Qanunvericilik › Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsi haqqında qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 14.02.2008) › Tam mətn

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsi haqqında qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 14.02.2008)

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsi haqqında qaydalar (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 14.02.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Prezidenti

yanında Qiymətli Kağızlar üzrə Dövlət

“14” fevral 2008-ci il tarixli

Sədr _______________ G.Məmmədov

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli, 161 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına, o cümlədən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarına hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsini tənzimləyir.

1.3. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına, o cümlədən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarına hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin icazəsi ilə yol verilir.

2.1. Qeydiyyata alınmış qiymətli kağızların emissiyasının şərtləri onların Azərbaycan Respublikasının ərazisində yerləşdirilməsini nəzərdə tutmuşdursa, emitent qiymətli kağızların Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə icazənin alınması üçün QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.2. qiymətli kağızların emissiyasının şərtlərinə müvafiq dəyişikliklərin edilməsi barədə qərar;

2.1.3. emitentin həmin növ səhmlərinin fond birjasının kotirovka vərəqəsinə daxil edilməsini təsdiq edən sənəd;

2.1.4. həmin qiymətli kağızlara İSİN kodunun verilməsi haqqında bildirişin surəti.

2.2. Qiymətli kağızların emissiyasının şərtləri onların Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsini nəzərdə tutmuşdursa, emitent qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərlə birgə QKDK-ya emitentin həmin növ qiymətli kağızlarının fond birjasının kotirovka vərəqəsinə daxil edilməsi barədə sənədi (səhmlərin yerləşdirilməsi üçün) təqdim etməlidir.

2.3. Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün ərizədə aşağıdakılar göstərilməlidir:

2.3.1. emitentin adı və təşkilati-hüquqi forması;

2.3.2. poçt indeksləri göstərilməklə emitentin hüquqi ünvanı və olduğu yer;

2.3.3. qiymətli kağızların növü və forması;

2.3.4. qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və tarixi (yerləşdirməyə icazənin alınması üçün ərizə təqdim olunan tarixə qeydiyyata alınmış qiymətli kağızların buraxılışları üçün);

2.3.5. yerləşdirməyə icazənin alınması üçün ərizə verilən qiymətli kağızların miqdarı və məbləği;

2.3.6. qiymətli kağızların yerləşdirilməsində iştirak edəcək peşəkar iştirakçılar haqqında məlumat (adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);

2.3.7. qiymətli kağızların saxlanmasını, onlara hüquqların uçotunu və qiymətli kağız sahiblərinin reyestrini aparan təşkilat haqqında məlumat (adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);

2.4. Qiymətli kağızların emitentinin nizamnamə kapitalının on faizindən az olmayan miqdarda səs hüququnu verən səhmlərə (paylara) Azərbaycan Respublikası dövləti malik olduqda, səhm (pay) sahibi olan dövlət orqanının və (və ya) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin qiymətli kağızların yerləşdirilməsinə razılığı olmalıdır.

2.5. Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün ərizə emitentin rəhbəri tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir.

2.6. Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün ərizə təqdim olunan tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, QKDK icazənin verildiyi və ya bundan imtina barədə emitentə yazılı bildiriş göndərir.

2.7. Emitentin səhm buraxılışına daxil olan, o cümlədən, emitentin səhm buraxılışına hüquqları təsdiq edən qiymətli kağızların, 70 (yetmiş) faizə qədər hissəsinin Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə yol verilir.

2.8. Qiymətli kağızlar Azərbaycan Respublikasının ərazisindən kənarda müəyyən edilmiş ticarət təşkilatçısında və müəyyən edilmiş müddət ərzində tam həcmdə yerləşdirilmədikdə, emitent qiymətli kağızların yerləşdirilməmiş hissəsini, QKDK-nın icazəsi əsasında, digər ticarət təşkilatçısında yerləşdirə bilər.

2.9. Qiymətli kağızların Azərbaycan Respublikasının ərazisində yerləşdirilən hissəsi müəyyən edilmiş müddət ərzində tam həcmdə yerləşdirilmədikdə, emitent qiymətli kağızların yerləşdirilməmiş hissəsini, QKDK-nın icazəsi əsasında, Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirə bilər.

2.10. QKDK-nın icazəsi əsasında Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilmiş qiymətli kağızların orada tədavülə buraxılmasına əlavə icazə tələb olunmur.

3.1. Qiymətli kağızların tədavülə buraxılmasına icazənin alınması üçün emitent QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

3.1.2. qiymətli kağızların tədavülə buraxılması haqqında emitentin qərarı;

3.1.3. emitentin həmin növ səhmlərinin fond birjasının kotirovka vərəqəsinə daxil edilməsini təsdiq edən sənəd.

3.2. Qiymətli kağızların tədavülə buraxılmasına icazənin alınması üçün ərizədə aşağıdakılar göstərilməlidir:

3.2.1. emitentin adı və təşkilati-hüquqi forması;

3.2.2. poçt indeksləri göstərilməklə emitentin hüquqi ünvanı və olduğu yer;

3.2.3. qiymətli kağızların növü və forması;

3.2.4. qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və tarixi;

3.2.5. tədavülə buraxılmasına icazənin alınması üçün ərizə verilən qiymətli kağızların miqdarı və məbləği;

3.2.6. qiymətli kağızların tədavülünün təşkil edilməsində iştirak edəcək peşəkar iştirakçılar haqqında məlumat (adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);

3.2.7. qiymətli kağızların saxlanmasını, onlara hüquqların uçotunu və qiymətli kağız sahiblərinin reyestrini aparan təşkilat haqqında məlumat (adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);

3.3. Qiymətli kağızların emitentinin nizamnamə kapitalının on faizindən az olmayan miqdarda səs hüququnu verən səhmlərə (paylara) Azərbaycan Respublikası dövləti malik olduqda, səhm (pay) sahibi olan dövlət orqanının və (və ya) Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin qiymətli kağızların tədavülə buraxılmasına razılığı olmalıdır.

3.4. Qiymətli kağızların tədavülə buraxılmasına icazənin alınması üçün ərizə emitentin rəhbəri tərəfindən imzalanmalı və emitentin möhürü ilə təsdiq edilməlidir.

3.5. Qiymətli kağızların tədavülə buraxılmasına icazənin alınması üçün ərizə təqdim olunan tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, QKDK icazənin verildiyi və ya bundan imtina barədə emitentə yazılı bildiriş göndərir.

3.6. Emitentin dövriyyədə olan səhmlərinin, o cümlədən, emitentin səhmlərinə dair hüquqları təsdiq edən xarici emitentlərin qiymətli kağızlarının, 70 (yetmiş) faizə qədər hissəsinin Azərbaycan Respublikasının ərazisindən kənarda tədavülə buraxılmasına yol verilir.

4.1. Bu Qaydaların tələblərinə riayət etməyən şəxslər mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.1. Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.

1. 7 avqust 2008-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 8)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver