Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 41

Maddə 41. Azərbaycan Respublikası xalq deputatının köməkçiləri haqqında

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası xalq deputatının deputatlıq səlahiyyətini həyata keçirməsində ona təşkilati-texniki yardım və elmi-məsləhət yardımı göstərilməsi üçün müəssisələrin, idarələrin, təşkilatların ştatında olan və ya deputatın xahişi ilə yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin ştatlarına daxil edilən köməkçi-katiblər saxlamaq hüququ vardır.

Azərbaycan Respublikası xalq deputatının ictimai əsaslarla işləyən köməkçiləri də ola bilər.

Köməkçilərin iş şərtləri» və qaydası əmək qanunvericiliyi və Azərbaycan Respublikası xalq deputatının köməkçiləri haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver