AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyası
1. “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.
Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin rəisi
III dərəcəli dövlət miqrasiya
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 4 noyabr 2014-cü il tarixli 09 nömrəli Qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı: Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması, cavablandırılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39-43-cü maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 9.6-cı bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı"nın 33.1-ci bəndi;
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət).
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətə.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli.
2.2.1. Xidmət üzrə ödənişin əsası: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununun 14.15-ci və 14.15-1-ci maddələrinə əsasən:
2.2.1.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar bir iş günü müddətində verildikdə - 30 günədək 50 manat, 60 günədək 100 manat, üç iş günü müddətində verildikdə - 30 günədək 30 manat, 60 günədək 60 manat məbləğində;
2.2.1.2. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərar bir iş günü müddətində verildikdə - 30 günədək 30 manat, 60 günədək 60 manat, üç iş günü müddətində verildikdə - 30 günədək 15 manat, 60 günədək 30 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir;
2.2.2. Dövlət rüsumunun ödənilməli olduğu hesab:
2.2.2.1. Alan bank: Dövlət Xəzinədarlıq Agentliyi
2.2.2.2. Kod: 210 005
2.2.2.3. VÖEN: 140 155 5071
2.2.2.4. m/h: AZ41NABZ01360100000000003944
2.2.2.5. S.W.I.F.T. BİK: CTREAZ22
2.2.2.6. Alan müştəri: Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamenti
2.2.2.7. Hesab: AZ17CTRE00000000000002117131
2.2.2.8. VÖEN: 1602473621
2.2.2.9. Büdcə təsnifatının kodu: 142233
2.2.2.10. Büdcə səviyyəsinin kodu: 1
2.2.3. Ödəmə üsulları - bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet-ödəmə vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://az.e.migration.gov.az/Az%C9%99rbaycan+Respublikas%C4%B1nda+m%C3%BCv%C9%99qq%C9%99ti+olma+m%C3%BCdd%C9%99tinin+uzad%C4%B1lmas%C4%B1/s/468
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http://az.e.migration.gov.az/;
2.5.2. Elektron poçt: info@migration.gov.az;
2.5.3. Telefon: (+99412) 919.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən ərizə-anketə (1 nömrəli Əlavə) aşağıdakı sənədlər əlavə olunur və onların surətləri elektron formada təqdim edilir:
2.6.1.1. pasport və ya digər sərhədkeçmə sənədinin surəti;
2.6.1.2. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
2.6.1.3. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
2.6.1.4. 3,5x4,5 sm ölçüdə fotoşəkil;
2.6.1.5. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
2.6.1.6. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
2.6.1.7. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla).
2.6.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.
2.6.3. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.2-ci yarımbəndində qeyd olunan sənədin əslini təqdim etməlidir.
2.6.4. İstifadəçi Xidmətə gəldikdə bu reqlamentin 2.6.1.1-ci, 2.6.1.5-ci və 2.6.1.7-ci yarımbəndlərində göstərilən sənədlərin əslini təqdim edir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.5.1-ci yarımbəndində göstərilən internet ünvanına daxil olaraq “İş masası” sətrindən “Qeydiyyat” düyməsini sıxır. Açılmış pəncərədə qeydiyyat formasına müvafiq məlumatları daxil edir və pəncərənin sonunda “Qeydiyyat” düyməsini sıxmaqla istifadəçinin elektron poçt ünvanına məlumatların doğruluğunun təsdiq edilməsi üçün keçid göndərilir. İstifadəçi həmin keçidə daxil olur və “Müraciətlər” sətrindən “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” bölməsinə daxil olaraq “Onlayn Müraciət” düyməsini sıxır. Açılmış pəncərədə ərizə-anket formasını elektron xidmətin təqdim edildiyi internet ünvanından yükləyərək doldurur və bu reqlamentin 2.6.1-ci yarımbəndində tələb olunan sənədlərin skan edilmiş surətləri ilə birlikdə Xidmətə elektron formada təqdim edir.
3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.2.1.2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün Xidmətin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Sorğunun qeydiyyata alınması;
3.3.1.2. Sorğuya baxılması;
3.3.1.3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti olma müddətinin uzadılmasından imtina edilməsi haqqında qərarın qəbul olunması;
3.3.1.7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın doldurulması, çap edilməsi və əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilməsi;
3.3.1.8. Bu Reqlamentin 3.3.1.1-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Katibliyi, 3.3.1.2-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsi (bundan sonra – Şöbə), 3.3.1.7-ci yarımbəndində qeyd olunan inzibati əməliyyatın yerinə yetirilməsinə görə həmin baş idarənin İcazə vəsiqələrinin verilməsi bölməsi (bundan sonra – Bölmə) məsuliyyət daşıyır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Sorğu qəbul edildikdən sonra Xidmətin Katibliyində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Şöbəyə təqdim edilir.
3.3.2.2. Sənədlərə Şöbədə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 1 iş gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
3.3.2.3. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasından imtina edilir. Müvəqqəti olma müddətinin uzadılmasından imtina olunduqda bu barədə onların elektron poçtuna məlumat göndərilir.
3.3.2.4. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciəti müsbət həll edildikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilir və 2.6.1.1 - 2.6.1.7-ci yarımbəndlərdə qeyd olunan sənədlərlə birlikdə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın hazırlanması üçün Bölməyə göndərilir.
3.3.2.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın fərdi qaydada doldurulması “Əcnəbilər” və “Vətəndaşlığı olmayan şəxslər” informasiya resurslarında müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd, qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd), müvəqqəti olma müddətinin uzadılması barədə qərar və pasport üzrə toplanılmış məlumatlar əsasında Bölmə tərəfindən həyata keçirilir. Bu zaman məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində doldurulur.
3.3.2.6. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvəqqəti olma müddətinin uzadılması barədə qərarın çap edilməsini və onlara təqdim edilməsini Bölmə həyata keçirir.
3.3.2.7. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.
3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qeydiyyata alındığı tarixdən bu reqlamentin 1.7-ci bəndində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin nəticəsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması barədə qərar verildiyi halda isə qərarın təqdim edilməsinin tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna məlumat göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Xidmət həyata keçirir.
3.4.1. Nəzarətin forması:
3.4.1.1. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi;
3.4.1.2. Kargüzarlıq.
3.4.2. Nəzarətin qaydası:
3.4.2.1. Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.
3.4.2.2. Kargüzarlıq nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: Elektron xidmətlərin göstərilməsinə görə Xidmətin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi məsuliyyət daşıyır.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati qaydada verilən şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45-ci və 46-cı maddələrinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. İnzibati aktlardan məhkəmə qaydasında verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
“Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə 1 nömrəli Əlavə
Xahiş edirəm, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair müraciətimə baxasınız.
(Hereby I am asking you to consider my application on extension of the period of temporary staying in the Republic of Azerbaijan)
1. Soyadınız, adınız və atanızın adı
(Surname, name and patronymic)
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü
(If surname or name has been changed, please indicate reasons for its change, as well as its period of use)
2.1. əvvəlki soyadınız və ya adınız
(previous surname or name)
2.3. dəyişdirilmənin səbəbləri
3. Doğulduğunuz tarix (gün, ay, il)
(Date of birth (day, month, year)
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)
(Marital status (married, widowed, single)
7. Vətəndaşlıq mənsubiyyətiniz
8. Pasportunuzun və ya digər sərhədkeçmə sənədinizin (pasportu olmayan 18 yaşına çatmamış şəxsə münasibətdə doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin)
(Passport or other border crossing document (birth certificate or other document equal to it for persons under the age of 18 and not holding a passport)
8.2. seriyası və nömrəsi
8.3. verilmə tarixi (gün, ay, il)
(date of issue (day, month, year)
8.4. etibarlılıq müddəti (gün, ay, il)
(date of expiry (day, month, year)
9. Ölkədə olmağınıza əsas
(Grounds for staving in the country)
9.1.1. seriyası və nömrəsi
9.1.2. verilmə tarixi (gün, ay, il)
(date of issue (day, month, year)
9.1.3. etibarlılıq müddəti (gün, ay, il)
(date of expiry (day, month, year)
9.1.4. ölkədə qalma müddəti
(staying period in the country)
9.2. viza tələb olunmayan qaydada
(under visa - free regime)
9.2.1. ölkəyə gəldiyi vaxt (gün, ay, il)
(arriving date in the country (day, month, year)
10. Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq istədiyiniz müddət
(Intended period for extension of temporary staying period in the Republic of Azerbaijan)
10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir)
Period selected for consideration of your current application (failure to obtain the outcome of the application in time does not affect the amount of the state fee to be paid for the selected period)
11. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallardan hansı mövcuddur
(Cases for extension of temporary staying period in the Republic of Azerbaijan)
11.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda
(in case there is a need for urgent medical treatment of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan)
11.2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə
(in case of serious illness or death of any close relatives (residing in the Republic of Azerbaijan) of foreigners and stateless persons)
11.3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat əsaslandırılmış vasatət verdikdə
(in case there is a justified application on incompleteness of intended work by foreigners and stateless persons arrived in the Republic of Azerbaijan related with official necessity, submitted by the organization inviting those persons)
11.4. tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması
(in case emergency stop of foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan more than the period indicated on the visa)
11.4.1. nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə
(in case of natural disaster that hinders the traffic)
11.4.2. avtonəqliyyat vasitəsi (onun hissələri) sıradan çıxdıqda, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə)
(in case a vehicle (or its parts) is out of order or there is a need for repair as a result of road accident (if a relevant document is submitted)
11.4.3. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır)
(in case the persons crossing the territory of the Republic of Azerbaijan get sick (in this case, there should be a reference of a doctor certifying that the continuation of transit is dangerous for the health of the sick person)
11.5. əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda
(in case temporary staying period of father, mother, husband (wife), child, brother, sister of a foreigner or stateless person in the Republic of Azerbaijan is extended)
12. Əvvəl Azərbaycan Respublikasında nə vaxt olmusunuz və gəlişinizin məqsədi
(Your previous visit to the Republic of Azerbaijan and purpose of your visit)
13. Cinayət törətdiyinizə görə məhkum olunmusunuzmu və ya miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi
(Have you ever been convicted of any crime or involved into administrative liability for violation of the requirements of migration legislation)
13.3. hansı orqan tərəfindən
14. Müraciət şəxsin qanunvericiliyə müvafiq qanuni nümayəndəsi tərəfindən edilərsə, onun
(In case the application is submitted by legal representative: Information about him/her:)
14.1. soyadı, adı və atasının adı
(surname, name and/patronymic)
14.2. doğum tarixi və yeri
(date and place of birth)
(residential address)
14.6. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi
(series and number of identification document)
15. Hazırda yaşadığınız ünvan
(Present residential address)
16. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız
(Phone number (home, mobile, work) and e-mail address)
17. Ərizəyə əlavə edilən sənədləri sadalayın
(List of attached documents)
18. Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlərin və ya yalan məlumatların təqdim edilməsi Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmamasına, verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın isə ləğv edilməsinə səbəb olur
(I am aware that submission of fraudulent documents or falsified information for the purpose of extending temporary staying period in the Republic of Azerbaijan leads to the rejection to extend temporary staying period or cancellation of the issued decision on extension of the period of temporary staying in the Republic of Azerbaijan)
«____» __________________ 20___ il
İmza (Signature) ______________
Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)
(Official notes (for official use only)
Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı
(Application form and the attached documents received by and accuracy of filling out of the application form checked by)
________________________________________________________________________________
1. 27 fevral 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201502270001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2015-ci il)
2. 23 iyul 2015-ci il tarixli 18 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507230018, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2015-ci il)
3. 10 noyabr 2015-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511100025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il)
4. 20 iyul 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201707200019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 iyul 2017-ci il)
26 sentyabr 2017-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)
6. 06 dekabr 2017-ci il tarixli 24 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712060024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2017-ci il)
7. 7 noyabr 2019-cu il tarixli 05 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911070005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 noyabr 2019-cu il)
3 mart 2020-ci il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202003030002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2020-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI