Sovetin sessiyasında deputatların irəli sürdükləri və ya sessiyada sədrlik edənə yazılı şəkildə verdikləri təkliflər və qeydlər Sovetdə, onun daimi komissiyalarında nəzərdən keçirilir, yaxud baxılmaq üçün müvafiq dövlət orqanlarına, ya da ictimai orqanlara və vəzifəli şəxslərə göndərilir.
Sovetin sessiyasında deputatların irəli sürdükləri təkliflərin və qeydlərin göndərildiyi dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər onlara ən keçi bir ay müddətində baxmalı və nəticələr barəsində bilavasitə deputata, habelə Sovetin rəyasət heyətinə məlumat verməlidirlər.
Deputatların təkliflərinə və qeydlərinə baxılmasına və onların həyata keçirilməsinə Sovetin daimi komissiyaları nəzarət edirlər.