Qanunvericilik › Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Deputatın hesabatlar və seçicilərlə görüşlər keçirilməsində ona yardım göstərilməsi

Azərbaycan Respublikası yerli xalq deputatları Soveti deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputatın hesabatlar və dairənin seçiciləri ilə görüşlər keçirməsi üçün lazımi şərait təmin edilir. Onun xahişi ilə müvafiq yerli xalq deputatları Sovetinin rəyasət heyəti və ya icraiyyə komitəsi, yaxud ictimai təşkilatın yerli orqanları, müəssisələrin, idarələrin, təşkilatların müdiriyyəti bina ayırır, deputatın hesabatının, seçicilərlə görüşlərinin keçirilmə vaxtı və yeri haqqında vətəndaşlara məlumat verir, deputatın dəvəti ilə öz nümayəndələrini görüşlərdə iştirak etməyə göndərir, başqa yardım göstərirlər.

Deputatın tələbi ilə dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar hesabat və çıxışlar üçün ona lazımi arayış və informasiya materialları verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver