Qanunvericilik › Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında Əsasnamə (Dövlət Gömrük Komitəsi, 30.08.2000) › Tam mətn

Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında Əsasnamə (Dövlət Gömrük Komitəsi, 30.08.2000)

Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında Əsasnamə (Dövlət Gömrük Komitəsi, 30.08.2000) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində qeydə

“ 05 “ 09 _2000-ci il

__________________F.F.MƏMMƏDOV

Azərbaycan Respublikası

Dövlət Gömrük Komitəsi

“ 30 “ avqust 2000-ci il

___________________K.F.HEYDƏROV

1.1. Bu Əsasnamə BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyasına (1975-ci il BYD Konvensiyası) əsasən hazırlanmışdır.

1.2. Əsasnamə daşıyıcıların BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarına

buraxılması qaydalarını müəyyən edir.

1.3. Beynəlxalq yük daşımalarına icazə həm hüquqi, həm də fiziki şəxslərə verilir.

1.4. Daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması üçün icazə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilir.

2.1. BYD Konvensiyası - BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası tətbiq edilməklə yük daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası 1975-ci il).

2.2. Səlahiyyətli orqan - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (Azərbaycan Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 527 saylı Sərəncamına əsasən).

2.3. Təminat birliyi - nəqliyyat təşkilatlarının marağını təmsil edən və BYD Konvensiyası ilə müəyyən olunmuş öhdəlikləri yerinə yetirmək imkanı olan ictimai təşkilatlar.

3.1. BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarda buraxılışa icazə almaq istəyən hüquqi və fiziki şəxslərin siyahısını təminat birliyi Dövlət Gömrük Komitəsinə təqdim edir.

3.2. BYD kitabçasından istifadə edilməklə beynəlxalq yük daşımalarına buraxılması üçün hüquqi və fiziki şəxslərə aşağıdakı şərtlər və tələblər irəli sürülür:

a) beynəlxalq yük daşımalarda altı aydan az olmayan təcrübəyə malik olmaq;

b) BYD Konvensiyasında nəzərdə tutulmuş öhdəliklərin təmin edilməsi üçün maliyyə imkanlarının olması;

v) daşıyıcı tərəfindən gömrük qaydalarının kobud surətdə pozulması faktının olmaması və vergi qanunvericiliyinin tələblərinə riayət olunması;

q) BYD Konvensiyasının tətbiqi ilə əlaqədar biliyə malik olmaq. Yəni beynəlxalq yük daşımalarında iştirak etmək istəyən şəxslərin 1975-ci il BYD Konvensiyası haqqında məlumatı olmalıdır.

3.3. BYD kitabçasından istifadə edilməklə beynəlxalq yük daşımalara buraxılmaq üçün edilmiş müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

a) hüquqi şəxslər dövlət qeydiyyatına alınması barədə sənədin və qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş nizamnamənin surətini, fiziki şəxslərə sahibkarlıq fəaliyyəti haqqında verilmiş sənədin surətini;

b) beynəlxalq yük daşımaları üçün verilmiş lisenziyanın surətini;

v) məcburi ödəmələr üzrə borcun olmaması barədə vergi orqanının arayışını;

q) nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması barədə sənədin (texniki pasportun) surətini.

3.4. Hüquqi və fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinə BYD kitabçası təqdim edilməklə gömrük möhürləri və plombları altında yük daşımalarına yararlı olmaları barədə gömrük orqanları tərəfindən şəhadətnamə verildikdən sonra beynəlxalq yük daşımalarına buraxıla bilər.

3.5. Dövlət Gömrük Komitəsi daxil olmuş sənədlərə on beş gün müddətində baxır və imtina üçün əsaslar olmadığı təqdirdə təminat birliyindən daxil olmuş müraciətdə qeyd edilən fiziki və hüquqi şəxslərin beynəlxalq yük daşımalarında iştirakına Əsasnamənin 1 №-li Əlavəsində göstərilən formada icazə verilir.

3.7. Beynəlxalq yük daşımalarına buraxılmış hüquqi və fiziki şəxslər barədə təminat birliyinə yazılı məlumat verilir.

3.8. Beynəlxalq yük daşımalarına buraxılmış hüquqi və fiziki şəxslər barədə bir həftə müddətində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (BANİ-nin) İcraiyyə Komitəsinə Əsasnaməyə əlavə edilmiş 2 №-li formada məlumat verilir.

3.9. Beynəlxalq yük daşımalarına buraxılmayan daşıyıcı qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra təkrar müraciət etmək hüququna malikdir.

3.10. Beynəlxalq yük daşımalarına buraxılmaqdan imtina edilmiş daşıyıcı qeyd edilən nöqsanlarla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

3.11. Daşıyıcılar yenidən təşkil olunduqda (adının, ünvanının, telefon nömrəsinin və s. dəyişməsi istisna edilməklə) BYD-yə bu Əsasnaməyə uyğun olaraq buraxılırlar.

3.12. Daşıyıcının rekvizitləri dəyişdiyi təqdirdə təminat birliyi bir həftə müddətində Dövlət Gömrük Komitəsinə məlumat verir.

4.1. BYD kitabçalarının verilməsi və daşıyıcının beynəlxalq yük daşımalarına buraxılması üçün verilmiş icazəni onu verən orqan ləğv edə və ya geri ala bilər.

4.2. İcazə verilərkən əsas götürülmüş məlumatların yanlış olduğu aşkar edilərsə və ya müəyyən edilmiş qaydalara riayət olunmadan verilmişsə, verilmiş icazə ləğv edilir.

4.3. İcazə verilmiş şəxs (hüquqi və ya fiziki) Əsasnamədə göstərilmiş tələblərə riayət ötmədikdə, eləcə də vergi və gömrük qanunvericiliyinin tələbləri kobud surətdə pozulduqda verilmiş icazə geri alınır.

4.4. Verilmiş icazənin ləğv edilməsi və ya geri alınması qərarda göstərilən tarixdən qüvvəyə minir.

4.5. İcazənin ləğv edilməsi və ya geri alınması barədə bir həftə müddətində BANİ-nin İcraiyyə Komitəsinə və Təminat Birliyinə məlumat verilir.

BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında (1975-ci il BYD Konvensiyası) Gömrük Konvensiyasının 9-cu Əlavəsinə əsasən

_______________________________________________________________________________

BYD kitabçalarından istifadə edilməklə beynəlxalq yük daşımalarına icazə verilir.

Verilmişdir: _____________

Dövlət Gömrük Komitəsinin Sədri

Ölkə _______ __________________

Təminat birliyi:_____________________________

Səlahiyyətli orqan: ______________________________

1. 6 noyabr 2003-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2003-cü il, № 11)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver