Qanunvericilik › "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2004) › Tam mətn

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2004)

"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 01.07.2004) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının icra olunması məqsədilə Azərbaycan Respublika-sının Nazirlər Kabineti qərara alır:

1. Nəzərə alınsın ki, avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yollan, bələdiyyə avtomobil yollan, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, şəhər avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunur.

Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları dövlət mülkiyyətində olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır.

2. "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri" təsdiq edilsin (əlavə olunur).

3. "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısını hazırlayıb təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 iyul 2004-cü il

1. Avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları.

2. Beynəlxalq avtomobil yollan.

3. Müdafiə təyinatlı avtomobil yolları.

4. Respublika, yerli əhəmiyyətli və şəhər avtomobil yolları.

5. Ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yolları.

6. Ödənişli avtomobil yolları.

Müdafiə xarakterli yüklərin daşınması və hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulan respublika, yerli əhəmiyyətli, şəhər və sahə avtomobil yolları.

1. Yaşayış məntəqələri və dövlət müəssisələrini birləşdirən avtomobil yolları.

2. Respublika, yerli əhəmiyyətli və şəhər avtomobil yolları.

1. Bələdiyyə qurumlarının ərazisi hüdudlarında (beynəlxalq, respublika və yerli əhəmiyyətli avtomobil yolları, şəhər, sahə və özəl avtomobil yolları istisna olmaqla) avtomobil yolları.

2. Şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və bələdiyyə qurumlarının mülkiyyətində olan küçələr, keçidlər, digər yollar və yol qurğuları.

1. Qeyri-dövlət vəsaiti hesabına inşa olunan, hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları.

2. Özəlləşdirilmiş avtomobil yolları.

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini Azərbaycan Respublikası ilə həmsərhəd ölkələrlə birləşdirən avtomobil yolları.

2. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini respublikanın şəhərləri və rayon mərkəzləri ilə birləşdirən avtomobil yolları.

3. Respublikanın şəhər və rayon mərkəzlərini bir-biri ilə birbaşa birləşdirən avtomobil yolları.

4. Dəmir yolu stansiyalarmı, hava və dəniz limanlarım respublika əhəmiyyətli avtomobil yollan ilə birbaşa birləşdirən avtomobil yolları.

5. Respublika əhəmiyyətli avtomobil yollarını bir-biri ilə birbaşa birləşdirən avtomobil yolları.

Kənd və qəsəbələri şəhərlər və rayon mərkəzləri ilə birbaşa birləşdirən avtomobil yolları (bir yoldan artıq olmamaqla).

1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatları, fermer təsərrüfatlarını ümumi istifadədə olan avtomobil yolları ilə birləşdirən avtomobil yolları (giriş yolları).

2. Müəssisə və təşkilatları, fermer təsərrüfatlarını bir-biri və ərazilərindəki obyektləri ilə birləşdirən istehsalat-texnoloji daşımalara xidmət edən avtomobil yolları.

3. Müəssisə və təşkilatlan, fermer təsərrüfatlarım özlərinin istehsal, emal, tədarük obyektləri, turizm və rekreasiya zonaları, habelə bu zonalardan kənarda yerləşən turist bazaları ilə birləşdirən avtomobil yolları.

4. Kanallar, boru kəmərləri, elektrik və rabitə xətləri, digər mühəndis qurğu və kommunikasiyaları boyu çəkilən xidməti və patrul yolları, hidrotexniki və digər qurğulara giriş yolları.

5. Tarix-memarlıq və mədəniyyət qoruqlarının (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) ərazilərindəki avtomobil yolları.

1. Şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları.

2. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur.

3. Azərbaycan Respublikasında şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə aşağıdakı kimi təsnif edilir:

3.1. magistral avtomobil yolları;

3.2. ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar;

3.3. rayon əhəmiyyətli prospekt, küçə və yollar;

3.4. qəsəbə və kəndlər arası yollar;

3.5. qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla).

4. Magistral avtomobil yolları - şəhərin rayonlarını, eləcə də hava və dəniz limanlarını, dəmir yol stansiyalarını, qoruq və istirahət zonalarını birləşdirən və nəqliyyatın yüksək sürətli hərəkətini küçə və yol kəsişmələrində tikilən müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə təmin edən avtomobil yollarıdır.

5. Ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar - şəhərin sərhədləri daxilində yaşayış, sənaye rayonları və ictimai mərkəzlər arasında, eləcə də şəhər ərazisindəki sürətli hərəkət yolları ilə digər prospekt və küçələr arasında yolları birləşdirən və müxtəlif səviyyəli yol qovşaqları, həmçinin digər küçələrlə kəsişmələrdə tikilmiş eyni səviyyəli yol qovşaqları vasitəsilə nəqliyyatın hərəkətini təmin edən avtomobil yollarıdır.

6. Rayon əhəmiyyətli prospekt, küçə və yollar - rayonun daxilində yerləşən və ümumşəhər əhəmiyyətli prospekt və küçələrlə nəqliyyatın əlaqəsini təmin edən avtomobil yollarıdır. Digər küçələrlə kəsişmələri əsasən bir səviyyədə olur.

7. Qəsəbə və kəndlər arası yollar - ümumşəhər və rayon əhəmiyyətli prospekt, küçə və yollar ilə qəsəbə və kənd yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrini təmin edən yollardır.

8. Qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) - qəsəbə və kəndlər, mikrorayon və digər yaşayış zonaları daxilində, ictimai mərkəzlər, idarə və müəssisələr, xidmət müəssisələri arasında nəqliyyat və piyada hərəkətini təmin edən yollar.

1. "Avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları" (bundan sonra - Qaydalar) "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır.

2. Ümumi istifadədə olan avtomobil yollarının adı onun birinci və axırıncı yaşayış məntəqələrinin adı ilə (lazım gələrsə, aralıq yaşayış məntəqələrindən birinin adı da) adlandırılır.

3. Ümumi istifadədə olan avtomobil yolları Azərbaycan əlifbasının hərfləri və rəqəmlərlə indeksləşdirilir.

4. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının siyahısı onların adı və indeksləri göstərilməklə (beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası barədə beynəlxalq sazişlər nəzərə alınmaqla) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5. Beynəlxalq avtomobil yollarının adlandırılması və indeksasiyası beynəlxalq sazişlər əsasında müəyyənləşdirilir.

6. Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdirilir.

7. Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələrin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

8. Özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

9. Avtomobil yollarının adı, indeksi, uzunluğu, balans qiyməti, örtüyünün növü, yol nişanlarının dislokasiyası, avtomobil yollarının tutduğu torpaq sahəsi (avtomobil yollarının təhkim zolağı da daxil olmaqla) göstərilməklə texniki pasportu olmalıdır.

10. Avtomobil yollarının texniki pasportunun forması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanır və təsdiq edilir.

11. Avtomobil yollarının texniki pasportu təsdiq olunmuş formaya uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş kadastr məlumatlarına əsasən yol təsərrüfatı subyektləri tərəfindən iki nüsxədə hazırlanır və nüsxələrin biri yolun qeydiyyata alınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilir.

12. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının qeydiyyatmı aparır, bu barədə reyestrdə müvafiq qeydlər edir. Avtomobil yolları və yol təsərrüfatının digər daşınmaz əmlakı üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır və müvafiq çıxarışla rəsmiləşdirilir.

13. Avtomobil yollarının ümumi siyahısı və rəsmi xəritəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlanır.

14. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının daşınmaz əmlakın kadastrı xəritəsində yerləşdirilməsi üçün zəruri olan məlumatları yarım ildə bir dəfə razılaşdırılmış formada və qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.

15. Yeni avtomobil yolu istifadəyə verildiyi və ya avtomobil yolunun adı dəyişdirildiyi halda, bu Qaydaların 6-cı, 7-ci və 8-ci hissələrində qeyd olunan ad verən orqanlar 3 (üç) gün müddətində ünvan reyestrində müvafiq dəyişikliklərin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırır. Yeni avtomobil yolunun və ya adsız avtomobil yolunun adlandırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciət edildiyi hallarda, ad verən aidiyyəti yerli icra hakimiyyəti orqanı (şəhər rayonu icra hakimiyyəti orqanı istisna olmaqla) 21 (iyirmi bir) iş günü müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada avtomobil yolunu adlandırır və 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini bu barədə məlumatlandırır.

1. 7 noyabr 2007-ci il tarixli 175 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1177)

2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)

3. 14 avqust 2009-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 677)

4. 6 noyabr 2012-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1197)

5. 5 may 2014-cü il tarixli 120 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 14 may 2014-cü il, № 99; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 549)

6. 2 oktyabr 2014-cü il tarixli 322 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1293)

7. 2 fevral 2015-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 fevral 2015-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 214)

8. 22 iyun 2016-cı il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2016-cı il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1214)

9. 23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

10. 17 may 2018-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 may 2018-ci il, № 112, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 1132)

11. 13 sentyabr 2021-ci il tarixli 265 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 sentyabr 2021-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1065)

12. 6 dekabr 2021-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 dekabr 2021-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1509)

13. 4 may 2023-cü il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 may 2023-cü il, “Xalq” qəzeti, 6 may 2023-cü il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 5, maddə 715)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver