Qanunvericilik › “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.07.2010) › Tam mətn

“Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.07.2010)

“Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 27.07.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini və aparılmasını təmin etmək məqsədilə qərara alıram:

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi:

2.1. bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair kadastr məlumatlarının çöl ölçmə işləri (texniki inventarlaşma) aparılmaqla toplanılmasını və daşınmaz əmlakın dövlət kadastrına daxil edilməsini təmin etsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;

2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında daşınmaz əmlakla bağlı çöl ölçmə işlərinin (texniki inventarlaşmanın) maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2010-cu il.

1. 10 aprel 2013-cü il tarixli 859 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 aprel 2013-cü il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 373)

2. 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

3. 21 yanvar 2023-cü il tarixli 1982 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 yanvar 2023-cü il, “Xalq” qəzeti, 22 yanvar 2023-cü il, № 14, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 70)

4. 5 iyun 2023-cü il tarixli 2172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 iyun 2023-cü il, “Xalq” qəzeti, 6 iyun 2023-cü il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 777)

5. 2 sentyabr 2026-cı il tarixli 784 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 sentyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 3 sentyabr 2026-cı il, № 159)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver