Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Azərbaycan Respublikası xalq deputatının seçki dairəsində işlə əlaqədar səlahiyyəti

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Seçki dairəsində öz səlahiyyətini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası xalq deputatının hüququ var ki:

seçicilərin mənafelərinə aid hər hansı məsələnin dövlət hakimiyyəti və idarə orqanlarında, müvafiq ictimai təşkilatların orqanlarında müzakirə olunmasında iştirak etsin;

Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Ali Sovetinin və onun orqanlarının qərarlarının icrasının təşkilində və icrasına nəzarətdə iştirak etsin;

qanunların, habelə vətəndaşların, müəssisə, idarə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin pozulması, süründürməçilik və bürokratizm təzahürü haqqında vətəndaşların müraciətlərindən ona məlum olan məlumatları öz təşəbbüsü ilə yoxlasın, lazım olduqda dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələrini bu işə cəlb. etsin;

dövlət orqanlarına və ictimai orqanlara, müəssisə, idarə və təşkilatlara göndərdiyi təklif, ərizə və şikayətlərə baxılmasına nəzarət etsin, bunlara baxılmasında şəxsən iştirak etsin. Dövlət orqanlarının və ictimai orqanların, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri deputatın nəzarət fəaliyyətində ona kömək göstərməlidirlər;

dairə seçicilərinin yığıncaqlarını və ya konfranslarını, əmək kollektivləri və ictimai təşkilatların yerli orqanları ilə görüşlər keçirsin;

xalq deputatlarının, seçicilərin müxtəlif birliklərinin, ictimai ərazi özünüidarə orqanlarının işində, əmək kollektivlərinin, yaşayış yerlərində vətəndaşların və qoşun hissələrində hərbi qulluqçuların yığıncaqlarının işində iştirak etsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver