazırlanmış pencək, baş geyimi (furajka, kepka), şalvar (qadınlarda – həmçinin ətək), mavi rəngli qısaqol və uzunqol köynək, jilet, göy rəngli qalstuk, qara və rəngli corab (qadınlarda - dəri rəngli neylon corab) və dəridən hazırlanmış qara rəngli ayaqqabıdan ibarətdir (şəkillər).

2.1.2. qış dəsti – mövsümə uyğun göy rəngli parçadan hazırlanmış baş geyimi, qış gödəkçəsi, palto, plaş, pencək və şalvar (qadınlarda – həmçinin ətək), demisezon jilet, mavi rəngli köynək, göy rəngli qalstuk, kişilər üçün qara rəngli corab (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corablar) və dəridən hazırlanmış qara rəngli ayaqqabıdan və qış çəkməsindən (qadınlarda - uzunboğaz çəkmə) ibarətdir (şəkillər).

2.2. baş geyimi (furajka, kepka) - göy rənglidir, mövsümə uyğun parçadan hazırlanmışdır, ön hissəsinin ortasında kokardası vardır (şəkil 1);

2.3. gödəkçə - sukeçirməyən, mövsümə uyğun göy rəngli parçadandır. Bir bortludur, kürəyi bütövdür, hər iki yanında üstü qapaqlarla örtülən, ön hissədə 2 cibi vardır. Yaxası zəncirbəndlə açılıb bağlanır. Gödəkçənin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir (şəkil 2). Payız-yaz mövsümünün nisbətən soyuq hava şəraitində gündəlik yay geyim formasının pencəksiz göy rəngdə demisezon gödəkçə ilə geyinilməsinə icazə verilir. Bu zaman demisezon gödəkçə üzərinə sol döş hissəsində fərqlənmə döş nişanı (jeton) taxılır;

2.4. palto - qadınlar üçün dizdən 10 sm aşağıdan, kişilərdə pencək uzunluğunda göy rəngli parçadandır. Qatlanan boyunluqludur. Üzərində 3 ədəd (qadınlar üçün 4 ədəd) düyməsi və 2 ədəd yan cibləri vardır. Paltonun sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən taxılıb-çıxarıla bilən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir. Paltonun sol döş hissəsinə fərqlənmə döş nişanı (jeton) taxılır (şəkil 3);

2.5. plaş - göy rəngli parçadandır, düz siluetlidir və eyni parçadan kəməri vardır. Üstündə ölçüsü 20 mm olan, bir sırada yerləşən 4 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Bir bortludur və yan kəsik üstlüyü qatlanan ciblidir. Astarında iki kəsik qoltuq cibi vardır. Kürəyində ortadan aşağıdan kəsiklə tamamlanan tikiş vardır. Plaşın sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən taxılıb-çıxarıla bilən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir(şəkil 4);

2.6. pencək - göy rəngli mövsümə uyğun kostyum parçasındandır, bir bortludur, arxası bütövdür, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan 2 yan cibləri və hər cibin üzərində bir ədəd gümüşü rəngli düymə, içəri tərəfində isə qoltuqaltı cibləri vardır. Pencək, ölçüsü 20 mm olan, bir sırada yerləşən 4 ədəd iri düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Üzərində aypara və səkkizguşəli ulduz həkk olunmuş gümüşü rəngli metaldan hazırlanmış düymələr vardır (şəkil 17). Pencəyin sol döş hissəsinə fərqlənmə döş nişanı (jeton) taxılır. Pencəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən taxılıb-çıxarıla bilən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir (şəkil 5);

2.7. şalvar - göy rəngli mövsümə uyğun kostyum parçasından və manjetsiz tikilir. Şalvarın kəsmə yan cibləri, arxa hər iki tərəfdə qapaqlı kəsmə cibi vardır. Qurşaqda kəmər üçün yeddi halqa vardır. Hər iki tərəfdə 5 mm qalınlığında tünd göy zolaqdan ibarət kant vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir (şəkil 6 və 7);

2.8. ətək - göy rəngli mövsümə uyğun kostyum parçasından tikilir. Ətəyin hər iki kənarı tünd göy zolaqlıdır. Düzbiçimlidir, beli qurşaqlıdır. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağa halqa (körpücük) tikilir. Arxadan zəncirbəndlə bağlanır və şlitsi vardır. Ətəyin uzunluğu diz xəttindən 10 sm aşağı olmalıdır (şəkil 7);

2.9. köynək - uzunqol (manjetli və manjetsiz) və qısaqol (manjetli və manjetsiz) olmaqla mavi rəngdədir. Köynəyin sağ və sol bortlarında üstdən tikmə qapaqlı cibləri vardır. Qatlanan boyunluqludur. Köynəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir. Köynək 7 kiçik adi düymə ilə sağ tərəfə (qadınlarda - sol tərəfə) düymələnir. Cib qapaqlarında 1 ədəd və uzunqol köynəyin qolunda 2 ədəd kiçik düyməsi vardır (şəkil 8 və 9);

2.10. jilet – xanımlar üçün nəzərdə tutulmuşdur, göy rəngli parçadan hazırlanır, bir bortludur, arxası bütövdür, hər iki tərəfdə düz yerləşdirilmiş üstlüyü qatlanan 2 yan cibləri vardır. Jilet 2 kiçik adi düymə ilə sol tərəfə düymələnir. Jiletin sol döş hissəsində 6x9 sm ölçüdə qida zəncirini simvolizə edən nişan və “AQTA” sözü yazılır. Jilet sadə köynəklə birlikdə geyinilir. Manjetsiz və qısaqol olmaqla mavi rəngdədir. Qatlanan boyunluqludur. Köynəyin sağ qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 10 sm aşağıda geyimin Agentliyə aid olduğunu bildirən fərqlənmə qol nişanı (şevron) yerləşdirilir. Sadə köynək 7 kiçik adi düymə ilə sol tərəfə düymələnir. (şəkil 10);

2.11. demisezon jilet - göy rəngli parçadan hazırlanır, düzbiçimlidir. Yaxası zəncirbəndlə açılıb bağlanır. Jiletin sol döş hissəsində 6x9 sm ölçüdə “AQTA” sözü və həmin sözün aşağı hissəsində “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi” sözləri yazılır. Kürək hissəsi bütövdür. Kürək nahiyəsində eni 10 sm olan “AQTA” sözü və həmin sözün aşağı hissəsində “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi” sözləri yazılır. Jiletin boyun xətti, ətəyi və yan tikişləri 1 sm enində qara rəngli köbə ilə tikilir (şəkil 11);

2.12. ayaqqabı - qara rəngli, üstü yaxşı aşılanmış dəridən, altlığı göndən və ya rezindən olur. Dabanı orta ölçüdədir və qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qış çəkməsi (qadınlarda - uzunboğaz çəkmə) qara rəngli, üstü yaxşı aşılanmış dəridən hazırlanır, dabanı orta ölçüdədir, zəncirbəndlə bağlanır. Altlığı qəliblənmişdir. Qış çəkməsinin (qadınlarda - uzunboğaz çəkmə) içərisi süni xəzdəndir (şəkil 12);

2.13. qalstuk - geyim dəstinə aiddir və köynəklə daşınır. Göy rəngli iti ucla tamamlanan uzanmış trapesiya şəklindədir (şəkil 13);

2.14. digər geyim əşyaları - bel kəməri, kişilər üçün corab qara rəngli (qadınlarda - dəri rəngli neylon və yaxud qara rəngli yarımyun corablar) olur (şəkil 14 və 15).

2.15. Qadınlarda palto, pencək, uzunqol və qısaqol köynək forması eyni olmaqla sol tərəfə düymələnir. Ətəyin uzunluğu diz qapağından 10 sm aşağı olur və corablar dəri rəngli neylon və yaxud qara rəngli yarımyun olur.

2.16. Fərqlənmə nişanlarına fərqlənmə qol nişanı (şevron), fərqlənmə döş nişanı (jeton) və kokarda (materialı parçadandır) aiddir (şəkil 16).

2.17. Baş geyimindəki kokarda diametri 5 sm ölçüdə olan göy rəngli halqa dairə formasındadır. Dairənin kənarlarından içəriyə doğru qızılı rəngli halqa, halqanın içində qızılı çərçivəli ağ rəngli səkkizguşəli ulduz, ulduzun mərkəzində ağ fonda qida zəncirini simvolizə edən nişan təsvir olunmuşdur. Kokarda baş geyiminin ön tərəfdən xarici səthinin mərkəzində yerləşdirilir.

2.18. Fərqlənmə qol nişanı (şevron) materialı parçadandır, ölçüləri 10x7 sm nisbətində olan qalxanabənzər formadadır. Qalxanın içərisində tünd boz rəngli çərçivə ilə ayrılmış göy rəngli, ağ haşiyyəli fonda qızılı çərçivəli, ağ rəngli səkkizguşəli ulduz və ulduzun mərkəzində qida zəncirini simvolizə edən nişan təsviri və “AQTA” sözü əks olunmuşdur.

2.19. Fərqlənmə döş nişanı (jeton) gümüşü rəngli metaldan hazırlanmış səkkizguşəli ulduz formasındadır. Ulduzun səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun daxilində göy fonda yuxarıda gümüşü rənglə, böyük hərflərlə “AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ” sözləri yazılmış, orta hissəsində minalanmış təsviri qabarıq surətdə həkk edilmiş Azərbaycan Respublikasının dövlət gerbi, gerbin altında isə gümüşü rənglə qida zəncirini simvolizə edən nişan təsviri və “AQTA” sözü əks olunmuşdur. Fərqlənmə döş nişanı (jeton) arxa hissəsinə lehimlənmiş sancaq vasitəsilə gödəkçənin, paltonun, pencəyin ön tərəfdən yuxarı sol küncündə daşınır. Əks uclarının arasında məsafənin ölçüsü 7 sm-dir.

3.1. Agentliyin vahid geyim formasını daşıyan aşağıdakı əməkdaşları üçün geyim və fərqlənmə nişanları müəyyən olunur:

3.1.1. Aparatın dövlət nəzarətini həyata keçirən əməkdaşları;

3.1.2. regional bölmə rəisi;

3.1.3. regional bölmə rəisinin müavini;

3.1.4. regional bölmənin dövlət nəzarətini həyata keçirən əməkdaşları;

3.2. Agentliyin əməkdaşlarının vahid geyimi aşağıdakı müddətlərə təmin edilir:

3.2.1. köynək (uzunqol və qısaqol - hər birindən 2 ədəd) – 1 il;

2.2.2. qalstuk – 1 il;

2.2.3. corab (5 cüt) – 1 il;

3.2.4. baş geyimi (furajka, kepka) – 2 il;

3.2.5. pencək – 2 il;

3.2.6. şalvar (qadınlarda - ətək) – 2 il;

3.2.7. demisezon gödəkçə – 2 il;

3.2.8. demisezon jilet – 2 il;

3.2.9. ayaqqabı (bir cüt) və qış çəkməsi (bir cüt) (qadınlarda – uzunboğaz çəkmə) – 2 il;

3.2.10. bel kəməri – 2 il;

3.2.11. qış gödəkçəsi – 3 il;

3.2.12. palto – 3 il;

3.3. Agentliyin əməkdaşlarının vahid geyimi qeyd edilən müddətdən tez sıradan çıxdıqda əməkdaşın öz şəxsi vəsaiti hesabına təmin olunmalıdır.

4.1. Geyim forması daşınarkən bütün düymələr, zəncirbəndlər və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır.

4.2. Baş geyimi - furajka (kepka) yana meyilsiz, düz şəkildə geyinilir.

4.3. Uzunqol köynəyi pencəksiz geyinərkən qalstukla, qısaqol köynək isə qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyinilir. Yay mövsümündə hava yağmurlu, soyuq olarsa, demisezon gödəkçə və ya pencək uzunqol köynəyin üstündən qalstukla geyinilməlidir.

4.4. Yay geyim dəsti aprel-noyabr, qış geyim dəsti isə noyabr-aprel aylarında daşınır. Yay və qış geyim dəstinə keçid vaxtı Agentliyin sədrinin müvafiq əmri ilə tənzimlənir.

4.5. Vahid geyim forması daşınarkən bütün düymələr və bel kəməri bağlı vəziyyətdə olmalı, cib qapaqları cibin üzərinə salınmalıdır. Qısaqol köynəyin yuxarıdan birinci düyməsi açıq vəziyyətdə saxlanılmalıdır. Kişilər üçün geyimlərin düymələri sağ tərəfə, qadınlar üçün isə sol tərəfə bağlanır.

4.6. Agentliyin qış və yay geyim dəstində baş geyimləri – furajka (kepka) yana meylsiz, düz şəkildə müvafiq olaraq bütün geyim dəstləri ilə geyilir. Baş geyimi başa elə qoyulmalıdır ki, aşağı kənarı qaşlardan iki barmaq yuxarıda, günlüyün mərkəzi isə qaşların orta səviyyəsində dayansın. Baş geyimi çıxarılarkən sol əldə saxlanılır. Bu zaman qol dirsəkdən bükülür, qolun dirsəkdən yuxarı hissəsi bədənə bitişik, dirsəkdən aşağı hissəsi isə qarşıya tərəf düz uzanmış şəkildə saxlanılır. Baş geyimi günlüyün istiqaməti ön tərəfə olmaqla biləyin üzərində yerləşdirilir, əl barmaqları ilə bükülü vəziyyətdə günlükdən tutulur.

4.7. Regional bölmə rəisləri və müavinləri Agentliyin fəaliyyəti ilə əlaqədar rəsmi tədbirlərdə və ya nəzarət tədbirlərində iştirak edən zaman vahid geyimdən istifadə qaydalarına əməl etməlidirlər.

4.8. Agentliyin əməkdaşları üçün qış geyimi aşağıdakı kimi daşınır:

4.8.1. palto və plaş qış üst geyim formasına aiddir. Göy rəngli qalın yun parçadan tikilən kişi əməkdaşlar üçün ikibortlu, qadın əməkdaşlar üçün birbortlu paltonun uzunluğu beldən aşağı və göy rəngli parçadan tikilən birbortlu plaşın uzunluğu diz səviyyəsindədir;

4.8.2. ağ rəngli uzunqol köynək gündəlik geyim formasına aiddir. Jiletin altından qalstukla geyinilir;

4.8.3. Agentliyin sədri, müavinləri və Aparat rəhbəri üçün gündəlik geyim forması ilə göy rəngli qalstuk daşınır. Qalstuk sıxacla daşınır;

4.8.4. palto ilə göy rəngli trikotaj parçadan, plaş ilə göy rəngli ipək parçadan şərf daşına bilər;

4.8.5. vahid geyim forması ilə qara rəngli beşbarmaqlı əlcək daşına bilər;

4.8.6. vahid geyim forması ilə kombinezonlar istifadə edilə bilər.

4.9. Agentliyin əməkdaşları üçün yay geyimi aşağıdakı kimi daşınır:

4.9.1. yay geyim dəsti üçün qısaqol köynək qalstuksuz, yuxarıdan birinci düyməsi açıq şəkildə geyilir;

4.9.2. vahid geyim forması ilə yastıdaban, üstü hamar qara rəngli ayaqqabı daşınır.

4.10. fərqlənmə nişanları - geyim formasında təsvir olunmaqla dövlət mənsubiyyətini, Agentliyə mənsubiyyəti bildirir.

5.1. Vahid geyim formasının daşınmasının qadağan olunduğu hallar aşağıdakılardır:

5.1.1. bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olmayan, şəxsi zövqlə tikilmiş geyim formasının daşınması;

5.1.2. vahid geyim formasının tamlığının pozulması və mülki geyimlə qarışıq şəkildə daşınması;

5.1.3. müəyyən edilməmiş geyim əşyalarının, fərqlənmə nişanlarının və ləvazimatların vahid geyim forması ilə birlikdə gəzdirilməsi;

5.1.4. işdən kənar vaxtda vahid geyim formasının istifadə edilməsi.

5.2. Vahid geyim formasını daşımaq hüququ olmayan vətəndaşların bu geyim formasını daşıması qadağandır.

6.1. Agentliyin əməkdaşları tərəfindən vahid geyim formasının daşınmasına vəzifəli şəxsin xidmət etdiyi struktur vahidin (bölmənin) rəhbəri tərəfindən nəzarət edilir. Agentliyin vəzifəli şəxsləri tərəfindən vahid geyim formasının daşınma qaydalarına əməl edilməsini yoxlamaq məqsədilə mütəmadi baxış həyata keçirilir.

6.2. Agentliyin vahid geyim formasını daşıyan əməkdaşlar etik davranış qaydalarına riayət etməli, onların geyimi və davranışı dövlət qulluqçusunun nüfuzuna xələl gətirməməli, ünsiyyətdə olduğu şəxslərlə nəzakət qaydalarına əməl etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver