1.1. Bu Təlimat “Sığorta haqqında”, “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasını müəyyən edir.
1.2. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində fiziki və huquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurduqları zərərlərin ödənilməsi məqsədilə aparılır.
1.3. Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması məcburidir.
1.4. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bu növ üzrə sığortanın aparılmasına razılıq (lisenziya) almış Azərbaycan Respublikasının sığortaçıları tərəfindən aparılır.
1.5. Nəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətlərinin icbari sığortası üzrə sığorta müqaviləsini bağlayarkən sığortaçını seçməkdə sərbəstdirlər.
1.6. Mülki məsuliyyətini sığorta etdirmiş nəqliyyat vasitəsi sahibləri sığorta olunan sayılırlar.
1.7. Mülkiyyətində nəqliyyat vasitəsi olan, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslər nəqliyyat vasitələrinin sahibləri hesab olunurlar.
1.8. Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştirak edən və mühərrikinin silindrinin həcmi 50 kub. sm. - dən artıq olan bütün nəqliyyat vasitələrinin (minik və yük avtomobilləri, mikroavtobuslar, avtobuslar, trolleybuslar və tramvaylar, motosiklet və motorollerlər, traktorlar və yol-tikinti maşınları və s.) sahiblərinin mülki məsuliyyəti icbari sığortaya cəlb edilir.
1.9. Yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, onların vərəsələri və hüquqi varisləri üçüncü şəxs hesab olunurlar.
Habelə yol hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsinin toqquşması nəticəsində zərər çəkənlərin hər biri digəri qarşısında üçüncü şəxs sayılır.
Aşağıdakılar üçüncü şəxs hesab olunmurlar:
- zərər vuran nəqliyyat vasitəsinin sahibləri və ya sürücüləri;
- öz ailə üzvlərinin (həyat yoldaşı, valideynləri, övladları, nəvələri) səhhətinə və ya əmlakına zərər vuran nəqliyyat vasitəsi sahibinin, yaxud sürücüsünün həmin ailə üzvləri;
- zərər vuran nəqliyyat vasitəsi sahiblərinin xidməti vəzifəsini yerinə yetirən işçisi.
1.10. Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır.
Paslanmadan çürümə, təbii fəlakətlər, hərbi əməliyyatlar, yaxud hərbi təlimlər, oğurlanma, idarə, müəssisə və təşkilatların daxili ərazisində onlara məxsus nəqliyyat vasitələrinin hərəkəti, yüklənmə və boşaltma, habelə yol-nəqliyyat hadisələri ilə bağlı olmayan digər hallar nəticəsində nəqliyyat vasitələrinə vurulan zərər sığorta hadisələrinə aid edilmir.
1.11. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
1.12. Azərbaycan Respublikasının hüdudlarından kənarda yol-nəqliyyat hadisələri baş verdikdə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi yerli sığortaçının müvafiq xarici ölkənin sığortaçısı ilə bağladığı müqavilə, yaxud Azərbaycan Respublikasının beynəlxalq sazişləri əsasında tənzimlənir.
Göstərilən müqavilə və sazişlərə uyğun olaraq xarici ölkələrin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə şəhadətnamələri qarşılıqlı surətdə etibarlı sayıla bilər.
2.1. Sığorta müqaviləsi mülkiyyətində nəqliyyat vasitəsi olan, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən və ya onu icarəyə götürən fiziki və hüquqi şəxslərlə onların şifahi, yaxud yazılı ərizələri əsasında bağlanır.
Bu məqsədlə aşağıdakı sənədlərin surəti sığortaçıya təqdim edilir:
a) Nəqliyyat vasitəsinin texniki pasportu;
b) Nəqliyyat vasitəsini idarə etmək huququnu təsdiq edən sənəd.
Sığorta müqaviləsini bağlayarkən sığortaçının nümayəndəsi qeyd olunan sənədlərdə nəqliyyat vasitəsi barədə qeyd olunan məlumatların (dövlət nömrə nişanı, mühərrik, şassi, kuzov nömrələri, oturacaqların sayı) nəqliyyat vasitəsinə uyğunluğunu yoxlayır.
2.2. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.
Azərbaycan Respublikasının ərazisinə müvəqqəti daxil olan xarici ölkələrin nəqliyyat vasitəsi sahibləri ilə sığorta müqaviləsi, onların Azərbaycan Respublikasının ərazisində olacaqları müddətdən asılı olaraq 1 aydan 11 ayadək müddətə bağlanır.
2.3. Azərbaycan Respublikasında qeydə alınmayan və yol hərəkətində iştirak edən xarici ölkələrin nəqliyyat vasitələrinin sahibləri respublikanın ərazisinə daxil olarkən etibarlı sayılan sığorta şəhadətnaməsini təqdim etmədikdə, mülki məsuliyyətləri müvafiq dövlət gömrük orqanında sığorta etdirilir.
Dövlət gömrük orqanında qeyd olunan nəqliyyat vasitəsi sahibləri ilə mülki məsuliyyətin icbari sığorta müqaviləsinin bağlanılması, həmin orqan ilə icbari sığortanın bu növü üzrə sığortanın aparılmasına dair müqavilə bağlamış sığortaçı tərəfindən həyata keçirilir.
2.4. Nəqliyyat vasitəsi satın alındığı gündən onun (xaricdə satın alındıqda Azərbaycan Respublikasının sərhədini keçdiyi gündən) sahibinin mülki məsuliyyəti sığortalanmış hesab olunur və sığorta olunanlar 15 gün müddətində sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəyirlər.
15 gün müddətində baş vermiş sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin səhhətinə vurulan zərərlər Mərkəzi Sığorta Ehtiyatından ödənilir.
2.5. Mülki məsuliyyətinin icbari sığortası müqaviləsi olan nəqliyyat vasitəsinin sahibi dəyişildiyi halda, onun yeni sahibi 15 gün müddətində sığorta müqaviləsini və ya şəhadətnaməsini öz adına rəsmiləşdirir.
Bu halda sığorta haqqının ödənilməsi tələb olunmur və yeni sahibin adına rəsmiləşdirilən sığorta şəhadətnaməsində müqavilənin başa çatma tarixi əvvəlki sığorta şəhadətnaməsində və müqaviləsində qeyd olunmuş tarixə uyğun müəyyən olunur.
2.6. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hesablanmış illik sığorta haqları, sığorta ödənişlərinin məbləğləri, nəqliyyat vasitəsinin və zərərin növündən asılı olaraq “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada aşağıdakı cədvəldə göstərilən məbləğlərdə ödənilir:
Nəqliyyat vasitələrinin Növləri
Sığorta ödənişlərinin məbləğləri
Sığorta haqqı (illik)
Səhhətə və ölümə görə
Şəxsi minik avtomobilləri
Hüquqi şəxslərə məxsus minik avtomobilləri
Oturacaq yerləri 8-14-ə qədər olan avtobuslar
Oturacaq yerləri 15-26-ya qədər olan avtobuslar
Oturacaq yerləri 26-dan artıq olan avtobuslar
Traktorlar və yol tikinti maşınları
Tramvay və trolleybuslar
Motoroller və motosikletlər
2.7. Sığorta haqqı bir dəfəyə ödənilir və hissə-hissə qəbul edilməsi qadağandır.
2.8. Azərbaycan Respublikası ərazisinə müvəqqəti daxil olan nəqliyyat vasitələrinin sahibləri bir ildən az olan müddətə bağladıqları sığorta müqavilələri üzrə sığorta haqlarını illik haqqın aşağıdakı miqdarında ödəyirlər:
1 ay üçün - 25%; 2 ay üçün - 35%;3 ay üçün 40%; 4 ay üçün - 50%; 5 ay üçün - 60%; 6 ay üçün - 70%; 7 ay üçün - 75%; 8 ay üçün -80%; 9 ay üçün - 85%; 10 ay üçün - 90%; 11 ay üçün - 95%.
2.8.1. Sığorta müqaviləsi üzrə tam olmayan ay üçün sığorta haqqı tam ayın haqqı kimi ödənilir.
2.9. Nəqliyyat vasitəsi sahibləri öz mülki məsuliyyətlərini icbari sığorta üzrə müəyyənləşdirilmiş sığorta məbləğlərindən artıq məbləğdə sığortalamaq hüququna malikdirlər. Bu halda sığorta haqlarının və sığorta məbləğlərinin miqdarı sığortaçı ilə sığorta olunan arasında bağlanan müqavilədə müəyyənləşdirilir.
2.10. Sığorta haqqı sığorta olunan tərəfindən nağd şəkildə, yaxud köçürmə yolu ilə ödənilir.
Sığorta şəhadətnaməsinin surəti sığortaçıda saxlanılır.
2.11. Sığorta haqqı nağd şəkildə ödənildikdə sığortaçı (yaxud nümayəndəsi) sığorta olunana sığorta haqqının qəbul edilməsini təsdiq edən rəsmi sənəd (mədaxil qəbzi-forma 7-S) verir. Sığorta haqqı köçürmə yolu ilə ödənildikdə isə müqavilə bağlayan sığortaçının bankdakı hesablaşma hesabına köçürülür.
2.12. Sığorta haqqı manatla ödənilir.
2.13. Sığorta olunan sığorta haqqını nağd şəkildə ödədikdə ona həmin gün, köçürmə yolu ilə ödədikdə isə sığorta haqqının sığortaçının hesablaşma hesabına daxil olduğu gün sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edən sənəd-bu Təlimatla müəyyən olunmuş formada (1 nömrəli əlavə) sığortaçının sifarişi ilə nəşr olunmuş xüsusi müdafiə nişanı ilə qorunan “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” verilir.
2.14. Sığorta məbləği sığortaçı tərəfindən tam ödənildikdən sonra müqavilə üzrə sığortaçının öhdəlikləri başa çatmış hesab olunmaqla müqaviləyə xitam verilir. Bu halda sığorta etdirən sığorta haqqını ödəməklə yeni müddətə sığorta müqaviləsi bağlayır.
2.15. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
- sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;
- məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar qəbul etdikdə;
- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan digər hallarda.
2.16. Sığorta olunan hüquqi şəxs olduqda onunla bir neçə nəqliyyat vasitəsi üçün bir kompleks sığorta müqaviləsi bağlanıla bilər. Belə müqavilələr üzrə hər bir nəqliyyat vasitəsinə sığorta şəhadətnaməsi verilir.
Hüquqi şəxslər sığorta müqaviləsi bağlamaq üçün sığortaçıya təqdim etdikləri ərizədə (2 nömrəli əlavə) mülkiyyətlərində olan, yaxud icarəyə götürdükləri və yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin növü, markası və sürücüləri barədə məlumatları əks etdirirlər.
2.17. Sığorta haqqı nağd şəkildə ödənildikdə müqavilə sığorta haqqının ödənildiyi gün saat 24.00-dan, köçürmə yolu ilə ödənildikdə isə sığorta haqqının sığortaçının bankdakı hesablaşma hesabına daxil olduğu gün saat 24.00-dan qüvvəyə minir.
2.18. Sığorta olunan nəqliyyat vasitəsini bir il müddətində qəzasız idarə etdikdə yeni müddət üçün müqavilə bağlayarkən sığorta haqqından 10%, iki və daha artıq il üçün isə 20% miqdarında güzəşt verilir.
Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir hadisə baş verdikdə, yeni müddət üçün müqavilə bağlanarkən sığorta haqqı 10%, iki və daha artıq hadisə baş verdikdə isə - 20% miqdarında artırılır.
Yeni dövr üçün müqavilə bağlandıqda sığorta olunan əvvəlki sığorta şəhadətnaməsini sığortaçıya təqdim edir.
Güzəştin, yaxud əlavə sığorta haqqının ödənilməsinin tətbiq edilməsi üçün sığortaçı nəqliyyat vasitəsinin əvvəlki sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə qəzasız, yaxud qəza ilə idarə edilməsini araşdırmalıdır.
2.19. Sığorta haqlarından güzəşt verilməsi, yaxud əlavə sığorta haqqı alınması barədə sığorta şəhadətnaməsində sığortaçı tərəfindən qeydiyyat aparılır və təsdiq edilir.
2.20. Sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi zamanı düzəlişlərə və qaralama hallarına yol verilmir.
2.21. Sığorta şəhadətnaməsi itirildiyi halda, sığorta olunanın yazılı ərizəsinə əsasən ona sığorta şəhadətnaməsinin surəti verilir. Bu halda sığorta haqqının ödənilməsi tələb olunmur.
Sığorta şəhadətnaməsinin itirilməsi sığortaçıya sığorta ödənişi verməkdən imtina etməyə əsas vermir.
3.1. Yol - nəqliyyat hadisəsi baş verdikdə onun iştirakçıları (bu mümkün olmadıqda polis əməkdaşları) 3 iş günü müddətində müvafiq sığortaçıya məlumat verirlər.
3.2. Zərər vuran nəqliyyat vasitəsi sahibləri hadisə barəsində sığortaçılarına dərhal xəbər verə bilmədikdə hadisənin iştirakçıları (yaxud polis əməkdaşları) yaxınlıqdakı dövlət sığorta orqanına xəbər verməlidirlər. Bu halda dövlət sığorta orqanı təcili olaraq müvafiq sığortaçıya hadisə haqqında məlumat verir və zərərçəkənə həmin sığortaçının adını və ünvanını bildirir.
3.3. Sığortaçı sığorta hadisəsi haqqında məlumat aldıqdan sonra zədələnmiş əmlaka baxmaq üçün 24 saat ərzində öz nümayəndəsini göndərir.
Sığortaçı səhhətə dəymiş zərərə görə müvafiq sənədlərə və əmlaka baxış keçirərkən xəsarət və (və ya) zərərlərə dair müvafiq formada akt tərtib edir ( 3 nömrəli əlavə).
3.4. Akt sığortaçının nümayəndəsinin, yol-nəqliyyat hadisəsində iştirak edən şəxslər ilə bir nüsxədən ibarət tərtib edilir, onun tərtibində iştirak edən bütün şəxslər tərəfindən imzalanır və sığortaçıya təqdim edilir. Aktın düzgünlüyünə tərtib edən cavabdehdir.
4.1. Yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxsin əmlakına və ya səhhətinə vurduqları zərərin miqdarı səlahiyyətli orqanlardan alınan sənədlər nəzərə alınmaqla əmlaka və ya səhhətə vurulan zərər haqqında tərtib edilmiş aktda göstərilən məlumatlar əsasında müəyyən edilir.
4.2. Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsi ilə üçüncü şəxsin səhhətinə vurulan zərər, onun əmək qabiliyyətinin qismən və ya tam itirilməsi, əlil olması və ya ölümü; əmlakına vurulan zərər isə-üçüncü şəxsin mülkiyyətində olan, icarəyə götürdüyü, yaxud etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsinin, nəqliyyat vasitəsində olan sair əmlakının, habelə nəqliyyat vasitəsindən kənarda yerləşən hər-hansı əmlakının məhv olması, yaxud zədələnməsidir.
4.3. Səhhətə vurulan zərərin miqdarı müəyyən edilərkən üçüncü şəxsin əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi (əlil olması), ölümü, habelə zərər çəkənin hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilən xərclər nəzərə alınır. Yəni sığortaçı, üçüncü şəxsə (ölüm halında varislərinə) xəsarət dərəcəsinə uyğun olaraq bu Təlimatla müəyyənləşdirilmiş sığorta məbləği ilə yanaşı, onun tibb müəssisəsinə çatdırılması üçün çəkilən xərcləri də ödəyir.
4.4. Əmlaka vurulan zərərin miqdarı müəyyən edildikdə isə üçüncü şəxsin nəqliyyat vasitəsinin zədələnməsi və ya məhv olması, yolun və ya yol qurğularının zədələnməsi, fiziki və hüquqi şəxslərə məxsus olan sərvətlərin, əşyaların, digər əmlakın zədələnməsi və ya məhv olması Dövlət Yol Polisi orqanı, sığorta ekspertləri və digər səlahiyyətli orqanlar tərəfindən təsdiq edilir.
4.5. Nəqliyyat vasitəsinin işlək vəziyyətə gətirilməsi texniki cəhətdən mümkün olmadıqda, o, məhv olmuş sayılır.
4.6. Nəqliyyat vasitəsinin dəyəri, onun zədələnmiş və ya məhv olmuş hissələrinin dəyəri və təmir xərcləri ekspert (mütəxəssislər) tərəfindən hadisənin baş verdiyi günə bazar qiymətləri ilə müəyyən edilir.
4.7. İki və daha artıq şəxsin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir.
4.8. Əmlakın zədələnməsi, yaxud məhv olması ilə bağlı zərər hadisəyə məruz qalmış əmlakın dəyəri, yaxud onun bərpa olunması üçün birbaşa çəkilən xərclər (o cümlədən əmlakın hadisə yerindən aparılması üçün çəkilən xərclər), habelə zərər çəkənin xilas edilməsi ilə əlaqədar xərclərdən ibarətdir.
4.9. Sığorta hadisəsi ilə əlaqədar ölüm halında və ya səhhətə vurulan zərərə görə hər bir nəfərə sığorta ödənişi “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı faiz miqdarında müəyyən edilir:
- ölüm hallarında 100%
- 1-ci qrup əlil olduqda 80%
- 2-ci qrup əlil olduqda 60%
- 3-cü qrup əlil olduqda 40%
- ağır xəsarət aldıqda 30%
- yüngül xəsarət aldıqda 20%
4.10. Sığorta müqaviləsi üzrə tərəf hesab olunmayan, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən bütün fiziki və hüquqi şəxslər, habelə onların vərəsələri (hüquqi varisləri) üçüncü şəxs olmaqla sığorta hadisəsi nəticəsində vurulan zərər məbləğinin ödənilməsini yuxarıda qeyd olunan Qanunla müəyyən edilmiş sığorta məbləği dairəsində sığorta müqaviləsi bağlamış sığortaçıdan, zərərin qalan məbləğini isə nəqliyyat vasitəsi sahibindən tələb etmək hüququna malikdirlər.
5.1. Sığorta ödənişi məbləği səhhətə və əmlaka vurulan faktiki zərər miqdarında, qanunla müəyyənləşdirilmiş məbləğlərdən artıq olmamaqla sığortaçı tərəfindən ödənilir.
5.2. Sığorta ödənişi vəsatət edənin ərizəsi və sığortaçının sorğusu ilə əlaqədar Dövlət Yol Polisi orqanının arayışı əsasında verilir (4 nömrəli əlavə).
5.3 Sığorta ödənişinin verilməsi üçün sığorta olunan və üçüncü şəxs (və ya üçüncü şəxsin hüquqi varisi) sığortaçıya ərizə ilə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
a) səhhətə vurulan zərərlə əlaqədar
1. Zərər çəkmiş şəxsin xəsarət alması barədə həkim rəyi;
2. Ölüm hallarında üçüncü şəxsin ölümünün yol-nəqliyyat hadisəsi nəticəsində baş verdiyini təsdiq edən məhkəmə-tibb eksperti, yaxud ölümün səbəbini müəyyən edən tibb müəssisəsinin rəyi və ya ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürəti və vərəsəlik hüququnu təsdiq edən sənəd;
3. Zərər çəkmiş şəxsin hadisə yerindən tibb müəssisəsinə aparılması üçün çəkilmiş xərcləri təsdiq edən sənəd.
b ) əmlaka vurulan zərərlə əlaqədar
1. Əmlakın zədələnməsi və ya məhv olması ilə əlaqədar onun hadisənin baş verdiyi yerdən aparılması ilə əlaqədar çəkilmiş xərcləri təsdiq edən sənədlər;
2. Əmlaka vurulan zərərin müəyyən edilməsi barədə ekspert (mütəxəssis) rəyi.
5.4. Sığortaçı eyni nəqliyyat vasitəsi ilə təkrar yol-nəqliyyat hadisələrinə görə sığorta məbləğinin ödənilməmiş hissəsi həddində məsuliyyət daşıyır.
5.5. Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 7 gün ərzində sığorta ödənişini verməli, yaxud ödəniş verməkdən imtina qərarı barədə imtinanın səbəblərini göstərməklə vəsatət edənə rəsmi məlumat verməlidir. Sığorta ödənişi üzrsüz səbəblərə görə gecikdirildikdə sığortaçı “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1.3-cü maddəsinə əsasən sığorta olunana hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,2%-i miqdarında dəbbə pulu (cərimə) ödəyir.
5.6. Sığorta ödənişi fiziki və hüquqi şəxslərə nağd şəkildə və ya köçürmə yolu ilə ödənilir.
5.7. Nəqliyyat vasitəsinə və digər əmlaka vurulan zərərin ödənilməsi, nəqliyyat vasitəsi, yaxud digər əmlak üzrə təmir (bərpa) işləri aparmış müəssisənin sığortaçıya təqdim etdiyi hesab-fakturanın ödənilməsi yolu ilə həyata keçirilir.
Təmir müəssisəsinin seçilməsi üçüncü şəxslə razılaşdırılır.
5.8. Şəxsi sığortanın növləri üzrə ödənilən məbləğlərdən asılı olmayaraq sığortaçı səhhətə dəymiş zərər üzrə müəyyən edilmiş sığorta məbləği miqdarında hər hadisə üçün faktiki zərəri ödəyir.
Sığorta hadisəsi ilə əlaqədar itirilən gəlir sığortaçı tərəfindən ödənilmir.
5.9. Zərərin faktiki məbləği ödəniş məbləğindən artıq olduqda fərq yol-nəqliyyat hadisəsi iştirakçılarının təqsiri dərəcəsindən asılı olaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsi sahibinin hesabına ödənilir.
5.10. Sığorta ödənişlərinin uçotu sığortaçılar tərəfindən aparılır.
5.11. Üçüncü şəxs ona vurulan zərər məbləğini nəqliyyat vasitəsinin sahibindən, yaxud “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş sığorta məbləği həddində onun sığortaçısından tələb edə bilər. Onlardan biri zərər məbləğini tam ödədikdə üçüncü şəxsin iddiası təmin olunmuş sayılır.
5.12. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxsə vurulan zərərin məbləği nəqliyyat vasitəsinin sahibi tərəfindən ödənildikdə sığortaçı həmin məbləği nəqliyyat vasitəsinin sahibinə (Qanunla müəyyən edilmiş sığorta məbləğləri həddində) ödəməyə borcludur.
Bu halda nəqliyyat vasitəsi sahibinin zərər məbləğini üçüncü şəxsə ödəməsi barədə və eləcə də üçüncü şəxsin və ya onun varisinin vurulmuş zərərə görə nəqliyyat vasitəsi sahibindən zərər məbləğini alması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi alınaraq sənədlərə əlavə olunur.
5.13. Zərər məbləği nəqliyyat vasitəsinin sahibi (sığorta olunan) tərəfindən üçüncü şəxsə ödənildikdə, sığortaçı aşağıdakı hallarda sığorta olunana sığorta ödənişi verməkdən imtina edir:
- sığorta olunan sığorta haqqını bu Təlimatla müəyyənləşdirilmiş qaydada ödəmədikdə;
- sığorta olunan üçüncü şəxsin əmlakına və səhhətinə qəsdən və ya cinayət törətmək qəsdi ilə zərər vurduqda;
- sığorta olunan sığorta müqaviləsinin şərtlərini pozduqda.
5.14. Nəqliyyat vasitəsi sahibinin düşünülmüş cinayət hərəkəti, yaxud sığorta müqaviləsinin şərtlərini pozması nəticəsində üçüncü şəxsin əmlakına və səhhətinə vurulmuş zərərin məbləği sığortaçı tərəfindən ödənildiyi halda, verilmiş sığorta ödənişi məbləği həmin nəqliyyat vasitəsinin sahibindən iddia (reqress) qaydasında alınır.
5.15. Sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və ya səhhətinə vurulan zərəri ödəməkdən imtina edir:
- üçüncü şəxs özünün düşünülmüş qəsd hərəkəti nəticəsində zərər çəkdikdə;
- üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda (bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir);
- üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə, yaxud onları yolda nəzarətsiz qoyduqda;
- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə.
5.16. Sığorta hadisəsi nəticəsində zədələnmiş əmlak sığortaçının nümayəndəsi tərəfindən baxış keçirilmədən bərpa edildikdə, sığortaçı sığorta olunana və ya üçüncü şəxsə sığorta ödənişi verməkdən imtina edə bilər.
5.17. Yol-nəqliyyat hadisəsi nəticəsində könüllü əmlak sığortası üzrə müqaviləsi olan sığortalının əmlakına zərər vurulduqda, zərər zərərçəkənin sığortaçısı tərəfindən ödənilir və sığorta ödənişini vermiş sığortaçıya zərər vuran nəqliyyat vasitəsi sahibinin sığortaçısından zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
5.18. Yol hərəkəti zamanı iki və daha artıq nəqliyyat vasitəsinin toqquşması nəticəsində vurulan zərərlərin ödənilməsi, yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitəsi sahiblərinin təqsirlilik dərəcəsindən asılı olaraq bu Təlimatın 1.9 bəndi ilə müəyyən olunmuş qaydada üçüncü şəxslər müəyyən edilməklə həyata keçirilir.
Öz maliyyə imkanlarını nəzərə almaqla maliyyə sabitliyini təmin etmək məqsədi ilə sığortaçılar nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə riskləri və sığorta haqlarını təkrar sığorta yolu ilə bölüşdürməlidirlər.
Bu halda sığortaçıların təkrar sığortaya verəcəkləri risklər 50%-dən az olmamaqla Azərbaycan Respublikasının sığortaçılarında, o cümlədən 25%-dən az olmamaqla Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində təkrar sığortalanmalıdır.
7.1. Sığorta olunanlar tərəfindən ödənilən sığorta haqlarının məbləği, “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə müvafiq surətdə təkrar sığortaya hesablanmış sığorta haqlarının məbləği çıxılmaqla aşağıdakı qaydada bölüşdürülür:
- sığorta ödənişi fonduna 70%
- ehtiyat fonduna 10%
- komisyon mükafatlar üçün 10%
- yol-nəqliyyat hadisələrinin qarşısının
alınması tədbirlərinə 5%
- mərkəzi sığorta ehtiyatına 5%
7.2. Sığorta ödənişi fondundan yalnız yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin səhhətinə və ya əmlakına vurulan zərər məbləğləri ödənilir.
7.3. İşlərin aparılması xərcləri üzrə ayrılmış vəsait müqavilə bağlayan sığorta agentlərinin əməyinin ödənilməsinə, işlərin aparılması xərclərinə və sığortaçıların idarə aparatının saxlanmasına yönəldilir.
7.4. Yol-nəqliyyat hadisəsinin qarşısının alınması tədbirlərinin maliyyələşdirilməsi üzrə sığortaçılar tərəfindən ayrılmış vəsait (daxil olan sığorta haqlarının 5 faizi) hər rüb növbəti ayın 20-nə qədər sığortaçılar tərəfindən Dövlət Yol Polisi orqanının müvafiq hesabına köçürülür.
7.5. Mərkəzi sığorta ehtiyatına sığortaçılar tərəfindən ayrılmış vəsait (daxil olmuş sığorta haqqı məbləğinin 5 faizi ) hər rüb növbəti ayın 20-nə qədər sığortaçılar tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq hesabına köçürülür.
Həmin ehtiyata ayrılmış vəsaitlər aşağıdakı məqsədlərə istifadə olunur:
- Naməlum nəqliyyat vasitəsi ilə üçüncü şəxslərin səhhətinə vurulan zərərlərin ödənilməsi;
- Nəqliyyat vasitəsi satın alındıqda sahibinin mülki məsuliyyəti 15 gün müddətində sığortalanmamış həmin nəqliyyat vasitəsi ilə üçüncü şəxslərin səhhətinə vurulan zərərlərin ödənilməsi;
- Sığortaçı, müflisləşməsi ilə əlaqədar sığorta ödənişi vermək iqtidarında olmadıqda üçüncü şəxslərin səhhətinə vurulan zərərlərin ödənilməsi;
- Sığorta hadisələrinin müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi.
8.1. Səhhətə və ya əmlaka vurulan zərərin miqdarının və sığorta ödənişi məbləğinin müəyyən edilməsi ilə əlaqədar olan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
8.2. Nəqliyyat vasitəsi sahibləri üçüncü şəxslər qarşısında öz mülki məsuliyyətlərini sığortalamadan nəqliyyat vasitəsini idarə etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada cərimə olunurlar.
8.3. Cərimə məbləğlərinin 85 faizi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində yaradılmış Mərkəzi Sığorta Ehtiyatına, 15 faizi isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanının hesabına köçürülür.
8.4. Nəqliyyat vasitəsinin sahibləri “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
8.5. Bu Təlimat dövlət qeydiyyatına alındığı gündən 15 gün sonra qüvvəyə minir.
Sığorta şaqqı _______________________________manat nağd alınmışdır
(sözlə yazılmalı) (köçürülmüşdür)
Sığorta haqqının ödənildiyi və ya köçürüldüyü tarix “____”____________200__il
Ödəmə tapşırığı və ya mədaxil qəbzinin N-si və tarixi_________________
Sığortaçı_____________________________________________________
M.Y. (adı, ünvanı, telefonu, faksı)
Sığortaçının nümayəndəsi__________________________________________________
(soyadı, adı, atasının adı)
1. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.
2. Mülki məsuliyyətin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat yaradılması, mühərrikli nəqliyyat vasitələri ilə yol-nəqliyyat hadisələri nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin ödənilməsi məqsədilə aparılır.
3. Mülkiyyətində nəqliyyat vasitəsi olan, nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən və ya onu icarəyə götürən fiziki və ya hüquqi şəxslər nəqliyyat vasitəsinin sahibləri hesab olunurlar.
4. Nəqliyyat vasitəsi sahibləri sığortaçını seçməkdə sərbəstdirlər.
5. Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir.
6. Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahiblərinin, yaxud sürücülərin üçüncü şəxslərin əmlakına və ya səhhətinə zərər vurduğu hallar sığorta hadisəsi sayılır.
7. Sığorta müqaviləsi bir il müddətinə bağlanır.
8. Sığorta haqqı fiziki və hüquqi şəxslər tərəfindən nağd şəkildə, yaxud köçürmə yolu ilə bir dəfəyə ödənilir.
9. Sığorta haqqı sığortaçıya nağd ödənilən, yaxud onun bankdakı hesabına daxil olan gün sığorta olunanın adına sığorta şəhadətnaməsi verilir.
10. Sığorta olunan nəqliyyat vasitəsini bir il və daha artıq müddət ərzində qəzasız idarə etdikdə yeni müddət üçün sığorta müqaviləsi bağlayarkən sığorta haqqından müvafiq olaraq 10% və 20 % miqdarında güzəşt verilir.
11. Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta olunanın təqsiri üzündən bir və ya daha çox hadisə baş verdikdə yeni müddət üçün müqavilə bağlanarkən sığorta haqqının məbləği müvafiq olaraq 10% və 20% miqdarında artırılır.
12. Nəqliyyat vasitəsi satın alındığı gündən (xaricdə satın alındıqda Azərbaycan Respublikasının sərhədini keçdiyi gündən) onun sahibinin mülki məsuliyyəti sığortalanmış hesab olunur və sığorta olunanlar 15 gün müddətində sığortaçı ilə müqavilə bağlamaqla sığorta haqqını ödəməlidirlər. Nəqliyyat vasitəsinin sahibi dəyişdiyi halda yeni sahib 15 gün müddətində sığorta şəhadətnaməsini öz adına rəsmiləşdirməlidir.
13. Yol-nəqliyyat hadisəsi baş verdikdə onun iştirakçıları 3 iş günü müddətində müqavilə bağladığı sığortaçıya (bu mümkün olmadıqda yaxınlıqdakı dövlət sığorta orqanına) və hadisənin baş verdiyi ərazi üzrə dövlət yol polisi idarəsinə (şöbəsinə) məlumat verirlər.
14. Müvafiq sənədlər alındıqdan sonra sığorta ödənişi məbləği sığortaçı tərəfindən 7 gün müddətində səhhətə və əmlaka vurulan zərər miqdarında, lakin icbari sığorta üzrə qanunla müəyyən edilmiş məbləğlərdən çox olmamaqla verilir.
15. Sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və səhhətinə vurulan zərər məbləğini ödəməkdən imtina edir:
- üçüncü şəxs özünün düşünülmüş qəsd hərəkəti nəticəsində zərər çəkdikdə;
- üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda (bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir);
- üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını otlaq sahəsinə sürdükdə, yaxud onları nəzarətsiz qoyduqda;
- üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə.
16. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
- sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
- sığortaçı sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə;
- sığorta müqaviləsi məhkəmənin qərarı ilə etibarsız hesab edildikdə;
- Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan digər hallarda.
17. Nəqliyyat vasitəsi sahibləri “Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
18. Bu sığorta ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Sığortaya cəlb olunan nəqliyyat vasitələri haqqında texniki məlumatları Sizə təqdim etməklə xahiş edirik ki, nəqliyyat vasitələri sürücülərinin mülki məsuliyyətini icbari qaydada sığortalamaqla onların adına sığorta şəhadətnaməsi verəsiniz.
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
cəmi_____________________________________________________________________________
siyahının tərtib edildiyi tarix “___” ________________ 200__il.
QEYD: Siyahı iki nüsxədən ibarət tərtib edilməklə yoxlandıqdan sonra ikinci nüsxəsi
hüquqi şəxsə qaytarılır. Sığorta haqqı tarixə salınmadan həmin gün sığortaçının kassasına,
bankdakı hesabına ödənilir, yaxud köçürülür.
Sığorta olunan_______________ Sığortaçı_______________
“____”_____________200 il tarixli ___N-li sığorta şəhadətnaməsi ilə sığortalanan
_____________________________________________________________ “____” “__________”
200__ il tarixdə saat ______________________________________________________________
_______________________________________________________________________ nəticəsində
________________________________________________________________ aşağıda göstərilən
Səhhətə, nəqliyyat vasitəsinə, yaxud digər əmlaka dəyən zərər
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Sığortaçının nümayəndəsi _______________
İştirak edən şəxslər:
________________________
________________________
(Sığortaçının adı və ünvanı)
________________________
______ ________ 200 il tarixli
________N -li sorğusuna
_______________________________________________________________________
bildirir ki,____ ________________200 il tarixdə, saat _________________dəqiqədə
_____________________________________________________ yol nəqliyyat hadisəsi
baş vermişdir____________________________________________________________
_______________________________________________________________________
_______________________________________________________________________
_____________________________________markası_____________________________________
(nəqliyyat vasitəsinin növü)
dövlət nömrə nişanı ________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
________________________ idarə etmişdir.
(ayıq vəziyyətdə, sərxoş vəziyyətdə )
Həmin kateqoriyada sürücülük vəsiqəsi _____________________________________________
_____________________________________ markası ____________________________________
dövlət nömrə nişanı________________________________________________________________
_________________________________________________________________________________
_______________________________________________________________________məxsusdur.
_________________________________________________________________________________
(sürücünün soyadı, adı və atasının adı, ünvanı və iş yeri)
__________________________________________________________idarə etmişdir.
________________________________________________ olmuşdur.
( ayıq vəziyyətdə, sərxoş vəziyyətdə)
Həmin kateqoriyada sürücülük vəsiqəsi _____________________________________________
3. Yol nəqliyyat hadisəsi zamanı dəyən zərər aşağıdakılardan ibarətdir:
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
1. 27 oktyabr 2005-ci il tarixli İ-128 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 10-11)