İxtisas dərəcəsindən və sərf olunan əməyin mürəkkəbliyindən asılı olaraq fəhlə və qulluqçuların əməyinin ödənilməsinin nizamlanması və onun qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqına görə tənzimlənməsi məqsədilə qərara alıram:
1. 1993-cü il aprel ayının 1-dən etibarən Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid tarif cədvəlinin tətbiqinə başlanılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Vahid tarif cədvəlini nəzərdən keçirib onun tətbiqini təmin edəcək müvafiq qərar qəbul etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 1993-cü il.