Azərbaycan Respublikasının xalq deputatı deputatlıq fəaliyyəti ilə əlaqədar məsələlər barəsində bütün dövlət orqanlarına və ictimai orqanlara, müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə müraciət etmək və qaldırılmış məsələlərə baxılmasında iştirak etmək ixtiyarına malikdir; onlar deputatın müraciətinə təxirə salmadan, müvafiq məsələni əlavə öyrənmək və ya yoxlamaq lazım gəldikdə isə bir aydan keç olmayaraq cavab verməlidirlər.
Xalq deputatları Sovetlərinin və onların orqanlarının, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, Nazirlər Kabinetlərinin səlahiyyətinə daxil olan məsələlər ilə əlaqədar Azərbaycan Respublikası xalq deputatının müraciətlərinə həmin orqanlar tərəfindən baxılmalıdır. Məsələlərə baxılacağı gün barəsində deputata qabaqcadan məlumat verilməlidir.