Qanunvericilik › Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1.0.1. dövlət daktiloskopik qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;

1.0.2. daktiloskopik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən, onun əl barmaqlarındakı papilyar naxışların quruluşunun xüsusiyyətləri haqqında məlumat;

1.0.3. daktiloskopik məlumat bankı - maddi daşıyıcılarda olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusu;

1.0.4. dövlət genom qeydiyyatı - insan şəxsiyyətinin eyniləşdirilməsi üçün genetik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyət;

1.0.5. genetik məlumat - insanın şəxsiyyətini müəyyən etməyə imkan verən dezoksiribonuklein turşusu (bundan sonra - DNT) analizinin keçirilməsi ilə əldə edilən məlumat;

1.0.6. bioloji material - aşkar olunmuş, insandan, naməlum meyitdən DNT analizinin keçirilməsi məqsədilə götürülmüş qan, tüpürcək, tük, dırnaq, dəri, tər, sperma, orqanizmin digər ifrazatları, diş, sümük və digər toxuma nümunələri;

1.0.7. genetik identifikasiya - DNT Məlumat Bankına verilmiş bioloji materialın mənsub olduğu şəxsin, habelə bədən hissələrinin mənsubluğunun müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işləri üzrə tədbirlər;

1.0.8. genetik verifikasiya - verilmiş bioloji material ilə DNT Məlumat Bankında olan məlumatın müqayisəsi üzrə tədbirlər;

1.0.9. DNT profili - insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verən, genetik identifikasiya və verifikasiya məqsədi ilə məlumat bankında toplanılan, saxlanılan, işlənilən və istifadə olunan fərdi məlumat;

1.0.10. DNT məlumat bankı - DNT profillərinin maddi daşıyıcılarda olan sistemləşdirilmiş məcmusu;

1.0.11. naməlum meyit - şəxsiyyəti müəyyənləşdirilməmiş ölü insanın bədəni (bədən hissələri);

1.0.12. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2-1.1, 149.3.3, 150.2-1.1, 150.3.3, 152, 153, 171, 171-1-ci və 171-2-ci maddələrində göstərilən əməl.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver