Qanunvericilik › Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.04.1998) › Tam mətn

Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.04.1998)

Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.04.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 624 nömrəli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 aprel 1998-ci il

1.1. Bu Qaydalar poçt xidməti məqsədi ilə nəqliyyat vasitələrindən istifadə olunmasını tənzimləyən hüquqi sənəddir.

1.2. Poçt rabitəsi müəssisələrinin müqavilə əsasında dəmiryolu, su, hava və avtomobil nəqliyyatı vasitəsi ilə bütün marşrutlar və istiqamətlər üzrə öz işçilərinin müşayiəti ilə, yaxud nəqliyyat təşkilatlarının cavabdehliyinə verilməklə poçt daşımaları təşkil etmək hüququ vardır.

1.3. Heç bir nəqliyyat müəssisəsi müntəzəm şəhərlərarası və beynəlxalq marşrutlarla poçt daşımaları üçün müvafiq müqavilə bağlanmasından imtina edə bilməz.

1.4. Müqavilələrin şərtləri müvafiq qanunvericilik aktlarına və bu Qaydalara zidd olmamalıdır.

1.5. Nəqliyyat müəssisələri (dəmiryolu, su, hava və avtomobil) onlara məxsus şəhərlərarası və beynəlxalq marşrutlar və istiqamətlər üzrə poçtun daşınması üçün poçt rabitəsi müəssisələrinin tələblərini birinci ödəməlidirlər.

1.6. Rabitə müəssisələrinə məxsus nəqliyyat vasitələrindən bu müəssisələrin razılığı olmadan kənar işlərdə, rabitəyə aid olmayan xidmətlər göstərilməsində istifadəyə yol verilmir.

1.7. Zədələnmiş rabitə şəbəkələrinin və rabitə qurğularının bərpası zamanı təxirəsalınmaz qəza-texniki işləri aparılarkən rabitə müəssisələrinə nəqliyyat növbəsiz verilir.

1.8. Yaşayış məntəqələrindən kənarda olan istifadəçilərə poçt göndərişləri onların işlədikləri müəssisə, idarə və təşkilatın hesabına və ya onlara məxsus nəqliyyat vasitələri ilə çatdırılır. Bu Qaydalar belə daşımalara şamil edilmir.

II. Avtomobİl nəqlİyyatından İstİfadə

2.1. Rabitə müəssisələrinə məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomaşınlar üzərində “Azərbaycan poçtu” yazısı olmalıdır. Bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Dövlət Yol Polisi (DYP) tərəfindən müvafiq qeyd aparılmalıdır.

2.2. Poçt daşımalarında avtomaşınların hərəkəti və dayanacağı qadağan edildiyi yerlərdə hərəkət etməsinə DYP tərəfindən verilmiş xüsusi buraxılış talonları olduqda icazə verilir.

III. Dəmİr yolu nəqlİyyatından İstİfadə

3.1. Azərbaycan Respublikasının bütün dəmir yolu istiqamətləri (xətləri) üzrə həm rabitə müəssisələrinin xüsusi vaqonlarından, həm də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin digər vaqonlarında (buraya sərnişin, sürət və poçt-baqaj qatarlarının vaqonları daxildir) poçtun daşınması həyata keçirilə bilər.

3.2. Poçt vaqonları qoşulan qatarların hərəkət cədvəlləri tərtib edilərkən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müqavilədə tərəf olan rabitə müəssisəsinin tələblərini nəzərə alır.

3.3. Poçt vaqonları qoşulan qatarların hərəkət cədvəllərində dəyişiklik edilməsi barədə, yəni cədvəlin tətbiq edilməsi vaxtından 5 gün əvvəl "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müqavilədə tərəf olan rabitə müəssisəsinə məlumat verməli və müqavilədə tərəf olan rabitə müəssisəsinin razılığı ilə həmin istiqamət üzrə hərəkət edən qatarlara poçt vaqonlarını qoşmalıdır.

3.4. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müqavilədə tərəf olan rabitə müəssisəsinin poçtdaşıma müəssisələrini qatarların hərəkət cədvəlləri ilə təmin etməlidir.

3.5. Müqavilədə tərəf olan rabitə müəssisəsi istismarda olan poçt vaqonlarını "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin texniki tələblərinə uyğun olaraq saz saxlamalıdır.

3.6. Müqavilədə tərəf olan rabitə müəssisəsi poçt vaqonlarını qatarlara qoşmaq üçün texniki cəhətdən saz vəziyyətdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhvil verir. Ümumi texniki nəzarət, onlara baxış keçirilməsi, o cümlədən texniki müayinə məntəqəsində lazım olan təmir işlərinin aparılması "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vəzifəsinə daxildir. Əgər poçt vaqonları rabitə müəssisəsinə məxsusdursa, onların təmiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rabitə müəssisəsinin öz vəsaiti hesabına həyata keçirilir.

3.7. İstismarda olan bütün poçt vaqonlarının qeydiyyatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin depoları tərəfindən aparılmalıdır.

3.8. Hərəkətdə olan poçt vaqonlarının texniki təhlükəsizliyini təmin etmək məqsədi ilə hər bir poçt vaqonunda poçt vaqonu briqadasından bir nəfər (bələdçi, elektrik montyoru, bələdçi poçtalyon) məsuliyyət daşıyır. Bu şəxs "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin texniki istismar təlimatlarını bilməli və buna əməl etməyə borcludur.

3.9. Poçt vaqonlarının qatara qoşulması və ya yolda açılması yalnız hərəkətin təhlükəsizliyi təmin edilmədikdə həyata keçirilə bilər.

3.10. Poçt-baqaj vaqonunda, poçtun daşınması üçün təchiz edilmiş sahə və orada olan avadanlıqlar və inventar dəmiryol şöbələri tərəfindən poçtdaşıma şöbələrinə aktla təhvil verilir və qəbul edildiyi andan rabitə müəssisəsi onun mühafizəsi üçün cavabdehlik daşıyır.

3.11. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən poçt daşınması üçün qatar qərargahının yerləşdiyi vaqonun 1-ci və ya 2-ci kupeləri ayrılır.

3.12. Mübadilə üçün ayrılmış çıxış qapısından “Poçt mübadiləsi” sözləri yazılmış lövhə asılmalıdır.

IV. Xüsusİ rabİtəyə məxsus nəqlİyyat vasİtələrİndən İstİfadə

4.1. Hava gəmilərinin dayanacaq yerlərinə xüsusi rabitə xidməti avtonəqliyyatının keçməsinə və xüsusi rabitə xidməti əməkdaşlarının gedişinə hüquq verən buraxılış vərəqələri lazımi sayda verilir.

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)

2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

3. 4 sentyabr 2009-cu il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 736)

4. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

8 may 2021-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 522)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver