Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-si hissəsinə uyğun olaraq “Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 77) aşağıdakı əlavə edilsin:
1. ”Azərbaycan Respublikasında gənclər, bədən tərbiyəsi və idman sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın (hissə 77) Tarif-ixtisas xüsusiyyətləri bölməsinin “Mütəxəssislər” hissəsində “İdman üzrə məşqçi-müəllim” vəzifəsinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri” mətninin sonuna aşağıdakı məzmunda yeni abzas əlavə olunsun:
“14-cü dərəcə: ali bədən tərbiyəsi və ya orta ixtisas təhsili və “Azərbaycan Respublikasının əməkdar məşqçi-müəllimi” fəxri adı olan idman üzrə məşqçi-müəllim və ya baş məşqçi-müəllim”.