Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» 1993-cü il 29 mart tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli 1 nömrəli əlavəyə uyğun olaraq təsdiq edilsin.
2. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir.
Digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əmək haqqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır.
Əməyin ödənilməsinin göstərilən minimum məbləğləri sahə tarif sazişlərinin, kollektiv müqavilələrin bağlanmasında işverənlər, işçilər və həmkarlar ittifaqları arasında danışıqlar üçün baza səviyyəsi hesab olunsun.
Vahid Tarif Cədvəlində təyin olunmuş aylıq tarif (vəzifə) maaşlarının artımı yolu ilə sahələrdə əmək şəraitini nəzərə almaqla, fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin differensiallaşması istehsalat sahələri müəssisələrinə tövsiyə edilsin.
3. Vahid Tarif Cədvəlinin bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri 2 nömrəli əlavəyə, büdcə sahələrinin əsas qulluqçu vəzifələri üzrə əməyin ödənilməsi dərəcələri 3 nömrəli əlavəyə uyğun olaraq təsdiq edilsin.
Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar üzrə Azərbaycan Respublikasının nazirlik və baş idarələri bu qərarın 2 və 3 nömrəli əlavələrində göstərilməyən digər vəzifələrin Vahid Tarif Cədvəlinin ödəmə dərəcələrinə aid edilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdıraraq həyata keçirirlər.
Digər müəssisə, idarə və təşkilatlar isə bu əlavələrdə göstərilməyən vəzifələri Vahid Tarif Cədvəlinin ödəmə dərəcələrinə kollektiv müqavilələrdə (sazişlərdə) müstəqil surətdə aid edirlər.
4. Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar ayrılmış büdcə təxsisatları çərçivəsində həvəsləndirici xarakter daşıyan bütün ödənc növlərini və məbləğlərini müstəqil surətdə, digər müəssisə və təşkilatlar isə öz vəsaitləri hesabına kollektiv müqavilələrin (sazişlərin) şərtləri ilə müəyyən edirlər.
Kompensasiya xarakteri daşıyan əlavə haqq və üstəlik haqq (zərərli iş şəraitinə, gecə növbəsində görülən işlərə və s. görə) büdcə idarə və təşkilatlarında respublika qanunvericiliyi ilə müəyyən edilmiş məbləğlərdə, digər müəssisə və təşkialtlarda isə kollektiv müqavilələrdə (sazişlərdə) həmin qanunvericiliklə təyin olunmuş məbləğlərdən aşağı olmamaq şərti ilə təyin edilir.
5. Nazirlik, baş idarə, yerli icra hakimiyyəti orqanları, birlik, müəssisə, idarə və təşkilatlara tapşırılsın ki, lazımi hazırlıq işləri görsünlər və 1,0 tarif əmsalının qanunvericiliklə müəyyən edilmiş əməyin ödənilməsinin minimum məbləğinə uyğun olmasını nəzərə alaraq Vahid Tarif Cədvəlinin tətbiqinə başlasınlar.
6. Nazirliklər və baş idarələr, müəssisə, idarə və təşkilatlar, bütün sahələr üçün ümumi olan peşə və vəzifələr üzrə ixtisas səviyyəsinin və görülən işlərin mürəkkəbliyinin qiymətləndirilməsi üçün işlərin və fəhlə peşələrinin vahid tarif-ixtisas sorğu kitabçalarını və rəhbər, mütəxəssis və qulluqçu vəzifələrinin ixtisas sorğu kitabçasını rəhbər tutsunlar.
Azərbaycan Respublikasının Xalq Təhsili, Mədəniyyət, Səhiyyə, Kənd Təsərrüfatı və Ərzaq, Meliorasiya və Su Təsərrüfatı nazirlikləri, Dövlət Bədən Tərbiyəsi və İdman, Hidrometeorologiya, Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət komitələri, Baş arxiv idarəsi, Elmlər Akademiyası, digər nazirliklər və baş idarələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Vahid Tarif Cədvəlinin əməyin ödənilməsi dərəcələri əsasında müvafiq sahələr üçün spesifik olan işçilərin vəzifələri üzrə—ixtisas tələblərini bir ay müddətində hazırlayıb təsdiq etsinlər və tabeliklərində olan müəssisə, idarə və təşkilatlara çatdırsınlar.
7. Müəyyən olunsun ki, Vahid Tarif Cədvəli əsasında təyin edilmiş işçilərin əməyinin ödənilməsi dərəcələri mütəxəssis və rəhbərlərin attestasiyasının və fəhlələrin yenidən tarifləşdirilməsinin nəticələrinə görə müəyyənləşdirilir.
Müəssisə, idarə və təşkilatların rəhbərləri Vahid tarif Cədvəlinin tətbiq olunmasından əvvəl, ixtisas tələblərinə uyğun olaraq yenidən tarifləşdirilmə işini həyata keçirsinlər.
Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəhbər işçilər və mütəxəssislərin attestasiyasının keçirilməsi qaydalarına dair nümunəvi Əsasnaməyə uyğun olaraq, bir ay müddətində müvafiq sahə əsasnamələri hazırlayıb təsdiq etsinlər.
Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri tabeliklərində olan müəssisə, idarə və təşkilatlarda işçilərin attestasiyasının və yenidən tarifləşdirilməsinin keçirilməsinə nəzarət etsinlər.
8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının nazirlikləri, baş idarələri, yerli icra hakimiyyəti orqanları öz tabeliklərində olan və büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda Vahid Tarif Cədvəlinin tətbiqinə zəruri maliyyə vəsaiti olduqda və onlar buna hazır olduqda icazə verirlər. Digər müəssisə, idarə və təşkilatlar isə lazımi hazırlıq işləri gördükdən sonra Vahid Tarif Cədvəlinin tətbiq olunma müddətlərini müstəqil surətdə kollektiv müqavilələrin (sazişlərin) şərtləri ilə müəyyən edirlər.
9. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tapşırılsın ki, respublika büdcəsinin imkanlarını nəzərə almaqla Vahid Tarif Cədvəlinin tətbiqini tədricən maliyyələşdirsin.
10. Əlavə və üstəlik haqqlar da nəzərə alınmaqla işçilərin bu qərarla müəyyən edilən tarif dərəcələri (maaşları) əlavə və üstəlik haqqlar də nəzərə alınmaqla mövcud tarif dərəcələrindən (maaşlarından) az olduğu hallarda bu işçilərə həmin müəssisədə, idarədə və təşkilatda həmin vəzifədə işlədiyi dövr ərzində əmək haqqındakı müvafiq fərq ödənilir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik və baş idarələr, yerli icra hakimiyyəti orqanları ilə bu qərarın icrası ilə əlaqədar lazımi təşkilati və metodiki iş aparsın, zəruri hallarda Vahid Tarif Cədvəlinin tətbiqi ilə bağlı izahatlar versin.
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi büdcə sahəsi işçilərinin əməyinin Vahid Tarif Cədvəlinə uyğun olaraq ödənilməsinə riayət olunmasına nəzarət etsinlər.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qüvvədə olan qanunvericilik aktları bu qərarla uyğunlaşdırsın.
Baş nazirin səlahiyyətlərini icra edən
21 aprel 1993-cü il, Bakı şəhəri
Buraxılış bürosunın növbətçisi
Kassir (böyük kassir də daxil olmaqla)
Yüklərin daşınması üzrə ekspeditor
İnkassator (böyük inkassator da daxil olmaqla)
Suflyor, səs operatoru
Dispetçer (böyük dispetçer də daxil olmaqla)
İnspektor (böyük inspektor də daxil olmaqla)
Laborant (böyük laborant də daxil olmaqla)
Bütün ixtisaslardan və adlardan olan texniklər (böyük texnik də daxil olmaqla)
Müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər
Müxtəlif ixtisaslardan və adlardan olan iqtisadçılar
Konstruktor-rəssam (dizayner)
Kassir, bilet kassası, kirayə vərəqəsi
Təsərrüfat şöbəsinin rəisi
Ustası (böyük usta da daxil olmaqla)
İş icraçısı (böyük iş icraçısı da daxil olmaqla)
Şöbə, təşkilat, müəssisə rəhbəri
Muzey baxıcısı, eksponatların mühafizəçisi
Fondların qoruyucusu (böyük qoruyucu da daxil olmaqla)
İnzibatçı (böyük inzibatçı da daxil olmaqla)
Arxivçi, paleoqraf, arxeoqraf
Bərpaçı rəssam (tarix, mədəniyyət abidələrinin və arxiv sənədlərinin bərpası ilə məşğul olan)
Dərnək rəhbəri, mədəni-maarif təşkilatçısı
Kitabxanaçı, ekskursçu, tərcüməçi-bələdçi, akkompaniator (müşayiətçi)
Rejissor, baletmeyster, xormeyster, dirijor, artist (studiya və özfəaliyyət kollektivlərində), quruluşçu rejissor, quruluşçu-rəssam, bədii hissə müdiri
Bütün janrlardan olan artistlər
Səs rejissoru, rejissor, baletmeyster, xormeyster
Repetitorlar: vokal üzrə, balet üzrə, ifadə texnikası üzrə
Ədəbi-dram hissəsinin rəhbəri, bədii-quruluş hissəsinin müdiri, musiqi hissəsinin müdiri
Bədii rəhbərin (baş rejissorun) truppa üzrə köməkçisi; konsertmeystr; vokal sinfi üzrə, balet sinfi üzrə
Bütün ixtisaslardan olan rəssamlar, quruluşçu rejissor, quruluşçu baletmeyster, quruluşçu rəssam, dirijor
Baş: rejissor, dirijor, baletmeystr, xormeyster, rəssam
Əsas fəaliyyət üzrə struktur bölmələrinin, filiallarının, bərpa emalatxanalarının, laboratoriyaların müdirləri (rəisləri)
Baş: mühəndis, fond qoruyucusu, rəssam, arxitektor, dirijor, xormeyster, baletmeyster, rejissor
Direktor (müdir), baş direktor
Əsas fəaliyyət üzrə şöbə, xidmət və sexlərin müdirləri (rəisləri)
Yaradıcı kollektivin direktoru, sərəncamçı, direktor, baş mühəndis
Direktor (müdir), baş direktor
Redaksiyanın makinaçısı
Xüsusi müxbir, icmalçı
Əsas fəaliyyət üzrə şöbə müdirləri
Baş redaktor, qəzet, jurnal redaktoru
Böyük laborant (ali təhsilli)
Şöbələrdə (bölmələrdə, laboratoriyalarda, emalatxanalarda) baş mütəxəssislər
Əsas struktur bölmələri rəhbərləri, elmi katib
Filialın direktoru (rəisi, müdiri)
Elmi təşkilat layihəsi baş mühəndisi (konstruktoru, texnoloqu, arxitektoru)
İdarə (təşkilat) rəhbəri
Bütün ixtisaslardan olan müəllimlər; tərbiyəçi, konsertmeyster, metodist, istehsalat təlimi ustası; ali təhsil məktəblərinin professor-müəllim heyəti
Struktur bölmələri rəhbərləri
Məktəbdənkənar uşaq məktəbəqədər, idarələri, məktəb, internat, uşaq evləri, litsey, gimnaziya, texniki peşə və orta ixtisas məktəbləri, ali peşə məktəbləri, kollec, tədris istehsalat kabinetləri və s. direktorları (müdirləri)
Əsas struktur bölmələri rəhbərləri
Xəstələrə qulluq edən kiçik tibb bacısı, sanitar qadın
Tibb bacısı (böyük tibb bacısı da daxil olmaqla)
Feldşer, feldşer-laborant, mama (böyüklər və daxil olmaqla)
Müstəlif ixtisaslı həkimlər
Sosial iş üzrə mütəxəssis
Provizor (böyük provizor da daxil olmaqla)
Evdə sosial yardım göstərən bölmə müdiri
Aptek müəssisəsində şöbə müdiri
Aptek idarəsinin müdiri
Tibbi-əmək ekspert komissiyasının sədri (həkim)
Rəhbər (baş həkim, direktor, müdir, rəis)
Tibbi-əmək ekspertizası üzrə baş ekspert
Dövlət sanepidemnəzarət Mərkəzinin baş həkimi, baş dövlət sanitar həkimi
Məşqçi—komandanın müdiri; elmi-metodiki iş üzrə məşqçi
İdman üzrə məşqçi-müəllim, məşqçi-massajist, məşqçi-inzibatçı, idmançı-təlimatçı
İdman məktəblərinin rəhbərləri
İdman qurğularının rəhbərləri
Baytar feldşer (baytar texnik)
Aqronomlar, zootexniklər, entofitopatoloqlar, entomoloqlar, mikrobioloqlar, toksikoloqlar, bakterioloqlar
Şöbə, dəstə, laboratoriya, baytarlıq sahə müalicəxanası, baytarlıq sahəsi, baytarlıq məntəqəsi (sərhəd, nəqliyyat), təcili baytar yardımı, baytar apteki kimi struktur bölmələri rəisləri (müdirləri)
Heyvan xəstəlikləri ilə mübarizə stansiyası; laboratoriya; epizootik ekspedisiya, dəstə; baytar sanitar stansiyası; poliklinika rəisi (direktoru, müdiri)
Baytar həkim—dövlət baytar inspektoru
Baş baytar həkim—baş dövlət baytar inspektoru
Dövlətbaytarnəzarət idarəsinin rəisi
Şöbə laboratoriya (bioloji, toksikoloji-nəzarət, diaqnostika və proqnozlar), siqnalizasiya və proqnozlar məntəqəsinin rəisləri (müdirləri)
Rayon bitki mühafizəsi stansiyalarının, Respublika bitki mühafizəsi stansiyasının rəisləri, Respublika diaqnostika və proqnozlar laboratoriyasının müdiri
Dövlət komissiyası struktur bölmələri (şöbə sortlaşdırma sahəsi, laboratoriya) və dövlət toxumçuluq inspeksiyası rəhbərləri
Təşkilat, müəssisə (inspektura, sortları müəyyənetmə stansiyaları, dövlət toxumçuluq inspeksiyaları) rəhbərləri
Kənd təsərrüfatı bitkiləri toxumlarının sortunu müəyyən edən Dövlət komissiyasının sədri, Dövlət toxum inspeksiyasının rəisi
İnspeksiyaların mütəxəssisləri—fumiqasiya dəstələrinin, sərhəd məntəqələrinin dövlət inspektorları
Baş mütəxəssisələr—Dövlət inspeksiyalarının, sərhəd məntəqələrinin dövlət inspektorları
Fumiqasiya dəstəsinin, laboratoriyasının rəisi (müdiri)
Sərhəd məntəqəsinin rəisi
Respublika, rayon Dövlət inspeksiyasının baş dövlət inspektorları
Bitkilərin karantini üzrə Dövlət inspeksiyasının rəisi
Baş dövlət inspektoru
Nəzarət—istehsalat laboratoriyalarının rəhbərləri
Dövlət keyfiyyət inspeksiyalarının rəhbərləri
Baş: zootexnik, baytar həkimi
Paraşüt, yanğın-desant, yanğın-paraşüt xidməti, komandası, qruplarında təlimatçılar (böyük təlimatçı da daxil olmaqla); uçuş-istehsalat, paraşüt, yanğın-desant xidmətləri müfəttişi (böyük müfəttişi da daxil olmaqla), meşəbəyinin köməkçisi
Müşahidəçi—təyyarəçi (böyük də daxil olmaqla)
Meşələrin vəziyyəti, onlardan istifadə edilməsi, onların bərpası, mühafizəsi və qorunması, meşənin, milli parkın, dövlət qoruğunun mühafizəsi üzrə dövlət müfəttişi
Meşələrin vəziyyəti, onlardan istifadə edilməsi, onların bərpası, mühafizəsi və qorunması, meşənin, milli parkın, dövlət qoruğunun mühafizəsi üzrə böyük dövlət müfəttişi
Meşə tingliyinin rəisi, dövlət cins qırğovul yetişdirmə məntəqəsinin direktoru
Aviamanqa komandiri, aviabölmə, yanğın-kimya stansiyası, ağac tingliyi rəisləri
Uçuş-istehsalat, uçuş-sınaq, paraşüt yanğın-desant, rabitə və siqnalizasiya xidmətləri rəisləri
Meşə təsərrüfatı meşə meliorativ stansiyasının direktoru
Su anbarının istismarı idarəsinin rəisi
Elektrik-maşınları, hidrotexniki təmir, elektrik güc və mexaniki avadanlıq, nəzarət ölçü cihazları və avtomatika, telemexanika və rabitə vasitələri sexlərinin rəisləri
Nasos stansiyalarının rəisləri
Sudan istifadə və kadastr, təmir-tikinti, mexanizasiya, meliorasiya sistemlərinin istismarı, energetika, nasos stansiyaları, avtomatlaşdırma, telemexanika və suvarma texnikası istehsalat şöbələrinin rəisləri
Kanal, sahə bölmələrinin, mexanikləşdirilmiş dəstələrin rəisləri
Baş (böyük) mexanik, böyük elektromexanik, mexanik
Çay gəmisinin kapitanı
Dəniz gəmisinin kapitanı
Balıqyetişdirmə mütəxəssisi, ixtioloq, hidrobioloq, hidrokimyaçı, mikrobioloq, ixtiopatoloq, balıqşünas
Balıq mühafizəsi üzrə dövlət inspektoru
Baş: mühəndis, balıqyetişdirən, ixtiopatoloq; şöbə rəisi, donanma kapitanı, balıqların mühafizəsi üzrə hövzə idarəsinin laboratoriya müdiri
Şöbə, laboratoriya (hidrokimya, ixtiopatoloji, hidropatoloji) rəisləri (müdirləri)
Böyük dövlət inspektoru
Balıqyetişdirmə zavodu, kürütökməböyütmə təsərrüfatlarının; balıqyetişdirmə—meliorasiya, maşın-meliorasiya, iqlimləşdirmə və istehsalat stansiyasının direktoru
Hövzə idarəsinin rəisi
Hidrometeoroloji stansiyanın rəisi
Təmir emalatxanası, radiostansiyanın, hesablama və arayışlar bürosunun, rəsədxananın rəisləri
Atmosfer proseslərinə fəal təsir üzrə hərbiləşdirilmiş dəstədə bölmə rəhbərləri
Aviometeoroloji, hidroloji, dəniz hidrometeoroji, xüsusiləşdirilmiş (aeroloji, mənsəb, aqrometeoroloji, göl, selaxını, qaruçqunu, ozon və s.) aparatla rabitə stansiyalarının rəisləri, ekspedisiya partiyasının rəisi, idarə və mərkəzlərdə şöbə, kompleks laboratoriya, laboratoriya müdirləri
Atmosfer proseslərinə fəal təsir üzrə hərbiləşdirilmiş xidmət dəstəsinin komandiri
Hidrometeologiya, aviameteorologiya, hidrometeorologiya və atmosfer proseslərinə fəal təsir bölgə mərkəzlərinin rəisləri
Hidrometeorologiya, ətraf mühitin monitorinqi, rabitə və informasiya ölçü sistemləri və metrologiya, atmosfer proseslərinə fəal təsir, aviameteorologiya və onlara bərabər tutulan respublika mərkəzlərinin rəisləri
Respublika, bölgə hidrometeorologiya idarəsinin rəisləri
İdarəetmə pultunun növbətçisi
Dəstənin əməliyyat növbətçisi, dəstə rəisinin maddi-təchizat üzrə köməkçisi
Yanğına qarşı profilaktik işlər, xidməti itlərin yetişdirilməsi təşkili üzrə təlimatçılar, dispetçer
Böyük yanğına qarşı profilaktika təlimatçısı
Yanğına nəzarət idarəsinin, xidməti itləri yetişdirən komandanın, sahə, növbə mühafizə dəstəsinin rəisi
Qrupun (qarovulun) rəisi, bölmə komandiri, növbə rəisi, patrul-gözətçi katerdə, starşina-motorçu (kapitan-mexanik), yanğın şlanqlarının təmiri üzrə, qaz və tüstüdən mühafizə xidmətində, silah təmiri üzrə usta
Obyektin mühafizə bölməsinin, ayrıca komandanın (hissənin) rəisi, müstəqil hissənin rəisi
Dəstədə hissənin rəisi
Elektroradionaviqator (böyük)
Böyük (baş) mexanik, böyük elektromexanik, mexanik
Gəmi qurucusu, növbətçi ekvatori kapitanı, kapitan-dispetçer
Kapitan, Kapitan-batermeyster, kapitan-kranmeyster, dokmeyster
Köməkçi donanma idarəsinin şöbə rəisi, donanma kapitanı, akvatoriyanın baş kapitanı
Tərtibçi (böyük tərtibçi daxil olmaqla); dənizçilərə bildirişlər, üzmək üçün dərsliklər
Hidroqrafik işlərin icraçısı, qrup mühəndis-mexaniki (böyük daxil olmaqla), dəniz xidmətlərinin, üzmək üçün dərsliklərin, dənizçilərin bildirişlərinin redaktoru (böyük daxil olmaqla)
Geoqraf və deviator (böyük daxil olmaqla), losman
Qidrometeoroloji stansiyanın, qrupun, radioaparatura, meteoroloji stansiyanın rəisi
Donanmada hidrometeoroloji mərkəzinin şöbə, bölmə, partiya, sahə rəisi, flotiliyada, hidrometeoroloji stansiyanın, ekspedisiyanın, dəstənin, astroloji stansiyanın rəisi
Rayon idarəsinin hissə, operativ naviqasiyada məlumat hissəsinin, xəritə və kitablar deposunun, qrupun, o cümlədən naviqasiya nəşrlərinin düzəldilməsi üzrə rəisi