Qanunvericilik › Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2025) › Tam mətn

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2025)

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi barədə (Tarif Şurasının qərarı, 30.12.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarları ilə nəqliyyat və telekommunikasiya sahəsində xidmət haqlarının (tariflərin) təsdiq edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş “VI bölmə”, 2006-cı il 12 aprel tarixli 9 nömrəli Qərarı, 2007-ci il 14 may tarixli 15 nömrəli Qərarı, 2007-ci il 25 dekabr tarixli 27 nömrəli Qərarı, 2008-ci il 30 dekabr tarixli 9 nömrəli Qərarı, 2013-cü il 02 dekabr tarixli 4 nömrəli Qərarının 1-ci və 2-ci hissələri, 2013-cü il 02 dekabr tarixli 5, 6, 7, 8, 9, 10, 11 nömrəli qərarları, 2014-cü il 1 avqust tarixli 5 nömrəli Qərarı və 2022-ci il 26 oktyabr tarixli 13 nömrəli Qərarı ləğv edilsin.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 dekabr 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver