Qanunvericilik › Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 30.07.2015) › Tam mətn

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 30.07.2015)

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Vergilər Nazirliyi, 30.07.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, habelə “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi” və “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidmətlərinin təsdiq edilməsinə, eləcə də qanunvericiliyin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi”, “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi”, “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” və “Vergilər nazirinə onlayn müraciət” elektron xidmətləri üzrə inzibati reqlamentlərin yeni redaksiyada verilməsinə zərurət yaranmışdır.

Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);

1.2. “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə).

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 26 nömrəli “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur);

2.2. 27 nömrəli “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur);

2.3. 28 nömrəli “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin(əlavə olunur);

2.4. 44 nömrəli “Vergilər nazirinə onlayn müraciət” elektron xidməti üzrə inzibati reqlament yeni redaksiyada verilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayevaya tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Elçin Məmmədova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş və yeni redaksiyada verilmiş elektron xidmətlər üzrə inzibati reqlamentlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Analitik-informasiya şöbəsinin rəisi, vergi xidməti müşaviri Mehti Mirsəlimova tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş və yeni redaksiyada verilmiş inzibati reqlamentlərin mahiyyəti, o cümlədən göstərilən elektron xidmətlər barədə məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.

6. Vergilər Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, vergi orqanı əməkdaşları tərəfindən inzibati reqlamentlərin tələblərinə əməl edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət gücləndirilmiş elektron imzası (Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri tərəfindən verilmiş elektron imza) olan vergi ödəyicisinin (bundan sonra – istifadəçi) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra – Çağrı Mərkəzi) müraciəti əsasında Çağrı Mərkəzinin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında 1-ci, 2-ci və 3-cü rüblər üzrə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı, 72-ci və 221-ci maddələri, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.61-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən, sistemin işlək vəziyyətdə olmasından və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5 -15 dəqiqədir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi” elektron formada tərtib edilərək gücləndirilmiş elektron imza vasitəsilə təsdiqləməsi üçün istifadəçiyə sorğu göndərilir, məlumatların doğruluğu təsdiqləndikdən sonra bəyannamə vergi orqanına göndərilir və əməliyyat başa çatdıqdan sonra bu barədə istifadəçinin “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış, sadələşdirilmiş verginin ödəyicisi olan və Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Çağrı Mərkəzi, https://www.e-taxes.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. https://www.taxes.gov.az;

2.5.2. https://www.e-taxes.gov.az;

2.5.3. https://www.e-gov.az;

2.5.4. https://asanimza.az;

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. Çağrı Mərkəzi (195-1);

2.5.7. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün sənəd tələb olunmur, müraciət edən istifadəçidən gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil nömrəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri (bundan sonra - ASXM) tərəfindən təqdim edilmiş “Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş”də əks olunan İstifadəçi İD məlumatı soruşulur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətin istifadəçisi olan vergi ödəyicisi ASXM tərəfindən verilmiş gücləndirilmiş elektron imzaya və ondan istifadəyə imkan verən avadanlığa malik olmalıdır. Sorğunun formalaşdırılması və qəbulu aşağıdakı mərhələlərdən ibarətdir:

3.1.1. Sorğunun formalaşdırılması:

1. İstifadəçi Çağrı Mərkəzinə zəng etməklə müraciət edir;

2. İstifadəçi ondan soruşulan gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil nömrəsini və İstifadəçi İD məlumatını bildirir;

3. İstifadəçi tərəfindən təqdim edilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil nömrə və İstifadəçi İD məlumatları Çağrı Mərkəzinin təmsilçisi tərəfindən AVİS-də yoxlanılır. Yoxlanılan məlumatlar düzgün olduqda istifadəçidən hansı hesabat dövrü üzrə bəyannamə təqdim etmək istədiyi soruşulur;

4. İstifadəçi tərəfindən hansı hesabat dövrü üzrə bəyannamə təqdim etmək istədiyi bildirilir və Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş bəyannamənin doldurulma qaydalarına uyğun olaraq bəyannamənin doldurulması üçün məlumatlar təqdim edilir;

5. Bəyannamə tərtib edildikdən sonra istifadəçinin gücləndirilmiş elektron imzasının bağlı olduğu mobil nömrəsinə bəyannamə üzrə yaranacaq vergi öhdəlikləri və bəyannamənin təsdiq edilməsi üçün PİN 2 kodunun daxil edilməsi barədə SMS-lər göndərilir;

6. İstifadəçi bəyannamə üzrə yaranacaq vergi öhdəlikləri ilə razılaşdıqda və PİN 2 kodunu daxil etməklə bəyannaməni təsdiq etdikdə bəyannamə vergi orqanına göndərilir;

7. Əməliyyat başa çatdıqdan sonra bu barədə istifadəçinin “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndərilir.

3.1.2. Sorğunun qəbulu: “Sadələşdirilmiş verginin bəyannaməsi” istifadəçi tərəfindən təsdiqləndiyi andan AVİS-də qeydiyyata alınmış olur və AVİS-də həmin bəyannamə üzrə 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş yaradılır. Əməliyyat başa çatdıqdan sonra bu barədə istifadəçinin “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndərilir. Bu barədə Çağrı Mərkəzinin təmsilçisi tərəfindən istifadəçiyə məlumat verilir.

3.2. Elektron Xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Elektron xidmətə daxil olunması, “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi və təsdiqlənməsindən aşağıdakı hallarda imtina edilir:

1. Gücləndirilmiş elektron imza nömrəsi və ya istifadəçi İD nömrəsi səhv bildirilərsə;

2. Mobil nömrədə gücləndirilmiş elektron imza xidməti aktiv olmazsa;

3. Müraciət etmiş şəxsin gücləndirilmiş elektron imza sahibi olmadığı müəyyən edilərsə;

4. Səyyar vergi yoxlaması ilə əhatə edilmiş dövr üzrə bəyannamə verilməsi istənilərsə;

5. 4-cü rüb üzrə bəyannamə verilməsi istənilərsə;

6. İstifadəçinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirməsi ilə əlaqədar, eyni zamanda vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verilməsi ilə əlaqədar ləğv bəyannaməsinin verilməsi istənilərsə;

7. İstifadəçi sadələşdirilmiş verginin ödəyicisi olmadıqda;

8. Bəyannamədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilməzsə;

9. “Sadələşdirilmiş verginin bəyannaməsi” üzrə hesabat dövrü səhv göstərilərsə.

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda “Sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanı tərəfindən hazırlanır və təsdiq olunması üçün istifadəçinin gücləndirilmiş elektron imzasının bağlı olduğu mobil nömrəsinə məlumat göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. İstifadəçi tərəfindən gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil nömrəsi və İstifadəçi İD məlumatının təqdim edilməsi, məsul şəxs- istifadəçi;

2. İstifadəçi tərəfindən təqdim edilmiş gücləndirilmiş elektron imzanın bağlı olduğu mobil nömrə və İstifadəçi İD məlumatlarının AVİS-də yoxlanılması, məsul şəxs- Vergilər Nazirliyi;

3. “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təsdiq edilməsi məqsədilə hazırlanmış bəyannamə üzrə yaranacaq vergi öhdəlikləri və bəyannamənin təsdiq edilməsi üçün PİN 2 kodunun daxil edilməsi barədə istifadəçinin gücləndirilmiş elektron imzasının bağlı olduğu mobil nömrəsinə SMS-lərin göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;

4. Yaranacaq vergi öhdəlikləri ilə tanış olunduqdan sonra tərtib edilmiş bəyannamənin vergi orqanına göndərilməsi üçün gücləndirilmiş elektron imza PİN 2 kodu daxil edilməklə istifadəçi tərəfindən bəyannamənin imzalanması, məsul şəxs – istifadəçi;

5. İstifadəçi tərəfindən imzalama əməliyyatı aparıldıqdan sonra onun “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumatın göndərilməsi və bu barədə istifadəçiyə məlumatın verilməsi, məsul şəxs – Vergilər Nazirliyi.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: İcraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq 5-15 dəqiqədir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində istifadəçinin “Sadələşdirilmiş verginin bəyannaməsi” təsdiqləndikdən sonra vergi orqanına həmin bəyannamə təqdim edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizə tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 74.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı”nın 7.62-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılaraq, bu barədə onun elektron ünvanına məlumat göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-taxes.gov.az/ http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. https://www.e-taxes.gov.az;

2.5.3. http://www.e-gov.az;

2.5.4. vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.7. office@taxes.gov.az.

2.6 Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların

təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu: İnteraktiv xidmətlərin istifadəçilərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını tərtib etmək və təsdiq etmək imkanı yaranır. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilərsə, bu halda ərizəyə baxılması ilə əlaqədar müddətin axımı həmin gündən sonrakı ilk iş gününün əvvəlində başlanır. Sorğunun formalaşdırılması və qəbulu aşağıdakı mərhələlərdən ibarətdir:

3.1.1. Sorğunun formalaşdırılması: “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizənin vergi orqanına təqdim edilməsi İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümü üzərindən aparılır. Bu məqsədlə “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə “Kimə” siyahısından - Azərbaycan Respublikasının Vergilər Nazirliyi, “Müraciətin növü” siyahısından - Ərizə, “Sənədin növü” siyahısından - “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizə seçilir. Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması tarixləri vergi ödəyicisi tərəfindən interaktiv şəkildə ərizəyə daxil edilir və daha sonra istifadəçi kodu, parol və şifrə vasitəsilə sistemə daxil olmuş vergi ödəyiciləri “Qəbul” düyməsini, gücləndirilmiş elektron imza vasitəsi ilə sistemə daxil olmuş vergi ödəyiciləri isə “İmzala və göndər” düyməsini sıxırlar. “Qəbul” düyməsi və ya “İmzala və göndər” düyməsi sıxıldıqdan sonra ərizənin məzmunu sistem tərəfindən avtomatik olaraq formalaşdırılaraq aidiyyəti üzrə baxılması üçün vergi orqanına göndərilir;

3.1.2. Sorğunun qəbulu: “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş Bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi ödəyicisi tərəfindən təqdim olunan “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizə gəlir və ya mənfəət vergisi hesabatının təqdim edilməsi üçün Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş müddətdən sonra təqdim olunduğu halda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir;

3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsas olmadıqda ərizə qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə” ərizə İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq və e-VHF” bölümünə daxil olmaqla elektron formada tərtib edilərək təqdim edilir;

2. istifadəçi kodu, parol və şifrəyə görə vergi ödəyicisinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

3. gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs - akkreditə edilmiş sertifikat mərkəzi;

4. ərizənin icraya qəbul edilməsi barədə vergi ödəyicisinə bildirişin göndərilməsi, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

5. elektron xidmətin göstərilməsinə məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsində göstərilən müddətlərdə yerinə yetirilir;

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılaraq, bu barədə onun elektron ünvanına məlumat göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir;

3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay muddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci, 10-cu və 10-1-ci maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.37-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

3. Müraciətin predmeti;

4. Müraciətin məzmunu.

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsi, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyırlar;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-cu maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.38-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

3. Müraciətin məzmunu;

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin İnsan resursları idarəsi, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyırlar;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanlarının qəbul etdiyi inzibati aktlarla bağlı verdikləri ərizə və ya şikayətlərin (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) nəticəsi üzrə Vergilər Nazirliyinin aparatının struktur vahidləri tərəfindən qəbul edilmiş inzibati qərarlardan təkrar şikayətlə Vergi Apellyasiya Şurasına onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, habelə məhkəməyə qədər (məhkəmədən kənar) sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci və 10-cu maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.39-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

3. Müraciətin predmeti;

4. Müraciətin məzmunu.

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir. Aşağıdakı müraciətlər Vergi Apellyasiya Şurası tərəfindən icraata qəbul edilmir:

1. korrupsiya hüquqpozma halları barədə müraciətlər;

2. eyni şəxs tərəfindən eyni predmet üzrə verilmiş və bununla bağlı Vergi Apellyasiya Şurasının qərarı olan müraciətlər.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət (təkrar şikayət) dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra- AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə Vergi Apellyasiya Şurasının sədrinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün Vergi Apellyasiya Şurasının Katibliyinə göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergi Apellyasiya Şurası, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyırlar;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyat alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 30 iyul 2015-ci il tarixli 1517050000006200 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Vergilər nazirinə onlayn müraciət.

1.2. Elektron xidmətin məzmunu: Fiziki və hüquqi şəxslər vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı vergilər nazirinə onlayn müraciət edə bilərlər. Bu elektron xidmətin təşkili vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə zəmin yaradır.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 7-ci, 10-cu və 10-1-ci maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci, 52-ci və 78-ci maddələri, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.3-cü və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.55-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciətin araşdırılmasının nəticəsinə dair müraciət müəllifinə cavab məktubu göndərilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: İstənilən fiziki və hüquqi şəxs.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsi (http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler), http://www.e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.taxes.gov.az;

2.5.2. http://www.e-gov.az;

2.5.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);

2.5.4. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);

2.5.5. Vergi ödəyicilərinə xidmət mərkəzləri;

2.5.6. office@taxes.gov.az.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Şəxsiyyəti təsdiq edən sənəd (təqdim olunmuş forma üzrə müəyyən edilmiş müvafiq qrafalarda şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi qeyd olunur).

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən Reqlamentin 2.4-cü bəndində qeyd edilən “E-xidmətlər” bölməsində “Vergilər nazirinə onlayn müraciət” xidmət növü seçilir. Bu zaman açılmış pəncərədə təqdim olunmuş forma üzrə (*) işarəsi ilə qeyd olunan “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi” və “Doğum tarixi” qrafaları doldurularaq “Davam et” düyməsi sıxılır. Bundan sonra açılacaq yeni pəncərədə istifadəçi tərəfindən forma üzrə müəyyən edilmiş müvafiq qrafalar doldurularaq “Göndər” düyməsi sıxılır. Bu zaman (*) işarəsi ilə qeyd olunan aşağıdakı qrafaların mahiyyəti üzrə doldurulması zəruridir:

1. Telefon nömrəsi (ev, iş, mobil);

3. Müraciətin məzmunu;

3.1.2. sorğunun qəbulu: Müraciət formasının məlumatları əks əlaqə (feed-back) vasitəsilə onlayn rejimdə qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Reqlamentin 3.1.1-ci yarımbəndində qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda elektron xidmətin göstərilməsindən imtina olunur;

3.2.2. sorğunun qəbulu: Reqlamentin 3.1.2-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Təqdim olunmuş forma istifadəçi tərəfindən doldurulub onlayn rejimdə göndərildikdən sonra müraciət dərhal Vergilər Nazirliyinin Aparatına daxil olur. Müraciət Vergilər Nazirliyinin Aparatı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsilə qeydiyyata alındıqdan sonra dərkənar verilməsi üçün aidiyyəti üzrə vergilər nazirinə təqdim edilir. Müvafiq dərkənar verildikdən sonra müraciət icra üçün aidiyyəti struktura göndərilir. Müraciətin araşdırılmasının nəticəsinə dair hazırlanmış cavab məktubu AVİS vasitəsilə qeydiyyata alınaraq müraciət müəllifinin qeyd etdiyi e-mail ünvana göndərilir. Elektron xidmətin göstərilməsinə Vergilər Nazirliyinin Aparatı, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsi və Vergilər Nazirliyinin İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi məsuliyyət daşıyırlar;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və 10-1-ci maddələrində, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci və 78-ci maddələrində göstərilən müddətlər;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Reqlamentin 3.3.1-ci yarımbəndinə uyğun olaraq həyata keçirilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Müraciət AVİS vasitəsilə qeydiyyata alınır və icra müddəti göstərilir;

3.4.2. nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Aparatı tərəfindən həyata keçirilir. İstifadəçilər üçün elektron xidmətdən istifadə ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya onlara metodiki dəstəyin göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onun narazılığına səbəb olan istənilən məsələ barədə inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

1. 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710061100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2017-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver