“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.27-ci, 1.30-cu və bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 dekabr 2006-cı il
1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.19-cu, 1.27-ci və 1.30-cu bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydalarını tənzimləyir.
1.2. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aşağıdakı qaydada aparılır: baytarlıq nəzarətində olan obyektlərin yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılması.
Yoxlama, müayinə, baxış - baytarlıq-sanitariya ekspertizasının əsas üsulu olmaqla, heyvandarlıq müəssisələrində məhsulun və xammalın işlənməsi və saxlanmasına nəzarət etmək üçün tətbiq olunur. Texnoloji proseslər zamanı baytarlıq-sanitariya vəziyyəti və baytarlıq-sanitariya qaydalarına əməl olunması yoxlanılır və müayinə edilir.
Xüsusi müayinələr insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklərin törədicilərinin (patogen mikroorqanizmlərin) qida məhsullarında olmasını təyin etmək üçün aparılır.
Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının obyektləri:
heyvandarlıq təsərrüfatları (heyvandarlıq binaları, fermaətrafı ərazi, peyin anbarı, otlaqlar, suvatlar, silos quyuları, yem mətbəxi, yem anbarları, heyvana qulluq əşyaları, heyvan saxlanılan bazalar, kökəltmə məntəqələri, yem bazaları);
heyvanlar (at, qaramal, qoyun, keçi, donuz, maral, it, pişik, zoopark və sirk heyvanları, laboratoriya heyvanları və s.), köçəri vəhşi və sinantrop quşlar, habelə ov və ev quşları, balıqlar, kürü, xərçəngkimilər, arılar və baramaqurdu;
heyvan mənşəli məhsullar – insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə onlardan alınan məhsullar;
heyvan mənşəli xammal – gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları;
yem məhsulları (heyvanların qidalanmasında istifadə olunan emal olunmamış, yarımemal olunmuş və tam emal olunmuş məhsullar, maddələr və yem əlavələri), habelə bitki mənşəli qablaşdırma vasitələri (ot, küləş və s.);
heyvan və quşların kəsilməsi və emalı müəssisələri, heyvan mənşəli xammalın emalı, tədarükü və saxlanması müəssisələri, util qurğuları, heyvan qəbiristanlığı, biotermiki qurğular və s.;
nəqliyyat vasitələri (heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınmasında istifadə edilənlər).
3.1. Heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması üçün həmin məhsullardan və xammaldan müəyyən edilmiş miqdarda nümunə götürülərək müvafiq baytarlıq laboratoriyalarına göndərilir.
3.2. Nümunələr steril qablarda götürülür. Baytarlıq laboratoriyasına daxil olan nümunələrin müayinəsinin aparılması üçün həmin nümunələr müvafiq şöbələr üzrə paylanılır.
3.3. Baytarlıq laboratoriyalarında heyvan mənşəli məhsullardan və xammaldan, eləcə də xəstəliyə şübhəli heyvanlardan götürülmüş nümunələr yoxlanılacaq amilin xarakterindən asılı olaraq (virus, mikrob, parazit və ya helmint xarakterli) 20 (iyirmi) gün müddətində müayinə olunmalıdır. İstisna hallarda müayinələr 2 (iki) aya qədər uzadıla bilər (vərəm xəstəliyinə bioloji sınaq qoyulduqda).
Bazarlarda və digər ticarət obyektlərində dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertiza laboratoriyaları həyata keçirirlər.
Baytarlıq-sanitariya ekspertiza laboratoriyasına daxil olmuş heyvan mənşəli məhsulların nümunələrinin müayinəsi mümkün qədər qısa zamanda aparılmaqla, məhsul sahibinə müayinənin nəticəsi barədə cavab verilməlidir.
Müayinənin nəticəsindən asılı olaraq bazarlarda və ticarət obyektlərində məhsulun satışına icazə verilir.
3.4. Heyvandarlıq təsərrüfatlarına, heyvanların kəsilməsi və emalı müəssisələrinə, heyvan mənşəli xammalın emalı, tədarükü və saxlanılması müəssisələrinə həmin müəssisələrin yerləşdiyi ərazi üzrə dövlət baytarlıq müfəttişləri tərəfindən vaxtaşırı baxış keçirilir, onlar baytarlıq-sanitariya tələblərinə və normalarına cavab vermədiyi hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.
3.5. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanlar, heyvan mənşəli məhsullar və xammal qanunvericiliklə müəyyən edilmiş qaydada götürülür, zərərsizləşdirilir, təkrar emal və yaxud məhv edilir.
3.6. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların (xüsusi təhlükəli xəstəliklər istisna olmaqla) baytarlıq (baytarlıq-sanitariya) ekspertizası mülkiyyətçilərinin vəsaiti hesabına (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) həyata keçirilir.
4.1. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların nümunələri müayinə edildikdən sonra ekspertiza rəyi verilir. Rəy laboratoriyanın rəhbəri tərəfindən imzalanıb möhürlənir və materialı (nümunəni) təqdim edən şəxsə verilir (göndərilir).
4.2. Heyvan mənşəli məhsulların və xammalın, həmçinin patoloji materialların nümunələrinin laborator müayinəsi zamanı xüsusi təhlükəli xəstəlik aşkar edildikdə (son diaqnozun qoyulmasını gözləmədən), ilkin nəticə barədə aidiyyəti şəxslərə (yerli baytarlıq orqanına, yük sahibinə və lazım gələrsə, tibb müəssisələri və digər təşkilatlara) dərhal məlumat verilir.
4.3. Bazarlarda və ticarət obyektlərində baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı verilir və ya məhsulun üzərində müvafiq nişan qoyulur. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
4.4. Heyvanlar üçün yem məhsullarının, yem əlavələrinin, vitamin, mineral və digər maddələrin tərkibi kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərə görə baytarlıq laboratoriyalarında müvafiq testlərdən (müayinələrdən) keçirilir. Ekspertizanın nəticələri nümunələrin götürüldüyü partiyaya şamil edilməklə ekspertizanı aparmış baytarlıq laboratoriyasının rəhbərinin imzası ilə ekspertiza aktı verilir.
1. 7 iyul 2008-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 673)
2. 16 iyul 2014-cü il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 938)
3. 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)
4. 16 sentyabr 2019-cu il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2019-cu il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 9, maddə 1563)
5. 30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196)
6. 12 yanvar 2024-cü il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 yanvar 2024-cü il, “Xalq” qəzeti, 17 yanvar 2024-cü il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 81)