Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən qərara alıram:
1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafikini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Bu Fərman 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2013-cü il
1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra ─ qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə almaq hüququna malikdir.
1.3. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.
2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.
2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə);
2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi;
2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir.
2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.
2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
2.3. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra — İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür.
2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır).
2.6. Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır.
2.7. Vəsiqə verən orqanın məsul əməkdaşı şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketin düzgün doldurulduğunu yoxlayır. Ərizə-anketdəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, Vahid Miqrasiya Məlumat Sistemi və digər dövlət informasiya resursları tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır.
2.8. Ərizə-anketdəki hər hansı məlumatın İAMAS-da toplanılan məlumatlar əsasında yoxlanılması mümkün olmadıqda, həmin şəxs barədə toplanılmış müvafiq fərdi məlumatlar İAMAS vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş aidiyyəti dövlət informasiya sisteminə ötürülür və həmin sistem tərəfindən zəruri məlumatlar müəyyən edilərək İAMAS-a təqdim edilir.
2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı ərizə-anket üzrə üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.
2.10. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçirilir.
2.11. Fotoşəklə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytında, xidmətin reqlamentində və vəsiqə verən orqanın binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həftələrarası istirahət günlərində də şəxsiyyət vəsiqəsinin verilməsini və ya dəyişdirilməsini təmin etmək məqsədi ilə şəxsiyyət vəsiqəsi verən yerli orqanları üçün optimal iş qrafiki tərtib edir.
2.12. Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, kart giriş nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir.
2.13. Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu Əsasnamənin 2.19-cu–2.21-ci bəndlərinə uyğun olaraq oxunuş üçün açıq və bağlı məlumatlara bölünür.
2.14. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir:
2.14.1. bu Əsasnamənin 2.12-ci bəndində göstərilən məlumatlardan – vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, kart giriş nömrəsi, vəsiqənin verilmə tarixi, fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası;
2.14.2. vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı;
2.14.3. vəsiqəni verən orqanın adı;
2.14.4. sənədin tipi;
2.14.5. vəsiqənin fərdiləşdirilməsinin tarixi və vaxtı;
2.14.6. fərdiləşdirmə sisteminin seriya nömrəsi;
2.14.7. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq müvafiq sertifikatlar;
2.14.8. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi).
2.14-1. Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMAS-da kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır:
2.14-1.1. vətəndaşın ailə vəziyyəti, boyu və hərbi vəzifəsi;
2.14-1.2. vətəndaşın gözlərinin rəngi;
2.14-1.3. vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları;
2.14-1.4. vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir);
2.14-1.5. vətəndaşın uşaqlarının soyadı və adı;
2.14-1.6. vətəndaşın uşaqlarının doğum tarixi və cinsi.
2.14-2. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına bu Əsasnamənin 2.14.8-ci, 2.14-1.1-ci, 2.14-1.2-ci, 2.14-1.4 – 2.14-1.6-cı yarımbəndlərində qeyd olunan məlumatlar daxil edilmir.
2.15. Şəxsiyyət vəsiqəsi verilərkən və ya dəyişdirilərkən bu Əsasnamənin 2.14-cü bəndində nəzərdə tutulmuş məlumatları elektron daşıyıcıya (çipə) vəsiqə verən orqan daxil edir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş məlumatlarda dəyişikliklər bu Əsasnamənin 2.18-ci və 2.29-cu bəndlərinə uyğun olaraq həyata keçirilir.
2.18. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən və İAMAS-da toplanılan, bu Əsasnamənin 2.14.1 – 2.14.8-ci, 2.14-1.2-ci və 2.14-1.6-cı yarımbəndlərində nəzərdə tutulan məlumatlar dəyişdirilməyən, bu Əsasnamənin 2.14-1.1-ci, 2.14-1.3 – 2.14-1.5-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar isə bu Əsasnamənin 2.29-cu bəndində göstərilən dövlət orqanları tərəfindən dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardır.
2.19. Fiziki və hüquqi şəxslər üçün bu Əsasnamənin 2.14.1-ci, 2.14.3 – 2.14.6-cı, 2.14-1.1-ci, 2.14-1.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı digər məlumatların oxunuşu isə bağlıdır.
2.20. Dövlət orqanları, habelə notariuslar üçün bu Əsasnamənin 2.14.1 – 2.14.6-cı və 2.14-1.1 – 2.14-1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatların oxunuşu açıq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı digər məlumatların oxunuşu isə bağlıdır.
2.21. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə hüquq mühafizə orqanları üçün bu Əsasnamənin 2.14-cü və 2.14-1-ci bəndlərində nəzərdə tutulmuş bütün məlumatların oxunuşu açıqdır.
2.22-1. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı, ünvanı (yaşayış yeri) dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.
2.23. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının, ünvanının (yaşayış yerinin) dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir:
2.23.1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə);
2.23.1-1. şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlar dəyişdikdə, həmin dəyişiklikləri təsdiq edən sənəd;
2.23.2. şəxsiyyət vəsiqəsi;
2.23.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
2.23.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.
Qeyd. Elektron daşıyıcısı olmayan şəxsiyyət vəsiqələri də dəyişdirilərkən, vətəndaş yalnız bu Əsasnamənin 2.23-cü bəndinə əsasən tələb olunan sənədləri təqdim edir və bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur.
2.23-1. Bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.24. Vətəndaş etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin də bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydada dəyişdirilməsi üçün müraciət edə bilər.
2.25. Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən, köhnə şəxsiyyət vəsiqəsini təhvil verməlidir.
2.26. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya onun şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün sənədləri həmin şəxsin qanuni nümayəndəsi təqdim edir. Əgər şəxs psixi-nevroloji müəssisədə müalicədədirsə və onun şəxsiyyət vəsiqəsi yoxdursa, belə şəxsə şəxsiyyət vəsiqəsi həmin müəssisədən çıxdıqdan sonra verilir.
2.27. Şəxsiyyət vəsiqəsi vətəndaşın "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.
2.28. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.
2.29. Bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) və İAMAS-da dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər:
2.29.1. vətəndaşın boyu barədə məlumat — vəsiqə verən orqan;
2.29.2. vətəndaşın ailə vəziyyəti barədə məlumat, həmçinin bu Əsasnamənin 2.14-1.3 – 2.14-1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar — vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan;
2.29.3. vətəndaşın hərbi vəzifəsi barədə məlumat — Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi;
2.30. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaş haqqında daxil edilmiş məlumatların düzgünlüyünü vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ödənişsiz olaraq elektron avadanlıqdan istifadə etməklə yoxlaması vəsiqə verən və ya məlumatı dəyişən orqanda təmin olunur.
2.31. Vəsiqə verən orqanda şəxsiyyət vəsiqəsinin sahibinə və ya onun qanuni nümayəndəsinə fərdi məlumatların subyekti kimi vəsiqə sahibi barəsində toplanılmış məlumatların məzmunu ilə tanış olmaq, fərdi məlumatların dəqiqləşdirilməsini və mühafizəsini tələb etmək və qanunvericiliklə müəyyən olunmuş digər hüquqlardan istifadə etmək imkanları yaradılır.
3.1. Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.
3.2. Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.
3.3. Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və vəsiqə sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.16-cı bəndlərində müəyyən edilmiş qaydada vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.
3.4. Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.
4.1. Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti müvafiq olaraq çağırışçıdan (kursantdan) şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edir. Həmin vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etmədikdə, şəxsiyyət vəsiqəsinin olmamasının səbəbləri və ya şəxsiyyət vəsiqəsinin harada olması haqqında izahat yazır.
4.2. Müvəqqəti alınan şəxsiyyət vəsiqəsi hərbi xidmət başa çatanadək saxlanılmaq üçün vəsiqə verən orqana göndərilir. Şəxsiyyət vəsiqəsini geri alarkən, hərbi vəzifəlilər hərbi biletdə onun qeydiyyatda olması barədə qeydi vəsiqə verən orqanın məsul əməkdaşına təqdim etməlidirlər.
4.3. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə qaytarılır.
4.4. Şəxsiyyət vəsiqəsinin girov götürülməsi və vətəndaşdan alınması (bu Əsasnamənin 4.1-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) qadağandır.
5.1. Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsini vəsiqə verən orqana göndərir.
5.2. Bu Əsasnamənin 2.22-ci bəndində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə, şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Qüvvədən düşmüş hesab edilən şəxsiyyət vəsiqəsi istifadədən çıxarılmalı, həmin sənədə dair məlumatlar İAMAS vasitəsilə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülməli, onun İAMAS-da aktiv statusu dəyişdirilməlidir.
___________________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edirəm:
___________________________________________________________________________________
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.2. Adı (əgər dəyişibsə, habelə əvvəlki adı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu tarix
1.1.1.5. Doğulduğu yer
1.1.1.6. Ünvanı (yaşayış yeri)
1.1.1.8. Ailə vəziyyəti (subay/evli)
1.1.1.9. Hərbi vəzifəsi
1.1.1.12. Gözlərinin rəngi
1.1.1.13. Valideynlərinin soyadı və adı
1.1.1.14. Ərin (arvadın) soyadı və adı (əgər dəyişibsə, habelə nikahdan əvvəlki soyadı)
1.1.1.16. Fərdi identifikasiya nömrəsi
1.1.2. Vətəndaşın uşağı varsa, onun:
1.1.3. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.3.3. Atasının adı
1.1.3.4. Fərdi identifikasiya nömrəsi
1.1.3.5. Xüsusi qeydi
___________________________________________________________________________________
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
2.1.3.1. Vətəndaşın doğum haqqında şəhadətnaməsi
2.1.3.2. Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
2.1.3.3. Vətəndaşın qan qrupu, gözlərinin rəngi və boyu haqqında tibbi arayış;
2.1.3.4. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Şəxsiyyət vəsiqəsinin doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Şəxsiyyət vəsiqəsini dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş şəxsiyyət vəsiqəsinin daxil olduğu tarix
2.3. Şəxsiyyət vəsiqəsinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix
2.3.2. Şəxsiyyət vəsiqəsini aldığına dair ərizəçinin imzası
2.3.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.3.4. Müvafiq məlumatın verildiyinə dair ərizəçinin imzası
2.3.5. Xüsusi qeydlər:
_______________________________________________________________________________________
1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini xahiş edirəm:
_______________________________________________________________________________________
1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)
1.1.1.2. Adı (əgər dəyişibsə, habelə əvvəlki adı)
1.1.1.3. Atasının adı
1.1.1.4. Doğulduğu tarix
1.1.1.5. Doğulduğu yer
1.1.1.6. Ünvanı (yaşayış yeri)
1.1.1.8. Ailə vəziyyəti (subay/evli)
1.1.1.9. Hərbi vəzifəsi
1.1.1.12. Gözlərinin rəngi
1.1.1.13. Valideynlərinin soyadı və adı
1.1.1.14. Ərin (arvadın) soyadı və adı (əgər dəyişibsə, habelə nikahdan əvvəlki soyadı)
1.1.1.16. Fərdi identifikasiya nömrəsi
1.1.2. Vətəndaşın uşağı varsa, onun:
1.1.3. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun:
1.1.3.3. Atasının adı
1.1.3.4. Fərdi identifikasiya nömrəsi
1.1.3.5. Xüsusi qeydi
_______________________________________________________________________________________
2.1. Dövlət orqanının məsul əməkdaşı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsinin yoxlanılması ilə bağlı qeydlər:
2.1.1. Dövlət orqanının adı
2.1.2. Ərizənin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:
Kim tərəfindən verilmişdir
2.1.3.1. Şəxsiyyət vəsiqəsi
2.1.3.1-1. Şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlar dəyişdikdə, bunu təsdiq edən sənəd
2.1.3.2. Ərizə vətəndaşın qanuni nümayəndəsi tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd
2.1.4. Vətəndaş haqqında göstərilən məlumatların təqdim olunmuş sənədlərə uyğunluğu haqqında qeyd:
2.1.5. Vətəndaşın zahiri görkəminin fotoşəklə uyğunluğu haqqında qeyd:
2.1.6. Məlumatları yoxlamış məsul işçinin:
2.1.6.1. Soyadı, adı, atasının adı
2.2. Şəxsiyyət vəsiqəsinin doldurulması ilə əlaqədar qeydlər:
2.2.1. Şəxsiyyət vəsiqəsini dolduran regional mərkəzin adı
2.2.2. Sənədlərin göndərildiyi tarix
2.2.3. Doldurulmuş şəxsiyyət vəsiqəsinin daxil olduğu tarix
2.3. Şəxsiyyət vəsiqəsinin ərizəçiyə verilməsi ilə əlaqədar qeydlər:
2.3.1. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix
2.3.2. Şəxsiyyət vəsiqəsini aldığına dair ərizəçinin imzası
2.3.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamla təsdiq edirəm
2.3.4. Müvafiq məlumatın verildiyinə dair ərizəçinin imzası
2.3.5. Xüsusi qeydlər:
1. 29 dekabr 2013-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1549)
2. 30 oktyabr 2015-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2015-ci il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1141)
3. 23 iyun 2016-cı il tarixli 959 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1055)
4. 18 oktyabr 2016-cı il tarixli 1075 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1634)
5. 16 dekabr 2016-cı il tarixli 1160 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2078)
6. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
7. 8 dekabr 2017-ci il tarixli 1717 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 9 dekabr 2017-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2285)
8. 19 yanvar 2018-ci il tarixli 1792 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 yanvar 2018-ci il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 48)
9. 10 may 2018-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2018-ci il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 929)
10. 30 avqust 2018-ci il tarixli 254 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 avqust 2018-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1704)
11. 14 sentyabr 2018-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 sentyabr 2018-ci il, № 206, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1833)
12. 29 dekabr 2019-cu il tarixli 904 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1947)
13. 29 dekabr 2021-ci il tarixli 1553 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 dekabr 2021-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1418)
14. 13 aprel 2022-ci il tarixli 1664 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 aprel 2022-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 325)
15. 31 may 2022-ci il tarixli 1704 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 472)
16. 25 iyul 2025-ci il tarixli 453 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyul 2025-ci il, “Azərbaycan” qəzeti, 26 iyul 2025-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 656)
17. 12 avqust 2025-ci il tarixli 475 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2025-ci il, “Xalq” qəzeti, 13 avqust 2025-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 760)