Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ
Bakı şəhəri, 4 iyun 2010-cu il
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq hazırlanmışdır və gəmilərin dövlət qeydiyyatına alınması qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində gəmilərin dövlət qeydiyyatı (kiçikhəcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.
1.3. Gəmilərin (kiçikhəcmli gəmilər və hərbi gəmilər istisna olmaqla) dövlət qeydiyyatı (gəminin ilkin və təkrar qeydiyyatı) gəminin inşası, həmin gəmi üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barədə məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların yenilənməsindən və ya silinməsindən ibarətdir.
1.4. Gəmilərə, onlara mülkiyyət hüququna və gəmidə digər əşya hüquqlarına, habelə onlara olan hüququn məhdudlaşdırılmasına dair məlumatlar (ipoteka və sair məhdudlaşdırmalar) Dövlət gəmi reyestrində qeydiyyata alınır (1 nömrəli əlavə).
1.5. Xarici dövlətin gəmi reyestrlərində qeydiyyata alınmış gəmilər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə və ya Azərbaycan Respublikasının vətəndaşına berbout-çarter müqaviləsinə əsasən icarəyə verildikdə, berbout-çarter reyestrində qeydiyyata alınır. (2 nömrəli əlavə).
Gəmilərin berbout-çarter reyestrində qeydiyyata alınması gəmilərin Dövlət gəmi reyestrində qeydiyyata alınması ilə eyni qaydada həyata keçirilir və gəmiyə "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamə" verilir (3 nömrəli əlavə).
1.6. Azərbaycan Respublikasının Dövlət gəmi reyestrinin və berbout-çarter reyestrinin tərtib edilməsi və aparılması, onlarda dəyişikliklərin və düzəlişlərin edilməsi, eləcə də həmin reyestrlərdən məlumatın verilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
1.7. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
qeydiyyat sıra nömrəsi — gəmiyə mülkiyyət, eləcə də digər əşya hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, məhdudlaşdırılması və ya xitam verilməsi, habelə gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanılması ilə əlaqədar Dövlət gəmi reyestrində aparılan qeydlərə verilən nömrə;
Beynəlxalq Dəniz Təşkilatı (bundan sonra - BDT) nömrəsi – gəmiyə Beynəlxalq Dəniz Təşkilatı tərəfindən verilən identifikasiya nömrəsi.
2.1. Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanıldığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir.
2.2. Gəmi barədə əqd (alqı-satqı müqaviləsi və s.) bağlanıldıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, 5 (beş) iş günü müddətində ərizə ilə Agentliyə müraciət edilməlidir.
2.3. Bu Qaydaların müddəalarına uyğun olaraq Dövlət gəmi reyestrində ilkin dövlət qeydiyyatına alınmış gəmiyə qeydiyyat nömrəsi, gəmi mülkiyyətçisinə "Gəmiyə mülkiyyət hüququ haqqında Şəhadətnamə" (4 nömrəli əlavə) və "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə" verilir (5 nömrəli əlavə).
2.4. Dövlət gəmi reyestrində gəminin ilkin qeydiyyatı üçün əsaslar aşağıdakılardır:
2.4.1. yeni gəminin inşa edilməsi;
2.4.2. gəmi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış əqdlər (alqı-satqı müqaviləsi və s.);
2.4.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
2.4.4. gəminin Azərbaycan Respublikasının dəniz limanına daxil olması;
2.4.5. gəminin başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi.
2.5. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər (gəmi sahibi) tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir.
2.6. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, hüquqi şəxsin isə adı və ünvanı göstərilməlidir.
2.7. Hüquq əldə edənin adından başqa şəxs ərizə verdikdə, həmin şəxsin səlahiyyətləri notariat qaydasında təsdiq edilməlidir.
2.8. Gəmilərin ilkin dövlət qeydiyyatına alınması üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
2.8.1. gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən doldurulmuş ərizə-anket (6 nömrəli əlavə);
2.8.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2.8.3. hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
2.8.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gəmiyə mülkiyyət hüququnu və gəmiyə digər əşya hüquqlarını təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı, habelə qeyd edilən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
2.8.5. xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti;
2.8.6. gəminin BDT nömrəsinin alınmasına dair sənəd;
2.8.8. çağırış siqnalının alınmasını təsdiq edən sənəd;
2.8.9. gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt;
2.8.10. ölçü şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;
2.8.11. gəminin təsnifat şəhadətnaməsi və notariat qaydasında təsdiq edilmiş surəti;
2.8.13. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
2.8-1. Bu Qaydaların 2.8-ci bəndində qeyd olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslərdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və yaxud gəminin mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən təmin edilir.
2.9. Gəminin dövlət qeydiyyatına alınmasına dair ərizə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq, ərizəçiyə "Gəmiyə mülkiyyət hüququ haqqında Şəhadətnamə" və ya "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə", eləcə də qeydiyyata alınmış gəmiyə qeydiyyat nömrəsi verilir. Əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.
2.10. Təqdim edilmiş sənədlərdə (bu Qaydaların 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) gəminin qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər ərizəçiyə qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq ərizəçiyə 5 (beş) iş günü müddətində vaxt verilir.
2.11. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar aradan qaldırılaraq sənədlər yenidən təqdim edildikdə, 5 (beş) iş günü müddətində müvafiq reyestrdə qeydiyyat aparılması təmin edilir.
2.12. Gəminin mülkiyyətçisinin və ya digər sahibinin yazılı müraciəti əsasında onlara "Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarış" və ya "Azərbaycan Respublikasının berbout-çarter reyestrindən çıxarış" verilir (7 və 8 nömrəli əlavələr).
3.1. Hadisə və ya hər hansı digər səbəb nəticəsində gəmi Dövlət gəmi reyestrinə və ya berbout-çarter reyestrinə əvvəllər daxil edilmiş məlumatlara uyğun gəlmədikdə, bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə göstərilmiş məlumatlarda dəyişiklik baş verdikdə, gəmi təkrar qeydiyyata alına bilər.
3.2. Gəminin təkrar dövlət qeydiyyatı təsnifat cəmiyyətləri tərəfindən aparılmış texniki nəzarət tədbirlərinin nəticəsi əsasında bu Qaydaların 2-ci bölməsinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəminin xarici dövlətin berbout-çarter reyestrində qeydə alınması üçün həmin gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarter müqaviləsinin qüvvədə olduğu müddət ərzində dayandırılmalı, bu barədə "Dövlət gəmi reyestrindən çıxarış" (7 nömrəli əlavə) verilməli və "Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə" geri alınmalıdır.
5.1. Aşağıda göstərilən hallarda gəminin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər:
5.1.1. təqdim edilən sənədlər (bu Qaydaların 2.8-1-ci bəndinin tələbləri nəzərə alınmaqla), onların forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
5.1.2. gəminin dövlət qeydiyyatına alınması barədə ərizə buna hüququ olmayan şəxs tərəfindən verildikdə;
5.1.3. gəmi dəniz nəqliyyatı sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmadıqda.
6.1. Aşağıdakı hallarda gəmi Dövlət gəmi reyestrindən və ya berbout-çarter reyestrindən mütləq çıxarılmalıdır:
6.1.1. Dövlət gəmi reyestrində qeydiyyata alınmış gəminin mülkiyyətçisinin və ya berbout-çarter reyestrində qeydiyyata alınmış gəminin fraxtedəninin ərizəsi (səbəbi göstərilməklə) əsasında;
6.1.2. gəmi çıxdaş edildikdə;
6.1.3. gəmi məhv olduqda və ya itkin düşdükdə;
6.1.4. gəmi konstruksiya cəhətdən istismara yararsız hala düşdükdə;
6.1.5. yenidənqurma və ya hər hansı digər dəyişikliklər nəticəsində gəmi keyfiyyətini itirdikdə;
6.1.6. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə;
6.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
6.2. Gəmi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarıldıqda "Gəminin Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən çıxarılması haqqında arayış" (9 nömrəli əlavə), berbout-çarter reyestrindən çıxarıldıqda isə "Gəminin Azərbaycan Respublikasının berbout-çarter reyestrindən çıxarılması haqqında arayış" verilir (10 nömrəli əlavə).
Gəminin qeydiyyat sıra nömrəsi
Gəminin qeydiyyata alınma tarixi
Gəminin əvvəlki adı (əgər varsa)
Gəminin qeydiyyat limanı
Gəminin əvvəlki qeydiyyat limanı (əgər varsa) və qeydiyyatın ləğv edilmə tarixi
Gəminin çağırış siqnalı
Gəminin tipi və təyinatı
Gəminin mülkiyyətçisi barədə məlumat
Gəminin sahibi (gəminin mülkiyyətçisi olmadıqda) haqqında məlumat
Gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.)
Gəminin yükgötürmə qabiliyyəti
Gəminin tutumu (tonla)
Gəminin əsas ölçüləri (metrlə)
Gəminin əsas texniki xarakteristikaları
Gəmiqayırma tərsanəsinin adı, yeri, gəminin inşa edildiyi il
Gəminin Dövlət gəmi reyestrindən çıxarılmasının əsası və tarixi
Gəmiyə öz bayrağı altında üzməyə icazə verən dövlətin adı
Gəminin qeydə alınmış ipotekası haqqında məlumatlar
Gəminin xarici dövlətin bayrağı altına müvəqqəti keçirilməsi haqqında qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının adı və qərarın qəbul edildiyi tarix
Gəminin xarici dövlət bayrağı altında müvəqqəti üzmək müddəti
Berbout-çarter üzrə gəmini fraxtedənin adı və ünvanı
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması tarixi
Gəminin qeydiyyat sıra nömrəsi
Gəminin qeydiyyata alınma tarixi
Gəminin əvvəlki adı (əgər varsa)
Gəminin qeydiyyat limanı
Gəminin əvvəlki qeydiyyat limanı (əgər varsa) və qeydiyyatın ləğv edilmə tarixi
Gəminin çağırış siqnalı
Gəminin tipi və təyinatı
Gəminin mülkiyyətçisi barədə məlumat
Gəmini berbout-çarter üzrə fraxtedən haqqında məlumat
Gəmiyə və ya onun hissəsinə mülkiyyət hüququnun yaranmasının əsasları (alqı-satqı müqaviləsi, gəminin inşa edilməsi haqqında müqavilə və s.)
Gəminin yükgötürmə qabiliyyəti
Gəminin tutumu (tonla)
Gəminin əsas ölçüləri (metrlə)
Gəminin əsas texniki xarakteristikaları
Gəmiqayırma tərsanəsinin adı, yeri, gəminin inşa edildiyi il
Berbout-çarter müqaviləsinin bağlanma tarixi və onun qüvvədə olma müddəti
Gəminin berbout-çarter reyestrindən çıxarılmasının əsası və tarixi
Bayrağın dəyişdirilməsinə qədər gəminin qeydiyyatda olduğu dövlət
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq __________________________________________________________ mülkiyyətində olan və
_____________________________________________________________________ tərəfindən
berbout-çarter müqaviləsinə əsasən istismar olunan ________________________ gəmisinə
Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ verilmişdir.
In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of Azerbaijan ____________________________________________________________________
owned by _____________________________________________________________________
Bareboat chartered by ______________________________________________________
has been temporarily entitled to fly the flag of the Republic of Azerbaijan
Azərbaycan Respublikasının berbout-çarter reyestrində “___” _______ 20___ il
tarixində _______________ nömrəsi ilə qeydə alınmış ______________________________
gəmisinə dair məlumatlar:
The ship ______________________________________________ registered in the bareboat-
charter registry of the Republic of Azerbaijan, under registration No ________________
on “___” ___________ 20___ has been described as follows:
1. BDT nömrəsi _______________________________________________________________
2. Gəminin tipi _______________________________________________________________
3. Çağırış siqnalı _____________________________________________________________
4. İnşa tarixi və yeri ___________________________________________________________
Date and place of construction
5. Gövdənin əsas materialı _____________________________________________________
Main material of hull
_____________________
_____________________
10. Mühərrikin növü, sayı və gücü
Type, number and output of engines
______________________________________
Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun berbout-çarter reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır.
This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the bareboat-charter registry, this Certificate is to be returned to the issuing Authority.
Verildiyi yer _____________________
Verilmə tarixi “___” _________ 20__ il/year
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Bununla təsdiq edilir ki, _______________________________________ gəmisi Azərbaycan
Respublikasının Dövlət gəmi reyestrində _________________________________________
mülkiyyəti kimi qeydə alınmışdır.
This is certified that ____________________________________________________________
has been registered in the State ship's registry of the Republic of Azerbaijan as a property of ________________________________________________________________
Qeydiyyat nömrəsi _______________
Qeydiyyat tarixi “___” __________ 20__ il/year
Yuxarıda adı çəkilən gəmiyə aid Dövlət gəmi reyestrində aşağıdakılar qeydə alınmışdır:
The abovementioned ship has been described in the State Ship's Registry as follows:
1. BDT nömrəsi _______________________________________________________________
2. Gəminin tipi ______________________________________________________________
3. Çağırış siqnalı __________________________________________________________
4. İnşa tarixi və yeri ________________________________________________________
Date and place of construction
5. Gövdənin əsas materialı
Main material of hull
______________________________________
Verilmə tarixi “___” _________ 20___ il/year
Nömrəsi ___________________________
10. Mühərrikin növü, sayı və gücü ______________________________________________
Type, number and output of engines
11. Gəmi əvvəllər başqa bayraq altında üzmüşsə, əvvəlki adı və qeydiyyat limanı
Previous port of registry and previous name of the ship (if any) under a foreign flag
__________________________________________________________________________
Bu Şəhadətnamə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən _______
__________________________________________________________________________
_________________________________________________________ gəmisinə mülkiyyət
hüququnu təsdiq edir.
According to the legislation of the Republic of Azerbaijan this certificate constitutes complete evidence of the proprietary right of ___________________________________
on _______________________________________________________________________
Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun Dövlət gəmi reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır.
This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the State ship's registry, this Certificate is to be returned to the issuing Authority.
Verildiyi yer _____________________
Verilmə tarixi “___” ________ 20___ il/year
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinə müvafiq olaraq __________________________________________ mülkiyyətində olan
__________________________________________________________________ gəmisinə
Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ verilmişdir.
In accordance with the requirements of the Merchant Shipping Code of the Republic of Azerbaijan _________________________________________________________________
owned by __________________________________________________________________
has been entitled to fly the flag of the Republic of Azerbaijan.
Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində “___” __________ 20___ il tarixində ____________ nömrəsi ilə qeydə alınmış __________________________ _________________________________________________ gəmisinə dair məlumatlar:
The ship ________________________________________________ registered in the State
ship's registry of the Republic of Azerbaijan, under registration No ______________ on “___” __________________ 20___ has been described as follows:
1. BDT nömrəsi _______________________________________________________________
2. Gəminin tipi ______________________________________________________________
3. Çağırış siqnalı __________________________________________________________
4. İnşa tarixi və yeri ________________________________________________________
Date and place of construction
5. Gövdənin əsas materialı
Main material of hull
10. Mühərrikin növü, sayı və gücü
Type, number and output of engines
______________________________________
Bu Şəhadətnamə gəmidə saxlanılmalıdır. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu itirdikdə və ya onun Dövlət gəmi reyestrindən çıxarılması ilə nəticələnə bilən hər hansı bir fövqəladə hadisə baş verdikdə, bu Şəhadətnamə onu verən təşkilata qaytarılmalıdır.
This Certificate is to be kept on board. If the ship mentioned in this certificate deprives her right to fly the flag of the Republic of Azerbaijan or in the event of any emergencies leading to deletion of the vessel from the state ship's registry, this Certificate is to be returned to the issuing Authority.
Verildiyi yer _________________________
Verilmə tarixi “___” ______ 20__ il/year
Etibarlıdır “___” ________ 20___ il/year
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Hal-hazırda qeydiyyata alınması istənilən liman
Gəminin BDT nömrəsi _____________________ verilmə tarixi ______________
Gəminin beynəlxalq çağırış siqnalı ____________________________ verilmə tarixi _________________
Təsnifat nişanının işarəsi
Təsnifat şəhadətnaməsi
perpendikulyarlararası uzunluğu
Gəminin şirin suya nəzərən suya oturumu __________________________ metr
İnşa (istismara verilmə) tarixi
İnşa edən tərsanənin adı
İnşa edən müəssisənin adı
* ______________________________
Gəmi göyərtələrinin sayı və adları
Gəminin baş mühərriki(ləri) haqqında məlumat
addımı nizamlayan pər
Gəminin sürətinə dair məlumatlar
Gəminin tanklarının ümumi həcmi
Gəmidə yük anbarlarının (tankların) sayı
Anbarların (tankların) həcmi
markası ___________________________
növü ___________________________
təhlükəsiz yükqaldırma çəkisi _________________________ ton
təhlükəsiz yükqaldırma həddi ___________________________ metr
Gəminin sərnişin tutumuna dair məlumatlar
sərnişin salonlarının sayı
sərnişin salonlarının sərnişin tutumu
sərnişin kayutlarının sayı
sərnişin kayutlarının ümumi sərnişin tutumu
markası ________________________
növü _____________________________
Gəminin dor ağaclarının sayı və adları haqqında məlumatlar
Gəminin radiorabitə avadanlıqları haqqında məlumatlar
əsas avadanlığın markası
əsas avadanlığın nömrəsi
salların ümumi tutumu
mühərrikin markası və gücü
Gəminin sükan qurğusu haqqında məlumatlar
Gəminin lövbər qurğusu haqqında məlumatlar
tipi ___________________
uzunluğu __________________ metr
zəncirinin çapı __________ mm
Gəminin sukeçirməyən yanğın əleyhinə qapılarının sayı
Yanğınsöndürmə nasosunun sayı və gücü
Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə (əvvəlki)
Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə
Sərnişin gəmisinin təhlükəsizlik üzrə şəhadətnaməsi
Yük nişanı haqqında şəhadətnamə
Minimum heyət tərkibi haqqında şəhadətnamə
Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı haqqında Şəhadətnamə
Çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə
Gəminin mülkiyyətçisi haqqında məlumat
fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin nömrəsi
Mülkiyyət hüququnu təsdiq edən sənədə dair məlumat
Mülkiyyətçinin BDT nömrəsi
Respublika ərazisində qeydiyyat
Gəmi sahibi haqqında məlumat
fiziki şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin nömrəsi
Sahibliyi təsdiq edən sənədə dair məlumat
Sahibkarın BDT nömrəsi
Respublika ərazisində qeydiyyat
Bununla təsdiq edilir ki, ərizə-anketdə verilən məlumatlar düzgündür.
Tarix “____” ________________ 20____ il
İmza __________________
Gəminin adı / Ship's name
Reyestr nömrəsi / Registry number
Qeydiyyat tarixi / Date of registration
BDT nömrəsi / IMO number
Çağırış siqnalı / Call sign
Qeydiyyat limanı / Port of registry
Gəminin tipi / Ship's type
Təsnifat cəmiyyəti / Classification society
Gəminin mülkiyyətçisinin / Ship's owner
Gəminin icarəçisinin (Berbout-çarter) / Ship's operator
Gəminin tutumu / Tonnage
(metrlə) / Main dimensions
Gəminin girovda olması haqqında məlumat / Mortgage (if any)
Bu çıxarış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.
This extract is issued by the State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan.
Verildiyi yer / place of issue: Bakı şəhəri / Baku city
Verildiyi tarix / date of issue:
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Gəminin adı / Ship's name
Reyestr nömrəsi / Regisrty number
Qeydiyyat tarixi / Date of registration
Cəminin əvvəlki bayrağı / Ship's previous flag
BDT nömrəsi / IMO number
Çağırış siqnalı / Call sign
Qeydiyyat limanı / Port of registry
Gəminin tipi / Ship's type
Təsnifat cəmiyyəti / Classification society
Gəminin mülkiyyətçisinin / Ship's owner
Gəminin icarəçisinin (Berbout-çarter) / Ship's operator
bortun hündürlüyü depth
Gəminin girovda olması haqqında məlumat /
Bu çıxarış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.
This extract is issued by the State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan.
Verildiyi yer / place of issue: Bakı şəhəri / Baku city
Verildiyi tarix / date of issue:
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Gəminin adı _________________________
Ship's name ___________________________
______________________________________
______________________________________
Çağırış siqnalı ____________________
Call sign ______________________________
Qeydiyyat limanı və nömrəsi ___________
Port of registry and registration number
______________________________________
______________________________________
Gəmi sahibinin adı və ünvanı _________
Owner and address of the owner
______________________________________
______________________________________
______________________________________
______________________________________
Gəminin reyestrdən çıxarılması üçün əsas __________________________________
Is removed from the State ship's registry from “____” __________ 20___ year
Gəmi “___” _________ 20___ il tarixində Dövlət gəmi reyestrindən çıxarılmışdır.
due to________________________________
______________________________________
Məhdudiyyətlərə dair məlumat
Information on limitations
Bu arayış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.
This certificate issued by the State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan
Verildiyi yer _________________________
Issued at _____________________________
Verilmə tarixi “___” _________ 20___ il
Issued on “_____” ___________ 20___ year
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
Gəminin adı _________________________
Ship's name ___________________________
______________________________________
______________________________________
Çağırış siqnalı ____________________
Call sign ______________________________
Qeydiyyat limanı və nömrəsi ___________
Port of registry and registration number
______________________________________
______________________________________
Gəmi sahibinin adı və ünvanı _________
Owner and address of the owner
______________________________________
______________________________________
______________________________________
______________________________________
Gəminin reyestrdən çıxarılması üçün əsas __________________________________
Is removed from the State ship's registry from “____” __________ 20___ year
Gəmi “___” _________ 20___ il tarixində berbout-çarter reyestrindən çıxarılmışdır.
due to________________________________
______________________________________
Məhdudiyyətlərə dair məlumat
Information on limitations
Bu arayış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmişdir.
This certificate issued by the State Maritime and Port Agency under the Ministry of Digital Development and Transport of the Republic of Azerbaijan
Verildiyi yer _________________________
Issued at _____________________________
Verilmə tarixi “___” _________ 20___ il
Issued on “_____” ____________ 20___ year
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri
Chairman of the State Maritime and Port Agency
1. 29 may 2013-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 588)
2. 02 avqust 2013-cü il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 avqust 2013-cü il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 997)
3. 21 dekabr 2017-ci il tarixli 580 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 dekabr 2017-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2527)
4. 29 iyun 2019-cu il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1173)
5. 4 aprel 2022-ci il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 376)
6. 3 oktyabr 2023-cü il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 oktyabr 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 10, maddə 1433)
7. 4 sentyabr 2024-cü il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 12 sentyabr 2024-cü il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1056)