“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.35-ci, 1.38-ci, 1.50-ci, 1.51-ci, 1.52-ci, 1.58-ci və 1.61-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”, “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”, “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması Qaydaları”, “Baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı forması və təqdim edilməsi Qaydası” və “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 30 yanvar 2007-ci il
1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən hazırlanmışdır və heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydalarını müəyyən edir.
1.2. Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir.
1.4. Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) xərcləri mülkiyyətçilərin vəsaiti hesabına maliyyələşdirilir.
1.5. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslər istifadəsində olan heyvanların identikləşdirilməsini və heyvanlara identikləşdirmə haqqında şəhadətnamələrin rəsmiləşdirilməsini təmin etməlidirlər.
1.6. Heyvanların identikləşdirilməsi (kodlaşdırılması) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir.
1.7. Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi üçün istifadə edilən məlumat və göstəricilər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd təsərrüfatı” informasiya sisteminə real vaxt rejimində ötürülür.
2. HEYVANLARIN İDENTİKLƏŞDİRİLMƏSİNİN APARILMASI
2.1. Heyvanların identikləşdirilməsi onlara fərdi və ya qrup halında identikləşdirmə nömrəsinin və identikləşdirmə haqqında şəhadətnamənin verilməsindən ibarətdir.
İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq fərdi qaydada və ya qrup halında nişanlanmalıdırlar.
2.2. Heyvanların nişanlanması üçün Agentlik tərəfindən müəyyən olunmuş xüsusi tanınma nömrəsindən istifadə edilir.
2.3. Hüquqi və ya fiziki şəxslər mülkiyyətində olan heyvanların identikləşdirilməsi üçün lazım olan miqdarda nişanlar əldə etməlidirlər.
2.4. Kənd təsərrüfatı heyvanlarının nişanlanması dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilir.
2.5. Hüquqi və ya fiziki şəxslər tərəfindən yeni heyvanlar əldə olunduqda, onlara məxsus heyvanlar itirildikdə, satıldıqda və ya kəsildikdə (öldükdə) həmin şəxslər müvafiq tədbirlərin görülməsi üçün dövlət baytarlıq müfəttişinə məlumat verməlidirlər.
2.6. Heyvanların digər şəxslərə satılması və ya verilməsi identikləşdirmə haqqında şəhadətnamənin həmin şəxslərə təqdim edilməsi ilə müşayiət olunmalıdır.
2.7. Kənd təsərrüfatı heyvanları doğulduqdan sonra 1 ay müddətində nişanlanmalıdırlar. İribuynuzlu və xırdabuynuzlu heyvanların və donuzların nişanlanması hər iki qulağına birka, təkdırnaqlı heyvanların, dəvələrin və qulaq seyvanı kiçik olan xırdabuynuzlu heyvanların nişanlanması mikroçip, quşların nişanlanması isə qrup halında onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçirilir.
2.8. Birkaların təsviri, mikroçiplərin spesifikasiyası Agentlik tərəfindən müəyyən edilir.
2.9. Heyvanların nişanlanması onların xarici görünüşünə və estetik zövqə mənfi təsir etməməlidir.
2.10. Kənd təsərrüfatı heyvanlarının nişanlanmasının yekunu olaraq, dövlət baytarlıq müfəttişi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə identikləşdirmə haqqında şəhadətnamə tərtib edir və həmin şəhadətnamə heyvan sahibinə verilir. Heyvanların identikləşdirilməsi haqqında şəhadətnamənin nümunəsi və şəhadətnaməyə daxil edilməli olan məlumatların siyahısı Agentlik tərəfindən müəyyən edilir.
Kənd təsərrüfatı heyvanları təsərrüfat ərazisindən kənara çıxarılaraq başqa bir yerə aparıldıqda, həmin heyvanlara və ya heyvanlar qrupuna Agentlik tərəfindən "Heyvanların (və ya heyvan qrupunun) identikləşdirilməsi haqqında şəhadətnamə" verilir (1 nömrəli əlavə),
___________________________________________________________________________________________
məxsus ____________________________________________________________________________
_____ №-li identikləşdirmə kodu verilmişdir.
Şəhadətnamənin verilmə tarixi "___" _________ 200__ il.
dövlət __________________________
Baytarlıq müfəttişi (soyadı, adı, atasının adı)
1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.1-ci maddəsinə əsasən hazırlanmışdır və heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması yollarmı müəyyən edir.
1.2. Bütün növ heyvanların, o cümlədən quşların, balıqların və s. heyvanların sağlamlığının qorunmasında, onlardan istehsal edilən məhsulların ərzaq təhlükəsizliyinin təmin edilməsində heyvanların baytarlıq-sanitariya və zootexniki tələblərə uyğun saxlanması, yetişdirilməsi və istifadə edilməsi bu fəaliyyətlə məşğul olan bütün fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin borcudur.
2.1. Heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır.
2.2. İri maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq və s. təsərrüfatlarda heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması üçün yaradılan fermalar bir-birindən təcrid olunmuş şəkildə 2 şöbədən -istehsalat və təsərrüfat şöbələrindən ibarət olmalıdır.
İstehsalat şöbəsində qaramal saxlanan tövlələr, qoyun, donuz və quş damları, təsərrüfat şöbəsində isə yem anbarı, yem sexi və başqa heyvandarlıq obyektləri, o cümlədən baytarlıq məntəqəsi yerləşdirilir.
2.3. Yeni tikilən heyvandarlıq obyektləri heyvanlar yerləşdirilməmişdən əvvəl təmizlənməli və dezinfeksiya edilməlidir.
2.4. Müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna aid heyvanların bir yerdə saxlanmasına yol verilməməlidir.
2.5. Heyvanların sağlam və gümrah olması, onlardan yaxşı çəki artımı, keyfiyyətli ət,süd məhsulları əldə edilməsi məqsədilə onlar hava cərəyanı yaxşı olan binalarda saxlanmalı, binanın içi və ətrafı vaxtaşırı təmizlənməklə ağardılmalı, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.
2.6. Heyvanlar keyfiyyətli qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun yem məhsulları ilə və içməli su ilə təmin edilməlidirlər.
2.7. Stasionar şəraitdə saxlanan heyvanlar, xüsusilə boğaz heyvanlar hər gün gəzintiyə buraxılmalıdır.
2.8. Otlaq şəraitində saxlanan heyvanlar vaxtaşırı qan parazitar xəstəliklərinə görə işlənməlidir.
2.9. Heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla, epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir.
2.10. Karantin müddətində yeni gətirilən heyvanlar arasında hər hansı bir xəstəlik aşkar edilərsə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinə təcili məlumat verilməlidir və əhalinin, eləcə də heyvanların sağlamlığına təhlükə yaradan heyvanların zərərsizləşdirilməsi təmin edilməlidir.
2.11. Hər hansı bir səbəbdən (infeksiyadan başqa) heyvan saxlanan binalar boşaldılarsa, onlar təmizlənib dezinfeksiya, lazım gəldikdə dezinseksiya və deratizasiya edildikdən 5 gün sonra yeni heyvanlar qrupu ilə komplektləşdirilə bilər.
2.12. Ayrı-ayrı heyvanların sağlamlıq durumunun və maddələr mübadiləsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə onlar planlı şəkildə ildə iki dəfə (yazda və payızda) dispanserizasiyadan keçirilməlidir. Belə ki, kliniki müayinə, qanın, sidiyin, südün və s. laboratoriya analizləri aparılmalı, yemlənmə və saxlanma şəraitləri öyrənilməli, doğub-törəməyə yaramayan heyvanlar çıxdaş edilməlidir.
2.13. Tibbi müayinədən keçməyən, vərəmlə xəstə, eləcə də bədənlərində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara qulluq etməsinə icazə verilmir.
2.14. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir.
2.15. Heyvanların növlərindən asılı olmayaraq naxır, sürü və vətəndaşlara məxsus qruplarda saxlanan heyvanlar yalnız sağlam heyvanlardan komplektləşdirilməlidir, onların hər hansı məqsəd üçün istifadəsi baytarlıq mütəxəssislərinin nəzarəti altında həyata keçirilməlidir.
2.16. Heyvanların kəsimini aparmaq üçün xüsusi şəraiti olan yerlər (kəsim sexi və s.) təşkil edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi işçilərinin icazəsi olmayan və ekspertizadan keçirilməyən ət, süd məhsullarının, eləcə də xammalın satılmasına yol verilməməlidir.
2.17. Yüksək məhsuldar və sağlam heyvanlar, o cümlədən quşlar, arı ailələri yetişdirmək və sanitariya baxımından sağlam məhsul əldə etmək üçün zoobaytarlıq elminin yeni nailiyyətlərindən, qabaqcıl təcrübədən istifadə edilməli, damazlıq işlərinə ciddi fikir verilməli və mütəmadi olaraq seleksiya işləri aparılmalıdır.
2.18. Bu Qaydaların yerinə yetirilməsində məsuliyyət heyvan sahiblərinin, görülən tədbirlərə nəzarət edilməsi isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin üzərinə düşür.
Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən hazırlanmışdır və heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması yollarını müəyyən edir.
2.1. Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması məqsədilə onların həmin xəstəliklər barədə ümumi anlayışları olmalıdır.
2.2. Həmin şəxslər fəaliyyət göstərdikləri istehsalat, emal, tədarük və s. müəssisələrdə insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunmaq məqsədilə şəxsi gigiyena qaydalarına ciddi əməl etməlidirlər.
2.3. Heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər.
2.4. Heyvan mənşəli məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslər özlərini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq məqsədilə hazırladıqları məhsulların hər bir partiyasının bu xəstəliklərə görə təhlükəsiz olmasını təmin etmək üçün onları baytarlıq-sanitariya ekspertizasından keçirməlidirlər.
2.5. Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə birbaşa məşğul olan şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydaya əsasən mütəmadi tibbi müayinədən keçməlidirlər.
2.6. Dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələrinin işçiləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçiləri ilə birlikdə heyvandarlıqla və heyvandarlıq məhsullarının istehsalı, emalı, tədarükü və s. ilə məşğul olan işçilər tərəfindən sanitar-gigiyena qaydalarına əməl edilməsinə ciddi nəzarət etməli, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin orada işləmələrinin qarşısını almalıdırlar.
2.7. Heyvan və heyvan mənşəli məhsulların istehsalı, emalı, tədarükü, saxlanması, istifadəsi ilə məşğul olan işçilərin öz sağlamlıqlarını qorumaq məqsədilə sanitar və xüsusi geyimləri olmalı, iş vaxtında onlar həmin geyim formalarında işləməli və həmin geyimlər vaxtaşırı yuyulub dezinfeksiya edilməlidir.
2.8. Dövlət sanitariya nəzarəti orqanları və sanitariya-epidemioloji xidmət müəssisələrinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xidməti işçiləri mütəmadi olaraq heyvandarlıq işçiləri arasında təhlükəli xəstəliklər barədə maarifləndirici işlər aparmalıdırlar.
1. Bu Qayda “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 31.0.7-ci maddəsinə əsasən hazırlanmışdır və baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasının tərtibi və təqdim edilməsi yollarını müəyyən edir.
2. Baytarlıq preparatlarının istehsal aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi ilə məşğul olan fiziki və hüquqi şəxslər baytarlıq preparatlarının dövriyyəsinə dair hesabatı bu Qaydanın əlavəsindəki formaya uyğun olaraq hər il rübdə bir dəfə hazırlayaraq, hesabat dövründən sonrakı ayın 5-nə qədər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik) təqdim edirlər.
3. Agentlik bu Qaydanın 2-ci bəndində göstərilən hesabatları təhlil edərək, onları icmal şəkildə hər il rübdə bir dəfə, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir.
Hesabatı təqdim edən fiziki və hüquqi şəxslər:
adı___________________________________________________
yerləşdiyi rayon(şəhər)_____________________________
ünvanı______________________________________________
fəaliyyət növü_____________________________________
hesabat verən fiziki və hüquqi şəxslərin sayı__________
(Agentlikdə doldurulur)
Hesabat dövrünün axırına qalıq
Hesabat tərtib edənin soyadı, adı, atasının adı_______________
_________________ ___________________ (vəzifə) (imza)
“____” _________ 200___ il
Qeyd: Hesabat forması fiziki və hüquqi şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 5-nə qədər Agentliyə təqdim olunur. Agentlik icmal hesabatı ayın 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim edir.
Bu Siyahı “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 33.8-ci maddəsinə əsasən hazırlanmışdır və baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarını müəyyən edir.
Qarayara əleyhinə vaksinlər
İribuynuzlu heyvanlarda bruselyoz əleyhinə vaksinlər
Qoyun və keçilərdə bruselyoz və qoçlarda infeksion epididemit əleyhinə vaksinlər
Heyvanların leptospirozu əleyhinə vaksinlər
Heyvanlarda Salmonelyoz əleyhinə vaksinlər
Donuzların paratif, pasterelyoz və diplokok septisemiyası əleyhinə vaksinlər
Xəzdərili heyvanların, quşların, buzov və çoşkaların formoltiomersal xəstəliyi əleyhinə vaksin
Heyvanlar və quşlarda pasterellyoz əleyhinə vaksinlər
Donuzlarda qızıl yel əleyhinə vaksinlər
İri və xırda buynuzlu heyvanların emfizematoz karbunkul xəstəliyi əleyhinə vaksinlər
Qoyunlarda bradzot, infeksion enterotoksemiya, yaman keyfiyyətli şiş və quzularda dizenteriya əleyhinə qatılaşmış polivalent vaksinlər
Qoyunlarda klostridiozu əleyhinə polivalent vaksin
Buzovların, quzu və çoşkaların diplokok septisemiyası əleyhinə vaksinlər
İri və xırda buynuzlu heyvanların nekrobakterioz xəstəliyi əleyhinə vaksinlər
İribuynuzlu heyvanların, davarların və dəvələrin dermatomikoz, mikrosporiya və trixofitiya xəstəliyi əleyhinə vaksinlər
Tetanus əleyhinə qatılaşmış anatoksin
Xlamidioz əleyhinə inaktivasiya edilmiş emulsiyalı vaksin
Quşların spiroxetozu əleyhinə vaksin
İribuynuzlu heyvanlarda teylerioz əleyhinə vaksin
İribuynuzlu heyvanların, davarların və donuzların dabaq xəstəliyi əleyhinə vaksinlər
İribuynuzlu heyvanların infeksion keratokonyuktivit xəstəliyi əleyhinə vaksin
İribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi əleyhinə vaksin
İribuynuzlu heyvanların paraqrip -3 xəstəliyi əleyhinə vaksin
Qaramalın rota, korona, herpesvirus və eşerixialı diareya xəstəliyi əleyhinə vaksin
İribuynuzlu heyvanlarda taun əleyhinə vaksin
Qoyunların çiçək xəstəliyi əleyhinə vaksinlər
Çoşkaların anaerob enterotoksemiya xəstəliyi əleyhinə vaksin
Quduzluq əleyhinə vaksinlər
Aueski xəstəliyi əleyhinə vaksinlər
Donuzların taunu əleyhinə vaksinlər
Donuzların Teşen xəstəliyi əleyhinə vaksinlər
Ət yeyənlərin taunu əleyhinə vaksinlər
Quşların infeksion bronxitinə qarşı vaksinlər
Quşların bursal xəstəliyi (Qamboro) əleyhinə vaksinlər
Quşların Nyukasl xəstəliyi əleyhinə vaksinlər
Quşların infeksion bronxiti, Nyukasl xəstəliyi və yumurtlamanın azalması sindromu əleyhinə vaksin
Quşların infeksion ensefalomit və çiçək xəstəliyi əleyhinə vaksinlər
Quşların larinqotraxeiti əleyhinə vaksinlər
Quşların Marek xəstəliyi əleyhinə vaksinlər
Quşların infeksion bursal və viruslu artriti əleyhinə vaksinlər
Kənd təsərrüfatı heyvanlarının Eşerixiozuna qarşı antiadgeziv və antitoksik serum
Qarayara əleyhinə serumlar
Prisipitasiyaedici qarayara serumu
Salmonellyozlara qarşı polivalent antitoksiki serum
İribuynuzlu heyvanların rinotraxeiti, paraqrip 3, viruslu diareya, adenoinfeskiyasına qarşı serum
İribuynuzlu heyvanların pasterelyozuna, salmonelyozuna, paraqrip -3 və infeskion rinotraxeitinə qarşı serumlar
Dabağın seroloji diaqnostikasında işlədilən spesifik serumlar
Heyvanların leptospirozu əleyhinə serumlar
Buzovların, quzuların, qoyun və quşların paratifi və kolibakteriozu əleyhinə polivalent antitoksiki serum
Buzovların, çoşkaların, quzuların, qoyun və quşların paratifi əleyhinə polivalent
Aqqlyutinasiyaedici kampilobakterioz serumu
Aqqlyutinasiyaedici listerioz serumu
Lyumenesiyaedici listerioz serumu
Donuzların qızıl yeli əleyhinə serum
Buzovların, quzu və çoşkaların diplokok septisemiyası əleyhinə serum
Flyurostentli antirabik qlobilin FAQ -1
Xlamidiozun törədicisinin diaqnostikası üçün flyuronstetli qlobilin və nəzarəti serumlar qrupu dəsti
Komplimentin birləşməsi reaksiyası üçün hemolitik serum
Yeni doğulmuş buzovların kolibakteriozunun profilaktikası üçün protektiv
Aqqlyutinasiya reaksiyası üçün kampilobakteriozlu antigen
Seroloji reaksiyalar üçün dabaq antigenləri
Manqo xəstəliyinə görə plastinkalı AR üçün antigen
Prisipitasiya reaksiyası (Askoli) üçün qarayara antigeni
Heyvan və quş xəstəliklərinin diaqnostikası üçün işlədilən diaqnostikumlar
4. Adrenokortikosteroid hormon, inyeksiya üçün
6. Adrenalin hidroxlorid məhlulu
7. Akseroftol məhlulu
10. Asetilxolin-xlorid
16. Belladonna tinktura
17. Dezoksikortikosteron – asetat
18. Dezoksikortikosteron - asetat məhlulu
19. Diklosasillin (natrium duzu)
26. Etaminal natrium (nembutal)
32. Flavakridin hidroxlorid (tripaflavin)
36. Hidrogen peroksidin qatı məhlulu
38. Xiniofon (yatren)
41. İzoniazid (tubazil)
71. Pituitrin, inyeksiya üçün
80. Sinestrolun yağda məhlulu
83. Tilozin Qanadeksil inyeksiya məhlulu
84. Testosteron propionatın yağda məhlulu
91. Tiopental - natrium
4.1. Bu Siyahının 1-ci bölməsində göstərilən bioloji preparatların tətbiqi baytar mütəxəssisləri tərəfindən həyata keçirilir və bu preparatlar reseptsiz buraxılır.
4.2. Bu Siyahının 2-ci bölməsində göstərilən güclü təsiredici dərman vasitələri baytar mütəxəssislərinin yazdığı reseptlər əsasında buraxılır.
1. 7 iyul 2008-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 673)
2. 13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
3. 1 dekabr 2018-ci il tarixli 518 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 dekabr 2018-ci il, № 274, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2721)
4. 10 aprel 2020-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2020-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 484)
5. 21 sentyabr 2020-ci il tarixli 349 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 sentyabr 2020-ci il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1222)
6. 30 oktyabr 2021-ci il tarixli 329 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1196)
7. 21 iyun 2022-ci il tarixli 238 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 iyun 2022-ci il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 679)
8. 7 mart 2023-cü il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 10 mart 2023-cü il, “Xalq” qəzeti, 14 mart 2023-cü il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 3, maddə 428)
9. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)