Qanunvericilik › “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 19.11.2015) › Tam mətn

“Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 19.11.2015)

“Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə (Dövlət Miqrasiya Xidməti, 19.11.2015) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası

1. “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

miqrasiya xidməti müşaviri

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2015-ci il 19 noyabr tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulunu əhatə edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 14-cü maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 2-5-ci bəndləri;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.18-ci bəndi;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.6-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 29-cu bəndinə müvafiq olaraq vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay müddətində baxılır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Elektron xidmət üzrə ödənişin əsası: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14.14-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək barədə ərizələrin verilməsinə görə 110 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir.

Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:

2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi

2.2.2.2. Kod: 210 005

2.2.2.3. VÖEN: 140 155 5071

2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944

2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22

2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti

2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131

2.2.2.8. VÖEN: 1602473621

2.2.2.9. Büdcə təsnifatının kodu: 142234

2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1

2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.

2.3. Elektron xidmətin istifadəçiləri: əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://az.e.migration.gov.az/Az%C9%99rbaycan+Respublikas%C4%B1+v%C9%99t%C9%99nda%C5%9Fl%C4%B1%C4%9F%C4%B1n%C4%B1n+%C9%99ld%C9%99+edilm%C9%99si/s/474.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;

2.5.2. Elektron poçt: info@migration.gov.az;

2.5.3. Telefon: (+99412) 919.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakılar əlavə olunur və 2.6.1.2-ci, 2.6.1.4-cü, 2.6.1.6 – 2.6.1.10-cu yarımbəndlərdə qeyd olunan sənədlərin surətləri elektron formada təqdim edilir:

2.6.1.1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin seriya və nömrəsi (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur);

2.6.1.2. 3x4 sm ölçüdə fotoşəkil;

2.6.1.4. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

2.6.1.6. Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;

2.6.1.7. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla);

2.6.1.8. qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.);

2.6.1.8-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

2.6.1.9. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

2.6.1.10. vətəndaşı olduğu dövlətin (Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan) səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd (Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir).

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə 2.5-ci bənddə göstərilən elektron poçt ünvanına göndərir.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.3.1.1. Sorğunun qeydiyyata alınması;

3.3.1.2. Sorğuya baxılması;

3.3.1.3. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsinin elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilməsi;

3.3.1.4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 1 ay müddətində müvafiq rəyin verilməsi;

3.3.1.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əsaslandırılmış rəyin verilməsi;

3.3.1.6. Toplanmış materialların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında (bundan sonra - Komissiya) baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilməsi;

3.3.1.7. Toplanmış materialların baxılmaq üçün Komissiyaya göndərilməsi barədə istifadəçiyə məlumatın verilməsi;

3.3.1.8. Qəbul edilmiş qərar barədə şəxslərə yazılı məlumatın verilməsi;

3.3.1.9. Bu reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2—3.3.1.8-ci yarımbəndlərində qeyd olunan inzibati əməliyyatların yerinə yetirilməsinə görə Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin (bundan sonra – Baş idarə) Vətəndaşlıq məsələlərin həlli idarəsi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Baş idarəyə təqdim edilir.

3.3.2.2. Sənədlərə Baş idarədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir.

3.3.2.4. İstifadəçi tərəfindən göndərilən ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Xidmət tərəfindən yoxlanılır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla).

3.3.2.5. Müvafiq rəyin alınması məqsədilə sənədlərin bir nüsxəsi elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə göndərilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti hər biri 1 ay müddətində daxil olmuş sənədlərlə bağlı yoxlama apardıqdan sonra rəy verir. Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Xidmət əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Komissiyada baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir və bu barədə istifadəçiyə məlumat verir.

3.3.2.6. Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə müvafiq sərəncam verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti.

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin nəticəsi barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.

3.4.1. Nəzarətin forması:

3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;

3.4.1.2. Kargüzarlıq.

3.4.2. Nəzarətin qaydası:

3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddələrinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Xahiş edirəm, məni Azərbaycan Respublikası vətəndaşlığına qəbul edəsiniz.

1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, səbəbləri göstərilməklə əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)

2. Doğulduğunuz gün, ay, il

3. Doğulduğunuz yer (respublika, şəhər (rayon), kənd)

5. Ailə vəziyyətiniz (nikahda, dul, subay)

6. Vətəndaşlıq mənsubiyyətiniz

7. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşlığında olmusunuz, hansı yolla qəbul edilmisiniz və niyə çıxmısınız)

8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz

9. Azərbaycan Respublikasına gəlişinizin səbəblərini göstərin

10. Əvvəllər Azərbaycan Respublikasında olmusunuzmu, məhz nə vaxt (Azərbaycan Respublikasına gəlişinizin və Azərbaycan Respublikasından gedişinizin tarixi, məqsədi)

11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (əgər edilmisinizsə, nə vaxt, harada hansı orqan tərəfindən və nəyə görə cəlb edilmisiniz)

12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz, əgər bitirməmisinizsə, nə səbəbdən)

13. Azərbaycan Respublikasına gəlməmişdən qabaq xaricdə harada və nə qismində işləmisiniz

14. Əmək fəaliyyətinə başladıqdan sonra icra olunan iş (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bəndi doldurarkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, ünvanını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir

15. Yaxın qohumlarınız (arvad, ər, valideynlər, böyük uşaqlar, qardaşlar və bacılar)

16. Yaşayış yerinizin dəqiq ünvanı və telefonlarınızın nömrələri (ev, iş) ________________

________________________________________________________________________________

17. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz _____________

________________________________________________________________________________

18. Ərizəyə əlavə edilən sənədləri sadalayın ________________________________________

________________________________________________________________________________

19. Azərbaycan Respublikası vətəndaşlığına mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı qəbul etməyi xahiş edirəm

20. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaqda məqsəd

________________________________________________________________________________

21. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə öhdəlik götürürəm.

22. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə səbəb ola bilər.

«___» _________________

Şəxsi imza ____________

Xidməti qeydlər (Dövlət Miqrasiya Xidmətində doldurulur)

Vətəndaş _______________________________________________________________________

a) ______________________________________________________________________________

______________________________________________________________________ tərəfindən

«___»__________________ ildən

«___»______________ ilədək müddətə verilmiş pasporta

b) Daxili İşlər Nazirliyi tərəfindən, _________ rayon (şəhər) DİŞ tərəfindən _______ seriyalı

_______ nömrəli «___»_______________19___ ildən

«___»______________19___ ilədək

müddətə verilmiş vətəndaşlığı olmayan şəxs üçün yaşayış vəsiqəsinə malikdir

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı _________________________________________________________________________

«___» _______________________

1. 25 avqust 2016-cı il tarixli 11 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608250011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 sentyabr 2016-cı il)

2. 20 iyul 2017-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)

3. 26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

4. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)

5. 31 yanvar 2018-ci il tarixli 4 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201801310004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 fevral 2018-ci il)

6. 29 may 2018-ci il tarixli 05 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201805290005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 iyun 2018-ci il)

7. 7 mart 2019-cu il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903070001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2019-cu il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver