“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.23-cü, 1.26-cı, 1.29-cu, 1.31-ci, 1.34-cü, 1.42-ci, 1.43-cü, 1.44-cü və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “”, “Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi Qaydaları”, “Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Qaydaları”, “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”, “Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırıla bilməsi Qaydaları” və “Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 oktyabr 2007-ci il
1.1. Bu Qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.43-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayını və yerləşdirilməsini müəyyən edir.
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 167 nömrəli və 2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarları ilə təsdiq edilmiş "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı"nda və "Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nda göstərilən xəstəliklər baş verdikdə, karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
5.1. Baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan iti və tez yayılan yoluxucu xəstəliklər (dabaq, qrip, taun və s.) baş verdiyi hallarda xəstəliklə yoluxma zonasında təcrid rejimini saxlamaq, infeksiya ocağından amilin kənara yayılmasının qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və daxili işlər orqanlarının iştirakı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır, sayı və yerləşdirilməsi müəyyən edilir.
5.2. Mövcud epizootik vəziyyətdən asılı olaraq birgə karantin polis və baytarlıq nəzarəti postları respublikalararası, rayonlararası, təsərrüfatlararası və ayrıca təsərrüfatda və s. yaradıla bilər.
5.3. Birgə karantin polis və baytarlıq nəzarəti postlarının maliyyələşdirilməsi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsinə ayrılmış büdcə vəsaiti hesabına aparılır.
5.4. İti yoluxucu xəstəliklərə görə qeyri-sağlam məntəqədə xüsusi baytarlıq-sanitariya tədbirləri həmin ərazinin dövlət baytarlıq orqanının göstərişinə əsasən aparılır.
5.5. Baş vermiş epizootiyanın ləğvi məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarında görüləcək işlər barədə epizootiya əleyhinə fövqəladə komissiya tərəfindən operativ tədbirlər planı tərtib edilir.
5.6. Xəstəlik ocağının ləğv edilməsi üçün baytarlıq-sanitariya və karantin tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasına bilavasitə ərazinin baytarlıq xidməti və təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.
5.7. Xəstəlik baş vermiş ərazidə əhali və heyvandarlıqla məşğul olan şəxslər arasında vaxtaşırı baytarlıq-sanitariya tədbirləri, kənd təsərrüfatı heyvanlarının və quşların yoluxucu xəstəliklərinin ləğv edilməsi məsələləri barədə baytarlıq-maarifləndirmə işləri aparılmalıdır.
5.8. Birgə karantin polis və baytarlıq nəzarəti postları mütəmadi olaraq dezinfeksiyaedici texnika və dezinfeksiya maddələri ilə təmin edilməlidir.
5.9. Xəstəlik ocağında karantin tələblərinə əməl edilməklə, vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.
5.10. Karantin polis və baytarlıq nəzarəti postlarının işçiləri xüsusi sanitar geyim forması (ayaqqabı, çəkmə, xalat, kombinezon, rezin əlcək, papaq və s.) ilə təmin edilməlidirlər.
5.11. Xəstəlik baş vermiş ərazidə epizootik vəziyyət tam öyrənildikdən, karantin və məhdudiyyət tədbirləri başa çatdıqdan sonra birgə karantin polis və baytarlıq nəzarəti postlarının götürülməsi mümkünlüyünə baxılır.
1.1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.23-cü, 1.26-cı, 1.31-ci və 1.34-cü bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi yollarını tənzimləyir.
1.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Baytarlıq Nəzarəti Xidməti) tərəfindən həyata keçirilir.
2.1. Dövlət baytarlıq nəzarətində olan heyvanlara, heyvan mənşəli məhsullara və xammala səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən baytarlıq (baytarlıq-sanitariya) baxışının keçirilməsində əsas məqsəd baytarlıq (baytarlıq-sanitariya) normativlərinin tələblərinə riayət edilməsini, belə tələblərin pozulmasının qarşısının alınmasını və neqativ halların baş verməsinə imkan verilməməsini, habelə baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam heyvanların, heyvan mənşəli məhsulların və xammalın dövriyyəyə buraxılmasını təmin etməkdən ibarətdir.
2.2. Baytarlıq (baytarlıq-sanitariya) baxışı heyvanların kliniki müayinəsinin (termometriya edilməsi, selikli qişaların rəngi, burun aynasının və tüklərin vəziyyəti, heyvanın xarici görünüşü və s.), heyvan mənşəli məhsulların və xammalın orqonoleptik və laborator müayinələrinin və dövlət baytarlıq nəzarətində olan yüklərə verilən baytarlıq sənədlərinin ekspertizasının aparılması yolu ilə həyata keçirilir.
2.3. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq (baytarlıq-sanitariya) baxışı müvafiq olaraq baytarlıq, baytarlıq-sanitariya ekspertizası laboratoriyalarında, nəqliyyata isə nəqliyyat baytarlıq nəzarəti məntəqələrində həyata keçirilir.
2.4. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti zamanı yük daşıyandan beynəlxalq baytarlıq sertifikatı tələb edilməklə, plomblanmış nəqliyyat vasitələri və ya konteynerlər ilə daşınma halları istisna olmaqla, heyvanlara baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilir.
2.5. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirilməsi zamanı baytar mütəxəssislərinə lazımi şərait yaratmalı və kömək göstərməli, heyvanları və onlardan alınan məhsulları baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirmək üçün səlahiyyətli dövlət baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etməlidirlər.
2.6. Dövlət baytarlıq nəzarətində olan yüklərə baytarlıq baxışı həmin yüklərin dövriyyəsi zamanı hüquqi və fiziki şəxslər tərəfindən müraciət edildikdə, dövlət baytarlıq orqanının tədbirlər planında nəzərdə tutulmuş vaxtlarda və ərazidə epizootiya baş verərsə, həmin yüklərə baxış üçün zərurət yarandığı hallarda həyata keçirilir.
3.1. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarəti - heyvan, heyvan mənşəli məhsul və xammalın normativ texniki sənədlərinin və baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.
3.2. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti səlahiyyətli baytarlıq müfəttişi tərəfindən qiymətləndirilməli və onlara mütəmadi olaraq, dövlət baytarlıq nəzarəti həyata keçirilməlidir (obyektin girişində dezinfeksiya səddinin, sanitar-buraxılış məntəqəsinin olub-olmaması, profilaktik tədbirlərin epizootik plana uyğun aparılması, emal müəssisələrində sanitariya tələblərinə və standartlara əməl edilməsi və s.).
3.3. Dövlət baytarlıq nəzarəti çərçivəsində heyvanların, heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara verilən baytarlıq sənədlərinin düzgün olması, belə yüklərdə insan və heyvanların sağlamlığı üçün təhlükəli olan xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, xəstəliklərə görə sağlam olmasının müvafiq laborator müayinələrlə yoxlanılması, heyvan mənşəli məhsullar və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməsi dövlət baytarlıq müfəttişi tərəfindən yoxlanılmalıdır.
3.4. Yoluxucu xəstəliklərə görə xəstə və xəstəliyə şübhəli, eyni zamanda ölüm təhlükəsi olan heyvanların (ağır zədələr, sınıqlar, yanma və s.) baytarlıq normativlərinin tələblərinə cavab verdiyi halda, səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən onların kəsilməsinə icazə verilə bilər.
3.5. Dövlət baytarlıq nəzarətində olan yüklər bazara daxil olduqda, onların sahibləri yükün çıxdığı ərazinin baytarlıq xidməti tərəfindən həmin yükə baxış keçirildiyini, onun yoluxucu xəstəliklərə görə sağlam olmasını təsdiqləyən və etibarlılığı 3 gündən çox olmayan müvafiq baytarlıq sənədini bazarın dövlət baytarlıq müfəttişinə təqdim etməlidirlər.
3.6. Heyvan mənşəli məhsulları bazarlara satış məqsədilə gətirən hüquqi və fiziki şəxslərdə həmin məhsulun sağlamlığına dair müvafiq baytarlıq sənədləri olmadıqda, habelə baş və daxili orqanlar cəmdəklə birgə gətirilmədikdə, həmin məhsullar bazarın dövlət baytarlıq müfəttişi tərəfindən xəstəliklərə görə şübhəli sayılır və məhsuldan müvafiq qaydada nümunə götürülərək müayinə olunması üçün müvafiq baytarlıq laboratoriyasına göndərilir və müayinənin nəticəsi bilinənə kimi həmin məhsul müvəqqəti saxlanca qoyulur. Laboratoriyaya göndərilmiş şübhəli məhsul müvafiq testlərdən keçirilərək onun sağlamlığı müəyyən edildikdən sonra məhsulun sahibinə və həmin məhsulu müayinəyə göndərən dövlət baytarlıq müfəttişinə həmin məhsulun satışına icazə verən və ya məhsulun zərərsizləşdirilməsi, məhv edilməsi barədə göstəriş sənədi verilir.
3.7. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, emalı və satışı baytarlıq müfəttişlərinin bilavasitə nəzarəti altında həyata keçirilməli, həmin məhsullar və xammal müvafiq standartlara cavab verməli, hər bir partiya məhsul və xammal baytarlıq normalarının tələbləri baxımından qiymətləndirilməli, sağlamlığını əks etdirən və istifadəyə yararlı olmasına dair baytarlıq laboratoriyasının müsbət rəyi olmalıdır.
Baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirilməyən, baytarlıq normativlərinin tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlər-dən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verilmir.
3.8. Heyvan mənşəli xammalın tədarükünə, saxlanmasına, emalına və satışına ərazinin dövlət baytarlıq orqanı tərəfindən dövlət baytarlıq nəzarəti həyata keçirilməli, belə xammalın yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan, yaşayış məntəqələrindən tədarük edildiyi barədə müvafiq baytarlıq sənədi olmalıdır.
3.9. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat-nəzarət bölmələrini yaratmalı, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludur.
3.10. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.
4.1. Dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğun olması qaydalarına əməl edilməsi ölkə ərazisində belə yüklərin istehsalı, tədarükü, emalı, saxlanması, satışı və idxal-ixracı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin borcudur.
4.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tədarükünü, saxlanmasını, idxal və ixracmı həyata keçirən hüquqi və fiziki şəxslərin həmin yüklərin çıxdığı ərazinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti barədə ərazi dövlət baytarlıq orqanından aldıqları müvafiq müşayiətedici baytarlıq sənədləri və bu sənədlərin həmin yüklərə uyğunluğu bu işlərə dövlət baytarlıq nəzarətini həyata keçirən dövlət baytarlıq müfəttişləri tərəfindən araşdırılmalıdır.
4.3. Azərbaycan Respublikasına idxal edilən dövlət baytarlıq nəzarətində olan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı onlara ayrı-ayrılıqda verilən beynəlxalq baytarlıq sertifikatları dövlət sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən baxışından keçirilməli, onların Beynəlxalq Epizootik Büronun müvafiq normalarının tələblərinə uyğunluğu yoxlanılmalıdır.
4.4. Dövlət baytarlıq orqanı dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirərkən, onların təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olmasını, habelə müvafiq baytarlıq sənədlərinin düzgün tərtib edilməməsini müəyyən edərsə, həmin yükün ölkə ərazisində dövriyyəsini, habelə idxalını, ixracını və ya tranzitini müvəqqəti qadağan edə bilər. Yoluxucu xəstəliyin diaqnozu təsdiq edildikdən sonra dövlət baytarlıq orqanı həmin yüklərin realizə edilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar verə bilər.
5.1. Ölkə ərazisində istehsal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarıbaytarlıq normativlərinin tələblərinə cavab verməli, dövlət baytarlıq nəzarətində saxlanmalı və bütün istehsal sənədləri baytarlıq baxışından keçirilməlidir.
5.2. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının əlavələrinin müşayiətedici sənədlərinin, onlara verilən baytarlıq sertifikatlarının həmin yüklərə uyğunluğu yoxlanılmalı, yüklərin sağlamlığının, keyfiyyətinin, zərərsizliyinin, heyvan orqanizmində heç bir fəsad törətmədiyinin aydınlaşdırılması məqsədilə həmin yüklərin Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu tərəfindən sınaqdan keçirilməsi və qeydiyyata alınması barədə verilən sənədləri araşdırılmalıdır.
