AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə,
1. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri”nə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q69-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün və Azərbaycan Respublikasının hüdudlarından kənara getmələri üçün vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”.
1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi.
1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.16-cı bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.7.1. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına 10 gün müddətində.
1.7.2. Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə 1 ay müddətində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün və Azərbaycan Respublikasının hüdudlarından kənara getmələri üçün şəxsiyyət vəsiqələrinin verilməsi.
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişlidir.
2.2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 6 manat məbləğində dövlət rüsumu ödənilir;
2.2.2. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə 11 manat məbləğində dövlət rüsumu ödənilir.
2.2.3. Qanunun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunurlar.
2.2.4. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı ödənilən dövlət rüsumu aşağıdakı bank hesabına köçürülür:
Dövlət Xəzinədarlıq Agentliyi
Ödəmə üsulları - bank, poçt, plastik kart və ya internet vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29770/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://mia.gov.az/?/az/content/29770/
- e-poçt: info@mia.gov.az
- telefon: +994 12 590-95-91
2.6. Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların surəti elektron formada təqdim olunur:
2.6.1. elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1, Əlavə №2,) aşağıdakılar əlavə olunur:
2.6.1.1. vətəndaşlığı olmayan şəxs 16, 20 yaşına çatdıqda, sonradan isə hər 5 ildən bir, yaxud şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə və ya şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə:
- vətəndaşın 3x4 sm ölçüdə sifətin başıaçıq, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş rəqəmli rəngli fotoşəkili;
- dövlət rüsumunun ödənilməsi barədə qəbzin (elektron xidmətin göstərildiyi internet informasiya ehtiyatında dövlət rüsumunun ödənildiyi hallar istisna olmaqla), əgər onlar müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad ediliblərsə müvafiq təsdiqləyici sənədin skan edilmiş surəti;
2.6.1.2. vətəndaşlığı olmayan şəxsin soyadı, adı, atasının adı, ailə vəziyyəti dəyişdikdə:
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə və ya nikahın bağlanması, yaxud pozulması haqqında şəhadətnamənin nömrəsi və verilmə tarixi;
2.6.1.3. vətəndaşlığı olmayan şəxsin yaşayış yeri dəyişdikdə sadalanan sənədlərdən aidiyyəti olanının skan edilmiş surəti:
- mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, icarə və ya kirayə müqaviləsinin, order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin, yaşayış sahəsi verən şəxsin ərizəsinin;
2.6.1.4. Şəxsiyyət vəsiqəsi əvvəlki sənədin (şəxsiyyət vəsiqəsinin) itirilməsi ilə bağlı dəyişdirildikdə -
- inzibati cərimənin ödənilməsi barədə müvafiq sənədin skan edilmiş surəti.
2.6.2. Bu reqlamentin 2.6.1.2-2.6.1.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərə 2.6.1.1-ci yarımbənddə göstərilənlər əlavə olunur.
3.1. Elektron xidmət üçün sorğu:
3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir;
3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində aidiyyəti olanlardan birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğu icra üçün qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üzrə Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi məsuliyyət daşıyır.
3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: sənədlərə BPQMİ-nin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsində baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə müraciət etmiş Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə yeni şəxsiyyət vəsiqəsi verilir.
3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulan hallarda 10 gündən və 1 aydan gec olmayaraq şəxsiyyət vəsiqəsinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir. İstifadəçi yeni şəxsiyyət vəsiqəsini almağa gəldiyi zaman köhnə şəxsiyyət vəsiqəsini Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinə təqdim etməlidir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi həyata keçirir.
3.4.1. nəzarət forması: kargüzarlıq;
Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin tabe olduğu yuxarı orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər;
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. şikayətə baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ № 1
I. Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:
1. Şəxsiyyət vəsiqəsi sahibinin
1.9. Gözlərinin rəngi
1.10. Haradan gəlmişdir
2. Şəxsiyyət vəsiqəsi sahibinin ailə vəziyyəti hə-yox; uşağı varsa, onun:
3. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilirsə onun:
3. Ərizəçinin xüsusi qeydi
telefon, faks nömrələri,
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə ƏLAVƏ № 2
I. Vətəndaşlığı olmayan şəxs və ya onun qanuni nümayəndəsi tərəfindən doldurulan hissə:
______________________________________________________səbəbini göstərmək Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsini xahiş edirəm.
1. Şəxsiyyət vəsiqəsi sahibinin:
1.1. Soyadı ( habelə əvvəlki soyadı)
1.8. Hansı ölkədən gəlmişdir
1.11. 18 yaşına çatmamış uşağı varsa onun:
2. Ərizə vətəndaşlığı olmayan şəxsin qanuni nümayəndəsi tərəfindən verilirsə onun:
3. Ərizəçinin xüsusi qeydi
telefon, faks nömrələri,
1. 1 avqust 2013-cü il tarixli Q26-001-13 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308010026, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 avqust 2013-cü il)
2. 20 noyabr 2015-ci il tarixli Q52-001-15 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511200052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2015-ci il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)