Azərbaycan Respublikasının Prezidentinin Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin 4 avqust 2000-ci il tarixli 116 nömrəli Əmri ilə “Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi haqqında” Əsasnamənin təsdiqi əlaqədar qərara alıram:
Ədliyyə Nazirliyində 29 dekabr 1999-cu il tarixdə 204 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi” Qaydaları Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin 4 avqust 2000-ci il tarixli 116 saylı əmri ilə qüvvədən düşmüş hesab edildiyindən dövlət reyestrindən çıxarılsın.
ƏDLİYYƏ MÜŞAVİRİ F.F.MƏMMƏDOV