Qanunvericilik › Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təklif olunan “Rabitə və yüksək texnologiyalar sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 19.06.2012) › Tam mətn

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təklif olunan “Rabitə və yüksək texnologiyalar sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 19.06.2012)

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təklif olunan “Rabitə və yüksək texnologiyalar sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 19.06.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təklif olunan “Rabitə və yüksək texnologiyalar sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Kadrlarla iş və hüquq şöbəsinə (E. Sadıqov) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə çatdırılmasını təmin etsin.

4. Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

Müdafiəsi Nazirliyi Kollegiyasının

Nazir _______ Fizuli Ələkbərov

“Rabitə və telekommunikasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “VTİSK” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

VTİSK mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq rabitə və telekommunikasiya müəssisələrində qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcəsinin Vahid Tarif Cədvəli üzrə müəyyən edilməsi üçün tətbiq edilir.

VTİSK rabitə və telekommunikasiya müəssisələrində olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini özündə əks etdirir.

VTİSK-də hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.

VTİSK qulluqçu vəzifələrini tutan işçilərin əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, qulluqçuların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

İstehsalın idarə edilməsində VTİSK-də göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının— yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

VTİSK-də böyük və aparıcı mütəxəssislərin və rəhbər işçilərin müavinlərinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmamışdır. Bu vəzifələr üzrə əmək funksiyası, biliyə və ixtisasa olan tələblər onlara uyğun gələn müvafiq vəzifələr əsasında müəyyən edilir.

“Böyük” vəzifə adı işçi öz vəzifəsindən başqa ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

“Aparıcı” vəzifə adı mütəxəssisə o zaman verilir ki, mütəxəssis müəssisənin və ya onun struktur bölməsinin işini müəyyən bir sahədə istiqamətləndirsin və həmin bölmənin işçilərinə metodiki rəhbərlik etsin.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

Elektrik rabitə (radio və televiziya) şöbəsinin (xidmətinin) rəisi

Texniki şöbənin rəisi

Mətbuat yayımı şöbəsinin rəisi

Marketinq şöbəsinin rəisi

İstehsalat laboratoriyasının rəisi

Radionəzarət mərkəzinin (məntəqəsinin) rəisi

Baş xəzinədarlığın rəisi

Elektrik rabitəsinin mühəndisi

Elektrik qidalandırıcı qurğuların təmiri

və xidməti üzrə mühəndis

Poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələri üzrə mühəndisi

İstehsalat proseslərinin təşkili üzrə mühəndis

Radio və televiziya vasitələrinin mühəndisi

Telekommunikasiya şəbəkələrinin mühəndisi

Telekommunikasiya sistemlərinin mühəndis-inzibatçısı

Telekommunikasiya xidmətlərinin marketinqi üzrə mütəxəssis

Rabitə xətt və abunə qurğuları (xətt qurğuları və simli yayım) üzrə mühəndis

Rabitə dispetçeri (böyük dispetçer daxil olmaqla)

Elektrik rabitəsinin inspektoru

Elektrik rabitəsinin elektrik mexaniki (böyük elektrik mexaniki daxil olmaqla)

Radio və televiziya vasitələrinin elektrik mexaniki (böyük elektrik mexaniki daxil olmaqla)

Rabitə xətt və abunə qurğuları (xətti qurğular və simli yayım) üzrə elektrik mexaniki (böyük elektrik mexaniki daxil olmaqla)

Texnik-proqramlaşdırıcı (böyük texnik daxil olmaqla)

Mətbuat yayımı pərakəndə satışının təşkilatçısı

Poçt mübadiləsi üzrə məsul növbətçi

İstismar, texniki-istehsalat və təşkilati məsələlər üzrə təlimatçı (böyük təlimatçı daxil olmaqla)

Texniki sənədləşməni aparan texnik (böyük texnik daxil olmaqla)

İnformasiya-hesablama mərkəzinin texniki

Əmək funksiyası. Təhkim olunmuş zonanın müəssisələrində emal vaxtına, mübadilə axınının istiqamət sxemlərinə, rabitə sxemlərinə, poçtun daşınma qrafikinə, rabitə vasitələrinin istismarı qaydalarına əsasən mübadilənin emalını və texniki vasitələrin fasiləsiz işini təmin edir. Rabitə vasitələrinin işinə müntəzəm olaraq operativ nəzarəti təşkil edir. Mübadilənin emal sürətinin azaldılması, rabitə qurğularının zədələnməsinin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür. Sahələrdə (dispetçer zonası müəssisələrində) mübadilə axını hərəkətinin sürətləndirilməsi, axının dəyişməsi, əlavə və dolayı rabitə, ehtiyat qurğularının işlədilməsi, həm də zədələnmiş rabitə vasitələrinin və qurğularının bərpa edilməsi məsələlərini vaxtlı-vaxtında tənzimləyir.

Müəssisələrin (sexlərin) işini təhlil edir, rabitə vasitələrinin istismarının və qəza xidmətinin təşkilinin təkmilləşdirilməsi tədbirlərini işləyib hazırlayır, mübadilə axını sxemlərinin tərtib edilməsi və istiqamətinin təshihi üçün təkliflər verir. Dispetçer qovşağının (xidmətinin) işi barədə plan və hesabatlar tərtib edir.

Rəhbərliyə və növbətçi heyətə işin dəqiq təşkili üçün təlimatlar verir. Dispetçerlərin işinə rəhbərlik edir. Rabitə müəssisəsinin texniki-istismar fəaliyyətinin vaxtaşırı yoxlanmasını təşkil edir. Yoxlamanın nəticəsi barədə müəssisə rəhbərlərinə və dispetçer xidmətinə müvafiq tədbirlərin görülməsi üçün məlumat verir.

Bilməlidir: rabitə vasitələrinin təşkili və istismarı məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam və əmrlərini, aidiyyəti normativ hüquqi aktları və metodik materialları; müəssisənin profilini, ixtisaslaşması və struktur xüsusiyyətlərini, gələcək inkişafını; müvafiq rabitə sahəsinin təşkilini, iqtisadi və texnoloji prosesləri; respublikanın inzibati-ərazi bölgüsünü və rabitə şəbəkəsinin qurulmasını, mübadilə axınının istiqamətlər sxemini (planını); rabitə sxemlərini; əsas və dolayı rabitə yollarını; rabitənin texniki vəziyyətini, emalın nəzarət vaxtlarını; poçt marşrutları ilə daşınma cədvəllərini; bölmələr arasındakı istehsalatla bağlı sənədlərin tərtibatı və aparılması qaydasını; istehsalatı operativ idarəetmə üzrə qabaqcıl xarici və daxili təcrübəni; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ali texniki və ya ali mühəndis-iqtisadi təhsil və böyük rabitə dispetçeri və ya istehsalatı operativ idarəetmə üzrə mühəndis və ya rəhbər vəzifədə 5 ildən, o cümlədən həmin müəssisədə 1 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrup müəssisələrdə;

14-cü dərəcə: III qrup müəssisələrdə;

15-ci dərəcə: II qrup müəssisələrdə;

16-cı dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. Qüvvədə olan qayda və təlimatlara əsasən rabitə vasitələrinin ümumi istismar, texniki xidmət və təmir işlərini təşkil edir. İşlərin etibarlı və keyfiyyətli aparılmasını, mübadilənin vaxtında emalını, həmçinin təsdiq olunmuş plan tapşırıqlarının icrasını təmin edir. Şöbənin (xidmətin) işçilərinə rəhbərlik edir. Rabitə vasitələrinin düzgün istismarının təşkilinə nəzarət edir. Rabitə müəssisələrinin istehsalat fəaliyyətinin yoxlanılmasında iştirak edir.

Texniki rabitə vasitələrinin işləmə etibarlılığının yüksəldilməsinə, müştərilərə göstərilən xidmətlərin keyfiyyət və mədəniyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasına rəhbərlik edir. Qəzaların və uzun sürən zədələnmələrin təhqiq edilməsini və onların qarşısının alınması üçün tədbirlərin işlənib həyata keçirilməsini təmin edir.

Müəssisələrdə (sexlərdə) yerləşən rabitə vasitələrinin texniki istismarı üzrə ən mürəkkəb təmir işlərinin görülməsini, həmçinin yeni rabitə cihaz və avadanlığına yiyələnməni, onların istismar üsullarının təkmilləşdirilməsinə əməli köməyi təşkil edir.

İstehsalat fəaliyyət göstəricilərini təhlil edir, həmin fəaliyyətin yaxşılaşdırılması üçün təkliflər verir. Rabitə vasitələrinin xidməti və işi üzrə şikayət və ərizələrə vaxtında və keyfiyyətlə baxılmasını təmin edir. Rabitə vasitələrinin ümumi və texniki istismarının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texnika və texnologiyanın tətbiqi üzrə işi təşkil edir.

Müəssisələrin əsas fəaliyyəti ilə bağlı elmi tədqiqatların əsas istiqamətlərini müəyyən edir. Yeni cihaz və avadanlığın, yeni materialların nümunələrinin istismar sınaqlarının keçirilməsi üzrə işləri təşkil edir və onların istehsalata tətbiqi barədə rəy hazırlayır. Rabitə vasitələrinin əsas və perspektiv inkişaf sxemlərinin işlənib hazırlanmasında iştirak edir. Rabitənin inkişafı, sex və məntəqələrin genişləndirilməsi və yenidən qurulmasına aid təkliflər hazırlayır. Perspektiv və illik planların ümumi və texniki istismara aid olan hissəsinin işlənib hazırlanmasına rəhbərlik edir. Texniki vasitələrin, cihaz, avadanlıq, rabitə qurğularının əsaslı və cari təmir planlarının tərtib edilməsində iştirak edir və bu planların yerinə yetirilməsinə nəzarət edir. Əməyin elmi təşkili üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Yeni tikilən rabitə qurğuları, eləcə də istifadədə olan qurğuların genişləndirilməsi və yenidən qurulması üçün layihə tapşırıqlarının işlənib hazırlanmasına rəhbərlik edir. Rabitə obyektlərinin tikinti və yenidənqurma işlərinin təşkilində, istismara verilən yeni qurğuların, rabitə vasitələrinin qəbulunda iştirak edir. Texniki layihələrini nəzərdən keçirir və istismar tələblərinə uyğunluğu barədə rəy verir. Texniki vasitələrin istismarının təşkilinə aid olan ən mürəkkəb səmərələşdirici təkliflərə və ixtiralara rəy verir. Texniki vəsaitlərin və onların keyfiyyət göstəricilərinin uçotunu aparır, həmçinin müəssisələri (sexləri) lazım olan texniki sənədlər, təlimatlar və sorğu materialları ilə təmin edir. Rabitə vəsaitlərinin istismarının təşkili və mübadilə hazırlığının təmin edilməsi üzrə müəssisələrin işini əlaqələndirir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; şöbənin (xidmətin) fəaliyyətini müəyyən edən normativ hüquqi aktları və metodik materialları; sahənin və çalışdığı müəssisənin inkişaf perspektivlərini; texniki vasitələrin istismar, layihələşdirmə, tikinti və təmir qaydalarını; rabitə vasitələrinin istismarını, mübadilənin emalı üzrə texnoloji prosesləri; rabitənin təşkili və qurulma sxemlərini; texniki vasitələrin əsas texniki xassələrini, funksional və prinsipial sxemlərini; rabitə cihaz, avadanlıq və qurğularında xidmət işlərinin texnoloji proseslərini; cari və əsaslı təmirdən sonra rabitə qurğularının istismar qaydalarını; yerli və beynəlxalq rabitə müəssisələrinin qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ali texniki təhsil və mühəndis-texniki və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrup müəssisələrdə;

12-ci dərəcə: III qrup müəssisələrdə;

13-cü dərəcə: II qrup müəssisələrdə;

14-cü dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. İstehsalın və ya müəssisənin əsas fəaliyyət növlərinin texniki hazırlığını təşkil edir, məhsulun, işlərin (xidmətlərin) yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını, məhsulun hazırlanması, işlərin (xidmətlərin) icrası üzrə material və əmək tutumunun azalmasını təmin edir. Yeni texniki vasitələrin sınağı, yeni növ məhsulun yaradılması və istifadəsi, istehsalın kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi, elmi-texniki nailiyyətlərin, yeni texnikanın və mütərəqqi texnologiyanın tətbiqinin planlaşdırılması üzrə müəssisənin texniki xidmətlərinin işini əlaqələndirir. Müəssisənin, onun istehsalat bazasının texniki inkişafının cari və perspektiv planlaşdırmasına rəhbərlik edir. Yeni tikilən istehsalatların, qurğuların, texniki vasitələrin layihələndirməsi, fəaliyyətdə olanların genişləndirilməsi, inkişafı və yenidən qurulması, avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin tətbiqi üzrə texniki tapşırıqların tərtib olunmasına rəhbərlik edir. Avadanlığın modernləşdirilməsi və iş yerlərinin səmərələşdirilməsi üzrə layihə-konstruktor sənədlərinə baxır və razılaşdırır. Yeni texnikanın tətbiqi ilə bağlı müqavilələrin bağlanılmasına və yerinə yetirilməsinə, habelə maliyyələşməyə və yeni texnika və texnologiyanın, xammal və hazır məhsulun yeni növlərinin mənimsənməsi üzrə tədbirlərin iqtisadi səmərəsinin düzgün hesablanmasına nəzarət edir. Resurslara qənaət edən texnologiyaların, xammal və materialların əsas növlərinin mütərəqqi sərf edilmə normalarının işlənib hazırlanmasında, zay və aşağı növ məhsulun buraxılması səbəblərinin öyrənilməsində, məhsulun (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması və istehsal gücünün daha səmərəli istifadəsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Müstəqil konstruktor və texniki şöbələr olmadıqda, onların rəhbərlərinin vəzifələrini yerinə yetirir. Məhsulun standartlaşdırılması, elmi-texniki informasiya məsələləri, habelə patent-ixtira işləri ilə məşğul olan bölmələrin fəaliyyətini istiqamətləndirir. Şöbənin işçilərinə rəhbərlik edir, istehsalın texniki hazırlığını təmin edən strukturların fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.

Bilməlidir: istehsalın texniki hazırlığı üzrə normativ hüquqi aktları və texniki sənədləri; sahənin, müəssisənin inkişaf perspektivlərini; müəssisənin məhsulunun istehsal texnologiyasını; istehsal güclərini və avadanlığın iş rejimlərini və istismar qaydalarını; istehsal ehtiyatlarının aşkar edilməsi və istifadəsinin metodlarını; xammal, materiallar və hazır məhsula qoyulan texniki tələbləri; texnoloji proses və avadanlığın layihələndirilməsində əməyin səmərəli təşkili tələblərini; istehsalın texniki hazırlığının təşkilini; avadanlığın istismara qəbul qaydasını; yeni texnika və texnologiyanın tətbiqinin, əməyin təşkilinin, təklif və ixtiralarının iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi metodlarını; istehsalın texniki hazırlığı, əməyin təşkili və idarə olunması sahəsində milli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın texniki hazırlığı üzrə mühəndis-texniki və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrup müəssisələrdə;

12-ci dərəcə III qrup müəssisələrdə;

13-cü dərəcə II qrup müəssisələrdə;

14-cü dərəcə I qrup müəssisələrdə.

Əmək funksiyası. Rayonun (şəhərin) ərazisində abunə üzrə qəzet və jurnalların yayılmasını və pərakəndə satışını, həmçinin dövlət nəşriyyatı tərəfindən təsdiq edilmiş çeşidə daxil olan qeyri-dövri nəşrlərin, filateliya və başqa malların satışını təşkil edir. Müəssisənin istehsal-maliyyə planının tərtib edilməsində iştirak edir. Şöbənin plan tapşırıqlarının yerinə yetirilməsini, əsas plan-iqtisadiyyat göstəricilərinin, mal dövriyyəsinin, təchizat planlarının və mal ehtiyatı normativlərinin şöbə işçilərinə çatdırılmasını təmin edir, planların yerinə yetirilməsini təhlil edir. Mal dövriyyəsinin sürətləndirilməsi, köşklərin və bütövlükdə şöbələrin rentabellik səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsini təşkil edir.

Abunə və pərakəndə satış əməliyyatlarına aid olan bütün istehsalatla bağlı sənədlərin vaxtlı-vaxtında təkmilləşdirilməsini, yeni ünvanlara dəyişdirilməsini, dövri nəşrlərə abunə yazılmanın şərtlərini və qaydalarını və pərakəndə satılan mallar haqqında məlumatların əhaliyə çatdırılmasını təmin edir. Köşklərə, mağazalara və ştatdankənar işçilərə təsdiq olunmuş çeşidə uyğun olan dövri, qeyri-dövri və digər nəşrlərin çatdırılmasına nəzarət edir. Rayon (şəhər) əhalisinin qəzet və jurnallara olan ehtiyacını öyrənir və ümumiləşdirir və əhaliyə xidmətin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Abunə və pərakəndə sifarişlər, avadanlıq və istismar materiallarına aid olan tələbnamələr tərtib edir. Mətbuatın göndərilməsi və avadanlığın saz işləməsinə nəzarət edir. İstehsalatla bağlı sənədləri tərtib edir. Şöbə işçilərinə və mətbuatın ictimai yayıcılarına rəhbərlik edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; mətbuat yayımı şöbəsinin işinə aid olan normativ hüquqi aktları və metodik materialları; müəssisənin strukturu və inkişaf perspektivlərini; abunənin qəbulu, dövri nəşrlər üzrə sifarişlərin təkmilləşdirilməsi və tərtib edilməsi qaydalarını; qəzet və jurnalların ünvanlarının dəyişdirilməsi və abunənin ləğvi qaydalarını; mətbuat yayımı, pərakəndə satış qaydalarını, nəşrlərin uçotu, ucuzlaşdırılma və hesabdan silinmə qaydasını; malların təftişi və inventarizasiyanın keçirilməsini; yayılan nəşrlərin annotasiya və çeşidlərini; bölmələr arasındakı istehsalat əlaqələrini; istehsalatla bağlı sənədlərin tərtibatı və aparılma qaydalarını; müəssisələrə qəzet və jurnalların yayılmasının təşkilində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcəsinə ixtisas tələbləri: ali təhsil və mətbuat yayımı müəssisələrində 2 ildən az olmayaraq əmək stajı və ya orta ixtisas təhsili və mətbuat yayımı müəssisələrində 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrup müəssisələrdə;

12-ci dərəcə: III qrup müəssisələrdə;

13-cü dərəcə: II qrup müəssisələrdə;

14-cü dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. İstehsal olunan məhsulun istehlak xüsusiyyətlərinin təhlili və bazar vəziyyəti ilə əlaqədar istehlak tələbatının proqnozlaşdırılması əsasında müəssisədə marketinq siyasətini işləyib hazırlayır. Məhsul üzrə istehlak tələbatının dinamikasını, məhsulun analoji çeşidləri üzrə tələbat və təklifin nisbətini formalaşdıran əsas amillərin, rəqabət aparan məhsulun texniki və digər istehlak keyfiyyətlərinin təhqiqatlarının aparılmasına rəhbərlik edir. Məhsulun istehsalı və satışı üzrə perspektiv və cari planların tərtib olunmasında, yeni satış bazarları və məhsulun yeni istehlakçılarının müəyyən edilməsində şöbənin iştirakını təmin edir. Kommersiya-iqtisadi informasiyanın toplanması və təhlili, müəssisə məhsulunun marketinqi üzrə məlumatlar bankının yaradılması (çatdırılma üzrə sifarişlər, istehsal üçün müqavilələr, ehtiyatların mövcudluğu, bazarın tutumu və s.) üzrə bütün funksional bölmələrin fəaliyyətini əlaqələndirir. Müəssisənin buraxdığı məhsul haqqında istehlakçıların rəyinin, onun məhsulun satışına və rəqabət qabiliyyətinin və keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanmasına təsirinin öyrənilməsini təşkil edir. İstehlakçılardan daxil olan reklamasiya və şikayətlərdə qeyd olunan çatışmazlıqların vaxtlı-vaxtında aradan qaldırılmasına, müəssisənin məhsuluna istehlakçıların narazılığının araşdırılmasına nəzarət edir. Zahiri, işıq, elektron, poçt reklamları, nəqliyyatda reklamın köməyi ilə mediada reklam tədbirlərinin keçirilməsinin strategiyasının işlənib hazırlanmasını, sahə sərgiləri, yarmarkalar, potensial istifadəçilərin məlumatlandırılması və satış bazarlarının genişləndirilməsi üçün satış sərgilərində iştirakı təşkil edir. Müəssisənin məhsulunun reklam edilməsi üzrə təkliflər hazırlayır. Diler xidmətinin metodiki rəhbərliyini və onun bütün zəruri texniki və reklam sənədləri ilə təmin olunmasını həyata keçirir. Məhsulun istehlak keyfiyyətinin yaxşılaşdırılması və satışın stimullaşdırılması məqsədilə digər şöbələr ilə birlikdə onun texniki, iqtisadi və digər xarakteristikalarının dəyişdirilməsi üzrə təklif və tövsiyələrin işlənib hazırlanmasında iştirak edir. Məhsulun zəmanət xidməti və təmiri üzrə servis mərkəzlərinin işinə rəhbərliyi təmin edir, ehtiyat hissələrinin texniki cəhətdən əsaslandırılmış planlaşdırma və istehsal (miqdar və nomenklatura) üzrə təklifləri hazırlayır. Məhsulun düzgün saxlanılması, nəqli və istifadəsinə nəzarəti həyata keçirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: aidiyyəti normativ hüquqi aktları; marketinqin təşkili və maliyyə-iqtisadi durumun qiymətləndirilməsi və bazarın həcmi üzrə metodik materialları; buraxılan məhsula tələbatın ödənilmə qabiliyyətinin müəyyənləşdirilməsi metodlarını və məhsulun istehsalı və satışının perspektiv və cari planlarının işlənib hazırlanması qaydasını; istehsal olunan məhsulun əsas texnoloji və konstruktiv xüsusiyyətlərini, xarakteristika və istehlak xassələrini, onun yerli və xarici analoqlardan fərqini, üstünlüklərini və çatışmazlıqlarını; bazar vəziyyəti ilə əlaqədar istehlak tələbatının öyrənilməsini; istehsal olunan məhsula tələbatın proqnozlaşdırılması metodlarını; iqtisadiyyatın əsaslarını; reklam işinin təşkilini; buraxılan məhsula istehlakçıların münasibətinin öyrənilməsi metodlarını; məhsulun çatdırılmasının, saxlanılmasının və nəqlinin şərtlərini; dilerlər, media ilə işin üsul və metodlarını; təmir xidmətinin təşkilini; istehlakçıların reklamasiya və şikayətlərinə baxılma və cavabların hazırlanması qaydasını; satış və reklam sənədlərinin tərtib olunması qaydalarını; müəssisənin məhsulunun standartlarını və texniki şərtlərini; texnologiyanın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; məhsulun satışı və realizə edilmə planlarının yerinə yetirilməsi haqqında hesabatın tərtib olunmasını və uçotun təşkilini; müəssisədaxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali iqtisadi və ya mühəndis-iqtisadi təhsil və ixtisası üzrə marketinq sahəsində 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrup müəssisələrdə;

12-ci dərəcə: III qrup müəssisələrdə;

13-cü dərəcə: II qrup müəssisələrdə;

14-cü dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. İstismarın təkmilləşdirilməsinə, rabitə vasitələrinə, həmçinin mətbuat yayımı və poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin texniki vəziyyətinin yaxşılaşdırılmasına və texniki-iqtisadi göstəricilərin yüksəldilməsinə yönəlmiş tədqiqatların aparılmasını və tədbirlərin işlənib hazırlanmasını təmin edir. İqtisadi tədqiqatların aparılmasına və istehsal prosesinin təşkili üzrə təklif olunan variantların əsaslandırılmasına və hazırlanmasına rəhbərlik edir. Yeni cihaz və avadanlıq növlərinin istismar sınaqlarının keçirilməsindən alınan nəticələrin ümumiləşdirilməsində iştirak edir. Yeni texnika, avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinə yiyələnmək üçün təklif və tövsiyələrin işlənib hazırlanmasını, qabaqcıl texnologiyanın, səmərələşdirici təkliflərin təbliğat və tətbiqini təmin edir. Yeni avadanlığın quraşdırılmasına və istismara verilməsinə, müəssisədə yerləşən ölçü cihazlarından düzgün istifadə edilməsinə, istismarına və müəyyən edilmiş vaxtda təmir və dəyişdirilməsinə texniki nəzarəti təmin edir.

Müəssisə işçilərini rabitə vasitələrinin işinə, mürəkkəb ölçülərin aparılmasına, texniki hesablamaların yerinə yetirilməsinə aid olan məsələlər üzrə təlimatlandırır. Müəssisə işçilərinin yerli və xarici rabitə texnikası, onun inkişaf perspektivləri, istehsal proseslərinin avtomatlaşdırma və mexanikləşdirmə vasitələri ilə tanış olmasını təşkil edir. Cihaz və avadanlığın istismarı və texniki xidmətinə aid olan təlimatların təkmilləşdirilməsinə yönəlmiş təkliflərin hazırlanmasını təmin edir. Təzə tikilən və yenidən qurulan rabitə obyektlərinin texnoloji hissəsinin layihələşdirilməsinə aid olan tapşırıqların tərtib edilməsində iştirak edir. Laboratoriya tərəfindən yerinə yetirilən iş və texniki tapşırıqlar planlarını işləyib hazırlayır. Laboratoriya işçilərinə rəhbərlik edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; rabitə vasitələrinin ümumi və texniki istismarına, istehsalat proseslərinin mexanikləşdirilməsinə və avtomatlaşdırılmasına aid olan aidiyyəti normativ sənədləri; sahənin və müəssisənin texniki inkişaf perspektivlərini; rabitə vasitələrinin istismarının təşkilini; müəssisə avadanlığının konstruktiv xüsusiyyətlərini, prinsipial və montaj sxemlərini; rabitə vasitələrinin texniki istismarına aid olan qayda və təlimatları; istifadə edilən ölçü vasitələrinin elektrik xarakteristikalarına aid olan normaları; cihaz, avadanlıq və rabitənin ölçü və quraşdırma metodlarını; laboratoriyanın fəaliyyətinin perspektiv və illik planlarının işlənib hazırlanma qaydasını; istehsalat proseslərində qabaqcıl texnologiya və yeni texnikanın tətbiqinə yönəldilmiş tədbirləri, iqtisadi effektivliyi müəyyən edən metodları; texniki sənədlərin işlənib hazırlanması və tərtibatı üzrə normativ sənədləri, standartları, texniki şərtləri; kənar rabitə müəssisələri və müəssisənin bölmələri arasındakı istehsalat əlaqələrini; müvafiq rabitə sahəsi üzrə yerli və beynəlxalq rabitə müəssisələrinin qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrup müəssisələrdə;

11-ci dərəcə: III qrup müəssisələrdə;

12-ci dərəcə: II qrup müəssisələrdə;

13-cü dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. Radioelektron vasitələrinə, radiotezlik resurslarına radionəzarət işlərini təşkil edir. Mərkəzə (məntəqəyə) rəhbərlik edir və işçilər arasında iş bölgüsünü aparır. Tezlik zolaqlarının monitorinqini keçirir. Radioşüalanmanın parametrlərinin ölçülməsini təşkil edir. Səyyar nəzarət vasitələri ilə aparılan işlərin planı hazırlayır. İcazəsiz istifadə olunan şüalanma mənbələrinin axtarışı və onların fəaliyyətinin ləğv olunması, fəaliyyətdə olan və icazəsi olmayan radioelektron vasitələrin məlumatlar bazasının, radiomaneə mənbəyinin axtarışı üzrə işləri yerinə yetirir. Radioelektron vasitələrin, radiotezlik resursunun istifadəsi üzrə analitik və ümumiləşdirilmiş məlumatların hazırlanmasını təşkil edir. İş yerləri və nəzarət postlarının texniki təchizatını təmin edir. Xidmət göstərən heyətin texniki hazırlığına, texniki vasitələrin yeni nümunələrinin, metodikaların, proqram vasitələrin öyrənilməsinə rəhbərlik edir. Nəzarət-ölçü vasitələrinin istismar qaydalarına əməl olunmasına nəzarəti, cihaz, avadanlıq və antena-dirək qurğuları üzrə texniki pasportların aparılmasını yerinə yetirir. Rabitə vasitələrinin texniki xidməti və təmiri, antena-dirək qurğularının ölçmə qrafiklərini tərtib edir. Nəzarət-ölçü vasitələrinin metroloji yoxlanılması üzrə işi təşkil edir. Yeni texnikanın, işlərin aparılma metodikalarının, proqram məhsullarının mənimsənilməsində, səmərələşdirici təkliflərin baxılmasında, texniki vasitələrin modernləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanmasında iştirak edir. Ehtiyat hissələri və materialların qəza ehtiyatı vəziyyətinə nəzarət edir, onun vaxtlı-vaxtında alınmasını təmin edir. Təhlükəsizlik texnikası və yanğına qarşı mühafizəyə əməl olunmasına, istehsalatla bağlı sənədlərin mövcudluğu, vəziyyəti və aparılmasına nəzarət edir. İlkin uçot və hesabat məlumatlarının düzgün və vaxtlı-vaxtında tərtib olunmasını təmin edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; texniki nəzarət mərkəzinin (məntəqəsinin) işinin təşkili üzrə normativ hüquqi aktları; texniki xidmətin təşkili, avadanlıq və texniki vasitələrdə təmir işlərinin aparılması qaydalarını; antena-dirək qurğularının müayinəsinin qayda və müddətlərini; avadanlıqda nasazlıqların axtarıb-tapılması və aradan qaldırılması metod və üsullarını; radiotezliklərin istifadəsinin və radioelektron vasitələrin istismar qaydasını; radiorabitə, səs və televiziya yayımının təşkilinin prinsiplərini; radioşüalanmanın parametrləri və yol verilən sənaye maneələri üzrə norma və standartları; radio və radiotexniki nəzarət, radioelektron vasitələrin parametrlərinin ölçülməsi üzrə sistem və vasitələri, ölçmələr aparılarkən metroloji tələbləri; radioşüalanmanın təsnifat xarakteristikasını, sənaye və radiomaneələrin xarakterik əlamətlərini, müxtəlif radio xidmətlərin radioelektron vasitələrinin radioşüalanma parametrlərinin ölçmə metodlarını, ölçmə nəticələrinin statistik işlənmə metodlarını; istehsalatla bağlı sənədlərin aparılması və tərtib etməsi qaydasını; ehtiyat hissələri, istismar materialları, yanacaq-sürtgü materiallarının, enerji resurslarının sərf edilmə normalarını; radiodalğaların yayılma nəzəriyyəsinin, elektrotexnika, metrologiya və standartlaşmanın, iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ali texniki təhsil və mühəndis və ya rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrup müəssisələrdə;

11-ci dərəcə: III qrup müəssisələrdə;

12-ci dərəcə: II qrup müəssisələrdə;

13-cü dərəcə: I qrup müəssisələrdə.

Əmək funksiyası. Sifarişçilərə yüksək keyfiyyətli və mədəni rabitə xidmətləri göstərilməsini, rabitə şöbəsində yerləşən rabitə vasitələrinin dəqiq və müntəzəm işini, avadanlıq və əmlakın saz olmasını, qüvvədə olan qaydalar və təlimatlar əsasında poçt və başqa əməliyyatların aparılmasını təmin edir. İcraçılar üçün iş yerləri təşkil edir, istehsal və maliyyə planlarını onlara çatdırır. Həmin planların yerinə yetirilməsinə gündəlik nəzarət edir. Pul məbləği, poçt göndərişlərinin, qiymətli şeylərin, mətbuat yayımı mallarının, şöbənin sənədlərinin, mətbuatın və poçt göndərişlərinin ünvanlara vaxtında çatdırılmasını, həmçinin tarif qoymanın düzgünlüyünü və rabitə xidmətləri üçün ödəmələrin mədaxilə yazılmasını, rabitə şöbəsinin baş xəzinədarlığına pulların təhvil verilməsini və gəlirlər haqqında hesabatların düzgün tərtib və təqdim edilməsini təmin edir.

Rabitənin bütün xidmət növlərini, dövrü və qeyri-dövri nəşrlərin ünvana göndərilmə qaydasını, poçt göndərişlərinin və teleqramların tərtibatını reklam edir, poçt nəqliyyatı ilə poçtun mübadiləsini həyata keçirir. Poçtun marşrutlar üzrə hərəkətinə nəzarət edir. İstehsal-maliyyə planının şöbə tərəfindən yerinə yetirilmə göstəricilərini, həmçinin iş keyfiyyəti göstəricilərini nəzərdən keçirir. Gəlirlər və mübadilə planlarının işlənib hazırlanması və həyata keçirilməsi üzrə görülən tədbirlərdə, keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında, mətbuat yayımı və rabitə xidmətlərinin göstərilməsi üçün sifarişçilərə əlavə rahatlıq yaradılmasında iştirak edir. Rabitə şöbəsinin işçilərinə, ştatdan kənar işçilərə və lazım gəldikdə təhkim olunmuş və səyyar rabitə şöbələrinə rəhbərlik edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; poçt rabitəsinin təşkilinə aid olan normativ hüquqi aktları və metodik materialları; sahənin, müəssisənin inkişaf perspektivlərini; respublikanın inzibati-ərazi bölgüsünü; bölmələrarası istehsalat əlaqələrini; rabitə şöbəsinin əhatə etdiyi ərazini; poçt rabitəsinin təşkilini və poçt göndərişlərinin hazırlanması, daşınması və çatdırılması üzrə istehsal proseslərinin əsaslarını; həyata keçirdiyi funksiyalar dairəsində poçt və telefon rabitəsi qaydalarını; poçt-xəzinədarlıq əməliyyatlarının tərtibatında istifadə olunan elektron komplekslərin və mexanikləşdirmə vasitələrinin texniki istismar qaydalarını; rabitə xidmətləri tariflərini; tətbiq olunan əməkhaqqının ödənilmə sistemini və maddi həvəsləndirmənin növlərini; istehsalatla bağlı sənədlərin tərtibatı və aparılma qaydalarını; poçt rabitəsinin təşkili üzrə müəssisələrin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7—9-cu dərəcələr: əmək stajına tələb qoyulmadan müvafiq ali ixtisas təhsili və ya orta ixtisas təhsili və rabitə müəssisələrində 1 ildən az olmayaraq əmək stajı, müvafiq olaraq IV—VI qrup poçt şöbələrində;

10—12-ci dərəcələr: ali və ya orta ixtisas təhsili və rabitə müəssisələrində 3 ildən az olmayaraq əmək stajı, müvafiq olaraq I—III qrup rabitə şöbələrində.

Əmək funksiyası. Nağd pul, poçt nişanələri, poçt markaları, ciddi hesabat blankları və rabitə şöbəsinin digər material qiymətlilərinin rabitə şöbələrinə verilməsini təmin edir və rabitə şöbələrindən pul vəsaitini qəbul edir. Müvafiq mədaxil-məxaric sənədlərini tərtib edir. Əməliyyat üzrə xəzinədarlıq işçilərinə nağd pul avanslarını və başqa material qiymətliləri verir, iş günü ərzində əməliyyatçılar və rabitə müəssisəsinin başqa işçiləri tərəfindən təqdim edilmiş hesabatların düzgünlüyünü yoxlayır, onlardan pul vəsaitinin qalıqlarını qəbul edir. Bank əməliyyatlarını tərtib edir, nağd pulu banka təhvil verir, bankdan alır və təyin edilmiş yerlərə paylayır. Baş xəzinədarlığa daxil olan pul vəsaiti və poçt nişanələrinin, başqa material qiymətlilərin və ciddi hesabat sənədlərinin uçotunu və mühafizəsini təmin edir.

Rabitə müəssisəsinin baş xəzinədarlığı üçün müəyyən edilmiş pul məbləği limitinə riayət edilməsinə, nağd pulun limitdən artıq qalıqlarının banka vaxtında təhvil verilməsinə nəzarət edir. Poçt nişanələri avanslarını bərpa edir. Xəzinədarlara verilmiş və onlardan qəbul edilmiş pulun xəzinədarlıq və nəzarət uçot kitablarını aparır. Baş xəzinədarlığın və əməliyyat üzrə xəzinədarlığın işçilərinə və həmçinin pul məbləğini inkassasiya edən əməliyyatçılara (müşayiətçilərə) rəhbərlik edir və onları təlimatlandırır.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; rabitə və yüksək texnologiyalar sahəsində istismar müəssisələri tərəfindən aparılan xəzinədarlıq əməliyyatları üzrə normativ hüquqi aktları; pul vəsaitləri, material qiymətlilərin, ciddi hesabat blanklarının, satışdan qəbul edilən pul vəsaitinin uçotu və hesabatının tərtib edilməsi, material qiymətlilərin müşayiəti və mühafizəsi qaydalarını, pensiya və müavinətlərin verilməsi üzrə normativ sənədləri; rabitə müəssisələrinin nəzdində olan əmanətlər üzrə xəzinədarlığın işinin təşkilini; baş xəzinədarlığın işinə aid olan bölmələr üzrə poçt qaydalarını; xəzinədarlıq və bank sənədlərinin tərtib edilmə qaydalarını; bank əməliyyatının tərtibatını, pul vəsaitinin bankdan alınması və banka təhvil verilməsini və şəhər rabitə şöbələrində limitdən artıq olan xəzinədarlıq məbləğinin qalığının inkassasiyasını və rabitə şöbələrinə maliyyə yardımının göstərilməsini; istehsalatla bağlı sənədlərin tərtib edilmə və aparılma qaydasını, hesablama maşınlarında iş qaydalarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq ali ixtisas təhsili və ya orta ixtisas təhsilli olmaqla yüksək dərəcəli rabitə əməliyyatçısı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki rabitə vasitələrinin etibarlı və keyfiyyətli işini təmin edir. Texniki istismar qaydalarına, təlimatlara və digər normativ sənədlərə müvafiq olaraq rabitə cihazlarının, qurğularının, kommutasiya, kanalyaradan elektrik rabitə avadanlıqlarının və s. texniki istismar, xidmət və təmir işlərini yerinə yetirir. Təhkim edilmiş texniki vasitələrin texniki xidmət və təmiri üzrə perspektiv illik planları, cədvəlləri işləyib hazırlayır, plan tapşırıqlarının icraçılara çatdırılması və müəyyən edilmiş müddətdə yerinə yetirilməsini təmin edir. Təhkim edilmiş avadanlığa texniki baxış və parametr ölçülərini həyata keçirir. Müəyyən edilmiş texniki-istismar normalarına müvafiq cihaz, avadanlıq və ötürücü kanalların texniki parametrlərini təmin edir. Təhkim edilmiş texniki vasitələrin işinə aid şikayətlərə baxır və aşkar olunan çatışmazlıqların və şikayətlərin səbəblərinin aradan qaldırılmasına yönəlmiş tədbirlər həyata keçirir. Avadanlıqlarda bütün düzəlişlərin yerinə yetirilməsini təmin edir. Təhkim edilmiş avadanlığın iş keyfiyyəti göstəricilərinin uçotunu aparır və təhlil edir. Rabitənin keçməməsi haqqında məlumatın qəbulu və keçməmə səbəblərinin təhlilini həyata keçirir. Təhkim edilmiş avadanlıqda baş verən pozuntu və qəzaları aradan qaldırır, onların başvermə səbəblərini araşdırır, onların qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir.

Təhkim edilmiş cihaz, teleqraf, telefon rabitəsi avadanlığında texniki istismar qaydalarına riayət edilməsinə, aparılan təmir işlərinin keyfiyyətinə, cihaz, avadanlıq və rabitə qurğularının texniki pasportlarında dəyişikliklərin düzgün və vaxtında tərtib və daxil edilməsinə nəzarət edir. Texniki heyəti təlimatlandırır. Yeni texnikanın təcrübi nümunələrinin qəbulunda, onun sınaqdan keçirilməsində, təcrübə istismarında, sınaqların nəticəsi üzrə qərarların, avadanlığın istismarı üzrə tövsiyələrin işlənib hazırlanmasında iştirak edir. Ölçü vasitələrinin düzgün tətbiq edilməsinə və yararlı vəziyyətdə olmasına nəzarət edir. İstismara daxil edilən yeni və yaxud əsaslı təmirdən çıxan teleqraf və telefon rabitəsi cihaz və avadanlığının qəbulunda, yeni texnikaya yiyələnmədə və əməyin qabaqcıl metod və üsullarının tətbiqində iştirak edir.

Rabitə vasitələrinin etibarlılığının artırılması və təkmilləşdirilməsi, onlara xidmətin yaxşılaşdırılması, yeni mexanizm və cihazların yaradılması üzrə tədqiqat işləri aparır.

Kanalların və texniki rabitə vasitələrinin iş keyfiyyətini təhlil edir, yerlərdə avadanlığın zədələnmə və dayanma səbəblərini araşdırır və onların aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Lazım olan hesablaşmalar aparır, sxem, çertyoj və digər sənədləri tərtib edir. Cihaz və avadanlıqlarda, qurğularda ən ağır zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması, rabitənin bərpa işləri üzrə ölçülərin aparılması və nizamlanması işlərinin icrasında, cihaz və avadanlığın parametrlərinin müəyyən edilmiş normalara çatdırılmasında iştirak edir. İstehsal və texnoloji proseslərin, istismar üsullarının təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır, bu məsələlərlə əlaqədar səmərələşdirici təkliflərin baxılmasında iştirak edir və müəssisə şəraitində onların məqsədəuyğun istifadəsi haqqında qərarlar qəbul edir. Sənədləşdirmə işlərinə praktiki kömək göstərir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir, texniki layihələrin baxılmasında və yeni, həmçinin istifadədə olan rabitə qurğularının rekonstruksiyasının layihələşdirilməsi üzrə texniki tapşırıqların tərtib edilməsində iştirak edir. İstehsalatla bağlı sənədlərin mövcudluğu, tərtibi və aparılmasına nəzarət edir, ilkin uçot və hesabatın vaxtında və düzgün verilməsini təmin edir. Ehtiyat hissələri və materialların qəza ehtiyatı vəziyyətinə nəzarət edir və vaxtında alınmasını təmin edir. Sifarişlərin yerinə yetirilməsinə və materialların işlənməsinə nəzarət edir. Cihaz, avadanlıq, ölçü cihazları, ehtiyat hissələri, alətlər, texniki-istismar materialları və s. üçün tələbnamələri tərtib edir. Qiymətli və əlvan metalların mühafizəsini və anbara təhvilini təşkil edir. Tabeliyində olan işçilərə rəhbərlik edir, onlar arasında səmərəli iş bölgüsü aparır, kənar rabitə müəssisələri və müəssisənin bölmələri arasındakı istehsalat əlaqələrini uzlaşdırır.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini, elektrorabitə vasitələrinin texniki istismar və təmir məsələlərinə aid normativ hüquqi aktları və metodiki materialları; müəssisənin texniki inkişaf perspektivlərini; texniki xidmətin təşkilini; təhkim edilmiş texniki vasitələrlə təmir işlərinin aparılması, zədələrin düzəldilmə qayda və metodlarını; təhkim edilmiş cihaz, avadanlıq, veriliş kanallarının əsas texniki məlumatlarını, təhkim edilmiş cihaz və avadanlığın konstruktiv xüsusiyyətləri, prinsipial, funksional və montaj sxemlərini, xidmətdə olan texniki vasitələrin təyinatı, quruluşu, iş prinsipləri və üsullarını; xidmətdə olan cihaz, avadanlıq, veriliş kanallarının texniki istismar təlimatlarını; rabitə cihaz, avadanlıq və qurğularının texniki istismarına, mübadilə emalına aid texnoloji prosesləri, mübadilə axınının istiqamət sxemlərini; rabitənin təşkil və qurulma sxemlərini; kənar rabitə müəssisələri və müəssisənin bölmələri arasındakı istehsalat əlaqələrini; rabitənin əsas və dolayı sxemlərini, xətti rabitə, ehtiyat avadanlığının dəyişmə və əvəzetmə sxemlərini, dolayı və əvəzetmə cədvəllərini; birləşdirici xətlərin yoxlama və düzəltmə qaydalarını; xətlər, yollarda və veriliş kanallarında zədələnmələrin axtarıb tapılması, qurma-təmir, təmir-bərpa işlərinin yerinə yetirilməsi metodlarını; təhkim edilmiş avadanlıqda parametrlərin ölçülməsi və qurma işlərinin aparılma metodlarını; istifadə edilən sınama, nəzarət-ölçü cihaz və qurğularında parametrlərin ölçülməsi, qurulması işlərinin aparılma metodlarını və onların vaxtaşırı yoxlanılması və təmiri qaydalarını; təchiz edilən gərginliyin, mühafizə siqnalizasiya, avtomatika, telesiqnalizasiya və teleidarəetmənin bölüşdürücü sxemlərini; enerji təchizatının mənbəyini, elektrik təchizatı mənbəyinin işləmə prinsiplərini, avtomat zəncirin fəaliyyətini; əsaslı təmir və montajdan çıxan avadanlığın istismara qəbulu qaydalarını; elektrorabitə qurğularının texnoloji layihələşdirmə normalarını; avadanlıq, qurğu, cihaz və veriliş kanallarının uçotu və pasportlaşdırılmasına aid olan əsas müddəaları, qaydaları və təlimatları; rabitə xidmətinə aid olan sifarişlərin qəbulu və uçotu üzrə təlimatı; ərizələrin uçotunun qaydası barədə təlimatı; istismar sənədlərinin tərtibi və aparılması qaydasını; ehtiyat hissələri, texniki istismar materiallarının sərf edilmə normalarını; təhkim edilmiş cihaz və avadanlığa xidmət üçün texniki-istismar normalarını; təhkim edilmiş texnoloji avadanlığın texniki istismarına aid qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın əsaslarını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsilli olmaqla orta ixtisas təhsilli mütəxəssislər təyin edilən vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: müvafiq ali texniki təhsil və elektrik rabitəsinin mühəndisi vəzifəsində və ya ali təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı olduqda;

10—11-ci dərəcələr (aparıcı mühəndis): müvafiq ali texniki təhsil və 9-cu dərəcəli elektrik rabitəsinin mühəndisi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda.

Əmək funksiyası. Elektrik qidalandırıcı qurğuların (EQQ) müxtəlif növ təmirinin aylıq, rüblük və illik planlarını (qrafiklərini) işləyib hazırlayır, təsdiq edilmiş qrafiklərin yerinə yetirilməsinə nəzarət edir. EQQ-nin vaxtlı-vaxtında sazlama və təmir işlərini təmin edir. Avadanlığın texniki vəziyyətinin, təmir işlərinin keyfiyyətinin yoxlanılmasında iştirak edir. Yeni daxil olan avadanlığın texniki vəziyyətinə nəzarət edir. Təmir işlərinin aparılmasına hazırlığı, təmir işlərinin aparılması üzrə bölmənin işinə nəzarəti təmin edir. EQQ avadanlığının sazlama (tənzimləmə) və onun təmirdən sonra sınaq işlərini yerinə yetirir. İstehsalatın texniki inkişafı, əsaslı və cari təmirin planlaşdırılması və rabitənin elektrik təchizat EQQ modernləşdirilməsi işlərində iştirak edir. Baş verən qəzaların və vaxtından əvvəl avadanlığın sıradan çıxma səbəblərinin araşdırılmasında iştirak edir. Yanacaq-energetika resurslarının səmərəli istifadəsi üzrə işlərdə iştirak edir. Avadanlığın uçot və pasportlaşması işlərini aparır, onların təmirindən sonra pasporta dəyişiklikləri daxil edir. EQQ-nin təmir, montaj, tamamlama-sazlama işlərinin icrasında əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət edir. Rabitə müəssisələrinin, onların bölmələrinin və EQQ avadanlığının elektrik təchizatının modernləşdirilməsi sxemlərinin işlənib hazırlanmasında iştirak edir.

Bilməlidir: EQQ avadanlığına texniki xidmət və təmir məsələləri üzrə normativ hüquqi aktları, aidiyyəti normativ sənədləri; müəssisənin texniki inkişaf perspektivlərini; texniki xidmətin təşkilini; təmir işlərinin aparılması, təhkim olunmuş avadanlığın zədələnməsinin aradan qaldırılması qayda və metodlarını; təhkim olunmuş avadanlığın əsas texniki göstəricilərini, konstruktiv xüsusiyyətlərini, prinsipial, funksional və montaj sxemlərini; xidmət göstərilən avadanlığın təyinatını, quruluşunu, fəaliyyət prinsiplərini və iş rejimlərini; avadanlığa texniki xidmət üzrə texnoloji prosesləri; kənar rabitə müəssisələri və müəssisənin bölmələri arasındakı istehsalat əlaqələrini; müəssisənin kənar enerji təchizat təşkilatları ilə qarşılıqlı əlaqəsinin təşkilini; ehtiyat avadanlığa dəyişmənin və keçmənin sxemlərini; zədələnmələrin axtarılıb tapılmasının metodlarını; təhkim olunmuş avadanlığın parametrlərinin ölçülməsini və kökləmənin aparılmasının metodlarını; istifadə edilən sınaq, yoxlama və nəzarət-ölçü cihazlarının fəaliyyət prinsipləri, onların dövri yoxlanması və təmiri qaydasını; qidalandırıcı cərəyan, mühafizə, siqnalizasiya, avtomatika, telesiqnalizasiya və teleidarəetmənin paylaşdırılma sxemlərini; enerji təchizat mənbələrinin, elektrik qidalandırıcı mənbələrin iş prinsiplərini, avtomat zəncirlərinin hərəkətini; əsaslı təmir və montajdan sonra istismara qəbulun qaydalarını; avadanlığın uçotu və pasportlaşdırılması üzrə qayda və təlimatları; ərizələrin uçotunun aparılması qaydası haqqında təlimatı; istehsalatla bağlı sənədlərin tərtibi və aparılması qaydasını; ehtiyat hissələrinin və istismar-texniki materialların sərf edilmə normalarını; təhkim olunmuş avadanlığa xidmət göstərilməsi üzrə istismar-texniki normaları; təhkim olunmuş texnoloji avadanlığın texniki istismarı üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələblər qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsili olmaqla orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq ali texniki təhsil və EQQ təmiri və xidməti üzrə mühəndis vəzifəsində və ya ali təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): müvafiq ali texniki təhsil və 9-cu dərəcəli EQQ təmiri və xidməti üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar, xidmət və təmir üzrə normativ sənədlərə uyğun olaraq poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin texniki istismar, xidmət və təmir işlərini həyata keçirir. Poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin istismar, texniki xidmət və təmiri işlərini yerinə yetirən işçilərə rəhbərlik edir. Təhkim olunmuş texniki vasitələrin etibarlı və keyfiyyətli işini təmin edir. Perspektiv və illik planları, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin texniki xidmət və təmir qrafiklərini tərtib edir. Təhkim olunmuş texniki vasitələr üzrə vaxtlı-vaxtında və keyfiyyətlə reqlamentləşdirilmiş və plandankənar təmirin həyata keçirilməsinə nəzarət edir. Nasazlıqları aradan qaldırır və qarşısının alınması üçün onların əmələ gəlməsi səbəblərini araşdırır, onların qarşısının alınması üçün tədbirlər tərtib və tətbiq edir. Poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin texniki vəziyyəti və istismarı qaydalarına əməl olunmasını, düzəlişlərin düzgün və vaxtlı-vaxtında tərtib edilməsini və texniki pasportlara daxil olunmasını yoxlayır, texniki heyətin təlimatlandırılmasını və tədrisini həyata keçirir. Ölçmə vasitələrinin düzgün istifadəsinə və onların saz vəziyyətdə olmasına nəzarət edir, onların yoxlanılması və təmirinin təşkilində iştirak edir. Mütərəqqi texnologiyaların, yeni texnikanın mənimsənməsində, ağır və əməktutumlu işlərdə mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiq olunmasında, avadanlığın modernləşdirməsi üzrə tədbirlərin hazırlanmasında, habelə əməyin qabaqcıl metodlarının öyrənilməsində və yayılmasında iştirak edir, əməyin səmərəli təşkili üzrə tədbirləri həyata keçirir. Xidmət göstərən heyət tərəfindən yeni texnikanın öyrənilməsini və mənimsənməsini təşkil edir və bu işə nəzarət edir. Yeni və əsaslı təmirdən sonra istismara verilən poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin qəbulunda və mənimsənməsində iştirak edir, montaj və sazlama üzrə işlərin yerinə yetirilməsini təmin edir. İstehsal proseslərinin mexanikləşdirmə və avtomatlaşdırılması, mübadilə axını üzrə əl ilə görülən işlərin mexanikləşdirilməsi, istehsalatdaxili nəqletmə, poçt və mətbuatın konteyner daşımaları üzrə tədqiqat işlərini yerinə yetirir. Texniki nasazlıq səbəbindən avadanlığın boşdayanmaları haqqında məlumatları toplayır və təhlil edir, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinə texniki xidmət göstərilməsinin təşkilinin təkmilləşdirilməsi üzrə tövsiyələri işləyib hazırlayır. Səmərələşdirici təkliflərin baxılmasında iştirak edir, onların müəssisə şəraitində istifadəsinin məqsədəuyğunluğu haqqında rəy verir, səmərələşdiricilərə praktiki yardım göstərir, qəbul olunmuş təkliflərin tətbiqini təşkil edir. Mexanikləşdirmə vasitələrinin tətbiqinin texniki-iqtisadi əsaslandırılmasını tərtib edir. Qeyri-standart avadanlıq, əlavə qurğu, fəaliyyətdə olan maşınların ayrı-ayrı mexanizm və düyünlərinin işlənib hazırlanmasını, poçt mexanikləşdirməsinin mövcud vasitələrinin modernləşdirilməsini, axın-nəqliyyat xətlərində qeyri-standart avadanlıq elementlərini istifadə etməklə, istehsal prosesinin işlənib hazırlanmasını yerinə yetirir. Yeni texnika nümunələrinin təcrübə istismarında və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasının konstruktiv həlli yollarının hazırlanmasında iştirak edir. Poçt rabitəsinin yeni mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin hazırlanması, təmiri, modernləşdirilməsi, montajı və quraşdırılması ilə bağlı, eləcə də işlərin icrası üçün zəruri olan texniki sənədləri işləyib hazırlayır. Mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin montaj və sazlama işləri üzrə nəzarətini həyata keçirir. Texniki layihələrin baxılmasında və yeni poçt rabitəsi müəssisələrinin, poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin layihələndirilməsi, fəaliyyətdə olanların isə yenidən qurulması üzrə texniki tapşırıqların tərtibində iştirak edir. İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə qabaqcıl təcrübənin yayılması məqsədilə informasiya toplularına daxil etmək üçün materialların toplanmasını, ümumiləşdirilməsini və hazırlanmasını yerinə yetirir. İstehsalatla bağlı sənədlərin mövcudluğuna, vəziyyətinə və aparılmasına nəzarət edir, habelə onların tərtib edilməsində iştirak edir. İlkin uçot və hesabat məlumatlarının vaxtlı-vaxtında və düzgün hazırlanmasını təmin edir. Ehtiyat hissələri, istismar-texniki materiallar, alətlər üçün sifarişləri tərtib edir, sifarişlərin yerinə yetirilməsinə və material sərf edilməsinə nəzarət edir. İstehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak edir, onların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər işləyib hazırlayır və tətbiq edir. Əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına riayət olunması üzrə nəzarəti həyata keçirir.

Bilməlidir: poçt rabitəsi üzrə normativ hüquqi aktları və poçt rabitəsinin istehsal proseslərinin mexanikləşdirmə və avtomatlaşdırma məsələləri üzrə metodik sənədləri; müəssisələrin texniki inkişaf perspektivlərini, onların istehsalat və təşkilati strukturunu, konstruktiv xüsusiyyətlərini; mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin təyinatını və iş rejimini, onların istismar və təmir qaydalarını; istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işlərin planlaşdırılması qaydasını və metodlarını; işlənib hazırlanan konstruksiyalara qoyulan əsas tələbləri; tədqiqatların aparılmasının qayda və metodlarını; istehsalatla bağlı sənədlərin işlənib hazırlanması və tərtib edilməsinin qaydalarını; layihələndirmədə və konstruktorlaşmada əməyin səmərəli təşkilinin əsas tələblərini; kənar təşkilatlarla müqavilələrin bağlanma qaydalarını; texniki estetika və bədii konstruktorlaşdırmanın əsaslarını; istehsalatın mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqinin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi metodlarını; avadanlıq, material, ehtiyat hissələri üçün sifarişlərin tərtib edilməsi qaydalarını; istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsili olmaqla orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq ali texniki təhsil, poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələri üzrə mühəndisi vəzifəsində və ya ali təhsilli mütəxəssislər tələb olunan digər mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): müvafiq ali texniki təhsil, 9-cu dərəcəli poçt rabitəsinin mexanikləşdirmə və avtomatlaşdırma vasitələri üzrə mühəndisi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Poçt mübadiləsini qüvvədə olan sxemə uyğun olaraq təmin edir. İstifadədə olan və yenidən istismara verilən rabitə kanallarının iş cədvəli üzrə təkliflər hazırlayır. Rabitə xidməti göstərmək məqsədilə yeni rabitə və rabitə məntəqələrinin açılmasını, eyni zamanda artırılmış mübadilə axınının işlənməsini təşkil edir. Sifarişçilərin müstəsna xidmət hüquqlarını rəsmiləşdirir. Rabitə vasitələrinin ümumi istismarına aid olan təlimatların və sərəncamların işlənib hazırlanmasında iştirak edir. Rabitə xidməti tariflərinin tətbiqinə nəzarət edir. Poçt mübadiləsinin vaxtında və keyfiyyətlə aparılmasına, işçilər tərəfindən rabitə vasitələrinin ümumi istismarına aid olan qaydaların yerinə yetirilməsinə nəzarət edir. Üzə çıxan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görür. Gəlir, mübadilə planlarının yerinə yetirilməsi, rabitənin işi, rabitənin yüklənməsini, rabitə və kanalların istifadəsi, yeni rabitəyə və istifadədə olan rabitənin yenidən qurulmaya olan ehtiyaclarını öyrənir, rabitə vasitələrinin iş keyfiyyətinin yüksəldilməsinə, sifarişçilərə xidmətin yaxşılaşdırılması, gəlir planlarının yerinə yetirilməsinə, rabitə xidmətlərinin reklamına istiqamətlənən tədbirləri işləyib hazırlayır və tətbiq edir.

Ümumi rabitə istismarı məsələlərinə aid olan şikayət və narazılıqları araşdırır, şikayətləri doğuran səbəbləri aradan qaldırmaq üçün təkliflər verir. İstehsalat prosesləri və mübadilənin hazırlanmasında texnologiyanı təkmilləşdirmək üçün tədbirlər işləyib hazırlayır, onların tətbiqində və qabaqcıl əmək metodlarının yayılmasında iştirak edir. Məhsulun mübadilə, gəlir və məhsul həcminin, rabitə xidmətlərinin və rabitə şəbəkəsinin inkişafı və genişləndirilməsi planlarının işlənib hazırlanmasında iştirak edir.

Layihələşdirmə üçün texniki tapşırıqların tərtibində iştirak edir, ümumi istismar və mübadilə texnologiyasının təkmilləşdirilməsinə yönəlmiş texniki layihələri və səmərələşdirmə təkliflərini nəzərdən keçirir və onların müəssisə şəraitində məqsədəuyğun istifadəsi haqqında qərarlar verir. Yeni avadanlığı istismara qəbul edən komissiyanın tərkibində iştirak edir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini, rabitə vasitələrinin ümumi istismarına aid olan normativ hüquqi aktları və metodiki materialları; müəssisənin texniki inkişaf perspektivlərini; rabitə vasitələrinin ümumi istismar qaydalarını; mübadilənin hazırlanmasına aid olan rabitə vasitələrinin və texnoloji proseslərin təşkilini; mübadilə axınının sxemlərini; müəssisə və bölmələr arasında olan istehsalat əlaqələrini; avadanlığın əsaslı təmir və montajdan sonra istismara qəbul edilmə qaydalarını; istehsalatla bağlı sənədlərin tərtib edilmə və aparılma qaydalarını; istehsalat, yerli və beynəlxalq rabitə müəssisələrinin və mətbuat yayımı idarələrinin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali texniki təhsil və ya orta ixtisas təhsili olmaqla orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali texniki təhsil və istehsalat proseslərinin təşkili üzrə mühəndis və ya ali təhsilli mütəxəssislər tələb olunan digər mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): ali texniki təhsil və 9-cu dərəcəli istehsalat proseslərinin təşkili üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq radiotelefon rabitəsi, radioyayım, radiorabitə, televiziya cihaz və avadanlığının, simli yayım şəbəkəsinin stansiya qurğularının, radiorele rabitə xətti stansiyalarının, texniki radionəzarət, avtomatika, telemexanika, hesablama texnikası vasitələrinin, antena-dirəklərin (qüllələrin) və fider qurğuların texniki istismar, xidmət və təmir işlərini təşkil edir. Texniki vasitələrin fasiləsiz, etibarlı və keyfiyyətli işini, televiziya proqramlarının yüksək keyfiyyətlə verilməsini və yayımlanmasını təmin edir. Perspektiv və illik iş planlarını və cihaz, avadanlıq, stansiya qurğularına texniki xidmət, onların təmir və sınaq qrafiklərini işləyib hazırlayır. Plan tapşırıqlarının icraçılara çatdırılmasını və onların müəyyən olunmuş müddətdə yerinə yetirilməsini təmin edir. Təhkim olunmuş cihaz və avadanlıqlara texniki baxış, bütün növ ölçmə, təmir-tənzimləmə və kökləmə işlərini təşkil edir və yerinə yetirir. Təhkim olunmuş avadanlığın (işlək və ehtiyat) müəyyən edilmiş texniki istismar normalar çərçivəsində elektrik xarakteristikalarını, iş rejimlərini lazımi səviyyədə saxlayır. Avadanlığın işləməsi üzrə müşahidələr aparır, televiziya proqramları, radioyayım və radiorabitənin keyfiyyətinə nəzarət edir. Bütün avadanlıq kompleksinin teleidarəetmə və telesiqnalizasiya sistemlərinin iş qabiliyyətlərinə dair nəzarət yoxlamalarını yerinə yetirir. Radio və televiziyanın texniki vasitələrinin işi üzrə şikayət və narazılıqlara baxır, təhkim olunmuş avadanlıqların zədələnmələri və qəzaları, texniki dayanmalar, rabitənin keçilməzliyi barədə müəyyən olunmuş qaydada məlumat verir, rabitə və avadanlıqların fəaliyyətinin bərpası və şikayətlərin yaranma səbəblərinin aradan qaldırılması üzrə tədbirlər görür. Müəssisənin bölmələri ilə rabitə müəssisələrinin işini uzlaşdırır. Avtomatlaşdırılmış radiotexniki vasitələrin (qurğuların) işini telexidmət sistemi üzrə idarə edir. Vaxtlı-vaxtında ehtiyat avadanlığına keçidi, təhkim olunmuş vasitələrin müəyyən edilmiş hərəkət cədvəlinin yerinə yetirilməsini təmin edir. Cədvələ əsasən iş tezliklərinin uyğunluğunu, xidməti rabitənin mövcudluğunu yoxlayır. Radio, televiziya vasitələrinin, ölçü vasitələrinin texniki istismar qaydalarına riayət edilməsinə, elektrik avadanlığı, qoruyucu torpağabirləşmələrin və vasitələrin dövri siqnallarının və mühafizəsinin yoxlanılma müddətlərinə əməl olunmasına, avadanlıq və qurğuların texniki pasportlarının vaxtlı-vaxtında və düzgün tərtib olunmasına, onlara dəyişikliklərin daxil edilməsinə nəzarət edir, texniki heyətin təlimatlandırılmasını və tədrisini həyata keçirir. Qaldırıcı mexanizmlərin və dövlət nəzarətində olan digər obyektlərin vaxtlı-vaxtında yoxlanılması və dövlət texniki nəzarət müfəttişliyinə təqdim olunması üzrə işləri yerinə yetirir. Dövlət və ictimai kütləvi tədbirlər zamanı radioxidməti üzrə işləri yerinə yetirir. Texniki layihələrin baxılmasında, yeni radioyayım, radiorabitə və televiziya avadanlıqları, radiorele rabitə xətləri, texniki radionəzarət və simli yayım vasitələrinin layihələndirilməsi və qüvvədə olanların yenidən qurulması üzrə texniki tapşırıqların tərtib olunmasında iştirak edir. İstismara verilən yeni və əsaslı təmir olunmuş avadanlıq və qurğuların qəbulunda və istismarının mənimsənilməsində iştirak edir, montaj və kökləmə üzrə işlərin yerinə yetirilməsini təmin edir. Avadanlığın etibarlılığının artırılması və təkmilləşdirilməsi, ona göstərilən xidmətin yaxşılaşdırılması, yeni mexanizm, cihazların yaradılması üzrə tədqiqat işlərini yerinə yetirir. Təhkim olunmuş radio və televiziya vasitələrinin işinin keyfiyyət göstəricilərinin uçotunu, cihaz, avadanlıq, rabitənin qeyri-dayanıqlı işinin təhlilini aparır, onların yaxşılaşdırılması üzrə tədbirləri işləyib hazırlayır və tətbiq edir. Lazımi hesablamaları yerinə yetirir, sxem, cizgi və digər sənədləri tərtib edir. Cihaz və avadanlıqlarda mürəkkəb zədələnmələrin axtarılıb tapılması və aradan qaldırılması, rabitənin bərpa olunma işlərində, eləcə də mürəkkəb ölçmə, kökləmə, kanalların, cihaz və avadanlıqların müəyyən olunmuş normalara gətirilməsi, texniki vasitələrin montajı və təmiri işlərində iştirak edir. Yeni texnikanın istismarının mənimsənilməsində, təcrübə nümunələrinin qəbulunda, cihaz və avadanlıqların modernləşməsi üzrə tədbirlərin işlənib hazırlanmasında, texniki vasitələrin inkişafı və yenidən qurulması üzrə təkliflərin hazırlanmasında, yeni texnikanın, təcrübə nümunələrinin istismarı üzrə təlimatların işlənib hazırlanmasında, habelə texniki heyətin qabaqcıl iş metodlarının öyrənilməsi və yayılmasında iştirak edir. Rabitə vasitələrinin texniki istismarı və yerinə yetirilən işlərin texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təkliflərin baxılmasında iştirak edir, onların istifadəsinin məqsədəuyğunluğu haqda rəy verir, səmərələşdiricilərə praktiki köməklik göstərir və qəbul olunmuş təkliflərin tətbiqini təşkil edir. Əməyin səmərəli təşkili üzrə tədbirlərin tətbiqində, rabitə vasitələrinin istismar və təmirində, ağır və əməktutumlu işlərdə mexanikləşdirmə və avtomatlaşdırmanın tətbiqində, avtomatlaşdırma və teleidarəetmədə təhlükəsiz əmək şəraitinin yaradılması üzrə işlərdə iştirak edir. İstehsalatla bağlı sənədlərin mövcudluğuna, vəziyyətinə və aparılmasına nəzarət edir. İlkin uçot və hesabat məlumatlarının vaxtlı-vaxtında və düzgün tərtib olunmasını təmin edir. Ehtiyat hissələri, materiallar və s. qəza ehtiyatlarının vəziyyətini izləyir, onların vaxtlı-vaxtında artırılmasını təmin edir. Cihaz, ehtiyat hissələri, texniki istismar materialları, alətlər, qoruyucu vasitələr, avadanlıqlar üzrə sifarişlər tərtib edir, sifarişlərin yerinə yetirilməsinə, materialların sərf edilməsinə, tərkibində qiymətli və nadir metallar olan ehtiyat hissələri və detalların uçotuna, yığılmasına və geri qaytarılmasına nəzarət edir. İstehsalat otaqlarında temperatur-rütubətlilik rejiminə düzgün əməl edilməsinə nəzarət edir. Elektromaqnit şəraitinin təhlilini, yerləşdirilən və fəaliyyətdə olan, radioelektron vasitələrin, xidmət göstərilən zona və müxtəlif təyinatlı radioelektron vasitələrin maneə zonalarının uyğunluqlarının hesablamalarını, tezliklər nominallarının (kanallarının) ayrılması və təyin edilməsi işlərinin yerinə yetirir. Daxil olan radiotezlik sifarişlərinə baxır, onlar üzrə hesabat, rəy, arayış və təklif hazırlayır və təhlillər aparır. Elektromaqnit vasitələrinin təminatı məsələləri üzrə tezlik-ərazi planlarının hesablamalarının yoxlamasını və uçotunu aparır və tezlik mənimsəmələri, radioelektron vasitələri istifadəçilər(operatorlar), lisenziyaya malik olanlar üzrə məlumatlar bazasını və birgə istifadə zolaqlarında işləyən digər istifadəçilərin radioelektron vasitələri üzrə məlumatlar bazalarını formalaşdırır; radioelektron vasitələrin birgə istifadəsinin razılaşdırılması məsələləri üzrə nazirlik və idarələrin radiotezlik xidmətləri ilə qarşılıqlı əlaqələri təşkil edir; radiotezlik resursunun perspektiv istifadəsi, radioelektron vasitələrin işinin səmərəliliyinin artırılması üzrə təklifləri işləyib hazırlayır; operatorların radioelektron vasitələrin texniki parametrlərinin nəzarət qrafiklərini formalaşdırır və onların müəssisənin texniki xidmətləri tərəfindən yerinə yetirilməsini təşkil edir, ölçmələrin alınan nəticələrini təhlil edir. Elektromaqnit birləşmənin təminatı üzrə hesablamalara baxır və onları yerinə yetirir və rabitə müəssisələrindən daxil olan radiotezlik sifarişləri üzrə rəylər hazırlayır. Təhkim olunmuş avadanlıqları, istifadə olunan proqram məhsullarını saz vəziyyətdə saxlayır və onların işləməsini təmin edir. Müəssisənin digər xidmətləri ilə qarşılıqlı əlaqədə olur. Lisenziya fəaliyyətinə dair aparılan müfəttiş plan yoxlamalarında, tikintisi başa çatmış rabitə obyektlərinin istismara qəbul edilməsində iştirak edir. Operatora ayrılmış tezlik kanallarında radioelektron vasitələrin işinə təsir edən maneələr üzrə daxil olan şikayətlərə baxır və maneə mənbəyinin axtarışı və aradan qaldırılması üzrə tədbirlər görür. Elektromaqnit vasitələrin təchiz olunma predmeti üzrə texniki layihəyə, tapşırığa, şərtlərə və digər sənədlərə baxılmasında iştirak edir və onlar üzrə rəylər hazırlayır. İstismara verilən yeni radionəzarət texniki vasitələrinin, ölçmələrin, aparat komplekslərinin, proqram təminatının qəbulu və mənimsənməsində iştirak edir. Beynəlxalq təşkilatların əlaqəli işçi qruplarının materiallarının baxılması üzrə tədqiqat işlərini yerinə yetirir, rabitə müəssisələrinin marağında olan elmi-tədqiqat işlərində iştirak edir. Texnoloji proseslərin təkmilləşdirilməsində, qonşu dövlətlərin rabitə müəssisələrinin, radiotezliklər orqanlarının, eləcə də yerli struktur bölmələrin qabaqcıl təcrübəsinin öyrənilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Tabeçiliyində olan heyətin işinə operativ-texniki rəhbərliyi və nəzarəti həyata keçirir, kadrların səmərəli yerləşdirilməsi üzrə təkliflər verir, kənar rabitə müəssisələri və müəssisənin bölmələri arasındakı qarşılıqlı istehsalat münasibətlərini əlaqələndirir. Əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına əməl olunmasına nəzarət edir.

Bilməlidir: elektrik rabitəsi üzrə beynəlxalq norma və standartları, aidiyyəti normativ hüquqi aktları, radio və televiziya vasitələrinin texniki istismarı üzrə normativ sənədləri; müəssisənin strukturunu, onun texniki inkişaf perspektivlərini; təhkim olunmuş avadanlıqda texniki xidmətlərin göstərilməsini və təmir işlərinin aparılmasını; xidmət göstərilən texniki vasitələrin quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, avtomatika zəncirlərinin iş prinsiplərini; təhkim olunmuş cihaz, avadanlıq, teleidarəetmə-telesiqnalizasiya vasitələrinin və hesablayıcı texniki vasitələrin, texniki radionəzarət sistemlərinin prinsipial, montaj və funksional sxemlərini; dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri; rabitənin təşkilinin və qurulmasının sxemlərini, əsas və dolayı rabitə yollarını, texnoloji avadanlığın elektrik təchizatının, mühafizə və siqnalizasiyanın paylaşdırılması və avtomatika sxemlərini; texniki istismar üzrə qayda və təlimatları; cihaz, avadanlıq, qurğu və texniki radionəzarət sxemlərində texniki xidmət üzrə texnoloji prosesləri; ölçü vasitələrinin təyinatını və onlardan istifadə qaydalarını; ölçü vasitələrinin yoxlamalar arasındakı intervalları, dövlət yoxlamasına hazırlığı və təhvilvermə qaydalarını; təhkim olunmuş avadanlıq üzrə ölçü və kökləmə işlərinin yerinə yetirilməsinin metodlarını; antena-dirək və fider qurğularının yığma və montaj qaydalarını; uca qurğuların işıqlandırma qaydalarını; avadanlıqlarda nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması metod və üsullarını; texniki vasitələrin işinə dair şikayətlərin təqdimetmə və baxılma qaydalarını; bədbəxt hadisələrin təhqiqatının aparılması qaydasını; dirək, qüllə və onların təməllərinin hesablanmasının və konstruksiyalaşdırılmasının əsaslarını; dirəklərin polad burazlarında dartılma gücünün müəyyənləşdirilməsi üsullarını və antena-dirək və fider qurğuların müayinəsi qaydalarını; metal konstruksiyalarda gizli qüsurların müəyyən edilməsi metodlarını; dirəklərin polad burazlarının və qaldırıcı mexanizmlərin zədələnməsi qaydalarını; radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını; ümumi və müəssisədaxili istifadə üçün radiorabitənin təşkilinin prinsiplərini; radiorabitə və radiomübadilənin aparılma qaydalarını; radioşüalanmanın parametrləri üzrə norma və standartları və yol verilən sənaye radiomaneələri; texniki radionəzarət sistemlərini, ölçmələr aparıldıqda metroloji tələbləri, radioşüalanmanın təsnifatını, xarakteristikasını və sənaye radiomaneələrinin tanınma əlamətlərini; radioelektron vasitələrin radioşüalanmasının və sənaye radiomaneələrinin şüalanma mənbələrinin parametrlərinin ölçülmə metodlarını; sənaye radiomaneə mənbələrinin aşkar olunma və qeyri-qanuni fəaliyyət göstərən ötürücülərin axtarış metodlarını; ölçmələrin statistik işlənməsi metodlarını; yeni və əsaslı təmirdən sonra rabitə qurğularının istismara qəbul qaydalarını; istehsalatla bağlı sənədlərin tərtib edilməsi və aparılma qaydasını; ehtiyat hissələrinin, istismar materiallarının sərf edilmə normalarını; elektrotexnikanın, rabitə nəzəriyyəsinin, metrologiya və standartlaşdırmanın əsaslarını; radio və televiziya vasitələrinə texniki xidmət göstərmək sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsili olmaqla orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq ali texniki təhsil və radio və televiziya vasitələrinin mühəndisi və ya ali təhsilli mütəxəssislər tələb olunan digər mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): müvafiq ali texniki təhsil və 9-cu dərəcəli radio və televiziya vasitələrinin mühəndisi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Telekommunikasiya şəbəkələrinin yeni avadanlığının quraşdırılması, köklənməsi və istismara qəbulunu təmin edir. Telekommunikasiya şəbəkələri üçün tətbiqi proqram təminatının quraşdırılması, köklənməsi və müşayiəti üzrə işləri yerinə yetirir. Şəbəkə əməliyyat sisteminin işə salınmasını, işçi vəziyyətdə saxlanılmasını və onun planlı, yaxud qəza dayanmalarını, trakt, məlumatların ötürülmə kanallarının (idarəetmənin) konfiqurasiya və rekonfiqurasiyasını təmin edir. Cihaz və avadanlıqların zədələnmələrini təhlil edir. İstifadəçi qrupların və qrupların identifikatorlarının təyin olunmasını təşkil edir. Məxfiliyə daxilolma imkanının səviyyəsini müəyyənləşdirir və hesablayıcı kompleksin yaddaş həcmini bölüşdürür. Qeydiyyat fayllarına xidmət göstərir. İcazə verilməmiş daxilolma hallarını izləyir. Fayl sisteminin bütövlüyünü yoxlayır. Ehtiyat üçün (arxiv üçün) fayl sisteminin surətini çıxarır, istifadəçilərə texniki dəstək, habelə istifadəçinin konkret tələbləri üçün texniki sənədlərə müvafiq dəyişiklikləri daxil etməklə telekommunikasiya şəbəkələrinin konfiqurasiyasını yerinə yetirir. Operativ və çap sənədlərinin yeniləşməsinə nəzarət edir. Məlumatlar bazasını aparır. İstifadəçiləri telekommunikasiya şəbəkələrinin iş qaydaları və onların pozulmasına görə tətbiq edilən sanksiyalar ilə tanış edir. Nasazlıq və səhvlərlə işləmədən sonra telekommunikasiya şəbəkələrinin iş qabiliyyətinin bərpa olunmasını izləyir. Cihaz və avadanlıq göndərilən müəssisələrdən texniki məsləhətlər alır. Telekommunikasiya stansiyalarının texniki heyəti ilə vaxtaşırı texniki məsləhətləşmələr aparır. Telekommunikasiya avadanlığına texniki xidmət üzrə reqlament işlərini yerinə yetirir. Texnoloji prosesləri təkmilləşdirir, texniki istismar üzrə texnoloji kart və təlimatların işlənib hazırlanmasında iştirak edir. Yeni elmi-texniki və normativ informasiyaları izləyir və öyrənir. Telekommunikasiya şəbəkələrinin cihaz və avadanlığının texniki istismar və xidmət metodlarını təkmilləşdirir.

Bilməlidir: telekommunikasiya şəbəkələrinin istismarı məsələləri üzrə beynəlxalq norma və standartları; müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini və metodik sənədləri; avadanlığın texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, onların texniki istismar qaydalarını; informasiya emalının texnologiyasını, informasiya daşıyıcılarının növlərini, proqramlaşdırmanın rəsmiləşdirilmiş dillərini; standart proqramları və komandaları; riyazi təmin etmənin və proqramlaşdırmanın əsaslarını; telekommunikasiya şəbəkələrinin texniki istismarının və ona xidmətinin qabaqcıl yerli və xarici təcrübəsini; telekommunikasiya şəbəkələrinin inkişafının perspektivlərini; iqtisadiyyatın, əməyin təşkilinin və istehsalatın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ali texniki təhsil.

8-ci dərəcə: əmək stajına tələblər qoyulmadan;

9-cu dərəcə: telekommunikasiya şəbəkələrinin mühəndisi vəzifəsində və ya ali təhsilli mühəndislər tələb olunan digər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): 9-cu dərəcəli telekommunikasiya şəbəkələrinin mühəndisi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Siqnalizasiya vasitələri və monitorinq etməklə avadanlığın işinə operativ-texniki nəzarət edir. Qəbul olunan və istismar edilən rəqəmsal və analoji tipdən olan beynəlxalq və milli kanallarını təşkil edir və testdən keçirir. Şəbəkə, istiqamət və kanalların tərkibinin pasportlaşmasını yerinə yetirir. Telekommunikasiya şəbəkələrinin elementlərinə çıxışı idarə edir. Müəyyən edilmiş meyarlara uyğun olaraq siqnalizasiya və avadanlığın mühafizə sistemlərini lazımı vəziyyətdə saxlayır. Telekommunikasiya şəbəkələrinə göstərilən texniki xidmət üzrə nəzarət yoxlamalarını yerinə yetirir. Qəza və zədələnmələri lokallaşdırır. Telekommunikasiya şəbəkələrinin real vəziyyəti barədə qəza, operativ və statistik hesabat məlumatların əsasında operativ-texniki idarəetmə üzrə qərarlar qəbul edir. Telekommunikasiya şəbəkəsinin təhkim olunmuş regionunu hərtərəfli öyrənir, habelə anomaliya yarandıqda tədbirlər görür. Avadanlığın zədələnmələrinin uçotunu aparır və statistikasını təhlil edir. Telekommunikasiya şəbəkə strukturlarının konfiqurasiyasını yerinə yetirir. Telekommunikasiya şəbəkələrinin server və prosessorlarının işinə nəzarət edir. Mühafizə açarının işləmə prosesini idarə edir. Sinxronlaşdırma prioritetlərinin verilməsi və dəyişdirilməsini yerinə yetirir. Aparat vasitələri və videokonfrans rabitə avadanlığının proqram təminatının etibarlı işini təmin edir. Telekommunikasiya şəbəkələrinin operativ-texniki idarə olunmasının təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması və tətbiqində iştirak edir.

Bilməlidir: telekommunikasiya şəbəkələrinin istismarı və təmiri məsələləri üzrə beynəlxalq norma və standartları; müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini və metodik sənədləri; avadanlığın texniki-istismar xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, onun texniki istismar qaydalarını; informasiyanın avtomatlaşdırılmış emalının texnologiyasını; proqramlaşdırmanın rəsmi dillərini; texniki informasiya daşıyıcılarının çeşidlərini; standart proqram və komandaları; hesablama, şifrə və kodların fəaliyyətdə olan sistemlərini; riyazi təminat və proqramlaşdırmanın əsaslarını; telekommunikasiya şəbəkələrinin istismarı və onlara texniki xidmətinin qabaqcıl milli və xarici təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin və istehsalatın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq ali texniki təhsil.

8-ci dərəcə: əmək stajına tələblər qoyulmadan;

9-cu dərəcə: telekommunikasiya sistemlərinin mühəndis-inzibatçısı vəzifəsində və ya ali texniki təhsilli mütəxəssislər tələb olunan digər mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis-inzibatçı): 9-cu dərəcəli telekommunikasiya sistemlərinin mühəndis-inzibatçısı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Telefon, radiotelefon, faksimil, teleqraf rabitəsi, məlumatların ötürülmə şəbəkələri, o cümlədən internet, elektron poçt, “Integrated Services Digital Network” şəbəkə xidmətlərinin beynəlxalq və milli bazarlarını öyrənir. Marketinq siyasəti, məzənnə və tariflərin işlənib hazırlanmasında iştirak edir, telekommunikasiya xidmətlərinin qrafik marşrutunun genişlənməsi və dəyişilməsi üçün şərait yaradır. Satış həcmini proqnozlaşdırır və telekommunikasiya xidmətlərinə istehlak tələbatını formalaşdırır. Digər dövlətlərin (şirkətlərin) rabitə müəssisələri (operatorları), habelə telekommunikasiya xidmətlərinin milli istifadəçiləri ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üçün beynəlxalq sazişlərin bağlanması ilə əlaqədar hazırlıq işlərini yerinə yetirir. Analoji xidmətlər bazarını (tələbat və istehlakı, rəqabəti və s. ) öyrənir. Keyfiyyət, sahə, texniki və iqtisadi göstəricilər üzrə telekommunikasiya xidmətləri bazarının uçotunu aparır. Mənfəət və gəlirlərin artımını, mal və xidmətlərin rəqabət qabiliyyətinin yüksəlişini təmin edir. Müştərilərə servis informasiya xidmətlərinin göstərilməsi üzrə işləri (annotasiya, reklam vərəqələri, tematik xülasə, slayd, nümayəndəlik məhsulu, bukletlər və s. hazırlanması) təşkil edir. Təqdim edilən xidmətlər üzrə müştərilər üçün məşğələlər və məsləhətləşmələr keçirir. Yeni telekommunikasiya xidmətlərinin sərgisi, təqdimatı və nümayişinin təşkilində iştirak edir. Məlumatlar bazasını yaradır və aparır. Uçot və hesabat sənədlərini tərtib edir.

Bilməlidir: telekommunikasiya şəbəkələrinin istismarı və təmiri məsələləri üzrə beynəlxalq norma və standartları; müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini və metodik sənədləri; sahədə texnika və texnologiyanı; telekommunikasiya xidmətlərinin emalının avtomatlaşdırılmasını; texniki informasiya daşıyıcılarının növlərini; standart proqram və komandaları; hesablama, şifrə və kodlaşmanın fəaliyyətdə olan sistemlərini; kompüter texnologiyaları və əməliyyat sistemlərini; uçot sənədlərinin formalarını və onların tərtib olunması qaydalarını; reklam işinin təşkilini; mülki hüququn, iqtisadiyyatın, əməyin və istehsalatın təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki və ya ali iqtisadi təhsil.

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan, marketinq üzrə təlim kursu;

9-cu dərəcə: telekommunikasiya xidmətlərinin marketinqi üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mütəxəssis): 9-cu dərəcəli telekommunikasiya xidmətlərinin marketinqi üzrə mütəxəssis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar üzrə qayda və təlimatlarına, normativ sənədlərə uyğun olaraq təhkim olunmuş sahədə rabitə kabel-xətt qurğularının, abonent-xətt qurğularının, simli yayımın paylaşdırıcı şəbəkəsinin və radionöqtələrin texniki istismar, xidmət göstərilmə və təmir işlərini yerinə yetirir. Xidmət göstərilən rabitə xətt qurğularının etibarlı və keyfiyyətli işini, texniki istismar normaları çərçivəsində təhkim olunmuş avadanlıqların, rabitə xətlərinin saxlanılmasını, daima artıq hava təzyiqi altında olan xidmət göstərilməyən gücləndirici məntəqələrin kabel və konteynerlərinin saxlanılmasını təmin edir. Rabitə xətt qurğularının, abonent qurğularının, simli yayım şəbəkəsinin, dirəklərin dəyişdirilməsi və möhkəmləndirilməsi, xətlərin və girişlərin qabaritlərinin normalara çatdırılması üzrə planları, cari təmir, profilaktik işlər və texniki xidmət üzrə qrafikləri işləyib hazırlayır, plan tapşırıqlarının icraçılara çatdırılmasını və onların vaxtlı-vaxtında yerinə yetirilməsini təmin edir. Texnoloji kartlara və istismar üzrə təlimatlara uyğun olaraq texniki baxışları və rabitə xətt qurğularının parametrlərinin ölçməsi işlərinin yerinə yetirir. Tabeliyində olan texniki heyət tərəfindən rabitə xətt və abunə qurğularının texniki istismar qaydalarına əməl etmələrinə, texniki baxışların və təmir işlərinin vaxtlı-vaxtında və keyfiyyətlə aparılmasına, elektrik avadanlığı, radioavadanlıq, torpağabirləşmə qurğuları və vasitələrinin dövri siqnallarının keçirilməsi və qoruyucuların yoxlanılması müddətlərinə, cihaz, avadanlıq, rabitə qurğularının texniki pasportlarına dəyişikliklərin vaxtlı-vaxtında və düzgün tərtib edilərək daxil edilməsinə nəzarət edir, tabeliyində olan heyətin təlimatlandırılmasını və onlarla təlim keçirilməsini təmin edir. Zədələnmə və qəza hallarında rabitənin fəaliyyətinin bərpa edilməsini təmin edir, rabitənin keçməməsi barədə aidiyyəti üzrə məlumat verir. Zədələnmə və qəzaların yaranma səbəblərini araşdırır, onların qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. Kabellərin qeyri-hermetikliyinin aradan qaldırılması, xətt-kabel qurğularının korroziya, elektromaqnit təsirlərindən qorunması üzrə işləri təşkil edir və yerinə yetirir, torpağa birləşdirilən qurğuların texniki normalara uyğun gəlməsini təmin edir. Rabitə xətt və simli yayımın paylaşdırıcı şəbəkəsinin elektrik ötürücü xətlər və kontakt şəbəkələri ilə kəsişən və yaxınlaşan yerlərinə və dayaqlara xidmət göstərir. Müəyyən edilmiş tələblərə uyğun olaraq cihaz, avadanlıq, alət, dielektrik qoruyucu vasitələrinin saxlanılmasına nəzarət edir. Müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla mühafizə-izahat işlərinin aparılmasını təşkil edir və yerinə yetirir. Kabel rabitəsinin mühafizə zonalarında və onların yaxınlığında torpaq işlərinin aparılmasına razılaşdırmanın verilməsi üçün iş aparır. Təhkim olunmuş zonada xətt qurğularının yaxınlığında tikinti, yenidən qurma və xətt qurğularının əsaslı təmiri üzrə kənar təşkilatların yerinə yetirdiyi işlərə texniki nəzarəti həyata keçirir. Rabitə xətlərinin mühafizə qaydaları pozulduğu hallarda müəyyən olunmuş qaydaya uyğun olaraq araşdırmaların aparılmasını təşkil edir. Rabitə xətt-abunə qurğularının yaradılması və mühafizəsi qaydalarının pozulması haqqında aktları tərtib edir və rəsmiləşdirir. Dövlət və ictimai-kütləvi tədbirlərin radioxidməti üzrə işləri təmin edir. Texniki vasitələrin, təhkim olunmuş avadanlığın işinə dair şikayət və narazılıqları araşdırır, aşkar olunmuş çatışmazlıqların və şikayətlərin yaranma səbəblərinin aradan qaldırılması üçün tədbirlər görür. Ölçü vasitələrinin mövcudluğuna, saz olmasına və düzgün tətbiqinə nəzarət edir, onların vaxtaşırı yoxlama və təmirinin təşkilində iştirak edir. Yeni və ya əsaslı təmirdən sonra istismara verilən avadanlıq və qurğuların qəbulu və istismara mənimsənməsində iştirak edir, montaj və kökləmə üzrə işlərin yerinə yetirilməsini təmin edir. Yeni texnikanın mənimsənməsində, təcrübə nümunələrinin qəbulunda, ağır və əməktutumlu işlərə mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiq olunmasında, teleidarəetmənin avtomatlaşdırılmasında, cihaz və avadanlığın modernləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında, texniki vasitələrin inkişafı və yenidən qurulması üzrə təkliflərin hazırlanmasında, yeni texnikanın istismarı üzrə tövsiyələrin işlənib hazırlanmasında, habelə əməyin qabaqcıl metodlarının öyrənilməsi və yayılmasında iştirak edir, əməyin səmərəli təşkili üzrə tədbirlərin tətbiqi, rabitə vasitələrinin istismarı və təmiri zamanı təhlükəsiz əmək şəraitinin yaradılması üzrə işləri yerinə yetirir. Avadanlığın etibarlılığının artırılması və təkmilləşdirilməsi, ona göstərilən texniki xidmətin təkmilləşdirilməsi, rabitə xətt qurğularına xidmət göstərmə üzrə istehsal proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi, yeni mexanizm, cihazların yaradılması üzrə tədqiqat işlərini yerinə yetirir. Rabitə xətt qurğularının işinin keyfiyyət göstəricilərini, təkrar zədələnmələri və zədələnmələr haqqında sifarişləri təhlil edir, texniki vasitələrin etibarlılığının və iş keyfiyyətinin artırılmasına yönəldilmiş tədbirləri işləyib hazırlayır və tətbiq edir. Zəruri hesablamaları yerinə yetirir, sxem, smeta, cizgi və digər sənədləri tərtib edir. Cihaz və avadanlıqda mürəkkəb zədələnmələrin axtarılıb tapılması və aradan qaldırılması, rabitənin fəaliyyətinin bərpa olunması, mürəkkəb ölçmələrin, kökləmənin yerinə yetirilməsi, kanal, cihaz və avadanlığın müəyyən edilmiş normalara çatdırılması, texniki vasitələrin montaj və təmiri işlərində iştirak edir. Yeni binaların radiolaşdırılması üçün texniki şərtləri işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Texniki layihələrin baxılmasında, yeni və fəaliyyətdə olan rabitə xətt və abunə qurğularının yenidən qurulması üzrə layihələndirmənin texniki tapşırıqlarının tərtib olunmasında, rabitə vasitələrinin texniki istismarının və görülən işlərin texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təkliflərə baxılmasında iştirak edir, onların müəssisə şəraitində istifadəsinin məqsədəuyğunluğu barədə rəylər hazırlayır, səmərələşdiricilərə praktik yardım göstərir və qəbul olunmuş təkliflərin tətbiqini təşkil edir. Müəyyən edilmiş istehsalatla bağlı sənədlərin mövcudluğuna, vəziyyətinə və aparılmasına nəzarət edir, ilkin uçot və hesabat məlumatların vaxtlı-vaxtında və düzgün aparılmasını təmin edir. İstismar materiallarının qəza ehtiyatının, alətlərin, armaturun və s. vəziyyətini izləyir. Ölçü cihazları, ehtiyat hissələri, alət, texniki-istismar materiallar, mühafizə vasitələri, avadanlıq üzrə sifarişləri tərtib edir. Sifarişlərin yerinə yetirilməsinə, limit və təmir işləri üzrə qüsurlar cədvəlinə uyğun olaraq texniki-istismar materiallarının və ehtiyat hissələrinin sərf edilməsinə, sahənin vaxtlı-vaxtında nəqliyyatla təmin olunmasına nəzarət edir. Tabeliyindəki heyətin işinə, onun tərəfindən təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl olunmasına operativ rəhbərliyi və nəzarəti həyata keçirir, kadrların səmərəli iş rejimini təmin edir. İşçilərlə təlimatlandırma aparır, təhlükəsiz iş metodları və üsulları, iş yerlərinin düzgün təşkili üzrə işçilərə təlim keçir. İstehsalat zədələnmələrinin səbəblərinin təhqiqatında iştirak edir, onların qarşısının alınması üzrə tədbirlər hazırlayır və tətbiq edir.

Bilməlidir: rabitə xətt qurğularına texniki xidmət göstərilməsi məsələləri üzrə normativ hüquqi aktları və metodik sənədləri; rabitə xətt-kabel qurğularının texniki istismarı, inşası üzrə qaydaları, təlimatları; müəssisənin və təhkim olunmuş sahənin texniki inkişaf perspektivlərini; texniki xidmətin təşkilini, təhkim olunmuş texniki vasitələrin ölçmə, təmir işlərinin aparılması üzrə qayda və metodları; bölmələr arasındakı istehsalat əlaqələrini; kabel xətlərinin inşası və yenidən qurulması üzrə texniki nəzarətin yerinə yetirilmə qaydasını; xətt qurğularının istismara qəbulu üzrə təlimatları; mühafizə-izahat işinin aparılmasını, kabelin yaxınlığında qazma işləri üzrə razılaşdırılmanın verilməsini, zədələrin araşdırılmasını; xətt qurğularının elektromaqnit təsirdən və korroziyadan mühafizəsinin nəzəri və praktiki əsaslarını; əsas və dolayı rabitənin, simli yayımın paylaşdırıcı şəbəkəsinin təşkili və qurulmasının funksional sxemlərini; kabel-kanalizasiya yollarının, fider və abunə xətlərinin keçmə sxemlərini, girişlərin qurulmasını, zəncir və xətlərin mühafizə qurğularını; cihaz, avadanlıq, xətt-kabel qurğularının əsas texniki göstəricilərini, konstruktiv xüsusiyyətlərini, prinsipial və montaj sxemlərini, xidmət göstərilən texniki vasitələrin təyinatını və iş rejimlərini; zədələnmələrin axtarılıb tapılması qaydasını; yoxlama, ölçmə parametrlərini, rabitə xətlərinin təmirinin texnoloji kartlarını; ölçü vasitələrinin təyinatını, fəaliyyət prinsipini, onların vaxtaşırı yoxlanma və təmir qaydasını; elektrik ölçmələrinin texnikasının əsas nəzəri və praktiki müddəalarını, dövriliyini, yoxlama, ölçmə, təmirin yerinə yetirilməsinin norma və qaydasını; müəyyən edilmiş müddətə zədələnmələrin düzəldilməsini; yeni və əsaslı təmirdən çıxmış xətt qurğularının istismara qəbulunun qaydasını; ehtiyat hissələrinin, istismar materiallarının sərf edilmə normalarını; istehsalatla bağlı sənədlərin tərtib olunma və aparılma qaydasını; rabitə xətt və abunə qurğularının texniki istismarı sahəsində yerli və xarici təcrübəni; iqtisadiyyatın əsaslarını, müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsilli və rabitə xətt və abunə qurğuları (xətti qurğular və simli yayım) üzrə elektrik mexaniki vəzifəsində 3 ildən və ya orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: müvafiq ali texniki təhsil və 8-ci dərəcəli rabitə xətt və abunə qurğuları (xətt qurğuları və simli yayım) üzrə mühəndis və ya ali təhsilli mütəxəssislər tələb olunan digər mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

10—11-ci dərəcələr (aparıcı mühəndis): müvafiq ali texniki təhsil və 9-cu dərəcəli rabitə xətt və abunə qurğuları (xətt qurğuları və simli yayım) üzrə mühəndis vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Mübadilə axınının vaxtlı-vaxtında hərəkətinə, rabitə və avadanlığın işinə, həmçinin rabitə vasitələrinin istismarı qaydalarına riayət edilməsinə operativ nəzarət edir. Mübadilə axınlarının istiqamət sxemlərinə, poçt daşınma qrafiklərinin, təyyarə üçün təyin olunmuş yükləmə normalarının yerinə yetirilməsinə nəzarət edir. Nəzarət müddətlərinin pozulmasını, yüksək mübadilə axınını, rabitə vasitələrində və avadanlıqlarda baş verən qəzaları aşkara çıxarır.

Mübadilə axınlarının hazırlanma sürətinin azalma səbəblərini, rabitə və avadanlıqlarda baş verən qəza səbəblərini təhlil edir. Sürətin azalmasının (ləngimənin) qarşısını almaq və mübadilə axınlarının hərəkətini sürətləndirmək (axın istiqamətinin dəyişdirilməsi, əvəzetmənin, dolayı və əlavə rabitənin təşkili) üçün, həmçinin zədələnmiş rabitə və avadanlığın iş tərzini bərpa etmək üçün operativ tədbirlər keçirir. Mübadilə axınlarının istiqamətinin dəyişdirilməsi, yeni, müvəqqəti, əlavə və dolayı rabitənin təşkili, həmçinin nəqliyyatın hərəkət cədvəlində dəyişikliklərin edilməsi barədə müəssisə və bölmələri xəbərdar edir. Poçtun göndərilməməsi, təyyarələrin uçmaması, zədə və qəzalar haqqında məlumat verir. Rabitə müəssisələri tərəfindən poçtun mühafizəsinin təlimat qaydalarına riayət edilməsinə nəzarət edir. Dispetçer jurnalını aparır. Mübadilə axınlarının yeni istiqamət sxemlərinin işlənib hazırlanmasına və istifadədə olan sxemlərin təshih edilməsi, rabitə vasitələrinin təşkili və istismarının yaxşılaşdırılması barədə təklif verir.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; rabitə vasitələrinin təşkili və istismarına aid olan normativ hüquqi aktları və metodiki materialları; respublikanın inzibati-ərazi bölgüsünü və rabitə şəbəkəsinin qurulmasını; müəssisənin inkişaf perspektivlərini; müvafiq rabitə sahəsinin təşkili və texnoloji proseslərini, mübadilə axınlarının istiqamət sxemlərini (planlarını); rabitə sxemlərini, əsas və dolayı rabitə yollarını; rabitənin texniki vəziyyətini; müəssisələr, sexlər, şöbələr arasında olan istehsalat əlaqələrini; dispetçer xidməti haqqında əsasnaməni; rabitə vasitələrini və onların texniki istismar qaydalarını; poçt marşrutlarında poçt göndərişlərinin hazırlanmasında nəzarət müddətini və poçt daşınma cədvəlini, istehsalatla bağlı sənədlərin tərtibi və aparılma qaydalarını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali texniki və ya ali mühəndis-iqtisad təhsili və yaxud müvafiq orta ixtisas təhsilli olmaqla orta ixtisas təhsilli mütəxəssislər tələb olunan vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli rabitə dispetçeri vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (böyük dispetçer): ali texniki təhsil və 9-cu dərəcəli rabitə dispetçeri vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Radioelektron vasitələri və sənaye radiomaneələrin mənbələrinin radioşüalanma parametrlərinin ölçülməsi üzrə işlərin icrasını aparır və təşkil edir, radio mübadilənin aparılma qaydasına nəzarət edir. Radioelektron vasitələrinin və sənaye radiomaneə mənbələrini, radioşüalanmanın dərəcəsini və xasiyyətnaməsini müəyyən edir. Radioqəbula maneələr törədən və yaxud müvafiq icazə olmadan işləyən radioelektron vasitələri və sənaye radiomaneə mənbələrini texniki vasitələrlə aşkar edir. Radioelektron vasitələrinin elektromaqnit uyğunluğuna aid hesablamaları yerinə yetirir. Müəyyən edilmiş istehsalatla bağlı sənədləşməni aparır.

Bilməlidir: müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini; radioelektron vasitələrinin və radiotezliklərin istifadə qaydasını müəyyən edən normativ hüquqi aktları, metodik sənədləri; texniki radionəzarət vasitələrini və onların texniki istismar qaydalarını; radioelektron vasitələri və sənaye radiomaneə mənbələrinin radioşüalanma norma və standartlarını; radioelektron vasitələrinin və sənaye radiomaneə mənbələrinin radioşüalanma parametrlərinin ölçülmə metodlarını; statistik ölçülərin hazırlanması metodunu, radioqəbul, radioyayım, axtarış və ölçü avadanlığının quruluşu və iş prinsipini, onların texniki istismar qaydalarını və nasazlığın aradan qaldırılma metodlarını; nümunəvi radioelektron vasitələrinin elektromaqnit uyğunluğunun hesablanma metodlarını; elektron hesablama maşınlarında elektromaqnit uyğunluğunun hesablanmasına aid nümunəvi məsələlərin həlli üçün materialların hazırlanma qaydalarını; radioşüaların ixtisas xüsusiyyətlərinin səciyyəvi əlamətlərini; sənaye radiomaneələrinin səciyyəvi elementlərini; radioelektron vasitələri və sənaye maneələri mənbələrinin müəyyən edilməsi və axtarılma metodlarını; istehsalatla bağlı sənədlərin tərtibatını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə: müvafiq ali texniki təhsil və rabitə müəssisəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar üzrə qayda və təlimatlara, normativ sənədlərə uyğun olaraq teleqraf, telefon rabitə cihaz və avadanlıqlarının texniki istismarını, xidmətini və təmirini həyata keçirir. Təhkim olunmuş texniki vasitələrin etibarlı işini və bütün məlumat növlərinin keyfiyyətli çatdırılmasını təmin edir. Təhkim olunmuş cihazların, kommutasiyalı kanalyaradan elektrorabitə (veriliş sistemi) avadanlığının və s. işinə, texniki istismarına və təmirinə aid olan illik plan və qrafiklərin işlənib hazırlanmasında iştirak edir. Plan tapşırıqlarının icraçılara çatdırılmasını və müəyyən edilmiş müddətdə yerinə yetirilməsini təmin edir. Təhkim olunmuş avadanlığa texniki baxış keçirir. Cihaz və avadanlığın, rabitənin nizamlanmasını və onların parametrlərinin ölçülməsini həyata keçirir. Avadanlığın quraşdırılması üzrə işləri icra edir. Təhkim edilmiş avadanlıqda zədələnmələri aşkar edir və aradan qaldırır, təhkim edilmiş sahədə kanalların istifadə edilməsi səviyyəsində, müəyyən edilmiş istismar-texniki normalar hüdudunda cihazların, avadanlığın və veriliş kanallarının saxlanmasını təmin edir. Qəza-texniki siqnalizasiyanın keyfiyyətli işini təmin edir. Yoxlama qrafiklərinə müvafiq olaraq, kanalların yararlı olmasına nəzarət edir, yeni rabitə idarələrinin açılması, nasaz avadanlığın ehtiyatda olan avadanlıqla vaxtında dəyişdirilməsi, ölçü vasitələrinin yararlı vəziyyətinə, düzgün tətbiq edilməsinə nəzarət edilməsi üzrə işləri həyata keçirir. Müəyyən edilmiş qaydada mürəkkəb zədələnmələr və qəzalar barədə məlumat verir və onların aradan qaldırılmasında iştirak edir. Teleqraf, telefon rabitə cihaz və avadanlığının etibarsız işləmə səbəblərini araşdırır və onların aradan qaldırılması üzrə təkliflər hazırlayır. Cihaz və avadanlıqların xətt sınağı və istismar təcrübəsinin keçirilməsində, yeni texnika nümunələrinin sınaqdan sonra qəbulunda, yeni cihazların istismarı, avadanlığın modernləşdirilməsi, avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin tətbiqi, əməyin mütərəqqi üsul və metodlarının yayılması üzrə təlimatların hazırlanmasında iştirak edir. Ayrı-ayrı istehsalat proseslərini öyrənir və bu proseslərin təkmilləşdirilməsi üzrə təklifləri hazırlayır, cihaz və avadanlığın xidməti üzrə texniki istismarının yaxşılaşdırılması üçün uyğunlaşmış texnoloji xəritələri hazırlayır. Ehtiyat hissələrinə, alətlərə, istismar-texniki materiallara olan sifarişlərin tərtib edilməsində iştirak edir, onların uçotunu aparır və sərf edilməsinə nəzarət edir. Elektrik montyorlarının işinə rəhbərlik edir, təhkim edilmiş sahədə mürəkkəb təmirlərin keçirilməsi zamanı onlara yardım göstərir.

Bilməlidir: elektrik rabitə vasitələrinə texniki xidmət, onların təmiri və fasiləsiz işinin təmini üzrə əmr və sərəncamları; xidmət edilən texniki vasitələrin təyinatını və iş üsulunu; cihaz və avadanlığın əsas texniki göstəricilərini, konstruktiv xüsusiyyətlərini, əsaslı və montaj sxemlərini; təhkim olunmuş rabitə vasitələrinin texniki istismarı üzrə təlimatları; əsas zədələnmə növlərini və onların aradan qaldırılma üsullarını; istehsalatla bağlı sənədlərin tərtibatı və aparılma qaydasını; xidmətdə olan rabitə vasitələrində ölçülərin keçirilmə və zədələnmələrin aşkarlanma üsullarını; istismarda olan ölçü cihazlarının təyinatını və iş prinsipini; rabitə vasitələrinin istismara qəbul edilməsi üzrə təlimatları; elektrik cərəyanının bölüşdürücü şəbəkəsinin sxemini; avadanlığın texnoloji xəritəsinin yoxlanmasını, parametrlərin ölçülməsini, təmirini; rabitə vasitələrinin iş keyfiyyəti göstəricilərini; zədələnmələrin aradan qaldırılması üçün müəyyən edilmiş müddətləri; rabitənin təşkili prinsiplərini; qurğuların, avadanlığın pasportlaşdırılmasına aid olan əsasnamələri, qayda və təlimatları; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və ya təsis edilmiş proqram üzrə xüsusi hazırlığı olmaqla müvafiq peşə təhsili və uyğun peşə və vəzifələrdə 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə (böyük elektrik mexaniki): müvafiq ali texniki təhsil və ya orta ixtisas təhsilli olmaqla 8-ci dərəcəli elektrik rabitəsinin elektrik mexaniki vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar üzrə qayda və təlimatlara, normativ sənədlərə uyğun olaraq radioyayımın, radiorabitənin, radioteleviziyanın, radiorele rabitə xətlərinin aparat və avadanlığının texniki istismar, onlara xidmət və təmir işlərini həyata keçirir. Təhkim olunmuş texniki vasitələrin etibarlı və keyfiyyətli işini təmin edir. Avadanlığın işinə, texniki xidmətinə və təmirinə aid olan perspektiv və illik planların qrafiklərinin işlənib hazırlanmasında iştirak edir. Təhkim olunmuş avadanlıqda texniki yoxlamaların, parametrlərin ölçülməsini həyata keçirir. Radio və televiziya vasitələrində iş cədvəlinə və yoxlama qrafiklərinə müvafiq olaraq tələb olunan qoşmaları, yenidənqurmaları, kommutasiyaları həyata keçirir. Təhkim olunmuş avadanlıqda nizamlanma, tənzimetmə və sınaq işlərini həyata keçirir, avadanlığın texniki vəziyyətini yoxlayır, televiziya xidməti qurğularının işinə nəzarət edir. Müəyyən edilmiş texniki-istismar normaları hüdudunda gövdələrin və kanalların verilmiş iş rejimini təmin edir. Elektrik enerjisi ilə təchiz edən mənbələrin, xidməti təchiz edən mənbələrin, xidməti rabitənin, ehtiyat avadanlığının işini yoxlayır və onun işçi vəziyyətdə olmasını təmin edir. Yayım, rabitə, televiziya (radiorele xətləri) vasitələrini yayan və qəbul edən avadanlığı cədvələ əsasən işə hazırlayır. Yayılan və qəbul edilən radio və televiziya siqnallarının keyfiyyətinə nəzarət edir. Zədələnmələrin və qəzaların səbəblərini aşkar edir və aradan qaldırır, onları əmələ gətirən səbəbləri araşdırır. Avadanlığın istismarını təkmilləşdirmək üçün təkliflər verir. Təhkim olunmuş texniki vasitələrin etibarlılığını və iş keyfiyyətini yüksəltməyə, yeni avadanlığa yiyələnməyə və istifadədə olan avadanlığın modernləşdirilməsinə aid olan tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Ölçü vasitələrinin yaxşı işləməsinə nəzarət edir. Rabitənin keçməməsi haqqında müəyyən edilmiş qaydada məlumat verir. Qonşu stansiyalara radiotexniki vasitələrin normal iş fəaliyyətini bərpa etmək üçün yardım göstərir. Müəyyən edilmiş texniki sənədlərin, təhkim olunmuş rabitə vasitələrinin uçotunu və pasportlaşdırılmasını aparır, təmirdən və modernləşdirmədən sonra pasportlarda müvafiq dəyişikliklər edir. Texniki istismar materiallarının, ehtiyat hissələrinin, radiolaşmaların, alətlərin, müdafiə vasitələrinin qəza və toxunulmaz ehtiyatlarına riayət edir, onların mühafizəsinə və işlənilməsinə nəzarət edir. Detallar, materiallar, alətlər və s. üçün sifarişlər tərtib edilməsində iştirak edir.

Bilməlidir: təhkim olunmuş texniki vasitələrin texniki istismarı, təmiri və etibarlı işini təmin edən əmr, sərəncam və təlimatları; radio və televiziya vasitələrinin, radiorele rabitə xətlərinin texniki istismarına aid olan qaydaları və təlimatları; radioyayım, radiorabitə və televiziya traktlarına daxil olan xidməti cihaz və avadanlığın, radiorele xətlərinin prinsipial və montaj sxemlərini, əvəzetmə imkanlarını, xidmətdə olan texniki vasitələrin təyinatını və iş üsulunu; rabitə cihaz, avadanlıq və qurğularının texniki istismarına və təmirinə aid olan texnoloji prosesləri; xidmətdə olan avadanlığın texniki istismar normalarını; əsas zədə (çatışmazlıq) növlərini və onların aradan qaldırılma üsullarını, rabitənin təşkil edilmə və qurulma sxemlərini; texnoloji avadanlığın elektrik enerjisi ilə təchizetmə sxemlərini; xidməti funksional əlaqələri; siqnal zəncirlərinin bölüşdürülməsini; telemexanika və telenəzarət cihazlarının iş prinsipini; qurğuların və avadanlığın pasportlaşdırılmasına aid olan sənədləri, qaydaları və təlimatları; texniki vasitələrin işi ilə əlaqədar olan şikayətlərin təqdimetmə və onlara baxılma qaydalarını; texniki sənədlərin sənədləşdirilməsi və aparılması qaydalarını; ölçü metodlarını; texnoloji prosesləri; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və ya təsis edilmiş proqram üzrə xüsusi hazırlığı olmaqla müvafiq peşə təhsili və 6-cı dərəcəli elektrik montyoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə (böyük elektrik mexaniki): əmək stajına tələb qoyulmadan müvafiq ali texniki təhsil və ya müvafiq orta ixtisas təhsilli olmaqla 8-ci dərəcəli radio və televiziya vasitələrinin elektrik mexaniki vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Texniki istismar üzrə qayda və təlimatlarına, normativ sənədlərə uyğun olaraq rabitə xətt və abunə qurğularının texniki istismar, xidmət və təmir işlərinin yerinə yetirilməsini təmin edir. Planların və rabitə xətt qurğularına və avadanlığa baxışın keçirmə qrafiklərinin işlənib hazırlanmasında iştirak edir, plan tapşırıqları icraçıların nəzərinə çatdırır. Təhkim olunmuş xətt qurğularının, avadanlığın və abunə qurğularının texniki vəziyyətinə, texniki istismar qaydalarına əməl olunmasına nəzarət edir. Qüsurlar cədvəllərini hazırlayır və rabitə xətt qurğularında təmir işlərinin aparılması üçün naryadları tərtib edir. Xətt qurğularının uçot və pasportlaşmasını aparır, rabitə xətt qurğularının təmir və modernləşdirilməsindən sonra texniki pasportlara bütün dəyişiklikləri daxil edir. Yeni təchiz olunmuş radionöqtələrin istismara verilməsinə nəzarət edir. Nasazlıqların vaxtlı-vaxtında aşkar olunmasını təmin edir, planlı şəkildə texniki baxışlar, xətti və hava rabitə xətləri və avadanlıqlarının yoxlama və təmirini, kabel və hava rabitə xətlərinin parametrlərin elektrik ölçmələrini yerinə yetirir, elektrik parametrlərinin texniki istismar normalara uyğun gəlməsi üçün tədbirlər görür. Kabellərin simmetriyalanması, elektrik ötürücü xətlərlə təhlükəli kəsişmələrin ləğvi üzrə işləri yerinə yetirir, rabitə xətləri və yüksəkgərginlikli xətlərin birgə və paralel çəkilişində texniki normalara əməl olunmasını təmin edir. Xətlərin təcrübə hissələrinə xidmətin göstərilməsini təmin edir. Rabitə xətt qurğularının və əlavə proqramlarla sıxlaşdırılmış simli yayımın paylaşdırıcı şəbəkəsinin dəyişən cərəyanla ölçmə işlərində iştirak edir. Yeni tikilən və yenidən qurulması və ya əsaslı təmiri nəzərdə tutulan fəaliyyətdə olan xətlərin traslarını müayinə edir. Rabitə qurğularının payız-qış mövsümündə və daşqın dövrlərində işləməsi üçün planda nəzərdə tutulmuş hazırlıq işlərini yerinə yetirir. Rabitə xətt qurğularının korroziyadan, elektromaqnit təsirlərindən, ildırımlardan mühafizəsi üzrə işləri yerinə yetirir, torpaqla birləşdirilən qurğuların vəziyyətinə nəzarət edir. Yeni abunə qurğularının quraşdırılması üzrə işlərin aparılması üçün sxem və smetaları tərtib edir. Kabelin mühafizə zonasında kənar təşkilatların apardığı torpaq işlərinə nəzarət edir. Rabitə xətt qurğularının qorunmasının təmin olunması üzrə müəssisələr, təşkilatlar və vətəndaşlarla mühafizə-izahat işini aparır. Xətt qurğularının mühafizə zonasında tikinti təşkilatlarının apardığı işlər üçün razılaşdırmaların verilməsində və onların uçotunun aparılmasında iştirak edir. Tikinti təşkilatları tərəfindən mühafizə zonasında qüvvədə olan qanunvericiliyə, təlimatlara, rabitə xətt qurğularının qorunmasının təmin olunması üzrə qayda və normalara əməl olunmasına nəzarət edir. Tikinti təşkilatları və ya vətəndaşlar tərəfindən rabitə xətt qurğularının zədələnməsi səbəblərinin araşdırılmasında, rabitə xətlərinin mühafizə qaydaları pozulduqda rabitə xətt qurğularının zədələnməsi üzrə aktların tərtib olunmasında iştirak edir, material və aktları təyinatı üzrə göndərir. Kompressor-siqnal qurğularının texniki xidmət və tərkibinə, qurğulardan verilən siqnalların fiksasiyasına nəzarət edir, bu siqnalları törədən səbəbləri aradan götürür. Kabellərin daima artıq təzyiq altında saxlanılmasına, kabellərdə qeyri-hermetikliyin müəyyənləşdirilərək vaxtında aradan qaldırılmasına nəzarət edir. Xidmət etdiyi zonada şaxtaların, quyuların texniki vəziyyətinə, kabellərin asılmasına, hava yollarının, elektrik boşaldıcılarının və su keçidlərinin vəziyyətinə nəzarət edir. Mühafizə müqavimətləri və kabellərin mühafizəsinin digər növlərinin vaxtlı-vaxtında ölçülməsinə, xəbərdaredici nişanların dəyişdirilməsinə və quraşdırılmasına nəzarət edir. Xidmət göstərilməyən gücləndirici məntəqələrin yerüstü və daxili hissələrinin təmiri işlərini yerinə yetirir. Zədələnmə və qəzaları aşkar edir və aradan qaldırır, onların yaranma səbəblərinin araşdırılmasında iştirak edir və bu işlər barədə müəyyən olunmuş qaydada məlumat verir. Qəza və zədələnmələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər tətbiq edir. İddialar üzrə rabitənin fəaliyyətinin yaxşılaşdırılmasına dair tədbirlər görür. Ölçü vasitələrinin düzgün istifadəsinə və saz vəziyyətdə olmasına nəzarət edir. Yeni və ya əsaslı təmirdən sonra istismara verilən xətt qurğularının qəbulu və mənimsənməsində yeni texnikanın tətbiqi, ağır və əməktutumlu işlərdə mexanikləşdirmə vasitələrinin tətbiqində, təhkim olunmuş rabitə vasitələrinin modernləşdirilməsində iştirak edir. Xətt qurğularının uçot və pasportlaşdırılmasını aparır, onların təmirindən və modernləşdirilməsindən sonra texniki pasportlarda dəyişikliklər aparır, yeni rabitə xətt qurğuları üzrə pasportları tərtib edir. İşlərin gedişinə və yeni təchiz olunmuş radionöqtələrin və abunə məntəqələrinin qəbuluna nəzarət edir. Rabitə xətt qurğularının qeyri-dayanıqlı işləməsinin səbəblərini araşdırır, onların aradan qaldırılması üzrə təkliflər hazırlayır. Xətti sınaqların və rabitə xətt qurğularının təcrübə istismarının aparılmasında, yeni texnika nümunələrinin qəbulunda, avtomatlaşdırma və mexanikləşdirmə vasitələrinin tətbiqində, əməyin qabaqcıl üsul və metodlarının yayılmasında iştirak edir. Ayrı-ayrı istehsal proseslərini öyrənir və onların təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır, rabitə xətt qurğularına xidmət üzrə texnoloji kartları, texniki istismarın yaxşılaşdırılması üçün vasitələri hazırlayır. Materiallar, ehtiyat hissələri, alətlər və s. üzrə sifarişlərin tərtib olunmasında iştirak edir. Dövlət və kütləvi-ictimai tədbirlərə radioxidmətin göstərilməsi üzrə işləri yerinə yetirir. Elektrik montyorlarının işinə rəhbərlik edir, təhkim olunmuş sahədə mürəkkəb işlər aparıldıqda, onlara köməklik göstərir. Müəyyən edilmiş texniki sənədləşməni aparır, ilkin uçotun və hesabat məlumatlarının vaxtlı-vaxtında aparılmasını və düzgünlüyünü təmin edir.

Bilməlidir: təhkim olunmuş texniki vasitələrin texniki xidmət və təmiri, onların etibarlı işləməsinin təmin olunması üzrə əmr və sərəncamları; xidmət göstərdiyi qurğu, cihaz və avadanlığın əsas texniki göstəricilərini, konstruktiv xüsusiyyətlərini, prinsipial və montaj sxemlərini; təhkim olunmuş texniki vasitələrin təyinatını, quruluşunu, fəaliyyət prinsipini və iş rejimlərini; rabitənin təşkil olunma prinsiplərini; xidməti rabitənin təşkilini; xidmət göstərdiyi rabitə kabellərinin konstruksiyasını, onların keçdiyi trasları və xətt qurğularının yerləşdiyi yerləri; rabitə xətt-kabel qurğuları və simli yayımın paylaşdırıcı şəbəkəsinin texniki istismarı üzrə qaydaları; avadanlığa xidmət göstərilməsi üzrə texniki istismar normalarını; zədələnmələrin (nasazlıqların) əsas növlərini və onların aradan qaldırılması üsullarını; zədələnmələrin düzəldilməsinin qaydasını və ərizələrin uçotu haqqında təlimatları; ölçmələrin aparılmasının, xidmət göstərdiyi texniki vasitələrdə zədələnmənin xarakterinin müəyyənləşdirilməsinin, qəza-bərpa işlərinin aparılmasının əsas metodlarını; zədələnmə vaxtı rabitənin təşkilini; rabitə xətt qurğularının elektromaqnit təsirlərdən və korroziyadan qorunmasının nəzəriyyə və praktikasının əsaslarını, torpaqla birləşdirilən qurğuları; rabitə xətt-abunə qurğularının tikintisi, yenidən qurulması və təmirinə nəzarətin həyata keçirilmə qaydasını; mühafizə-izahat işlərinin aparılma qaydasını; istismarda olan ölçü vasitələrinin təyinatını və fəaliyyət prinsipini; müəssisənin strukturunu və digər müəssisələrlə qarşılıqlı münasibətlərin qurulmasının qaydasını; qurğu avadanlıqlarının pasportlaşması üzrə əsas müddəaları, qayda və təlimatları; texniki sənədlərin tərtib edilmə və aparılması qaydasını; yeni və əsaslı təmirdən sonra xətt qurğuları və abunə qurğularının istismara qəbul qaydasını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və ya təsis edilmiş proqram üzrə xüsusi hazırlığı olmaqla müvafiq peşə təhsili və 6-cı dərəcəli elektrik montyoru vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə (böyük elektrik mexaniki): müvafiq ali texniki təhsil və ya 8-ci dərəcəli rabitə xətt və abunə qurğuları (xətti qurğular və simli yayım) üzrə elektrik mexaniki vəzifəsində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. İnformasiya-hesablama mərkəzinə daxil olan informasiyanın mexanikləşdirilmiş və avtomatlaşdırılmış emalını, istehsalat iqtisadi və elmi-tədqiqat xarakterli məsələlərin həlli texnologiyasının işlənib hazırlanmasının təmin olunması üzrə işləri yerinə yetirir. Məlumatların emal sistemlərinin və maşının riyazi təminat sistemlərinin layihələndirilməsində iştirak edir. Hesablama prosesinin yerinə yetirilməsi ilə bağlı hazırlıq əməliyyatlarını yerinə yetirir, maşınların işləməsi üzrə müşahidə aparır. İnformasiya emalı texnoloji prosesinin sadə sxemlərini, məsələlərin həllinin alqoritmlərini, kommutasiya sxemləri, maket iş təlimatlarını və onlara zəruri izahatları tərtib edir. Sadə məsələlərin həlli proqramlarını işləyib hazırlayır, onların sazlanmasını və işin ayrı-ayrı mərhələlərinin eksperimental yoxlamasını yerinə yetirir. Hesablama maşınına məlumatların avtomatik daxil olmasını təmin edən informasiyanın texniki daşıyıcılarının hazırlanması, normativ və sorğu fondunun göstəricilərinin toplanması və sistemləşdirilməsi, xaric olunan sənədlərin formalarının işlənib hazırlanması, zəruri dəyişikliklərin daxil edilməsi və vaxtlı-vaxtında işçi proqramların təshih olunması üzrə işləri yerinə yetirir. İnformasiya emalı texnoloji prosesinin müxtəlif əməliyyatlarının (daxil olan informasiyanın qəbulu və nəzarət, ilkin məlumatların hazırlanması, informasiyanın emalı, çıxış sənədlərinin buraxılması və onların sifarişçiyə ötürülməsi) yerinə yetirilməsində iştirak edir. Maşın vaxtının istifadəsinin, icra olunan işlərin həcmlərinin uçotunu aparır.

Bilməlidir: informasiyanın mexanikləşdirilmiş və avtomatlaşdırılmış emalının layihələndirilməsinin metodlarını; hesablama texnikası, informasiyanın toplanması, ötürülməsi və emalı vasitələrini və onların istismar qaydalarını; informasiyanın mexanikləşdirilmiş və avtomatlaşdırılmış emalının texnologiyasını; hesablama əməliyyatlarının ardıcıllığını və yerinə yetirilməsinin texnikasını müəyyənləşdirən işçi proqramları, təlimatları, maketləri və normativ sənədləri; informasiyanın texniki daşıyıcılarının növlərini, onların saxlanılma və istismar qaydalarını; qüvvədə olan hesablama, şifrə və kodların sistemlərini; proqramlaşdırmanın əsas rəsmi dillərini; proqramlaşdırmanın əsaslarını; haqq-hesabın və hesablama işlərinin aparılmasının metodlarını; icra olunan işlərin hesablanmasının metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin və istehsalatın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq peşə təhsili;

8-ci dərəcə: müvafiq peşə təhsili və texnik-proqramlaşdırıcı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə (böyük texnik): orta ixtisas təhsili və ixtisası üzrə müvafiq vəzifələrdə 2 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Mətbuat yayımının müəssisə və ticarət nöqtələri tərəfindən dövri, qeyri-dövri və digər nəşrlər üçün verilən sifarişləri qəbul edir, onların əsasında mətbuat yayımı üzrə ümumi sifarişlər, həmçinin nəşr materiallarının müəssisələr və ticarət nöqtələri arasında bölüşdürmək üçün qaimələr tərtib edir. Nəşrlərin çeşidinə uyğun olaraq sifarişlərin müəyyən edilmiş müddətdə yerinə yetirilməsinə nəzarət edir. Təsdiq edilmiş qaimələrə əsasən tədarükçülər tərəfindən gətirilən dövri, qeyri-dövri və digər nəşrlərin, həmçinin gündəlik tələbat mallarının qəbulunu, eləcə də mətbuat yayımı müəssisəsinə və ticarət nöqtələrinə göndərilməsini təşkil edir. Malların daxil olunması və satılmasının uçotunu aparır, mal ehtiyatlarının normativlərinə riayət edilməsinə nəzarət edir, hər ticarət nöqtəsinin çeşid siyahısına uyğun olaraq malların tam çeşidlənməsinə nəzarət edir. Malların satış planının yerinə yetirilməsini, pərakəndə yayılan mallara olan ehtiyacı təhlil edir. Qeyri-dövri nəşrlərin, filateliya və digər malların reklamı üzrə işləri təşkil edir, mətbuat yayımı ticarət nöqtələrinin vəziyyətinin yoxlanılmasında iştirak edir. İddialar üzrə iş aparır. Qabaqcıl metod və üsullar, əməyin səmərəli təşkili üzrə təlimatlar verir, ekspedisiya və çeşidləmə işləri ilə məşğul olan işçilər tərəfindən təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edilməsinə nəzarət edir. Ekspeditor və çeşidləyicilərin işinə rəhbərlik edir.

İllik abunənin keçirilmə müddətində abunə sənədlərinin sənədləşdirilməsində, qəbul edilmiş abunənin uçotunda, operativ rəqəmlərin və qəbul edilmiş abunə üçün sifarişlərin tərtibatında iştirak edir.

Bilməlidir: mətbuat yayımının pərakəndə ticarət şəbəkəsinin işinin təşkilinə aid olan təlimatları, qaydaları və normativ sənədləri; mətbuat yayımının xidmətində olan müəssisə və ticarət nöqtələrinin şəbəkəsini və onların maliyyə-istehsalat xüsusiyyətlərini; sifarişlərin, dövri, qeyri-dövri və digər nəşrlər üçün qaimələrin tərtibi qaydalarını və təlimatları; hesabat və uçot metodlarını; anbar təsərrüfatının təşkilini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və mətbuat yayımı müəssisələrində 1 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Poçt mübadiləsində iştirak edir və ona operativ rəhbərlik edir. Cədvəl üzrə müəyyən edilmiş nəzarət müddətlərinə və poçtun göndərilmə planlarına müvafiq olaraq poçtun vaxtında və keyfiyyətli qəbulunu və göndərilməsini təmin edir. Qoşma sənədlərə qol çəkir, mübadilə edilən poçt üçün verilən qəbzləri sənədləşdirir. Poçt mübadiləsini yerinə yetirəcək nəqliyyatın gəlməsi haqqında məlumat alır. İş növbəsinin əvvəlində göndərilmiş poçtu, adlı əşyaları, müavinətləri, poçt qablaşdırmalarını və başqa istismar materiallarını qəbul edir və növbənin axırında təhvil verir. Poçtun mühafizəsini təmin etmək üçün tədbirlər görür, poçtun daxil olmasını və göndərilməsi uçotunu, eləcə də müəyyən edilmiş istehsalatla bağlı sənədləşməni aparır. İş növbəsində olan işçilər tərəfindən poçtun hazırlanması, daşınması və mübadiləsi məsələləri üzrə poçt qaydaları, təlimatları və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. İş növbəsində işçilərə təlimatlar verir. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir. İstehsal texnologiyasına və müəssisədaxili intizam qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: poçt göndərişlərinin hazırlanması, daşınması və mübadiləsi məsələləri üzrə əmrləri, əsasnamələri, təlimatları və sərəncamları; poçtun hazırlanmasını, istehsalat prosesinin təşkilini, poçt qaydalarını; respublikanın inzibati-ərazi bölgüsünü; rabitə xidməti tariflərini; müxtəlif növ nəqliyyatda poçtun daşınma cədvəllərini; latın qrafikasını; poçtun hazırlanması ilə məşğul olan işçilərin iş vaxtının uçotu və əmək haqqının ödənilməsi qaydalarını; sənədlərin tərtibi və aparılması qaydalarını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və rabitə müəssisələrində 1 ildən az olmayaraq əmək stajı və ya ümumi orta təhsil və rabitə müəssisələrində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. İşçiləri rabitə vasitələrinin ümumi istismar məsələləri üzrə təlimatlandırır, onların ixtisaslarının artırılması üçün seminarlar təşkil edir, qabaqcıl əmək üsullarının öyrənilməsi və yayılması üzrə iş aparır. Poçtun göndərilmə planının hazırlanmasında, onun bölüşdürmə standartlarının, poçtun mühafizəsinin təmin edilməsi üzrə tədbirlərdə, nəzarət müddətində onun gedişinə, vasitələrinin və müştəriyə edilən xidmətin keyfiyyətinin artırılmasına yönəldilən tədbirlərdə iştirak edir. Rabitə vasitələrinin istismarına, telefon-teleqraf mübadiləsinin vaxtında və keyfiyyətlə işlənməsinə, poçtun vaxtında işlənməsinə, daşınmasına, çatdırılmasına və onun mühafizəsinə, mətbuatın yayımı üzrə və digər aidiyyəti müəssisələrin işçiləri tərəfindən rabitə vasitələrinin istismar və xidmət qaydalarına riayət edilməsinə nəzarət edir. Şikayət, ərizə və sorğuları araşdırır və onların əsasında cavabları tərtib edir. Səhvlərin, şikayətlərin meydana gəlməsinin, mübadilənin hazırlama sürətinin azalmasının səbəblərini təhlil edir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verir. Rabitə müəssisələri şəbəkəsinin, mübadilənin, iş keyfiyyəti göstəricilərinin iş vaxtının uçotunu aparır. Qəzet və jurnalların abunə və pərakəndə yayılmasını, eləcə də ticarət nöqtələri vasitəsi ilə başqa malların satışını təşkil edir.

Rayonun iqtisadi və mədəni səviyyəsini nəzərdən keçirir və rabitə müəssisələri və mətbuat yayımı şəbəkəsinin genişləndirilməsinə, rabitə şöbələrinin, ticarət nöqtələrinin yerləşdirilməsinə və iş rejiminə aid olan təkliflər verir. Mal dövriyyəsi planının yerinə yetirilməsinə, köşk işçiləri tərəfindən daxil olan pulun vaxtında təhvil verilməsinə, ticarət nöqtələrinə qəzet, jurnal və başqa malların çatdırılmasına nəzarət edir. Mal ehtiyatlarının müəyyən edilmiş normativlərinin təmin edilməsi, ticarətdə zay məhsulun azaldılması və ticarət nöqtələrinin təmir edilməsi üzrə tədbirlər görür. Məhdudiyyətlə yayılan nəşrlərin bölüşdürülməsini planlaşdırır. Qəbul edilmiş abunənin uçotunu aparır, sifarişlərin tərtib edilməsinə, nəşrlərin göndərildiyi ünvanların dəyişməsinə, itən abunənin bərpasına, abunənin qayda və şərtlərinə riayət edilməsinə nəzarət edir, pozuntular baş verəndə isə onların aradan qaldırılması üçün təkliflər verir.

Bilməlidir: rabitə vasitələrinin istismarı, telefon-teleqraf mübadiləsinin emalı, poçtun emalı, daşınması və çatdırılması, mətbuat yayımı üzrə normativ hüquqi aktları və sənədləri; istehsal prosesinin təşkili, telefon-teleqraf mübadiləsinin və poçtun hazırlanması texnologiyasını; xəzinədarlıq maşınlarında abunənin hazırlanmasını; mətbuata olan sifarişlərin sənədləşdirilməsini; rabitə xidmətlərinin tariflərini; mətbuat yayımı pərakəndə ticarət şəbəkəsinin iş qaydalarını; nəşrlərin uçot, qiymətləndirmə, hesabdan silinmə və malların inventarizasiya qaydalarını; təftişlərin keçirilmə qaydasını; şikayət və ərizələrin uçotu, baxılması və həll edilməsi qaydalarını; müəssisələrin istehsal fəaliyyətinin yoxlanılma qaydaları barədə təlimatları; rabitə sahəsində əməkhaqqının verilməsi sistemini; işçilərə dərəcə, ixtisasların verilmə qaydasını; istehsalatla bağlı sənədlərin tərtibi və aparılması qaydasını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq orta ixtisas təhsili və rabitə müəssisələrində 1 ildən az olmayaraq əmək stajı və ya ümumi orta təhsil və rabitə müəssisələrində 3 ildən az olmayaraq əmək stajı.

7-ci dərəcə: təlimatçı vəzifəsini yerinə yetirdikdə;

8-ci dərəcə: böyük təlimatçı vəzifəsini yerinə yetirdikdə.

Əmək funksiyası. Daha təcrübəli mütəxəssisin rəhbərliyi altında texniki sənədlərin düzgün aparılmasını və iş yerində saxlanılmasını, qaimələrin, əmrlərin, sərəncamların müəyyən edilmiş müddətdə yerinə yetirilməsini yoxlayır. Müəyyən edilmiş qayda və təlimatlara əsasən texniki-operativ sənədləşməni aparır, onlara dəyişikliklər və əlavələr edir, radioelektron vasitələrinin texniki radionəzarəti üzrə məlumatlar hazırlayır. Cihazların, avadanlığın, həvəskar radiostansiyaların yüksəktezlikli cihazları, onların iş keyfiyyəti göstəriciləri, işləməsi haqqında məlumat, texniki xidmətetmə və təmir işləri, maddi-əmtəə dəyərlərinin hərəkəti, təhkim edilmiş sahədə radioqəbulda olan maneələr və texniki vasitələr ilə əlaqədar verilən şikayətlərin uçotunu aparır. Radioelektron vasitələrin sahibləri üçün təqdimatları, radioməlumatları, arayışları və sənədlərin verilməsi üçün materialları hazırlayır. Həvəskar radiostansiyaların yenidən qeydə alınmasını, ləğv edilməsini və kateqoriyasının dəyişdirilməsini həyata keçirir. Ümumi və müəssisədaxili radioşəbəkələrin elektromaqnit mühitinin və keyfiyyət göstəricilərinin təhlilində iştirak edir. Müəyyən edilmiş hesabatı tərtib edir, təhkim edilmiş bölmələri istehsalatla bağlı sənədlərlə, o cümlədən ilkin uçot formaları, texniki normativlər, qaydalar, təlimatlar və s. ilə təmin edir. Mürəkkəb olmayan çertyoj işlərini yerinə yetirir, yazı və hesablayıcı maşınlarda olan texniki materialları hazırlayır, dəftərxana mallarına olan sifarişləri tərtib edir.

Bilməlidir: aidiyyəti normativ hüquqi aktları, texniki sənədlərin aparılması, sənədləşdirilməsi üzrə standartları, əsasnamələri, təlimatları, metodiki materialları; müəssisədə tətbiq edilən uçot və hesabat formalarını; istismarda olan radioelektron vasitələrinin məlumat-sorğu fondu sisteminin funksional sxemini; radiorabitə, radio mübadilənin aparılma qaydalarını; radioşüalanmanın və sənaye radiomaneələrinin əlamətlərinin xüsusiyyətlərini; təhkim edilmiş sahədə istehsal prosesinin əsaslarını; hesablayıcı texnikanın və yazı maşınlarının istismar qaydalarını; iqtisadiyyatın, əməyin elmi təşkilinin, istehsalat və idarəetmənin əsaslarını; müəssisədaxili intizam qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və ya ümumi orta təhsilli olmaqla rabitə müəssisələrində 2 ildən az olmayaraq əmək stajı;

7-ci dərəcə: müvafiq orta ixtisas təhsili olmaqla 6-cı dərəcəli texniki sənədləşməni aparan texnik vəzifəsində 3 ildən və ya digər orta ixtisas təhsili tələb edilən vəzifələrdə 2 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə (böyük texnik): müvafiq orta ixtisas təhsili və 7-ci dərəcəli texniki sənədləşməni aparan texnik vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. İnformasiya-hesablama mərkəzinin hesablama texnikası vasitələrinin səmərəli istismarının, informasiyanın qəbulu və ötürülməsinin təmin olunması üzrə işi yerinə yetirir. Avadanlığın texniki xidməti və təmiri üzrə plan və qrafiklərin işlənib hazırlanmasında iştirak edir. Nasazlıqların vaxtlı-vaxtında aşkar edilməsi və ləğvi məqsədilə test yoxlamalarını və avadanlığa texniki baxışları, maşınların element və bloklarının ayrı-ayrı qurğu və kiçik hissələrinin tənzimləmə və sazlanması işlərini yerinə yetirir. Profilaktik və cari təmirin aparılmasında iştirak edir. İstehsalatın spesifik tələbləri nəzərə alınmaqla təmirdən qayıdan avadanlığın qəbulunda, habelə istismara verilən yeni avadanlığın qəbulu və mənimsənməsində, avadanlığın modernləşməsi və təkmilləşdirilməsi üzrə işlərdə iştirak edir. Avadanlığın istifadə göstəricilərinin, maşının işində aşkar edilmiş qüsurların uçotunu aparır. Avadanlığın, ehtiyat hissələrinin, alətlərin, materialların və hesablama texnikası vasitələri və ötürücü qurğuların təmiri üçün komplektləşdirici məmulatların alınması üzrə sifarişlərin, təmir üçün texniki sənədlərin tərtib olunmasında iştirak edir.

Bilməlidir: normativ və sorğu məlumatlarını; informasiyanın toplanması, ötürülməsi və işlənməsi üzrə texniki vasitələri; hesablama texnikası vasitələrinin texniki-istismar xarakteristikalarını və qaydalarını; avadanlığın təmir xidmətinin təşkilini; avadanlığın texniki xidmət və təmiri üzrə iş planı və qrafiklərinin işlənib hazırlanması qaydalarını; informasiya və komplektləşdirmə qurğularının, avadanlığın, ehtiyat hissələrinin, alətlərin, materialların və komplektləşdirici məmulatların satın alması üzrə sifarişlərin tərtib edilməsi qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin və istehsalatın təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri

6-cı dərəcə: əmək stajına tələb qoyulmadan müvafiq orta ixtisas təhsili və ya ümumi orta təhsilli olmaqla rabitə müəssisələrində 2 ildən az olmayaraq əmək stajı.

7-ci dərəcə: müvafiq orta ixtisas təhsili olmaqla 6-cı dərəcəli texniki sənədləşməni aparan texnik vəzifəsində 3 ildən və ya digər orta ixtisas təhsili tələb edilən vəzifələrdə 2 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə (böyük texnik): müvafiq orta ixtisas təhsili və 7-ci dərəcəli texniki sənədləşməni aparan texnik və ya informasiya-hesablama mərkəzinin texniki vəzifələrində 2 ildən az olmayaraq əmək stajı.

1. 29 dekabr 2014-cü il tarixli 9 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201412290009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 yanvar 2015-ci il)

2. 18 dekabr 2018-ci il tarixli 11-6 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180116, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il)

3. 17 yanvar 2022-ci il tarixli 22050000029 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201170029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 yanvar 2022-ci il)

4. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-28/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283528, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver