«Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli, 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na, «Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 yanvar tarixli, 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 14 mart tarixli, 51 nömrəli qərarına və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 mart tarixli, iclasının protokoluna əsasən qərara alır:
1. «Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli, 1 nömrəli qərarının cədvəl hissəsinə 26-cı yeni sətir əlavə edilsin:
Kimya sənayesi üçün ilkin benzin fraksiyası
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 13 mart 2007-ci il
21 iyul 2007-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikasını Tarif (qiymət) Şurasının qərarı ()