Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmış vətəndaşın, bu Əsasnamə ilə məhdudlaşdırılmış hüquq və vəzifələri istisna olmaqla, əmək münasibətləri Azərbaycan Respublikasının mövcud əmək qanunvericiliyi ilə tənzim edilir.
Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmış vətəndaş xidmət etdiyi müəssisə, idarə və təşkilatda fəhlələr üçün nəzərdə tutulmuş əmək haqqı səviyyəsində (tarif dərəcələrinə uyğun) əmək haqqı alır,.