Azərbaycan Respublikasının xalq deputatı seçicilər qarşısında məsuliyyət daşıyır və onlara hesabat verməlidir.
Azərbaycan Respublikasının xalq deputatı onu deputatliqa namizəd göstərmiş seçicilər, kollektivlər və ictimai təşkilatlarla, öz seçki dairəsinin ərazisində yerləşən başqa müəssisələrin, idarələrin, təşkilatların kollektivləri, habelə dövlət orqanları ilə və ictimai orqanlarla əlaqə saxlayır.
Respublikanın ali dövlət hakimiyyəti orqanlarında xalqın səlahiyyətli nümayəndəsi kimi Azərbaycan Respublikasının xalq deputatı öz statusundan vətəndaşların hüquqlarına və qanuni mənafeyinə təminat yaratmaq, onların şərəfini və ləyaqətini qorumaq üçün istifadə edir.
Seçicilər öz deputatlarına tapşırıqlar verirlər. Azərbaycan Respublikasının xalq deputatı seçicilərin tapşırıqlarının həyata keçməsinə çalışır.
Azərbaycan Respublikasının xalq deputatı seçicilərin etimadını doğrultmadıqda qanunla müəyyən edilmiş qaydada geri çağırıla bilər.