Qanunvericilik › “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 23.05.2013) › Tam mətn

“Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 23.05.2013)

“Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 23.05.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə həvalə edilmişdir.

“Məcburi köçkün” statusu və həmin statusu təsdiq edən sənədin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən 2004-cü il 16 iyul tarixli qərarla təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”a əsasən həyata keçirilmişdir. Lakin həmin Qaydalar mövcud qanunvericiliyə görə Dövlət Reyestrinə daxil edilməmişdir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və mövcud qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən, məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən sənədin verilməsi işinin səmərəli, şəffaf təşkili və bununla bağlı nəzərdə tutulan elektron xidmətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” hazırlanmışdır.

Yuxarıda göstərilənlərə əsasən

1. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən 2004-cü il 16 iyul tarixli qərarla təsdiq olunmuş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar” ləğv edilsin.

3. Qərar qəbul edildiyi gündən üç gün ərzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynova tapşırılsın.

Baş nazirin müavini -

Dövlətqaçqınkomun sədri Əli Həsənov

Bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir.

Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür.

Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır.

1.1. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir.

1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər.

1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir.

2.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir.

2.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs bu Qaydaların 2.4.-cü bəndində göstərilən sənədləri elektron və ya qeyri-elektron formada (bu Qaydalara əlavə olunmuş 1 və 2 nömrəli formaya uyğun olaraq) bilavasitə və yaxud Komitənin yerli nümayəndələri, Komitənin yerli nümayəndələri olmayan şəhər və rayonlarda isə icra hakimiyyəti orqanları vasitəsi ilə Komitəyə təqdim edir.

Ərizə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxslərin özü tərəfindən yazılmalı və imzası ilə təsdiq edilməlidir.

Şəxs sağlamlığına və ya digər səbəblərə görə özü müraciət edə bilmədikdə, o ərizəni səlahiyyətli nümayəndəsi (qəyyumu, vəkili və s.) vasitəsi ilə yaza və təqdim edə bilər.

2.3. Komitənin yerli nümayəndələri və yaxud şəhər və rayon icra hakimiyyətləri “məcburi köçkün” statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə 7 (yeddi) iş günü müddətində Komitəyə təqdim etməlidirlər.

2.4. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

2.4.1. Rayonun işğal zamanı yaşı 18-dən yuxarı olan kişilər üçün:

2.4.1.1. Ərizə forması;

2.4.1.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);

2.4.1.3. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri və ya Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.1.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.1.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.2. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmış və nikaha daxil olmamış qadınlar üçün:

2.4.2.1. Ərizə forması;

2.4.2.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

2.4.2.3. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.2.4. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.2.5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4 3. Rayonun işğalından əvvəl nikaha daxil olmuş qadınlar üçün:

2.4.3.1. Ərizə forması;

2.4.3.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

2.4.3.3. Nikah haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.3.4. Nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətləri (əsli ilə birlikdə);

2.4.3.5. Nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi halda ərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.3.6. Nikaha daxil olduğu şəxsin (ərinin) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.2.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.4. Rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları üçün:

2.4.4.1. Ərizə forması.

2.4.4.2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);

2.4.4.3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);

2.4.4.4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.4.5. Ərin (atanın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.4.6. Qadının və ərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.4.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.5. Rayonun işğalından əvvəl nikahı pozulmuş qadınlar və onların övladları üçün:

2.4.5.1. Ərizə forması;

2.4.5.2. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin surəti (əsli ilə birlikdə);

2.4.5.3. Uşağın doğum şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);

2.4.5.4. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.5.5. Qadının (ananın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.5.6. Qadının (ananın) məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.5.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.6. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün:

2.4.6.1. Ərizə forması;

2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə);

2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış.

2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.7. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl ailə başçısını (atanı) itirmiş şəxslər üçün:

2.4.7.1. Ərizə forması;

2.4.7.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.7.3. Atanın ölüm haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);

2.4.7.4. Ananın şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

2.4.7.5. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.7.6. Ananın məcburi köçkün düşməsi barədə sakini olduğu rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.7.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.8. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan əvvəl hər iki valideynini itirmiş şəxslər üçün:

2.4.8.1. Ərizə forması;

2.4.8.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə)

2.4.8.3. Valideynlərin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə birlikdə)

2.4.8.4. İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.8.5. Şəxsin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.8.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.9. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan sonra hər iki valideynini itirmiş şəxslər üçün:

2.4.9.1. Ərizə forması;

2.4.9.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.9.3. Valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surəti (əsli ilə birlikdə);

2.4.9.4. Valideynlərinin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.9.5. Valideynlərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.9.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.10. Rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış və başqa şəxslər tərəfindən övladlığa, himayəyə, qəyyumluğa götürülmüş şəxslər üçün:

2.4.10.1. Ərizə forması;

2.4.10.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

2.4.10.3. Övladlığa götürənin, himayəçinin və qəyyumun şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

2.4.10.4. Övladlığa, himayəyə və qəyyumluğa verilmə barədə müvafiq sənədin surəti (əsli ilə birlikdə);

2.4.10.5. Övladlığa, himayəyə və qəyyumluğa götürənin işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.5.10.6. Övladlığa, himayəyə və qəyyumluğa götürənin adına məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayışı;

2.5.10.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.11. Rayonun işğal zamanı hərbi qulluqda olan (həqiqi hərbi xidmət istisna olmaqla) şəxslərə və onun ailə üzvlərinə:

2.4.11.1. Ərizə forması;

2.4.11.2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

2.4.11.3. Doğum haqqında şəhadətnaməsi və nikahın surətləri (əsli ilə birlikdə);

2.4.11.4. Şəxsin (ərin, atanın) işğal zamanı xidmət keçdiyi hərbi hissənin işğal olunmuş rayonların ərazisində dislokasiyasını (yerləşməsi) özündə əks etdirən şəxsi işindən çıxarış;

2.4.11.5. Ananın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısının və ya müavini tərəfindən verilmiş arayışı;

2.4.11.6. Ananın işğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.11.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.4.12. Rayonun işğal zamanı ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan şəxslər üçün:

2.4.12.1. Ərizə forması;

2.4.12.2. Şəxsiyyət vəsiqəsinin və hərbi biletin surəti (əsli ilə birlikdə);

2.4.12.3. Ali, orta ixtisas və peşə təhsili müəssisəsinin diplomunun surəti (əsli ilə birlikdə);

2.4.12.4. Hərbi biletini itirmiş şəxslər işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış;

2.4.12.5. İşğal illərində tələbə olmuş şəxsin təhsil aldığı dövrdə müvəqqəti qeydiyyatda olduğu ünvanda tərtib olunmuş sənədin təsdiqlənmiş surəti (Forma-A və ya Forma-13);

2.4.12.6. Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

2.4.12.7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

2.5. “Məcburi köçkün” statusu almaq niyyətində olan şəxslər ərizədə aşağıdakıları göstərməlidirlər:

2.5.1. Məcburi köçkün düşdüyü şəhər, rayon, kənd;

2.5.2. Soyadı, adı, atasının adı;

2.5.3. Təvəllüdü və doğulduğu yer;

2.5.4. Hazırda müvəqqəti məskunlaşdığı ünvan;

2.5.5. Məcburi köçkün vəziyyətinə düşmə tarixi və səbəbi;

2.5.6. Ərizənin verildiyi tarix və imza.

Ərizə formasında göstərilən bütün suallara yığcam və dəqiq cavab verilməlidir.

2.6. “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə “məcburi köçkün” statusu verilməsindən imtina edilir.

2.7. “Məcburi köçkün” statusu verilməsi haqqında ərizə təqdim edən şəxsin ərizəsi, şəxsiyyətini təsdiq edən sənədlərinin surəti və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur.

3.1 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə (bundan sonra şöbə) ünvanlanır.

3.2. Şöbə 15 gün müddətində ilkin araşdırmaları apararaq şəxsə “məcburi köçkün” statusunun verilməsi üçün bu Qaydalarla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin olub-olmamasını müəyyənləşdirir. “Məcburi köçkün” statusu almaq istəyən şəxs bu Qaydalarla müəyyən edilmiş qaydada tələb olunan sənədləri təqdim edə bilmədikdə aidiyyəti dövlət qurumlarına sorğular verilir və bu zaman sənədin icra müddətinin axımı dayandırılır.

3.3. Şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir.

3.4. Şöbə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi haqqında qərarın qanunvericiliyə uyğunluğuna görə bilavasitə məsuliyyət daşıyır.

3.5. “Məcburi köçkün” statusu almış şəxslərə “məcburi köçkün” vəsiqəsi verilir və Komitənin aidiyyəti şöbəsi tərəfindən uçotu aparılır.

3.6. “Məcburi köçkün” vəsiqəsi Komitənin sədri tərəfindən bu barədə səlahiyyət verilmiş vəzifəli şəxs tərəfindən imza edilir və Komitənin gerbli möhürü ilə təsdiq edilir.

4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:

4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına;

4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına;

4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə;

4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra);

4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə;

4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;

4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara;

4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.

4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:

4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə.

4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına.

4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə.

4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə.

4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə.

4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

Azərbaycan Respublikası Qaçqınların

və Məcburi Köçkünlərin İşləri üzrə

_________________________________________________________________________________

________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

“_____” _______________201___cü il _______________________

_________________________________________________________________________________

_________________________şəhər (rayon) “məcburi köçkün” statusu üzrə Komissiyanın rəyi

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_______________________ M.Y.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “məcburi köçkün” statusunu müəyyənləşdirən bölməsinin rəyi

__________________________________________________________________________________

__________________________________________________________________________________

_________________________________________________________________________________

(sədr müavini): ___________________________________

Səlahiyyətli şəxs _______________________________

“____” ___________________201____cü il M.Y

Azərbaycan Respublikası Qaçqınların

və Məcburi Köçkünlərin İşləri üzrə

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

“_____” _______________201___cü il _______________________

Telefon nömrəsi __________________________

Şəxsin sənədləri tərəfimdən sənədlərinin (pasport, hərbi bilet, şəxsiyyət vəsiqəsi və digərlərinin) əsli ilə yoxlanıldı və ərizəsində göstərilən faktların doğruluğu müəyyən edildi.

Status sənədlərinin qəbul edilməsi üzrə

1. 9 sentyabr 2013-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201309090002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2013-cü il)

2. 16 noyabr 2020-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202001160001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 dekabr 2020-ci il)

3. 29 dekabr 2021-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112290001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2022-ci il)

4. 3 avqust 2022-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202208030001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2022-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver