Qanunvericilik › Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları (Maliyyə Nazirliyi, 04.05.2005) › Tam mətn

Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları (Maliyyə Nazirliyi, 04.05.2005)

Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları (Maliyyə Nazirliyi, 04.05.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu "Qaydalar" "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində sığorta agentlərinin fəaliyyət qaydalarım tənzimləyir.

2.1. Sığorta agenti (bundan sonra "agent") müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərən, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsi bağlayan təşkilatı-hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi və ya fiziki şəxsdir.

2.2. İkinci dərəcəli sığorta agenti sığortaçı ilə müqavilə əsasında agentlik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir. İkinci dərəcəli agentlərə sığorta müqavilələri bağlamaq və sığorta haqları qəbul etmək səlahiyyəti verilmir. Onlar sığortalanacaq obyektlər barədə sığortaçıya ətraflı məlumat verməklə yanaşı, sığorta olunanlara sığorta qaydaları üzrə izahatlar verir. kütləvi izahat işlərini təşkil edir və görülmüş işin müqabilində daxil olan sığorta haqlarından müqavilə ilə müəyyən edilmiş miqdarda komissiyon mükafatı alır.

3.1. Fiziki və hüquqi şəxs sığorta agentlərindən tələb olunan əsas şərtlər

3.1.1. Fiziki şəxs sığorta agentlərindən tələb olunan əsas şərtlər:

a) Azərbaycan Respublikasında yaşamalı və daimi qeydiyyatı olmalı;

b) minimum orta təhsilə malik olmalı;

c) mülkiyyət əleyhinə və ya iqtisadı fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət qulluğu mənafei və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafei əleyhinə olan cinayətlərin törədilməsinə görə məhkumluğu olmamalıdır;

3.1.2. Hüquqi şəxs sığorta agentlərindən tələb olunan əsas şərtlər:

a) İdarəetmə orqanı Azərbaycan Respublikasında yerləşməli;

b) sığorta agenti funksiyasını həyata keçirən hüquqi şəxslərin onun adından danışmaq və imza etmək səlahiyyəti verdikləri işçiləri (agentləri) bu "Qaydalar"ın 3.1.1-ci bəndi ilə müəyyən olunmuş şərtlərə malik olmalıdırlar.

3.1.3. Müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətinə malik olan fiziki şəxs sığorta agentlərindən tələb olunan digər şərtlər:

a) bu "Qaydalar"ın 3.1.1-ci bəndində tələb olunan şərtlərə malik olmalı;

b) hər hansı sığorta və ya təkrar sığorta təşkilatında ən azı bir il iş təcrübəsinə (sığorta agent fəaliyyəti daxil olmaqla) malik olmalı və ya Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (bundan sonra "nazirlik") təsdiq etdiyi tədris proqramı üzrə sığorta kursunu bitirmiş olmalıdır.

3.2. Sığorta agentlərinin səlahiyyətləri

3.2.1. Bu "Qaydalar"ın 3.1-ci bəndi ilə müəyyən olunmuş şərtlər nəzərə alınmaqla, sığorta agentlik xidməti üzrə səlahiyyətlər və məhdudiyyətlər sığorta agent xidməti haqqında müqavilə əsasında sığortaçı tərəfindən müəyyən edilir

3.2.2. Sığorta agentlərinə sığorta müqaviləsi bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyəti bu "Qaydalar"a əlavə edilmiş "Sığorta xidməti haqqında agent müqaviləsi" (Əlavə № 1) əsasında verilə bilər.

3.2.3. Sığorta agentləri yalnız onlara verilmiş səlahiyyət daxilində agentlik fəaliyyətini həyata keçirə bilərlər.

3.2.4. Sığorta agentləri müqavilə əsasında yalnız bır sığortaçıya sığorta agent xidməti göstərmək hüququna malikdirlər.

3.3. Müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətinə malik olan sığorta agentlərinin uçota alınması

3.3.1. Sığortaçı müqavilə bağladığı sığorta agentinin (müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyəti olan) uçota alınması üçün bu "Qaydalar"a əlavə edilmiş formada məlumatı (Əlavə № 2 ) agentlik müqaviləsinin bağlandığı tarixdən 10 (on) gün müddətində nazirliyə təqdim etməlidir.

3.3.2. Sığortaçı sığorta agentinin bu "Qaydalar"ın 3.1-ci bəndi ilə müəyyən olunmuş şərtlərə malik olmasını təsdiq edən aşağıdakı sənədlərin toplanmasını və saxlanılmasını təmin etməlidir:

3.3.2.1. Fiziki şəxs sığorta agentlərindən:

a) şəxsiyyət vəsiqəsinin və təhsili barədə sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

b) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bu "Qaydalar"ın 3.1.1-cı bəndinin "c" yarımbəndi ilə müəyyən olunmuş cinayətlərin törədilməsinə görə məhkumluğun olmamasını təsdiq edən arayışı.

3.3.2.2. Müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətinə malik olan fiziki şəxs sığorta agentlərindən:

a) 3.3.2.1 bəndinin "a" və "b" yarımbəndlərində müəyyən olunan sənədlər;

b) əmək kitabçasının surəti və ya əvvəllər hər hansı sığorta şirkətində sığorta agenti olması barədə arayış, yaxud nazirliyin təsdiq etdiyi tədris proqramı üzrə sığorta kursunu bitirməsini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

3.3.2.3. Hüquqi şəxs sığorta agentlərindən:

a) Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

b) sığorta agenti funksiyasını həyata keçirən hüquqi şəxslərin onun adından danışmaq və imza etmək səlahiyyəti verdikləri işçiləri və ya agentləri üçün 3.3.2.1. yarımbəndi ilə müəyyən olunan sənədlər.

3.3.3 Bu "Qaydalar"ın 3.1.-ci bəndi ilə müəyyən olunan şərtlərə cavab verməyən sığorta agentlərinin uçota alınmasından imtina edilir və müraciət edən sığortaçıya bu barədə imtinanın səbəbləri göstərilməklə rəsmi məlumat verilir.

3.4. Müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətinin ləğv edilməsi və uçotdan çıxarılma

3.4.1. Aşağıdakı hallarda sığorta agentinin müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyəti ləğv edilir:

a) Bu "Qaydalar"ın tələblərinə əməl edilmədikdə;

b) qəbul edilən sığorta haqları sığortaçının hesabına tam və vaxtında köçürülmədikdə;

c) səlahiyyətləri aşmaqla fəaliyyət göstərildikdə.

3.4.2. Sığortaçı müqavilə bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətini ləğv etmiş sığorta agentinin uçotdan çıxarılması barədə 7 (yeddi) gündən gec olmayaraq nazirliyə məlumat verməklə belə agentin uçotdan çıxarılması barədə müraciət edir.

3.4.3. Nazirlik sığorta agentinin uçotdan çıxarılması barədə müraciəti aldıqdan sonra sığorta agentlərinin uçotu jurnalında müvafiq yazılış aparır və bu barədə maraqlı tərəflərə 5 (beş) gün müddətində məlumat verir.

4.1. Aşağıda göstərilən hüquqi və fiziki şəxslərin sığorta agenti kimi fəaliyyət göstərmələri qadağandır:

a) bu "Qaydalar"ın 3.1-ci bəndi ilə müəyyən olunmuş şərtlərə cavab verməyən fiziki və hüquqi şəxslər;

b) Sığortaçının idarəetmə orqanının rəhbəri və üzvləri, müdiriyyət üzvləri və digər məsul işçiləri işlədikləri sığortaçının agenti ola bilməzlər. Bu tələb sığorta agentinin funksiyasını həyata keçirən banklara aid edilmir.

5.1. Sığorta agenti işə başlamazdan əvvəl ilk növbədə Azərbaycan Respublikasının "Sığorta haqqında" Qanununu və icbari sığorta ilə bağlı qanunlarını, həmçinin sığortaçının nazirlik tərəfindən fəaliyyət aparılmasına razılıq verilmiş sığortanın könüllü növləri üzrə qaydaları tam öyrənməli, ərizə və sığorta müqavilələrinin (şəhadətnamələrinin) düzgün rəsmiləşdirilməsini mənimsəməlidir.

5.2. Sığorta agenti bağladığı sığorta müqavilələri üzrə tarif dərəcələrini düzgün tətbiq etməklə bərabər, müvafiq sığorta qaydalarından irəli gələn tələb və şərtləri tam təfsilatı ilə sığortalılara izah etməlidir.

5.3. Hüquqi şəxs sığorta agentinin rəhbəri agentlikdə çalışan sığorta agentlərindən bu "Qaydalar"ın 5.1 və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir.

5.4. Müqavilə bağlamaq və ya sığorta haqqını qəbul etmək səlahiyyətinə malik sığorta agentləri qeyri-qanuni hərəkətləri nəticəsində sığortaçıya vurduqları zərərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

6.1. Sığorta agentləri sığortaçının verdiyi səlahiyyət daxilində ciddi hesabat qəbzləri ilə sığorta olunanlardan nağd qaydada sığorta haqlarını qəbul edə bilər. Sığorta haqlarının qəbul edilməsi barədə qəbzin əsli sığorta olunana, surəti isə sığortaçının mühasibatlığına təqdim olunur.

6.2. Sığorta haqlarının qəbulu barədə qəbzlərdə düzəliş və pozuntulara yol verilmir. Qəbzlər düzgün yazılmadıqda sığorta agenti qəbzin əsli və surətində "ləğv edilmişdir" yazmaqla sığortaçının mühasibatlığına hesabatla birlikdə təqdim etməlidir.

6.3. Sığorta şəhadətnamələri və ciddi hesabat blankı olan qəbzlər sığorta agentləri tərəfindən ardıcıl nömrələrlə istifadə olunmalıdır.

6.4. Sığorta şəhadətnamələrinin və ciddi hesabat qəbzlərinin sığorta agentlərinə imza edilməklə verilməsi sığortaçının mühasibatlığında xüsusi uçot jurnallarında aparılır.

7.1. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik xidməti göstərən sığorta agentlərinə

sığortaçı tərəfindən komissiyon mükafat ödənilir.

7.2. Sığorta müqaviləsi bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyəti verilmiş agentlər bır həftə ərzində qəbul etdikləri sığorta haqqlarından öz komissiyon mükafatları məbləğini çıxdıqdan sonra qalan hissəni ən geci növbəti həftənin son iş gününə qədər sığortaçıya verməlidirlər. Hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatının 2 faizi miqdarında dəbbə pulu ödənilir.

7.3. Bu "Qaydalar"ın 7.2-ci bəndinin tələbini pozmuş agentə sığortaçı tərəfindən rəsmi xəbərdarlıq edilir. Xəbərdarlıq edildiyi gündən bir il ərzində belə pozuntuya təkrar yol verilərsə, sığortaçının onunla bağladığı müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. Bu bənddə nəzərdə tutulmuş əsaslarla müqaviləsi ləğv edilmiş agentlər agentlik fəaliyyəti ilə məşğul ola bilməzlər.

7.2. Sığorta agentlərinə ödənilən komissiyon mükafatdan gəlir vergisi qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilir:

8.1. Sığorta müqaviləsi bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyətinə malik olan sığorta agentləri ardıcıl olaraq səhifələnmiş və sığortaçı tərəfindən təsdiq edilmiş aşağıdakı jurnalların aparılmasını təmin etməlidirlər:

8.1.1. Sığorta müqavilələrinin qeydiyyatı jurnalı (Əlavə №-3);

Bu jurnalda sığorta olunanın müraciət tarixi, sığorta olunanın adı (hüquqi şəxsin adı), soyadı, ünvanı, sığorta müqaviləsinin (şəhadətnaməsinin) nömrəsi və rəsmiləşdirilməsi tarixi, müqavilənin qüvvəyə minməsi və qüvvədən düşməsi tarixləri, sığortanın növü. sığorta haqqlarının ödənilməsi və tarixləri qeyd olunur.

8.1.2. Sığorta haqqlarının uçotu jurnalı (Əlavə №-4).

Bu jurnalda hər bir sığorta müqaviləsinə və əlavə sənədə aid sığorta haqqlarının qəbul edilmə və sığortaçılara ödənilmə tarixləri, sığorta haqqının ödənilən və ödənilməyən hissələri, sığortaçının mühasibatlığa təhvil verilmiş ləğv edilmiş (düzgün tərtib edilmədiyi və ya pozulmaya, düzəlişlərə yol verildiyi halda) sığorta şəhadətnamələrinin nömrəsi qeyd edilir.

Bu jurnal sığorta haqlarını qəbul etmək səlahiyyəti olan sığorta agentləri tərəfindən aparılır.

8.2. Jurnallar hər bır sığorta növü üçün ayrılıqda tərtib edilir.

9.1. Hüquqi şəxs kimi yaradılmış sığorta agentlərinin fəaliyyəti nazirlik və xidmət göstərdiyi sığortaçının təftiş komissiyası tərəfindən yoxlanıla bilər.

Sığorta agentlərinin iş fəaliyyətinin operativ yoxlanılması sığortaçının təsisçilərinin (payçılarının) qəbul etdikləri qərar və ya sığortaçının rəhbərinin tələbi ilə həyata keçirilir.

9.2. Sığorta agentlərinin gündəlik fəaliyyətinə cari nəzarət sığortaçının rəhbər işçiləri tərəfindən həyata keçirilir.

9.3. Sığorta agentlərinin fəaliyyətinin yoxlanılması zamanı agentlər qeydiyyat jurnallarını və zəruri sənədləri təqdim etməyə borcludurlar.

10.l. Müqavilə bağlamaq və sığorta haqqlarını qəbul etmək səlahiyyətinə malik olan sığorta agentləri bu səlahiyyətləri başqasına verə bilməzlər.

10.2. Sığorta agentlərinin sığortaçının adından heç bir formada ödəniş və ya ödənişlə əlaqədar avans ödəmək hüququ yoxdur.

11.1. Agentlər qüvvədə olan qanunvericiliyə, o cümlədən bu "Qaydalar"a uyğun olaraq və sığortaçı tərəfindən ona verilmiş səlahiyyət daxilində fəaliyyət göstərməyə, sığortalıların və təmsil etdikləri sığortaçının hüquq və mənafelərini qorumağa, onlara zərər vura biləcək hərəkətlərdən çəkinməyə, sığorta işi ilə əlaqədar qaydalara əməl etməyə, vəzifələrini xoş məramla və düzgün yerinə yetirməyə borcludurlar.

11.2. Agentlər sığortaçılara yalan məlumat və səhv tərtib edilmiş sənəd verməməlidirlər.

11.3. Agentlər öz fəaliyyətləri ilə bağlı elan, reklam və təbliğatlarda düzgün məlumatlardan istifadə etməlidirlər.

"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun və bu sahədə digər normativ hüquqi aktların tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş məsuliyyətə səbəb olur.

"Azərbaycan Respublikasında sığorta

agentlərinin fəaliyyət Qaydaları"na

________________________________ ______________________________

(müqavilənin tərtib edildiyi yer) (müqavilənin tərtib olunduğu tarix)

Bir tərəfdən ____________________________________________________________________

(sığortaçının adı və rəhbərinin S. A. A.)

şəxsində __________________________ digər tərəfdən _______________________________

(yerləşdiyi ünvan) (bundan sonra sığorta

_______________________________________________________________________________

agenti adlanacaq şəxsin S. A. A. (hüquqi şəxsin adı)

aşağıdakı şərtlər daxilində sığorta xidməti haqqında bu müqaviləni bağlayırlar:

Sığorta agenti "Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət qaydaları"na uyğun və bu müqavilə ilə müəyyən olunmuş səlahiyyətlər daxilində fəaliyyət göstərir.

2.1. Bu müqavilə ilə sığorta agentinə sığortaçının adından sığorta əməliyyatları aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış aşağıdakı sığorta növləri üzrə sığorta müqaviləsi bağlamaq və sığorta haqqı qəbul etmək səlahiyyəti verilir:

___________________________________________________________________________________

(sığorta növlərinin adı)

_____________________________________________________________________________________________

____________________________________________________________________________________

2.2. Sığorta agentinə

____________________________________________________________________________________

(______manat limit həddində və ya limit göstərilməməklə istənilən məbləğdə)

sığorta haqqı qəbul etmək hüququ verilir.

3.1. Sığorta agenti Azərbaycan Respublikasının "Sığorta haqqında" Qanununu və icbari sığorta ilə bağlı qanunlarını, həmçinin sığortanın könüllü növləri üzrə qaydaları mükəmməl öyrənməklə sığortanın mahiyyətini, aparılması qaydası və şərtlərini sığorta olunana izah edir, sığortaçının və sığorta olunanın hüquq və vəzifələrini izah etməklə sığorta müqaviləsini rəsmiləşdirir.

3.2 Sığorta müqaviləsinin şərtlərinə uyğun hesablanmış sığorta haqqını sığortalıdan nağd qaydada hissə - hissə və ya tara şəkildə ciddi hesabat blankı sayılan qəbz əsasında qəbul edir və qəbzin əslini sığorta olunana və surətini hesabat formasında sığortaçının mühasibatlığına təqdim edir.

3.3. Sığorta xidmətlərinin genişləndirilməsini və inkişaf etdirilməsini, fiziki və hüquqi şəxslərin həyatının və əmlak mənafelərinin sığortaya cəlb olunmasını təmin etmək məqsədilə sığortanın əhəmiyyəti barədə kütləvi izahat işlərini həyata keçirir.

3.4. Sığorta agenti fəaliyyəti zamanı sığortaçının mənafeinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

3.5. Sığorta agenti sığortaçının ona verdiyi səlahiyyət daxilində sığorta müqaviləsi bağlayarkən və sığorta haqqı qəbul edərkən sığorta qaydalarından irəli gələn tələbləri yerinə yetirməyə borcludur.

3.6. Sığorta xidmətinin həyata keçirilməsi ilə əlaqədar sığortaçı tərəfindən əmr və ya sərəncamla sığorta agentlərinin fəaliyyətinə hər hansı bir məhdudiyyət qoyularsa, bu halda sığorta agenti qoyulmuş məhdudiyyətə əməl etməlidir.

3.7. Sığorta agenti sığortalanma barədə təklifin qəbulu, sığorta riskinin seçilməsi, sığorta obyekti barədə məlumatın toplanması, müqavilənin rəsmiləşdirilməsi və sığorta işi ilə bağlı digər məsələləri dərindən öyrənməklə hərəkət etməyə borcludur.

3.8. Sığorta agenti sığorta müqaviləsini və sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi, sığorta haqqının nağd qaydada alınmasına dair qəbz yazarkən hər hansı bir düzəlişin edilməsinə yol verməməlidir. Düzəliş tələb olunan hallarda əvvəl rəsmiləşdirilmiş sığorta müqaviləsi (şəhadətnaməsi) və ya qəbz üzərində sığorta agenti tərəfindən "ləğv edilmişdir" qeydi aparılmaqla yenisi yazılmalı və bu barədə sığortaçıya hesabat verilməlidir.

3.9. Sığorta agenti bu müqavilənin qüvvədə olduğu müddətdə başqa sığortaçı ilə agentlik müqaviləsi bağlamamalıdır.

3.10. Sığorta agenti bu müqavilə ilə müəyyən olunmuş səlahiyyətləri başqasına verə bilməz.

3.11. Sığorta agenti səlahiyyəti olmadan və səlahiyyətindən kənar bağladığı müqavilələrə görə sığortaçıya dəyə biləcək zərərlərə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

4.1. Sığorta agenti fiziki və hüquqi şəxslərdən sığorta müqaviləsi bağlanması barədə yazılı və ya şifahi müraciət aldıqda sığorta olunana (sığorta etdirənə) sığortanın aparılması qaydasını və şərtlərini izah edir.

4.2. Sığorta müqaviləsinin bağlanmasına razılıq əldə edildikdən və ilk sığorta haqqı ödənildikdən sonra sığorta agenti müvafiq sığorta müqaviləsini (şəhadətnaməsini) rəsmiləşdirməklə sığorta olunana təqdim edir.

5.1. Sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqları sığorta olunan tərəfindən nağd və ya nağdsız hesablaşma yolu ilə ödənilə bilər. Sığorta haqqı nağd qaydada ödənildikdə, sığorta agenti sığorta haqqının qəbul edilməsi barədə müəyyən olunmuş formada qəbzi rəsmiləşdirməli və əslini sığorta haqqını ödəyən şəxsə təqdim etməlidir.

5.2. Nağd alınmış sığorta haqqı sığorta müqaviləsinin (şəhadətnaməsinin) ikinci nüsxəsini qəbzlərlə birlikdə hər həftənin sonuncu iş gününə qədər sığortaçıya təhvil verilməlidir.

5.3 Sığorta agenti sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqının sığortalı tərəfindən vaxtında və tam ödənilməsinə nəzarət etməklə bərabər, "Sığorta haqqlarının uçotuna dair jurnal"da müvafiq qeydiyyat aparmalıdır.

5.4. Sığorta agenti tərəfindən alınmış sığorta haqqları heç bir halda başqa məqsədlər üçün istifadə oluna bilməz.

6.1 Sığortaçı sığortanın hər bir növü üzrə sığorta agentinə ödəniləcək komissiyon faiz mükafatının həcmini müəyyən edir.

6.2 Sığorta agentlərinə komıssiyon faiz mükafatları sığorta agenti tərəfindən bağlanmış sığorta müqavilələri üzrə sığortaçının hesabına daxil olmuş sığorta haqqlarından sığortaçı tərəfindən müəyyən olunmuş faizlərlə ödənilir.

6.3. Sığorta agenti bağladığı sığorta müqaviləsi üzrə alınmış sığorta haqqından ona çatacaq (sığortaçı tərəfindən müəyyən edilmiş) komissiyon faiz mükafatını çıxmaqla yerdə qalan sığorta haqqı məbləğini ən geci növbəti həftənin son iş gününə qədər sığortaçıya təhvil verməyə borcludur. Əks təqdirdə hər gecikdirilmiş gün üçün sığortaçıya komissiyon mükafatın 2 faizi miqdarında dəbbə pulu ödəyir.

7.1. Sığortaçı istədiyi vaxt, o cümlədən ildə ______ dəfədən az olmayaraq sığorta agentinin həyata keçirdiyi əməliyyatları, ciddi hesabat blanklarmı və hesabatlarmı təftiş edə bilər.

8.1. Bu müqavilə __________________________________ müddətə bağlanmışdır.

8.2. Tərəflərdən biri digərinə müqavilənin vaxtından əvvəl ləğv olunması barədə 1 ay əvvəl rəsmi müraciət edə bilər.

8.3. Sığorta agentinin fəaliyyətində müqavilənin və "Sığorta agentlərinin fəaliyyət qaydaları"nın Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd həyata keçirilməsi aşkar edilərsə sığortaçı sığorta agenti ilə bağladığı müqaviləni dərhal ləğv edilməsi barədə qərar qəbul edə bilər.

Bu halda agentin işləri sığortaçı tərəfindən təftiş edilir.

8.4. Ləğv olunma səbəbindən asılı olmayaraq müqavilə hər hansı tərəfin təşəbbüsü ilə pozularsa, sığorta agenti sığortaçıya aid istifadə olunmuş və olunmamış sığorta şəhadətnamələrini, müqavilələri, qəbzləri, uçot və qeydiyyat jurnallarını sığortaçıya təhvil verməyə borcludur.

Bu müqaviləyə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilmədikdə məhkəmə yolu ilə həll olunur.

Bu müqavilə eyni məzmunda 2 nüsxədə tərtib edilməklə, bir nüsxəsi sığortaçıda və bir nüsxəsi sığorta agentində saxlanılır.

Sığortaçı Sığorta agenti

______________________ __________________________

______________________ __________________________

"Azərbaycan Respublikasında sığorta

agentlərinin fəaliyyət Qaydaları"na

Adı atasının adı, soyadı

Şəxsiyyət vəsiqəsinin nömrəsi və verildiyi tarix

18-ci m. 6,2 bəndində göstərilən cinayətlərə görə məhkumluğu

Dövlət qeydiyyat tarixi və nömrəsi

Rəhbərin adı, atasının adı, soyadı

Rəhbər vəzifəli şəxsin imzası _________________________

"Azərbaycan Respublikasında sığorta

agentlərinin fəaliyyət Qaydaları"na

"Sığorta müqavilələrinin qeydiyyatı jurnalı" aşağıdakı məlumatları özündə əks etdirməklə tərtib edilir:

1-ci sütunda bağlanmış sığorta müqavilələrinin qeydiyyata alınması üzrə sıra nömrələri;

2-ci sütunda sığorta müqaviləsi bağlamaq barədə sığorta etdirənin şifahi və ya yazılı müraciət tarixi;

3-cü sütunda sığortaçı ilə sığortanın ayrı-ayrı növləri üzrə sığorta müqaviləsi bağlamış sığortalının, yəni fiziki şəxsin familiyası, adı, atasının adı və yaşadığı ünvan, hüquqi şəxsin adı və yerləşdiyi ünvanlar;

4-cü sütunda sığorta müqaviləsinin bağlanmasını və sığortaçı tərəfindən sığorta məbləği üzrə sığorta Öhdəliyinin götürülməsi məsuliyyətini təsdiq edən və sığortaçı tərəfindən rəsmiləşdirilmiş sığorta şəhadətnaməsinin nömrəsi və tərtib edildiyi tarix;

5-ci sütunda sığorta müqaviləsinin qüvvəyə minməsi və qüvvədən düşməsi tarixləri;

6-cı sütunda müqavilə bağlanmış sığorta (icbari və ya könüllü) növlərinin adı;

7-ci sütunda sığorta müqavilələri üzrə hesablanmış sığorta haqqlarının sığortalı tərəfindən hansı müddətlərdə ödənilməsinə dair tarixlər (gün, ay və il);

8-ci sütunda sığortalı tərəfindən sığorta müqaviləsi üzrə faktiki ödənilmiş sığorta haqqları;

"Azərbaycan Respublikasında sığorta

agentlərinin fəaliyyət Qaydaları"na

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver