“Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas Sorğu Kitabçası” (bundan sonra VTİSK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il tarixli 93 saylı “Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarının işlənib hazırlanması haqqında” qərarının icrası olaraq hazırlanmışdır.
VTİSK gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid edilən müəssisə, idarə və təşkilatlarda qulluqçu vəzifələrində çalışan işçilərin əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi, kadrların düzgün seçilməsi və yerləşdirilməsi, işgüzarlığının artırılması, onlar arasında əmək bölgüsünün səmərəli təşkil edilməsi, vəzifə borclarının, əməyin ödəniş dərəcələrinə görə ixtisas tələblərinin müəyyənləşdirilməsi, sahənin struktur bölmələrinə dair əsasnamələrin, nizamnamələrin, təlimatların hazırlanması, işçilərin attestasiyasının keçirilməsi, fərdi əmək müqavilələrinin bağlanılması zamanı istifadə edilən vahid normativ sənəddir.
VTİSK-ə gənclər, bədən tərbiyəsi və idman sahəsində çalışan rəhbər və mütəxəssislərin tarif-ixtisas xüsusiyyətləri daxil edilmişdir.
Hər bir qulluqçu vəzifəsi üzrə tarif ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:
- “Vəzifə borcu” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin məzmunu;
- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ-hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin metod və vasitələrini bilməsi kimi tələblər;
- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və iş stajına olan tələblər öz əksini tapmışdır.
VTİSK-də göstərilən qulluqçu vəzifələrin əməyinin ödəniş dərəcələri müəyyənləşdirilərkən bu vəzifəni tutan işçinin təhsili, iş stajı, işlədiyi müəssisə və ya təşkilatın əmək haqqı qrupu, komandanın statusu, idman sahəsində qazanılan ad, ixtisas kateqoriyası və s. göstəricilər tətbiq edilir.
İxtisas tələblərində qoyulmuş xüsusi hazırlığı, yaxud iş stajı olmayan, lakin kifayət qədər əməli (praktiki) iş təcrübəsi olan və ona həvalə olunmuş vəzifə borcunu keyfiyyətlə tam həcmdə yerinə yetirən işçilər, attestasiya komissiyasının təklifi ilə müstəsna hallarda, xüsusi hazırlığı və iş stajı olan işçilər kimi müvafiq vəzifəyə təyin oluna bilərlər.
İşdə yüksək nəticələr əldə edən, ona həvalə edilmiş vəzifə borcunu keyfiyyətlə və tam həcmdə yerinə yetirən idman üzrə məşqçi-müəllimlərə, bədən tərbiyəsi və idman təşkilatlarının təlimatçı-metodistlərinə qüvvədə olan 1-ci və 2-ci kateqoriya verilir.
Yüksək dərəcəli idmançıların hazırlanması işində səmərəliliyi artırmaq məqsədilə məşqçi-müəllimlərdən könüllülük əsasında briqadaların yaradılması, məşqçi-müəllimlər briqadasının tərkibinin və idmançıların siyahısının müəyyənləşdirilməsi, briqadanın idman sahəsində əldə etdiyi nəticələrə görə idman adlarının verilməsi, idman üzrə məşqçi-müəllimlər” və təlimatçı-metodistlərə ixtisas kateqoriyalarının təyin edilməsi, yığma komandaların yaradılması və öz işini idman sahəsində fəaliyyət göstərən təşkilatlarla qurması gənclər, bədən tərbiyəsi və idman sahəsində qüvvədə olan normativ-hüquqi aktlar əsasında həyata keçirilir.
Bu VTİSK mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikada gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid edilən bütün müəssisə, idarə və təşkilatlarda, o cümlədən uşaq, yeniyetməvə gənclər üçün müxtəlif istiqamətli mərkəzlərdə, uşaq-gənclər idman (texniki idman) məktəblərində, ixtisaslaşdırılmış uşaq-gənclər texniki idman məktəblərində, orta ixtisas verən olimpiya ehtiyatları məktəblərində, idman-tamaşa müəssisələrində, yüksək idman ustalığı məktəblərində, sağlamlıq-bədən tərbiyəsi və idman qurğularında, alpinist düşərgələrində, turist bazalarında, təlim-məşq bazaları və mərkəzlərində, şahmat-dama klublarında, bədən tərbiyəsi və sağlamlıq birliklərində, idmanın oyun növləri üzrə idman klublarında, xidməti itbəsləmə klublarında, texniki idman və atıcılıq idman klublarında, atıcılıq meydanlarında, kiçik kalibrli və pnevmatik tirlərdə və sair bu tipli müəssisə, idarə və təşkilatlarda tətbiq edilə bilər.
VTİSK-də gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin adları cədvəl formasında əlifba sırası ilə əməyin ödənilməsi dərəcələri diapazonu göstərilməklə verilmişdir.
Vəzifə borcu. İdman növləri üzrə komandanın beynəlxalq yarışlara hazırlamasını və iştirakını təmin edir, komandanın tərkibini müəyyən edir. Komandanın hazırlığı üçün məşqçilər və digər mütəxəssislər ilə birlikdə kompleks və cari planlar hazırlayır, onların yerinə yetirilməsini təmin edir. Təsdiq olunmuş planlara və müasir elmi-metodik şərtlərə müvafiq olaraq idmançıların hazırlığının təşkilinə, onların fərdi planlarının yerinə yetirilməsinə nəzarət edir, komandanın idmançıları ilə təlim-məşq keçirir və tərbiyəvi iş aparır. Komandanın məşqçilərinin və digər mütəxəssislərin işinə, həmçinin kompleks elmi qrupa rəhbərlik edir. Pul vəsaitlərinin xərclənməsinə nəzarət edir və onların düzgün istifadəsinə görə məsuliyyət daşıyır İdmançıların və məşqçilərin həvəsləndirilməsi (mükafatlandırılması), aparıcı mütəxəssislərin, idmançıların və məşqçilərin işləmək üçün xaricə göndərilməsi barədə müəyyən olunmuş qaydada təkliflər verir.
Bilməlidir; Respublikada idmanın inkişaf istiqamətlərini və perspektivlərini müəyyən edən elmi-metodik və normativ-hüquqi sənədləri; yüksək dərəcəli idmançıların və idman ehtiyatlarının hazırlanması metodikasında milli, xarici elmi nailiyyətləri; ilk tibbi yardımın göstərilməsi qaydalarını və təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını;
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili, yüksək ixtisas kateqoriyası və ixtisası üzrə azı 7 il iş stajı.
15-ci dərəcə: I liqanın komandası ilə gənclərdən ibarət yığma komandalarla işlədikdə;
16-cı dərəcə: yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarla işlədikdə;
17-ci dərəcə: Azərbaycan Respublikasının milli yığma komandası, yüksək liqanın komandası ilə işlədikdə.
Vəzifə borcu: İşi təşkil edir və idman qurğusunun fəaliyyəti, vəziyyəti üçün məsuliyyət daşıyır. Mövcud qanunvericiliyə uyğun olaraq vəsaitdən və əmlakdan istifadə edir, müqavilə bağlayır, əmrlər, sərəncamlar verir, işçilərin vəzifə borcları dairəsini müəyyənləşdirir və vəzifə təlimatlarını təsdiq edir. Əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə götürür və işdən azad edir. İdman qurğusunun kollektivini yuxarı orqanlarda və lazımi hallarda müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: İdman qurğularının fəaliyyətini müəyyənləşdirən qanunvericilik, normativ-hüquqi və metodik sənədləri; idman qurğularının işi sahəsində respublikanın, həmçinin xarici ölkələrin elmi nailiyyətlərini, fəaliyyət proqramlarını; iqtisadiyyatın əsaslarını və idman qurğusunun işinin təşkil olunmasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili və müəssisənin fəaliyyətinə uyğun olan sahələrdə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə: VII qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
11-cu dərəcə: VI qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
12-ci dərəcə: V qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
13-cü dərəcə: IV qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
14-cü dərəcə: III qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
15-ci dərəcə: II qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;
16-cı dərəcə: I qrup idman qurğusu rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə.
Vəzifə bormu: İdman-sağlamlıq düşərgəsinin fəaliyyət göstərdiyi müddətdə ona rəhbərlik edir, İdman-sağlamlıq düşərgəsinin, onun struktur bölmələrinin işini təşkil edir. İdman-sağlamlıq düşərgəsinin işində müasir idarəetmə, tərbiyə metodlarını tətbiq edir. Burada aparılan bütün işlərə, həmçinin hər bir işçiyə görə tam məsuliyyət daşıyır. İdman-sağlamlıq düşərgəsinin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir, görülən işlər barədə müvafiq hesabatları vaxtaşırı tərtib edir və lazımi yerlərə təqdim edir. Əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə götürür və ya işdən azad edir, işçilərin vəzifə bölgüsünü müəyyənləşdirir. İdman-sağlamlıq düşərgəsini müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: İdman-sağlamlıq düşərgəsinin fəaliyyətini tənzimləyən qərar, əmr və aktları; maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqəli məsələləri; əmək qanunvericiliyinin əsaslarını; aidiyyatı normativ-hüquqi aktları; uşaq və yeniyetmələrin məsələləri ilə bağlı olan qərarları, pedaqogikanın, uşaq psixologiyasının, fiziologiyasının əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali pedaqoji təhsil və 5 ildən az olmayaraq pedaqoji iş stajı.
11-ci dərəcə: düşərgədə 1 növbədə istirahət edənlərin sayı 100 nəfərə qədər olduqda;
12-ci dərəcə: düşərgədə 1 növbədə istirahət edənlərin sayı 200 nəfərə qədər olduqda;
13-cü dərəcə: düşərgədə 1 növbədə istirahət edənlərin sayı 300 nəfərə qədər olduqda.
Vəzifə borcu, İdman klubunun işini təşkil edir və onun fəaliyyəti üçün məsul daşıyır. Mövcud qanunvericiliyə əsasən vəsait və avadanlıqdan istifadə edir, müqavilə bağlayır, əmrlər və sərəncamlar hazırlayır, vəzifə təyinatlarını təsdiq edir və işçilərin vəzifə borcların dairəsini müəyyənləşdirir, əmək qanunvericiliyinə əsasən işçiləri işə götürür və işdən azad edir. Öz səlahiyyətləri çərçivəsində idman klubunu yuxarı orqanlarda və lazımi hallarda müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: İdman klublarının fəaliyyətlərini müəyyən edən qanunvericilik aktlarını, normativ-hüquqi və metodik sənədləri, bu sahədə respublikanın, həmçinin xarici ölkələrin elmi nailiyyətlərini; klubun fəaliyyətinin təşkili məsələlərini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili, rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı.
14-cü dərəcə: komandaları I liqada çıxış edən idman klubları;
15-ci dərəcə: komandaları yüksək liqada çıxış edən idman klubları;
16-cı dərəcə: bazasında Azərbaycan Respublikasının milli yığma komandaları yaradılmış idman klubları.
Vəzifə borcu, İdman məktəbinin işini təşkil edir, onun bütün fəaliyyəti üçün məsuliyyət daşıyır, pedaqoji şura ilə birlikdə idman məktəbinin inkişaf istiqamətlərini müəyyənləşdirir, onun mənafeyini dövlət və ictimai orqanlarda təmsil edir. İdman məktəbinin bütün təsərrüfat məsələlərini həll edir. Pedaqoji şuranın işinə rəhbərlik edir. İdman məktəbi üçün ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir, ştat cədvəlini təsdiq edir. İdman növləri üzrə tədris proqramlarının yerinə yetirilməsinə, təlim-məşq dərslərinin səmərəli və məzmunlu keçirilməsinə nəzarət edir. Mövcud qanunvericiliyə əsasən məktəbə məxsus olan vəsait və avadanlıqlardan istifadə edir. Maddi-tədris bazasının uçotunun aparılmasını və saxlanılmasını təşkil edir. Sanitar-gigiyena, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına riayət olunmasını təmin edir. Kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir, işçiləri işə götürür və ya işdən azad edir, əmək qanunvericiliyinə əsasən işçilərin vəzifə borclarını müəyyənləşdirir, onların daxili intizam qaydalarına riayət etmələrinə nəzarət edir, məşqçi-müəllim heyətinin ustalığının artırılması üçün lazımi şərait yaradır.
Bilməlidir: Respublikada bədən tərbiyəsi və idmanın əsas istiqamətlərini; idmanın inkişaf perspektivlərini müəyyən edən normativ sənədləri; pedaqogikanın, psixologiyanın, uşaq fiziologiyasının, gigiyenanın əsaslarını, əmək qanunvericiliyinin əsaslarını; təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi və idman təhsili, bədən tərbiyəsi və idman təşkilatlarında rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı,
12-ci dərəcə: III qrup Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işlədikdə;
13-cü dərəcə: II qrup Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işlədikdə;
14-cü dərəcə: I qrup Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işlədikdə;
15-ci dərəcə: İxtisaslaşdırılmış Olimpiya Ehtiyatı Məktəbinin direktoru vəzifəsində işlədikdə;
16-cı dərəcə: Yüksək İdman Ustalığı Məktəbinin direktoru vəzifəsində işlədikdə.
Vəzifə borcu, İdman federasiyasının işini və onun fəaliyyətini təşkil edir, federasiyanın əmlakına görə məsuliyyət daşıyır. Mövcud qanunvericiliyə və Nizamnaməyə uyğun federasiyaya məxsus əmlakdan və ayrılmış vəsaitlərdən istifadə edir, səlahiyyətləri çərçivəsində müqavilələr bağlayır, əmrlər, sərəncamlar verir. İşçilərin vəzifə dairəsini müəyyən edir. Əmək qanunvericiliyinə əsasən işçiləri işə götürür və işdən azad edir. Federasiyanı yuxarı orqanlarda və lazımi hallarda müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: İdman federasiyasının fəaliyyətini tənzimləyən qanunvericilik, normativ-hüquqi və metodik sənədləri; idman növlərinin inkişaf perspektivlərini, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili və rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
15-ci dərəcə: qeyri-olimpiya növləri üzrə idman federasiyasının sədri;
16-cı dərəcə: olimpiya idman növləri üzrə idman federasiyasının sədri.
Vəzifə borcu. Yeniyetmələrə, gənclərə sosial-psixoloci yardım göstərilməsi üzrə Mərkəzin fəaliyyətinə rəhbərlik edir. Bütövlükdə Mərkəzin işini və onunla qarşılıqlı əlaqədə fəaliyyət göstərən tabe strukturların işini təşkil edir. Müasir idarəetmə metodları ilə Mərkəzin fəaliyyətini təşkil edir və proqnozlaşdırır. Maliyyə və statistika hesabatlarının vaxtlı-vaxtında hazırlanıb təhvil verilməsinə nəzarət edir, səlahiyyətləri çərçivəsində müqavilələr bağlayır və onların həyata keçirilməsini təmin edir. Əmək qanunvericiliyinə əsasən işçiləri işə götürür və yaxud işdən azad edir. Yeniyetmələrə və gənclərə sosial-psixoloci yardım göstərilməsi məsələləri üzrə Mərkəzi müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: Yeniyetmələrə, gənclərə sosial-psixoloci yardım göstərilməsi, gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid normativ-hüquqi sənədləri; Mərkəzin fəaliyyətinə aid olan normativ-hüquqi və digər metodik sənədləri; uşaqlıq, yeniyetməlik və gənclik dövrünə xas olan fizioloci, psixoloci xüsusiyyətləri; pedaqogikanın əsaslarını; ekstremal vəziyyətlərdə üzə çıxa bilən məsələlər dair məsləhətvermə metodlarını; əmək qanunvericiliyinin və cinayət məcəlləsinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı.
14-cü dərəcə: 15 nəfərdən az işçisi olan Mərkəzə rəhbərlik etdikdə;
15-ci dərəcə: 15 nəfərdən çox işçisi olan Mərkəzə rəhbərlik etdikdə
Vəzifə borcu, İdmançıların fərdi məşqlərini təşkil edir və bilavasitə həyata keçirir. Təlim-məşq prosesinin təşkilini və keçirilməsini təmin edir. Əsas idmançıların hazırlanması və onların məşq prosesləri ilə bağlı olan məlumatları toplayaraq ümumiləşdirir və həmin məlumatlar əsasında iş prosesini qurur. İdmançıların fərdi hazırlığı üçün təlim-məşq planlarının hazırlanması işlərində iştirak edir, tövsiyyələr verir. Fərdi məşq proseslərinin nəticələrini təhlil edir və əldə edilmiş nəticələrə əsasən yarışlar üçün planlar tərtib edir.
Bilməlidir: İdmanın inkişaf perspektivlərini; idman tədbirləri iştirakçılarının maddi təminatını müəyyən edən metodiki və normativ-hüquqi sənədləri; ilk tibbi yardımın göstərilməsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; sanitariya-gigiyena normalarını; təhlükəsizlik texnikası qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili, bədən tərbiyəsi və idman təşkilatlarında azı 3 il iş stajı.
11-ci dərəcə: II liqanın komandaları ilə işlədikdə;
12-ci dərəcə: I liqanın komandaları və ya gənclərdən ibarət yığma komandalarla işlədikdə;
13-cü dərəcə: yüksək liqanın komandaları və ya yeniyetmə və gənclərdən ibarət yığma komandalarla işlədikdə;
14-cü dərəcə: milli yığma komandalarla işlədikdə.
Vəzifə borcu. Gənclərin vətənpərvərlik tərbiyəsi Mərkəzinin fəaliyyətinə rəhbərlik edir. Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Dövlətin gənclər siyasətinə müvafiq olaraq uşaqların, yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində tədbirlərin hazırlanması və həyata keçirilməsi işinin təşkili ilə məşğul olur. Mərkəz tərəfindən milli orduya səfərbərlik işlərinin təşkilində hərbi komissarlıqlara yaxından köməklik göstərir. Gənclər arasında hərbi xidmətə çağırılana qədər hərbi vətənpərvərlik işlərinin həyata keçirilməsi, hərbi mükəlləfiyyətli gənclər haqqında məlumatın toplanılması, ordudan tərxis olunmuş gənclərin sosial, psixoloci, məişət, səhiyyə və s. məsələləri ilə bağlı olan problemlərin həlli istiqamətində işlərin görülməsi, məktəblilər arasında hərbi-idman oyunlarının keçirilməsi işlərinə rəhbərlik edir. Əmək qanunvericiliyinə əsasən işçiləri işə götürür və ya işdən azad edir. Mərkəzin əmlakı və vəsaitləri ilə bağlı sərəncamlar verir. Mərkəzi müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: Yeniyetmələrə və gənclərə aid olan qanunvericilik və normativ-hüquqi sənədləri, hərbi vətənpərvərlik sahəsinə aid keçirilən tədbirlərlə bağlı olan təşkilati məsələləri, onların yerinə yetirilmə qaydalarını; yeniyetməlik və gənclik dövrlərinə xas olan psixoloci xüsusiyyətləri, tərbiyəvi işlərin təşkili metodlarını; pedaqogikanın əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali təhsil və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı.
14-cü dərəcə: 15 nəfərdən az işçisi olan Mərkəzə rəhbərlik etdikdə;
15-ci dərəcə: 15 nəfərdən çox işçisi olan Mərkəzə rəhbərlik etdikdə.
Vəzifə borcu: Gənclər Sarayının işinə rəhbərlik edir, onun ümumi fəaliyyətini istiqamətləndirir, iş planını müəyyənləşdirir və formalaşdırır. Gənclərlə əlaqədar keçirilən tədbirləri planlaşdırır, aparılan işlərə rəhbərlik edir və planlaşdırılmış tədbirlərin həyata keçirilməsinə nəzarət edir. İşçilərin bilik və təcrübəsindən səmərəli istifadə etmək məqsədilə onlar üçün əlverişli iş şəraitinin yaradılması məsələlərini həll edir. İşçiləri işə götürür və ya işdən azad edir. Səlahiyyətləri çərçivəsində müxtəlif təşkilat və müəssisələrlə işlərin görülməsi üçün müqavilələr bağlayır. Gənclər Sarayında tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə məsuliyyət daşıyır. Gənclər Sarayının əmlakı, vəsaitləri ilə bağlı sərəncamlar verir. Rəhbər orqanlar üçün müvafiq hesabatlar hazırlayır. Gənclər Sarayını müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir; Qanunvericilik, icra hakimiyyəti orqanlarının gənclərin problemlərinə aid olan, bu sahənin inkişafına yönəldilən və onun əsas istiqamətlərini müəyyənləşdirən fərman, sərəncam və qaydalarını; nazirliyin müəssisənin fəaliyyəti ilə əlaqədar əmr, qərar və sərəncamlarını; təsərrüfatçılıq və idarəetmə metodlarını; müxtəlif müqavilələrin bağlanması və onların yerinə yetirilməsi qaydalarını; müasir mədəni, ictimai və elmi aləmdə olan dəyişiklikləri, bu sahələrin nailiyyətlərini; müxtəlif səviyyəli tədbirlərin keçirilməsinin təşkilini və idarə olunmasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Vəzifə borcu. Gənclər üçün informasiya Mərkəzinin fəaliyyətinə rəhbərlik edir. Mərkəzin fəaliyyəti ilə əlaqəsi olan təşkilatlarla qarşılıqlı münasibətlər yaradır. Mərkəzin işinin nəticələrinə görə məsuliyyət daşıyır. Müxtəlif kateqoriyadan olan gənclər arasında operativ informasiyanın toplanması, həmin informasiyanın sistemləşdirilməsi və işlənməsi, həmçinin təhlil edilməsi işini təşkil edir.
Müəyyən olunmuş formada və vaxtda maliyyə və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması işini təşkil edir. Səlahiyyətləri çərçivəsində müqavilələr bağlayır və onların həyata keçirilməsinə nəzarət edir. Əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə götürür və ya işdən azad edir. Gənclər üçün informasiya Mərkəzini müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: Gənclərə aid olan qanunvericilik və normativ-hüquqi sənədləri; nazirliyin Mərkəzin işini tənzimləyən əmr, qərar və sərəncamlarını; informasiya materiallarının toplanma metodlarını və sosioloji tədqiqatların aparılması qaydalarını; informasiya materiallarının təhlili formasını və sistemləşdirilməsi prinsiplərini; media ilə iş metodlarını; əmək və cinayət məcəllələrinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali təhsil və rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
13-cü dərəcə: işçisi 15 nəfərdən az olan Mərkəzə rəhbərlik etdikdə;
14-cü dərəcə: işçisi 15 nəfərdən çox olan Mərkəzə rəhbərlik etdikdə.
Vəzifə borcu, ROİL-in işini təşkil edir, onun fəaliyyətinin bütün istiqamətlərinə görə məsuliyyət daşıyır, pedaqoci şura ilə birlikdə litseyin inkişafı üçün istiqamətləri müəyyənləşdirir, onun mənafeyini dövlət və ictimai orqanlarda təmsil edir. Litseyin təsərrüfat fəaliyyətinə, pedaqoji şuranın işinə rəhbərlik edir. İdman növləri üzrə tədris proqramlarının ümumtəhsil proqramlarına uyğun yerinə yetirilməsinə, təlim-məşq dərslərinin səmərəli və məzmunlu keçirilməsinə nəzarət edir. ROİL-ə ayrılan vəsaitin səmərəli xərclənməsini təmin edir, ştat cədvəlini təsdiq edir. Qanunvericiliyə uyğun olaraq litseyə aid olan vəsait və avadanlıqlardan səmərəli istifadəni təşkil edir. Maddi-tədris bazasının uçotunun aparılmasını və saxlanılmasını təşkil edir. Sanitar-gigiyena, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına riayət olunmasını təmin edir. Kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir, işçiləri vəzifəyə təyin edir və yaxud vəzifədən azad edir, əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun olaraq işçilərin vəzifə borclarını müəyyənləşdirir, onlara riayət olunmasına nəzarət edir, Məşqçi-müəllim heyətinin ixtisas ustalığının artırılması üçün lazımi şərait yaradır.
Bilməlidir: Respublikada bədən tərbiyəsi və idmanın inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən normativ sənədləri, pedaqogikanın, psixologiyanın, uşaqların fiziologiyasının, gigiyenasının əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri:
16-cı dərəcə; Ali bədən tərbiyəsi və idman təhsili, bədən tərbiyəsi və idman təşkilatlarında rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
Vəzifə borcu. Uşaqlar, yeniyetmələr və gənclər üçün hüquqi məsləhət xidmətləri Mərkəzinin fəaliyyətinə rəhbərlik edir. Uşaqlar, yeniyetmələr və gənclərlə bağlı olan amilləri nəzərə alaraq hüquqi məsləhətlər verir. Hüquqi məsləhət xidmətlərinin yeni metodlarının öyrənilməsi və ümumiləşdirilməsi, gənclərə hüquqi biliklərin aşılanmasında yeni formaların işlənib hazırlanması işini təşkil edir. Müəyyən olunmuş formada və vaxtda maliyyə və statistika hesabatlarının təqdim olunmasını təmin edir. Səlahiyyətləri çərçivəsində müqavilələr bağlayır və onların həyata keçirilməsinə nəzarət edir. Mülki-hüquqi müqavilə əsasında müəyyən işlərin yerinə yetirilməsi üçün lazımi mütəxəssisləri işə cəlb edir. Əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə götürür və ya işdən azad edir. Uşaqlar, yeniyetmələr və gənclər üçün hüquqi məsləhət xidmətləri Mərkəzini müxtəlif təşkilatlarda təmsil edir.
Bilməlidir: Uşaqlar, yeniyetmələr və gənclərlə bağlı olan qanunvericilik və normativ-hüquqi sənədləri; nazirliyin Mərkəzin işini tənzimləyən əmr, qərar və sərəncamlarını; uşaqlıq. yeniyetməlik və gənclik dövrünə xas olan psixoloji xüsusiyyətləri, bununla bağlı ekstremal vəziyyətlərdən çıxış metodlarını, məsləhətvermə üsullarını; çətin tərbiyə olunanlarla iş metodlarını; əmək və cinayət məcəllələrinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası. sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali təhsil və ixtisası üzrə rəhbər vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.
12-ci dərəcə: şəhər tabeliyində olan rayon miqyaslı Mərkəzə rəhbərlik etdikdə;
13-cü dərəcə: şəhər miqyaslı (Bakı şəhəri istisna olmaqla) Mərkəzə rəhbərlik etdikdə;
14-cü dərəcə: Bakı şəhəri üzrə Mərkəzə və ya respublika Mərkəzinə rəhbərlik etdikdə.
Vəzifə borcu. Şöbənin (qrupun, bölmənin) fəaliyyətinə rəhbərlik edir. Bölmənin işini müasir idarəetmə metodları əsasında qurur və həyata keçirir. Uşaqlar, yeniyetmələr və gənclərlə bağlı olan qabaqcıl təcrübəni öyrənir, təhlil edir və perspektiv planlar tərtib edir. Bu sahə ilə bağlı digər təşkilatlarla qarşılıqlı əlaqələr yaradır. Bölmənin işinin nəticələri haqqında hesabatlar hazırlayır. Kadrların seçilməsi, yerləşdirilməsi, yerinin dəyişdirilməsi haqqında təkliflər hazırlayır və rəhbərliyə təqdim edir. İşçilərin yaradıcı xüsusiyyətlərinin inkişafı və ixtisaslarının artırılması üçün şərait yaradır. Əmək qanunvericiliyinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi üçün məsuliyyət daşıyır.
Bilməlidir: gənclərlə iş üzrə mövcud qanunvericilik sənədlərini və normativ-hüquqi aktları; müxtəlif sosial mənşəli təbəqələr arasında tərbiyəvi işin psixoloji, sosioloji xüsusiyyətlərini; pedaqogikanın əsaslarını; tərbiyəvi işin metod və formalarını; informasiyanın toplanılması və təhlili xüsusiyyətlərini; əmək və cinayət məcəllələrinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali təhsil və ixtisası üzrə rəhbər vəzifələrdə 3 ildən az olmayaraq iş stajı.
10-сu dərəcə: uşaq, yeniyetmə və gənclərlə iş üzrə təşkilatda qrup rəhbəri vəzifəsində işlədikdə;
11-ci dərəcə: uşaq, yeniyetmə və gənclərlə iş üzrə təşkilatda bölmə müdiri vəzifəsində işlədikdə;
12-ci dərəcə: uşaq, yeniyetmə və gənclərlə iş üzrə rayon, şəhər (Bakı şəhəri istisna olmaqla) miqyaslı təşkilatlarda şöbə müdiri (rəisi) vəzifəsində işlədikdə;
13-cü dərəcə: respublika və ya Bakı şəhəri üzrə uşaq, yeniyetmə və gənclərlə iş üzrə təşkilatda şöbə müdiri (rəisi) vəzifəsində işlədikdə.
Vəzifə borcu. Müəssisələrdə, təşkilatlarda sağlamlıq, bədən tərbiyəsi və idman işlərini təşkil edir. İdman bölmələrinin, idman növləri üzrə komandaların işini təşkil edir və istiqamətləndirir. Ümumi fiziki hazırlıq üzrə, həmçinin sağlamlıq qruplarında və idman bölmələrində təlim işlərini aparır. İdman sahəsində normativlərin hazırlanmasını və onların idmançılar tərəfindən yerinə yetirilməsini təşkil edir. Bədən tərbiyəsi və idmanla məşğul olanlara qrup halında və yaxud fərdi qaydada məsləhətlər verir. Bədən tərbiyəsi və idman məşğələləri sahəsində əldə edilən qabaqcıl iş təcrübəsini öyrənir və ümumiləşdirir. Fərdi hərəkət komplekslərinin tətbiqinə dair tövsiyələr verir. İdman məktəblərinin, Olimpiya Ehtiyatı Məktəbinin təlimatçı-metodisti bədən tərbiyəsi və idmanla məşğul olan idmançıların seçilməsi, onların idman yönümünün müəyyən edilməsi, təlim-məşq və tərbiyə prosesinin təşkili üzrə əlaqəli iş aparır. Tədris qruplarının komplektləşdirilməsinə, təlim-tərbiyə prosesinin məzmununa və nəticələrinə nəzarət edir. İdman məktəbinin və ya çalışdığı şöbənin işinin nəticələri üzrə statistika uçotunu aparır. İşinin nəticələrini, məktəbin məşqçi-müəllimlərinin iş təcrübəsini təhlil edir, ümumiləşdirir, perspektiv planların hazırlanmasında iştirak edir.
Bilməlidir: Müvafiq icra hakimiyyəti orqanlarının respublikada bədən tərbiyəsi və idmanın inkişaf istiqamətlərini müəyyən edən qərar və sərəncamlarını; təlimatçı-metodist üçün nəzərdə tutulan təlimatları, metodik tövsiyələri; pedaqogikanın əsaslarını; idman qurğularının istismar qaydalarını; bədən tərbiyəsi, sağlamlıq və tərbiyə işlərinin forma və metodlarını; ilk tibbi yardımın göstərilməsi qaydalarını; təhlükəsizlik texnikası qaydalarını; əməyin təşkilini və əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
7-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;
8-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili;
9-cu dərəcə: iş stajına tələb qoyulmadan ali bədən tərbiyəsi təhsili və ya orta ixtisas təhsilə malik olmaqla 3 ildən az olmayaraq iş stajı;
10-cu dərəcə: ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
11-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası;
Vəzifə borcu. Təlim-məşq prosesində elmi-metodik tövsiyələrin tətbiqini həyata keçirir, idmançıların hazırlanması və onların məşqlərinin təşkili metodikası haqqında informasiyaları sistemləşdirir, ümumiləşdirir, təhlil edir və iş prosesində həmin informasiyalardan istifadə edir. Məşq prosesinə baxan həkim ilə birlikdə dərs yükünün həcmini, dərslərin rejimini və idmançıların istirahətini təşkil edir, aparılan məşqlərin nəticələrini təhlil edir, əldə edilmiş nəticələrə əsasən təlim-məşq dərslərinin təşkili üçün tövsiyələr hazırlayır. İdmançıların hazırlığı üçün fərdi iş planlarının tərtib olunmasında iştirak edir. Elmi-metodiki işlərin sənədləşdirilməsini yerinə yetirir.
Bilməlidir: İdmanın inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirən normativ-hüquqi və metodiki sənədləri; yüksək dərəcəli idmançıların hazırlanması üçün milli və xarici təcrübəni; elmi məlumatların toplanılması, sistemləşdirilməsi, ümumiləşdirilməsi və onlardan istifadə prinsiplərini; ilk tibbi yardımın göstərilməsi qaydalarını;
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Ali bədən tərbiyəsi təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq iş stajı.
10-cu dərəcə: II liqanın komandaları və ya gənclərdən ibarət yığma komandalarla işlədikdə;
11-ci dərəcə: I liqanın komandaları və ya gənclərdən ibarət yığma komandalarla işlədikdə;
12-ci dərəcə: yüksək liqanın komandaları ilə işlədikdə;
13-cü dərəcə: milli yığma komandalarla işlədikdə.
Vəzifə borcu. Bədən tərbiyəsi və idmanla məşğul olmaq istəyən, tibbi qüsuru olmayan şəxslərin idman məktəbinə, yaxud idman qruplarına qəbulunu həyata keçirir. Onlarla təlim-məşq və tərbiyəvi iş aparır, idmanla məşğul olan perspektivli uşaqları və yeniyetmələri seçir, onların idman təmayülünü müəyyənləşdirir. İdmanla məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını, təlim-məşq prosesində onların sağlamlığının qorunmasını, möhkəmləndirilməsini, həmçinin təhlükəsizliyini təmin edir. İdmançıların müxtəlif dopinq növlərindən istifadə etməsi hallarının qarşısının alınmasına təsir göstərir. Onların hazırlığı, eyni zamanda sağlamlığının qorunması üçün daha səmərəli üsullardan istifadə edir. İllik və cari iş planını işləyib hazırlayır, işinin sistemli uçotunu aparır, gördüyü işlərin nəticələrini ümumiləşdirir və təhlil edir.
Bilməlidir: Təlim-tərbiyə metodlarını, idmanla məşğul olanların fiziki hazırlıq səviyyəsini, idman məşqlərinin aparılma metodlarını; təhlükəsizlik texnikası qaydalarını; sanitar-gigiyena normalarını; ilk tibbi yardımın göstərilməsi qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə: ümumi orta təhsil və “İdman ustası” adı;
9-cu dərəcə: orta ixtisas təhsili və 5 ilə qədər iş stajı;
10-cu dərəcə: orta ixtisas təhsili və 5 ildən az olmayaraq iş stajı və. ya ali bədən tərbiyəsi təhsili və 5 ilə qədər iş stajı;
11-ci dərəcə; ali bədən tərbiyəsi təhsili və II ixtisas kateqoriyası;
12-ci dərəcə: ali bədən tərbiyəsi təhsili və I ixtisas kateqoriyası;
13-cü dərəcə: ali bədən tərbiyəsi təhsili və yüksək ixtisas kateqoriyası; və ya rəhbərliyi altında iki və daha çox məşqçi-müəllim çalışdıqda və ayrı-ayrı idman növləri üzrə metodiki rəhbərlik etdikdə - baş məşqçi-müəllim.
14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim
Vəzifə borcu. Təlim-məşq prosesinin, təlim-məşq toplanışlarının hazırlanmasını və keçirilməsini, idmançıların yarışlarda, idman tədbirlərində iştirakının maddi-texniki təminatını həyata keçirir. İdman yarışları, yaxud tədbirləri üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərini müəyyən olunmuş qayda üzrə smeta xərcləri həddində istifadə edir. hesabat sənədlərini hazırlayır, maliyyə vəsaitlərinin düzgün xərclənməsi üçün məsuliyyət daşıyır. İdmançıları və məşqçiləri müəyyən edilmiş qaydalara əsasən keyim, ayaqqabı, inventar və avadanlıqla təmin edir.
Bilməlidir. idman tədbirləri iştirakçılarının maddi təminatı haqqında normativ-hüquqi sənədləri, əmək qanunvericiliyinin əsaslarını; sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri: Orta ixtisas təhsili, 3 ildən az olmayaraq iş stajı.
9-cu dərəcə: II liqanın komandaları və ya gənclərdən ibarət yığma komandalarla işlədikdə;
10-cu dərəcə: I liqanın komandaları və ya yeniyetmə və gənclərdən ibarət yığma komandalarla işlədikdə;
11-ci dərəcə: yüksək liqanın komandaları ilə işlədikdə;
12-ci dərəcə: milli yığma komandalarla işlədikdə.
1. 14 iyul 2004-cü il tarixli 9-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 06-07)
2. 12 fevral 2007-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 02-03-04)
3. 3 may 2019-cu il tarixli 190500021 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı
4. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il)