Azərbaycan Respublikası Vergilər Nazirliyinin 15 aprel 1997-ci il tarixli A-76 nömrəli əmri ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində 17 aprel 1997-ci il tarixdə 29 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahəsində fəaliyyət gəlirlərindən (hasilatdan) verginin hesablanması və ödənməsi Qaydaları haqqında” Təlimat, 28 fevral 1997-ci il tarixli A-44 nömrəli əmrlə təsdiq edilmiş, 04 mart 1997-ci il tarixdə 36 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Vergi ödəyicilərinin uçotu qaydaları haqqında” Təlimat, 11 iyun 1997-ci il tarixli A-98 nömrəli əmrlə təsdiq edilmiş, 13 iyun 1997-ci il tarixdə 50 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Dövlət rüsumu haqqında” Təlimat, 07 iyun 1997-ci il tarixli A-109 nömrəli əmrlə təsdiq edilmiş, 15 iyul 1997-ci il tarixdə 58 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Müəssisələrin və təşkilatların mənfəət vergisinin hesablanması və büdcəyə ödənilməsi qaydaları haqqında” Təlimat, 18 iyul 1997-ci il tarixli A- 115 nömrəli əmrlə təsdiq edilmiş, 31 iyul 1997-ci il tarixdə 60 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Əlavə dəyər vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimat, 01 avqust 1997-ci il tarixli A-124 nömrəli əmrlə təsdiq edilmiş, 01 avqust 1997-ci il tarixdə 64 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Xarici hüquqi şəxslərin mənfəətlərinin və gəlirlərinin vergiyə cəlb edilməsi haqqında” Təlimat, 21 avqust 1997-ci il tarixli A-127 nömrəli əmrlə təsdiq edilmiş, 26 avqust 1997-ci il tarixdə 65 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Müəssisələrin əmlakına verginin hesablanması və ödənilməsi qaydası haqqında” Təlimat, 21 iyul 1997-ci il tarixli A-116 nömrəli əmrlə təsdiq edilmiş, 26 iyul 1999-cu il tarixdə 181 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Minimum məbləğdə aylıq verginin hesablanması və ödənilməsi qaydaları haqqında” Təlimat, 17 avqust A-126 nömrəli əmrlə təsdiq edilmiş, 30 avqust 1999-cu il tarixdə 186 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimat, 25 avqust 1999-cu il tarixli A-134 nömrəli əmrlə təsdiq edilmiş, 09 sentyabr 1999-cu il tarixdə 189 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış, “Etil (yeyinti) spirti və alkoqollu içkilər istehsal edən müəssisələrdə gündəlik dövlət nəzarətinin aparılması qaydaları barədə” Təlimat qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 sentyabr 2000-ci il tarixli A-162 nömrəli əmri.
Ədliyyə Müşaviri F.MƏMMƏDOV