Qanunvericilik › Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.07.2006) › Tam mətn

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.07.2006)

Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 07.07.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.4-cü, 1.46-cı, 1.47-ci və 1.54-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 7 iyul 2006-cı il

Bu Siyahı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.46-cı və 1.47-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəlikləri əhatə edir.

bruselyoz (Brucella abortus)

bruselyoz (Brucella melitensis)

bruselyoz (Brucella suis)

qoyunların kataral isitməsi

iri buynuzlu heyvanların vərəmi

iri buynuzlu heyvanların sistiserkozu

infeksion rinotraxeit/infeksion vulvovaqenit

iri buynuzlu heyvanların süngərvari ensefalopatiyası

iri buynuzlu heyvanların taunu

iri buynuzlu heyvanların kontagioz plevropnevmoniyası

qoyunların epididimiti (Brucella ovis)

xırda buynuzlu heyvanların taunu

atların infeksion anemiyası

atların ensefalomiyeliti

donuzların qızıl yeli

yüksək patogenli quş qripi

ornitoz (psitokokkoz)

1. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 09, maddə 853)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver