Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Büdcədən maliyyələşdirilən təşkilatların 2002-ci maliyyə ili üzrə təsdiq olunmuş büdcə çərçivəsində elektrik enerjisi istehlakı üçün ayrılmış aylıq vəsaitə müvafiq enerjinin miqdarı həmin ay üçün bu təşkilatların elektrik enerjisindən istifadəyə görə normaları hesab edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2002-ci maliyyə ili üzrə elektrik enerjisindən istifadəyə görə büdcədən maliyyələşdirilən istehlakçılara ayrılan büdcə vəsaitlərinin vaxtında açılmasını təmin etsin.
Müvafiq nazirlik, idarə və təşkilatlar hər bir büdcədən maliyyələşdirilən istehlakçı üzrə elektrik enerjisi istehlakı üçün müəyyən edilmiş normalara uyğun vəsaitlərin ayrılmasını və təyinatı üzrə istifadəsini təmin etsinlər.
3. Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı təsdiq edilsin (əlavə olunur).
Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən birinci dərəcəli istehlakçılar müəyyən olunmuş normalardan əlavə elektrik enerjisi istehlak etdiyi hallarda, artıq enerjinin haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada digər xərc maddələri hesabına ödənilə bilər və zəruri hallarda belə istehlakçıların elektrik enerjisi istehlakı normaları dəqiqləşdirilə bilər.
Qismən büdcədən maliyyələşdirilən və tam təsərrüfat hesablı birinci dərəcəli istehlakçıların istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənişi onların müvafiq enerji təchizatçıları ilə bağladıqları müqavilə əsasında tənzimlənir.
4. Bu qərara əlavədə göstərilmiş nazirlik, idarə və təşkilatlar 2002-ci ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəli istehlakçıların yerləşdiyi ünvanı göstərməklə siyahısını tərtib etsin və müvafiq enerji təchizatçıları ilə müqavilələrin bağlanmasını təmin etsinlər.
Müvafiq nazirlik, idarə və təşkilatlar hər növbəti ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəli istehlakçıların siyahısını müvafiq enerji təchizatçıları ilə birlikdə dəqiqləşdirsinlər.
5. Bu qərar 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 dekabr 2001-ci il
Azərbaycan Respublikası Prezidentinin İqamətgahı, Prezidentin İcra Aparatının inzibati binası;
Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası, Müdafiə Nazirliyinin Baş Qərargahı, döyüş və hərbi hazırlıq obyektləri, hərbi texnika və sursat istehsalı və təmiri müəssisələri;
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binası, istintaq təcridxanası;
Dövlət Sərhəd Xidmətinin inzibati binası və dövlət sərhədinin mühafizəsini həyata keçirən bölmələri;
Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası;
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin inzibati binası, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin inzibati binası, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası, şəhər və rayon polis idarələri və təcridxanaları;
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatının inzibati binası, mərkəzi çağırış məntəqəsi, yerli baş idarə, idarə, şöbə və bölmələrinin inzibati binaları;
Milli Elmlər Akademiyasının seysmoloji stansiyaları;
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri, uşaq və qocalar evləri, xüsusiləşdirilmiş (ruhi, dəri-zöhrəvi, infeksion, fiziki çatışmazlıq və s. xəstə, əlilliyi olan şəxslər üçün) səhiyyə və təhsil obyektləri.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsinin inzibati binası, yanğından mühafizə təşkilatları.
Dövlət Miqrasiya Xidmətinin inzibati binası və müvəqqəti yerləşdirmə mərkəzləri;
Azərbaycan Respublikasının Milli Genbankı;
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti;
Xəstəxanalar və doğum evləri;
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti;
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qazın istehsalı, nəqli və emalı müəssisələri, bilavasitə qaz emalı, nəqli və təchizatı müəssisəsi və obyektləri;
“Azərenerji” Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri;
Abşeron Regional Səhmdar Su Cəmiyyətinin və şəhər (rayon) su təchizatı sistemlərinin su qəbulu, su təmizləyici qurğuları, suyun nəqli və təchizatı müəssisəsi və obyektləri;
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri, bilavasitə sərnişin (yük) daşımaları və təhlükəsizlik xidməti müəssisəsi və obyektləri;
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin bilavasitə sərnişin (yük) daşımaları və təhlükəsizlik xidməti müəssisəsi və obyektləri;
Şəhər və rayonların mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin çirkab suların nəqli və qəbulu üzrə müəssisəsi və obyektləri, təmizləyici qurğuları.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bilavasitə uçuşun təşkili və idarəedilməsi, təhlükəsizlik xidməti üzrə müəssisə və obyektləri.
Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri.
1. 14 oktyabr 2002-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 641)
2. 10 iyun 2003-cü il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 348)
3. 20 oktyabr 2004-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 871)
4. 11 oktyabr 2005-ci il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 978)
5. 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 04, maddə 373)
6. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
7. 13 sentyabr 2006-cı il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)
8. 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)
9. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
10. 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144)
11. 28 iyul 2009-cu il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 607)
12. 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)
13. 24 sentyabr 2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 757)
14. 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
15. 28 dekabr 2012-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1390)
16. 16 iyul 2013-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyul 2013-cü il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 879)
17. 15 yanvar 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 yanvar 2014-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 57)
18. 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)
19. 11 iyun 2015-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 792)
20. 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
21. 7 mart 2019-cu il tarixli 79 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 513)
22. 5 avqust 2022-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 974)
23. 25 avqust 2022-ci il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1022)
24. 1 avqust 2025-ci il tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 avqust 2025-ci il, “Xalq” qəzeti, 5 avqust 2025-ci il, № 161, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 8, maddə 802)
25. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)
26. 24 fevral 2026-cı il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 fevral 2026-cı il, “Xalq” qəzeti, 13 mart 2026-cı il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 193)