5.3. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarıhazırlanma texnologiyasından və mənşəyindən asılı olaraq, onların patogen mikroblarla yoluxma ehtimalı nəzərə alınaraq, istehsal olunduğu ərazinin sağlamlığını əks etdirən baytarlıq sənədlərisəlahiyyətli dövlət baytarlıq orqanının dövlət baytarlıq müfəttişi tərəfindən ciddi qaydada baytarlıq baxışından keçirilməlidir.
5.4. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarınıntətbiqinə yalnız onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baytarlıq preparatlarının sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ texniki sənədlərin təsdiq edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları"na uyğun olaraq sınaqdan keçirildikdən və dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir.
1.1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.29-cu və 1.45-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və heyvanların, əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, heyvan mənşəli məhsulların, xammalın (bundan sonra - yüklər) təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı istiqamətlərini tənzimləyir.
1.2. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən yüklərin satışı qadağandır.
1.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) tərəfindən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə uyğun olaraq icrası məcburi olan qərarlar qəbul edilir və həmin qərarların icrası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Aqrar Xidmətlər Agentliyi) tərəfindən təmin edilir.
1.4. Bu Qaydaların 4-cü hissəsində göstərilən xəstəliklərə yoluxmuş yüklərin məhv edilməsi prosesi Agentliyin qərarına əsasən “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.
1.5. Bruselyoz və vərəm xəstəliklərinə yoluxmuş yüklərin emalı və ya təkrar emalı Aqrar Xidmətlər Agentliyi və ixtisaslaşmış heyvan kəsimi və (və ya) emal müəssisələri ilə bağlanılmış müqavilə əsasında həyata keçirilir.
1.6. Bruselyoz və vərəm xəstəlikləri istisna olmaqla, bu Qaydaların 5-ci hissəsində göstərilən xəstəliklərə yoluxmuş yüklərin götürülmədən məcburi zərərsizləşdirilməsi Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin edilir, emalı və ya təkrar emalı prosesi isə Agentliyin və Aqrar Xidmətlər Agentliyinin birgə iştirakı ilə yüklərin təhvil verildiyi heyvan kəsimi və (və ya) emal müəssisələri tərəfindən həyata keçirilir.
1.7. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.7.1. götürülmə - xəstəlik zamanı xəstə heyvanların, heyvan cəmdəklərinin və yaxud xəstə heyvanlardan alınan məhsul və xammalın xəstəlik mənbəyindən xüsusi ayrılmış yerə aparılması;
1.7.2. məhvetmə - xəstəlik zamanı heyvan cəmdəklərinin və xəstə heyvanlardan alınan məhsul və xammalın kremasiya, basdırılma yolu ilə, habelə digər üsullarla zərərsizləşdirilməsi;
1.7.3. götürülmədən məcburi zərərsizləşdirilmə - xarici mühit amillərinə davamlı olan və spor formasına keçə bilən xəstəlik amillərinin məhv edilməsi məqsədilə həmin xəstəliklərdən ölmüş və ya kəsilmiş heyvanların cəmdəklərinin kimyəvi məhlullarla işlənilməsi, habelə xəstəliklərlə sirayətlənmiş yerin bitki örtüyünün yandırılması və torpağın üst qatının kimyəvi məhlullarla işlənilməsi yolu ilə zərərsizləşdirilməsi;
1.7.4. emal (təkrar emal) - xəstəliklərə yoluxmuş heyvanlardan termiki işlənmə yolu ilə yeni məhsulun, həmçinin heyvan mənşəli məhsul və xammaldan xüsusi texnologiyaların tətbiqi və termiki işlənmə yolu ilə heyvan yeminin əldə edilməsi.
2.1. Baytarlıq-sanitariya qayda və tələblərinin pozulmasına görə təhlükəlilik dərəcəsindən asılı olaraq yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə qərar bu sahədə dövlət baytarlıq nəzarətini həyata keçirən Agentlik tərəfindən aşağıda göstərilən hallarda qəbul edilir:
2.1.1. yüklərin təhlükəsizliyinə və keyfiyyətinə nəzarəti həyata keçirən səlahiyyətli şəxsdə yüklərdə aşkar görünən keyfiyyətsizlik əlamətlərinin olmasına şübhə qalmadıqda;
2.1.2. yüklərə istehsalçı tərəfindən onun mənşəyini, təhlükəsizliyini və keyfiyyətini təsdiq edən sənədlər verilmədikdə, habelə yüklərin sertifikatlaşdırılmasına dair sənədlər müəyyən edilmiş qaydada tərtib edilmədikdə;
2.1.3. tərkibi həmin yüklərin adına və ya görünüşünə uyğun gəlmədikdə;
2.1.4. yararlılıq müddətinin təyin edilməsi vacib olan yüklərin yararlılıq müddəti təyin edilmədikdə və ya yararlılıq müddəti bitdikdə;
2.1.5. ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satıldıqda və ya dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçmədikdə.
3.1. Bu Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən xəstəliklərə yoluxmuş yüklər aşkar edildikdə, bu barədə baytarlıq mütəxəssisləri və ya yük sahibləri tərəfindən 1 (bir) gün ərzində yerli icra hakimiyyəti orqanına, Agentliyin müvafiq regional bölməsinə (bundan sonra – regional bölmə) və (və ya) Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin aidiyyəti yerli qurumuna (bundan sonra – yerli qurum) müraciət edilir.
3.2. Yerli icra hakimiyyəti orqanı, regional bölmə və yerli qurum tərəfindən xəstəliklə bağlı şübhəli halın araşdırılması və xəstəliyin ilkin diaqnozunun təyin edilməsi məqsədilə müraciət daxil olan vaxtdan 1 (bir) gün müddətində yüklərə yerində baxış keçirilir və mövcud vəziyyətin ilkin araşdırılmasına dair bu Qaydaların əlavəsində müəyyən edilmiş məzmunda ilkin akt tərtib edilir. İlkin akt yerli icra hakimiyyəti orqanının nümayəndəsi, regional bölmənin baytarlıq müfəttişi və yerli qurumun rəhbəri, həmçinin yük sahibi tərəfindən imzalanır və möhürlənir. İlkin aktın nüsxələri yük sahibinə (bu barədə yük sahibinin imzası alınmaqla), yerli icra hakimiyyəti orqanına, regional bölməyə və yerli quruma, diaqnostik nümunələr isə həmin gün ərzində yerli qurum tərəfindən Agentliyin aidiyyəti laboratoriyalarına təqdim edilir.
3.3. Yüklərdən götürülmüş nümunələrin müayinəsi və ekspertizası baytarlıq-sanitariya normalarına uyğun olaraq Agentliyin laboratoriyalarında aparılır və nəticələri sınaq protokolu ilə rəsmiləşdirilir.
3.4. İlkin akt və sınaq protokolunun nəticəsinə əsasən bu Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən xəstəliklər aşkar edilərsə, 5 (beş) iş günü müddətində epizootiya əleyhinə fövqəladə komissiyaya məlumat verilir. Baş vermiş xəstəlik barəsində məlumatlar və onunla bağlı görülməli tədbirlər barəsində aşağıdakı məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS-ə) daxil edilir və real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS-ə) ötürülür:
3.4.1. laboratoriya müayinəsi nəticəsində müəyyən edilən son diaqnoz barədə müvafiq məlumatlar;
3.4.2. yük sahibi və ya yük üzrə məsul şəxs, habelə yükün yerləşdiyi ərazi barədə məlumatlar;
3.4.3. xəstəlik daşıyıcısı olan heyvanın növü, növlər üzrə baş sayı, onun (onların) çəkisi, habelə heyvan mənşəli məhsul və xammal barədə məlumatlar;
3.4.4. heyvan xəstəliyinin yayılmasına səbəb ola bilən və bu səbəbdən məhv ediləcək və ya zərərsizləşdiriləcək alət və əşyalar barədə məlumatlar (siyahı);
3.4.5. yükü aşkar etmiş mütəxəssisin (mütəxəssislərin) adı, soyadı, atasının adı, işlədiyi qurumun adı və vəzifəsi;
3.4.6. laboratoriyaya müayinə üçün nümunə və materialın göndərilməsi, həmçinin aparılmış laboratoriya müayinələrinin nəticələri haqqında məlumatlar;
3.4.7. laboratoriya müayinələri nəticəsində xəstəliklərin təhlükəlilik dərəcəsindən asılı olaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın, alət və əşyaların məhv edilmə və ya zərərsizləşdirilmə üsulu;
3.4.8. xüsusi təhlükəli xəstəlik barədə məlumatın ilk dəfə daxil olduğu tarix.
3.5. Agentlik tərəfindən istifadəyə yararsız və ya şərti yararsız sayılmış (xəstəliyin təhlükəlilik dərəcəsindən asılı olaraq) yüklərin dövriyyədən çıxarılması, habelə həmin yüklərin götürülməsi, məhv edilməsi və ya götürülmədən zərərsizləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi Qaydası”na 2 nömrəli əlavədə müəyyən olunmuş formada qərar qəbul edilir. Həmin qərar qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS-ə) daxil edilir və real vaxt rejimində EKTİS-ə ötürülür.
3.6. Dövriyyədən çıxarılmış yüklər heyvanların yemlənməsinə, emala, təkrar emala göndərilənə və ya məhv olunana qədər dəqiq çəkisi göstərilməklə, xüsusi uçota alınaraq, ayrıca yerdə saxlanılır.
3.7. Heyvanların yemlənməsi, emal, təkrar emal məqsədilə dövriyyədən çıxarılan yüklərin saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti yük sahibi daşıyır.
3.8. Bu Qaydaların 3.8-1-ci bəndində göstərilən hal istisna olmaqla, dövriyyədən çıxarılmış yüklərin emala və ya təkrar emala yönəldilməsi, habelə heyvanlar üçün yem kimi istifadə edilməsi Agentliyin razılığı və iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxs tərəfindən həyata keçirilir.
3.8-1. Bruselyoz və vərəm xəstəliklərinə yoluxduğuna görə dövriyyədən çıxarılmış yüklərin emala və ya təkrar emala yönəldilməsi, habelə heyvanlar üçün yem kimi istifadə edilməsi bu Qaydaların 1.5-ci bəndinə uyğun olaraq həyata keçirilir.
3.9. Bu Qaydaların 1.5-ci bəndinə uyğun olaraq dövriyyədən çıxarılmış yüklərin sonrakı aqibəti barədə sənəd Aqrar Xidmətlər Agentliyi tərəfindən, bu Qaydaların 1.6-cı bəndinə uyğun olaraq dövriyyədən çıxarılmış yüklərin isə sonrakı aqibəti barədə sənəd yük sahibi tərəfindən Agentliyə təqdim edilir.
3.10. İnsan qidalanması üçün yararsız sayılmış yüklərin təkrar emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə edilməzsə, onlar məhv edilir.
3.11. Əhalinin və heyvanların sağlamlığı üçün təhlükə törədən yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi bu məqsəd üçün xüsusi ayrılmış yerlərdə həyata keçirilir. Mikrobioloji cəhətdən təhlükə törədən yüklər məhv edilməzdən əvvəl zərərsizləşdirilir.
3.12. Bu Qaydaların 1.3-cü və 3.5-ci bəndlərinə uyğun olaraq, qəbul olunmuş qərardan şikayətin verilməsi və ona baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
3.13. Yükün məhv edilməsi (yandırılma, basdırılma) məhvedilmə barədə qərar qəbul etmiş Agentlik mütəxəssislərinin iştirakı ilə yük sahibi və ya onun vəkil etdiyi digər şəxsin iştirakı ilə yerli qurum tərəfindən həyata keçirilərək aktlaşdırılır.
3.14. Heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli yüklərin məhvi nəticəsində dəymiş ziyanın əvəzini yük sahibləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”na uyğun olaraq almaq hüququna malikdirlər.
4.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:
4.2. Qaramalın xəstəlikləri:
emfizematoz karbunkul.
4.3. Davarın xəstəlikləri:
bradzot-enterotoksemiya;
4.4. Donuzların xəstəliyi:
4.5. Quşların xəstəliyi:
yüksək patogenli quş qripi;
4.6. Atların xəstəlikləri:
epizootik limfanqoit;
4.7. Dəvələrin xəstəliyi:
4.8. İt və pişiklərin xəstəlikləri:
4.9. Dovşan, qunduz və vəhşi heyvanların xəstəlikləri:
5.1. Bütün növ heyvanlar üçün ümumi olan xəstəliklər:
brusellyoz (kliniki xəstələr, seroloji müayinəyə müsbət reaksiya verənlər);
vərəm (kliniki xəstələr, tuberkulinə müsbət reaksiya verənlər);
5.2. Donuzların xəstəliyi:
5.3. Quşların xəstəlikləri:
infeksion larinqotraxeit;
5.4. Atların xəstəliyi:
yoluxucu ensefalomielit.
“Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları”na
_____________________________________ “____” __________ 20___ il
(yaşayış məntəqəsinin adı)
Aşağıdakı tərkibdə tərtib etdilər:
1.______________________________________________________________________________
2.______________________________________________________________________________
3.______________________________________________________________________________
4.______________________________________________________________________________
5.______________________________________________________________________________
Yük sahibinin iştirakı ilə
________________________________________________________________________________
________________________________________________________________________________
aktı ona görə tərtib etdilər ki, “____” __________ 20___ ildə xüsusi təhlükəli xəstəliklərin və karantin xəstəliklərinin baş verməsinə dair _________________________________________
____________daxil olmuş məlumat əsasında _________________________________________
(xəstəlik şübhəsi olan obyektin ünvanı)
_________________________________________ünvanda yerləşən obyektə baxış keçirildi və epizootoloji monitorinq aparıldı. Bu zaman aşağıdakılar aşkar edildi:
1. Aşkar edilmiş _________________________________heyvana (quşa) aid cəmdəklərin sayı _________ədəd (İBH, XBH, quş, at və s.).
2. Klinik xəstə heyvanların (quşların) növlər üzrə sayı:
2.1. heyvanın növü ___________________, sayı ____________ baş;
2.2. heyvanın növü ___________________, sayı ____________ baş;
2.3. heyvanın növü ___________________, sayı ____________ baş.
3. Epizootoloji monitorinq çərçivəsində əldə edilmiş məlumatlara əsasən heyvanlarda (quşlarda) _____________________________________xəstəliyinə (xəstəliklərinə) şübhəli hal aşkar edildi. Son diaqnozun qoyulması məqsədilə baytarlıq-sanitariya tələbləri gözlənilməklə, aşağıda göstərilmiş diaqnostik nümunələr götürüldü:
3.1._____________________________________________________________________________
3.2._____________________________________________________________________________
3.3._____________________________________________________________________________
4. Götürülmüş diaqnostik nümunələr _____________________________________göndərildi.
Xəstəliyin yayılmasının qarşısının alınması üçün yük sahibinə icrası məcbur olan aşağıdakı göstərişlər verildi:
4.1._____________________________________________________________________________
4.2._____________________________________________________________________________
4.3._____________________________________________________________________________
1.______________________________________________________________________________
2.______________________________________________________________________________
3.______________________________________________________________________________
4.______________________________________________________________________________
5.______________________________________________________________________________
Yük sahibi______________________________________________________________________
1. Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.42-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılmasını tənzimləyir.
2. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkalarm, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətində olan yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti məhkəmə qərarı qəbul edilənə kimi müvəqqəti dayandırıla bilər.
3. Karantin müddətində yoluxucu xəstəliklərin yayılmasında rolu olan dövlət baytarlıq nəzarətindəki yüklərin daşınmasının, realizə edilməsinin qarşısını almaq üçün "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə və Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"nin 8.48.2-ci bəndinə uyğun olaraq, həmin yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu ilə razılaşdırılaraq, ərazi dövlət baytarlıq orqanının qərarı ilə müvəqqəti dayandırıla bilər.
4. Dövlət baytarlıq müfəttişinin "Baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi haqqında" qərarında müvəqqəti dayandırılmaya səbəb olan hallar əsaslandırılmalı və maraqlı şəxsin şikayət vermək hüququ göstərilməlidir.
5. Baytarlıq nəzarətində olan yüklərin kütləvi toplandığı yerlərin, bazarların, kəsim məntəqələrinin, yarmarkaların, əlaqəli sahələrin, hərracların, sərgilərin rəhbərləri, yaxud digər məsul şəxslər fəaliyyətin müvəqqəti dayandırılması ilə əlaqədar ərazi dövlət baytarlıq orqanının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturu ilə razılaşdırılmış qərarının icrasını təmin etməyə və digər baytarlıq-sanitariya qaydalarına əməl etməyə borcludurlar.
6. Karantin müddətində fəaliyyəti dayandırılmış ərazidə dövlət baytarlıq nəzarətində olan yüklərin realizə olunması və qəbul edilməsi qadağandır.
7. Baytarlıq nəzarətində olan yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyətə başlaması və məhsulların təyinatı üzrə realizə edilməsi karantin müddəti bitdikdən dərhal sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli strukturu ilə razılaşdırılmaqla, ərazi dövlət baytarlıq orqanının göstərişi əsasında təmin edilir.
Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.44-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində və ya rayon (şəhər) daxilində heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə, onun yayılmasının qarşısını almaq və ləğv etmək üçün epizootiya əleyhinə fövqəladə komissiyaların (bundan sonra-komissiya) yaradılmasını və fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyən edir.
2.1. Epizootiya əleyhinə fövqəladə komissiya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika və rayon (şəhər) üzrə yaradılır.
2.2. Respublika üzrə komissiyanın tərkibinə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri, rayon və şəhərlərdə isə yerli icra hakimiyyəti orqanlarının və adı çəkilən dövlət orqanlarının aidiyyəti yerli qurumlarının rəhbərləri və ya onların müavinləri daxil edilirlər.
2.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın say tərkibi baş vermiş xəstəliyin mahiyyətindən asılı olaraq, orada iştirak edən dövlət orqanlarının sayı ilə müəyyən edilir.
Komissiyanın sədri səlahiyyətli dövlət orqanı tərəfindən təyin edilir.
Komissiyanın fəaliyyətinə sədr rəhbərlik edir.
3. EPİZOOTİYA ƏLEYHİNƏ FÖVQƏLADƏ KOMİSSİYANIN FƏALİYYƏTİ
3.1. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə, həmin xəstəliyin qısa müddətdə qarşısının alınması məqsədilə hazırlanıb təsdiq edilmiş tədbirlər planına uyğun olaraq çağırılır. Komissiyanın iclaslarında heyvan və insanlar üçün təhlükəli olan xəstəliklərə qarşı aparılan mübarizə işlərinin vəziyyəti müzakirə edilir, konkret təkliflər hazırlanıb həyata keçirilir.
3.2. Epizootiya əleyhinə fövqəladə komissiya heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirir, xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, xəstəlik amilinin vaxtında aşkar edilməsini, onun yayılma radiusunun müəyyənləşməsini, ona qarşı ümumi və spesifik profilaktik tədbirlərin aparılması üçün lazım olan peyvənd vasitələrinin, dezinfeksiya maddələrinin, avadanlıq və digər ləvazimatların miqdarını dəqiqləşdirir, onların əldə edilməsi üçün maliyyə vəsaitinin ayrılması və ya maliyyə vəsaiti çatışmadıqda, aidiyyəti dövlət orqanları qarşısında vəsatət qaldırılması məsələsinə baxır.
3.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları komissiyanın sədri tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq keçirilir.
3.4. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
3.5. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarlar iclasda iştirak edən komissiya üzvlərinin ümumi sayının sadə səs çoxluğu ilə qəbul edilir və komissiyanın sədri və üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir.
3.6. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi və kargüzarlıq işlərinin aparılması məqsədilə komissiyanın katibliyi yaradıla bilər.
3.7. Epizootiya əleyhinə fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısının alınması və ləğvinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən nəzərə alınmayan hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
3.8. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarların bütün dövlət orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslər tərəfindən yerinə yetirilməsi məcburidir.
1. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
16 iyul 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 iyul 2014-cü il, № 160; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 941)
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
1 dekabr 2018-ci il tarixli 519 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 dekabr 2018-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2722)
18 aprel 2023-cü il tarixli 121 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 592)
26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)