AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Vergilər Nazirliyi (bundan sonra Nazirlik) tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə göstərilməsi Nazirliyə həvalə edilmiş 57 növ elektron xidmətdən ötən ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 24 dekabr 2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş və “Hüquqi Aktların Dövlət Reyestri”ndə elektron variantda dərc edilmişdir.
Vergilər Nazirliyi tərəfindən daha 5 növdə elektron xidmətlərin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarmı həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmışdır.
Yuxarıda qeyd edilən normativ hüquqi aktların icrası məqsədilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci və Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2006-cı il tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);
1.2. “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmət üzrə inzibati reqlament (2 nömrəli əlavə);
1.3. “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);
1.4. “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament (4 nömrəli əlavə);
1.5. “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament (5 nömrəli əlavə).
2. Hüquq baş idarəsinin rəisi, vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın və qərarla təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
3. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, inzibati reqlamentlərin Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
4. Analitik-informasiya şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, inzibati reqlamentlərin mahiyyəti, o cümlədən göstərilən elektron xidmətlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
5. Vergilər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən inzibati reqlamentlərin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 oktyabr 2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) elektron formada qeydiyyatdan çıxarılmasını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.17-ci bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılır və bu barədə onun elektron ünvanına Bildiriş göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az
2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması barədə ərizə.
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması barədə ərizə İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə
· “Kimə” siyahısından – Azərbaycan Respublikasının Vergilər Nazirliyi
· “Müraciətin növü” siyahısından - Ərizə
· “Sənədin növü” siyahısından - Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır
Açılan ekranda əməliyyatlar aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
- Qeydiyyatdan çıxarılacaq təsərrüfat subyektinin (obyektin) kodu seçilir
- Qeydiyyatdan çıxma tarixi daxil edilir;
- Qeydiyyatdan çıxma səbəbi daxil edilir;
- İrəli düyməsi sıxılır.
Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra ekrana təsərrüfat subyektinin (obyektinin) vergi uçotunun ləğv edilməsi barədə Bildiriş çıxır.
“Çap” düyməsi vasitəsi ilə Bildirişi çap etmək mümkündür.
3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) aktiv nəzarət-kassa aparatı və ya Pos-terminal qeydiyyatda olduqda təsərrüfat subyektinin qeydiyyatdan çıxarılmasına icazə verilmir. Təsərrüfat subyekti (obyekti) icarəyə verilmişdirsə, ilk öncə icarəyə götürən tərəfindən həmin təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmalıdır, yalnız bundan sonra vergi ödəyicisi təsərrüfat subyektini (obyektini) qeydiyyatdan çıxara bilər. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.
3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyekti (obyekt) qeydiyyatdan çıxarılır.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin qeydiyyatdan çıxarılması (prosesin sonu)məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılır.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 oktyabr 2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin və qeyri-kommersiya hüquqi şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.31-ci bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin elektron ünvanına uçot məlumatlarında dəyişikliklərin aparılması haqqında ərizənin icraya qəbul edildiyi barədə Bildiriş göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Hüquqi şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə.
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə istifadəçi tərəfindən sistemə daxil edilir.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş günündə həyata keçirilir.
3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi barədə ərizə İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə
· “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
· “Müraciətin növü” siyahısından - Ərizə
· “Sənədin növü” siyahısından - Hüquqi şəxsin məlumat dəyişikliyi ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.
Açılan ekranda hüquqi şəxslərin əlaqə məlumatları və fəaliyyət növləri üzrə məlumat dəyişikliyi aşağıdakı qaydada həyata keçirilir.
Əlaqə məlumatlarının sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Növü” sütununda siyahıdan əlaqə məlumatının (ev telefonu, iş telefonu, elektron ünvan və sair ) növü seçilir.
- Siyahıdan ərazinin və ya mobil operatorun telefon kodu seçilir.
- Növbəti sütunda seçilmiş növə uyğun olaraq telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.
Məlumat bazasına istənilən sayda telefon nömrəsi və elektron ünvan barədə məlumat daxil etmək mümkündür.
Fəaliyyət növünün sistemə daxil edilməsi

- “Kodu” sütununda fəaliyyət növünün kodu sistemə daxil edilir.
- Sistem tərəfindən uyğun fəaliyyət növünün adı ekrana çıxarılır.
Səhv fəaliyyət kodunun sistemə daxil edilməsinə icazə verilmir.
Həm əlaqə məlumatları, həm də fəaliyyət növləri barədə məlumatlar eyni qayda ilə silinir. Bu məqsədlə hər iki halda Seçim qrafasında uyğun sətrin qarşısına işarə qoyulur və “Seçilmişləri sil” düyməsi sıxılır.
Eyni vaxtda həm yeni məlumatları sistemə daxil etmək, həm də mövcud məlumatları məlumat bazasından silmək mümkündür.
Məlumat dəyişikliyi ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra “İrəli” düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra ekrana “Hüquqi şəxsin məlumat dəyişikliyi” ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş çıxır.
“Çap” düyməsi vasitəsi ilə Bildirişi çap etmək mümkündür.
Hüquqi şəxs tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür.
3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə məlumat dəyişikliyi barədə təqdim edilmiş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilmədiyi halda, hüquqi şəxs tərəfindən növbəti məlumat dəyişikliyi ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. İstifadəçi tərəfindən daxil edilmiş telefon nömrələri bəlli sayda rəqəmdən az ola bilməz. Hüquqi şəxsin ən azı bir fəaliyyət növü olmalıdır və həmin fəaliyyət əsas fəaliyyət kimi qeyd edilməlidir. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.
3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda hüquqi şəxsin uçot məlumatları dəyişdirilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- İstifadəçi adı, şifrə və parola görə hüquqi şəxsin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;
- Məlumat dəyişikliyi barədə ərizənin icraya qəbul edilməsi barədə hüquqi şəxsə Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Hüquqi şəxsin uçot məlumatlarının dəyişdirilməsi, (prosesin sonu)məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 oktyabr 2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fərdi sahibkar qismində uçota alınmış fiziki şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.32-ci bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxsin elektron ünvanına uçot məlumatlarında dəyişikliklərin aparılması haqqında ərizənin icraya qəbul edildiyi barədə Bildiriş göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış fərdi sahibkarlar.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə.
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə fərdi sahibkar tərəfindən sistemə daxil edilir.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş günündə həyata keçirilir.
3.2.1. Sorğunun formalaşdırılması: Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi barədə ərizə İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə
· “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
· “Müraciətin növü” siyahısından - Ərizə
· “Sənədin növü” siyahısından - Fiziki şəxsin məlumat dəyişikliyi ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.
Açılan ekranda fiziki şəxslərin əlaqə məlumatları və fəaliyyət növləri üzrə məlumat dəyişikliyi aşağıdakı qaydada həyata keçirilir.
Əlaqə məlumatlarının sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Növü” sütununda siyahıdan əlaqə məlumatının (ev telefonu, iş telefonu, elektron ünvan və sair ) növü seçilir.
- Siyahıdan ərazinin və ya mobil operatorun telefon kodu seçilir.
- Növbəti sütunda seçilmiş növə uyğun olaraq telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.
Məlumat bazasına istənilən sayda telefon nömrəsi və elektron ünvan barədə məlumat daxil etmək mümkündür.
Fəaliyyət növünün sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- Kodu sütununda fəaliyyət növünün kodu sistemə daxil edilir.
- Sistem tərəfindən uyğun fəaliyyət növünün adı ekrana çıxarılır.
Səhv fəaliyyət kodunun sistemə daxil edilməsinə icazə verilmir.
Həm əlaqə məlumatları, həm də fəaliyyət növləri barədə məlumatlar eyni qayda ilə silinir. Bu məqsədlə hər iki halda Seçim qrafasında uyğun sətrin qarşısına işarə qoyulur və “Seçilmişləri sil” düyməsi sıxılır.
Eyni vaxtda həm yeni məlumatları sistemə daxil etmək, həm də mövcud məlumatları məlumat bazasından silmək mümkündür.
Məlumat dəyişikliyi ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra “İrəli” düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra ekrana “Fiziki şəxsin məlumat dəyişikliyi” ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş çıxır.
“Çap” düyməsi vasitəsi ilə Bildirişi çap etmək mümkündür.
Fərdi sahibkar tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür.
3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə məlumat dəyişikliyi barədə təqdim edilmiş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilmədiyi halda, fərdi sahibkar tərəfindən növbəti məlumat dəyişikliyi ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Fərdi sahibkar tərəfindən daxil edilmiş telefon nömrələri bəlli sayda rəqəmdən az ola bilməz. Fərdi sahibkarın ən azı bir fəaliyyət növü olmalıdır və həmin fəaliyyət əsas fəaliyyət kimi qeyd edilməlidir. Fiziki şəxslər tərəfindən bəzi fəaliyyət növlərinin (məsələn bank fəaliyyəti və sair) seçilməsinə məhdudiyyət qoyulmuşdur. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.
3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda fərdi sahibkarın uçot məlumatları dəyişdirilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- İstifadəçi adı, şifrə və parola görə fərdi sahibkarın sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;
- Məlumat dəyişikliyi barədə ərizənin icraya qəbul edilməsi barədə Fərdi sahibkara Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Fərdi sahibkarın uçot məlumatlarının dəyişdirilməsi, (prosesin sonu)məsul şəxs - Vergilər Nazirliyi.
Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətin yerinə yetirilməsi nəticəsində fərdi sahibkarın uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 oktyabr 2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.33-cü bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxsin elektron ünvanına uçot məlumatlarında dəyişikliklərin aparılması haqqında ərizənin icraya qəbul edildiyi barədə Bildiriş göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə.
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin - Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş günündə həyata keçirilir.
3.2.1. Sorğunun formalaşdırılması: Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi barədə ərizə İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə
· “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
· “Müraciətin növü” siyahısından - Ərizə
· “Sənədin növü” siyahısından - Filialın məlumat dəyişikliyi ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.
Açılan ekranda hüquqi şəxsin filialının, nümayəndəliyinin əlaqə məlumatları və fəaliyyət növləri üzrə məlumat dəyişikliyi aşağıdakı qaydada həyata keçirilir.
- Siyahıdan hüquqi şəxsin filialı, nümayəndəliyi seçilir.
Əlaqə məlumatlarının sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Növü” sütununda siyahıdan əlaqə məlumatının (ev telefonu, iş telefonu, elektron ünvan və sair) növü seçilir.
- Siyahıdan ərazinin və ya mobil operatorun telefon kodu seçilir.
- Növbəti sütunda seçilmiş növə uyğun olaraq telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.
Məlumat bazasına istənilən sayda telefon nömrəsi və elektron ünvan barədə məlumat daxil etmək mümkündür.
Fəaliyyət növünün sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Kodu” sütununda fəaliyyət növünün kodu sistemə daxil edilir.
- Sistem tərəfindən uyğun fəaliyyət növünün adı ekrana çıxarılır.
Səhv fəaliyyət kodunun sistemə daxil edilməsinə icazə verilmir.
Həm əlaqə məlumatları, həm də fəaliyyət növləri barədə məlumatlar eyni qayda ilə silinir. Bu məqsədlə hər iki halda Seçim qrafasında uyğun sətrin qarşısına işarə qoyulur və “Seçilmişləri sil” düyməsi sıxılır.
Eyni vaxtda həm yeni məlumatları sistemə daxil etmək, həm də mövcud məlumatları məlumat bazasından silmək mümkündür.
Məlumat dəyişikliyi ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra “İrəli” düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra ekrana “hüquqi şəxsin filialının, nümayəndəliyinin məlumat dəyişikliyi” ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş çıxır.
“Çap” düyməsi vasitəsi ilə Bildirişi çap etmək mümkündür.
Vergi ödəyicisi tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür.
3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə məlumat dəyişikliyi barədə təqdim edilmiş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti məlumat dəyişikliyi ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Vergi ödəyicisi tərəfindən daxil edilmiş telefon nömrələri bəlli sayda rəqəmdən az ola bilməz. Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyət növü vergi ödəyicisinin fəaliyyət növləri arasında olmalıdır. Hüquqi şəxsin filialının, nümayəndəliyinin ən azı bir fəaliyyət növü olmalıdır və həmin fəaliyyət əsas fəaliyyət kimi qeyd edilməlidir. Əks hallarda hüquqi şəxsin filialının, nümayəndəliyinin məlumat dəyişikliyi ərizəsinin icraya qəbul edilməsindən imtina edilir. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.
3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatları dəyişdirilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;
- Məlumat dəyişikliyi barədə ərizənin icraya qəbul edilməsi barədə vergi ödəyicisinə Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi, (prosesin sonu)məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətin yerinə yetirilməsi nəticəsində hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 oktyabr 2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, həmin Qaydalara 1 nömrəli əlavə, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.34-cü bəndi
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisinin elektron ünvanına uçot məlumatlarında dəyişikliklərin aparılması haqqında ərizənin icraya qəbul edildiyi barədə Bildiriş göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/, http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
- https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg
- Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr)
- Vergi ödəyicilərinə xidmət mərkəzləri
- Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195)
- office@taxes.gov.az
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə.
Xidmətin təqdim edildiyi elektron ünvandan ərizədə olan məlumatlar interaktiv şəkildə vergi ödəyicisi tərəfindən sistemə daxil edilir.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaranır.
Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş günündə həyata keçirilir.
3.2.1. Sorğunun formalaşdırılması: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi barədə ərizəsi İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə
· “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi
· “Müraciətin növü” siyahısından - Ərizə
· “Sənədin növü” siyahısından - Obyektin məlumat dəyişikliyi ərizəsi seçilir və “Qəbul” düyməsi sıxılır.
Açılan ekranda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) əlaqə məlumatları və fəaliyyət növləri üzrə məlumat dəyişikliyi aşağıdakı qaydada həyata keçirilir.
- Siyahıdan vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) seçilir.
Əlaqə məlumatlarının sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Növü” sütununda siyahıdan əlaqə məlumatının (ev telefonu, iş telefonu, elektron ünvan və sair ) növü seçilir.
- Siyahıdan ərazinin və ya mobil operatorun telefon kodu seçilir.
- Növbəti sütunda seçilmiş növə uyğun olaraq telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.
Məlumat bazasına istənilən sayda telefon nömrəsi və elektron ünvan barədə məlumat daxil etmək mümkündür.
Fəaliyyət növünün sistemə daxil edilməsi
- Ekranın uyğun hissəsində “Əlavə et” düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur.
- “Kodu” sütununda fəaliyyət növünün kodu sistemə daxil edilir.
- Sistem tərəfindən uyğun fəaliyyət növünün adı ekrana çıxarılır.
Səhv fəaliyyət kodunun sistemə daxil edilməsinə icazə verilmir.
Həm əlaqə məlumatları, həm də fəaliyyət növləri barədə məlumatlar eyni qayda ilə silinir. Bu məqsədlə hər iki halda Seçim qrafasında uyğun sətrin qarşısına işarə qoyulur və “Seçilmişləri sil” düyməsi sıxılır.
Eyni vaxtda həm yeni məlumatları sistemə daxil etmək, həm də mövcud məlumatları məlumat bazasından silmək mümkündür.
Məlumat dəyişikliyi ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra “İrəli” düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün “Qəbul” düyməsini basır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi icra edilir. Təsdiqdən sonra ekrana “Vergi ödəyicinin təsərrüfat subyektinin (obyektin) məlumat dəyişikliyi” ərizəsinin icraya qəbul edilməsi barədə Bildiriş çıxır.
“Çap” düyməsi vasitəsi ilə Bildirişi çap etmək mümkündür.
Vergi ödəyicisi tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan Əməliyyat tarixçəsi vasitəsi ilə ərizənin icra vəziyyətini izləyə bilər.
3.2.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Onlayn rejimdə məlumat dəyişikliyi barədə təqdim edilmiş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilmədiyi halda, vergi ödəyicisi tərəfindən növbəti məlumat dəyişikliyi ərizəsinin qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Vergi ödəyicisi tərəfindən daxil edilmiş telefon nömrələri bəlli sayda rəqəmdən az ola bilməz. Təsərrüfat subyektinin (obyektinin) fəaliyyət növü vergi ödəyicisinin fəaliyyət növləri arasında olmalıdır. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) ən azı bir fəaliyyət növü olmalıdır və həmin fəaliyyət əsas fəaliyyət kimi qeyd edilməlidir. Əks hallarda təsərrüfat subyektinin (obyektin) məlumat dəyişikliyi ərizəsinin icraya qəbul edilməsindən imtina edilir. Bu məsələlərə sistem tərəfindən avtomatik nəzarət olunur və ekrana müvafiq mesajlar çıxarılır.
3.3.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçot məlumatları dəyişdirilir.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
- İstifadəçi adı, şifrə və parola görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;
- Məlumat dəyişikliyi barədə ərizənin icraya qəbul edilməsi barədə vergi ödəyicisinə Bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçot məlumatlarının dəyişdirilməsi, (prosesin sonu)məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları mərkəzi məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət yerinə yetirilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Xidmətin yerinə yetirilməsi nəticəsində vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçot məlumatlarında ərizədə göstərilən dəyişikliklər edilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.5.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.5.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195) fəaliyyət göstərir.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.
Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
1. 31 iyul 2017-ci il tarixli 1717050000014500 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707314500, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 avqust 2017-ci il)
2. 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710061100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2017-ci il)