Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.
3. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:
b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.
4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.
5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd olunan kommunal xidməti tarifləri təsdiq edilsin.
6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən edilsin.
7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.
8. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş hesab edilsin.
9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 10 mart 2000-ci il № 40
Mənzİl (ev) xİdmətİ tarİflərİ
1. Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı):
1.1 Tam kommunal təminatlı mənzillər üzrə
1 kv.m. yaşayış sahəsi üçün 1 ayda
1.2. Qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə
1 kv.m. yaşayış sahəsi üçün 1 ayda
2. Özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı
1 kv.m. yaşayış sahəsi üçün 1 ayda
Əhalİ üçün kommunal xİdmətİ tarİflərİ
Yaşayış binalarında liftdən istifadəyə görə
Məhəllədaxili fərdi qarajlar üzrə
Yaşayış bİnalarının (evlərİn) daxİlİndə yerləşən qeyrİ-yaşayış sahələrİnİn İstİfadəçİlərİ və mülkİyyətçİlərİ tərəfİndən mənzİl fondunun saxlanılması üçün İstİsmar yığımının tarİflərİ
Qeyri-yaşayış sahələri üzrə təsərrüfat hesablı müəssisələr, digər ticarət və kommersiya qurumları üçün
1 kv.m. ümumi sahə üçün 1 ayda
Büdcə təşkilatları, ictimai birliklər və yaradıcılıq emalatxanaları üçün
1 kv.m. ümumi sahə üçün 1 ayda
1. 11 yanvar 2005-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 50)
2. 17 fevral 2012-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 182)
3. 26 fevral 2019-cu il tarixli 66 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 362)