№ A-45 "29" _09_ 2000-ci il
Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərin sığortaya cəlb edilməsində, sığortanın inkişaf etdirilməsində kütləvi izahat işlərinin aparılmasında və sığorta müqavilələrinin bağlanmasında əsas rol oynayan sığorta agentlərinin iş fəaliyyətinin tənzimlənməsi məqsədi ilə və "Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin tələbinə əsasən
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə işlənilmiş "Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları" 29.09.2000-ci il tarixdən təsdiq edilsin:
2. Aparatın "Sığorta və təkrar sığortanın metodologiyası" şöbəsinin rəisi Ə.Q.İbrahimova tapşırılsın ki, təsdiq edilmiş Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları" Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılara və sığorta broker təşkilatlarına (brokerlərə) çatdırılmasına və bu əmrin icrasına nəzarət etsin.
3. Azərbaycan Respublikasında sığorta agentlərinin fəaliyyət Qaydaları" dövlət qeydiyyatına alındığı gündən 15 (on beş) gün sonra qüvvəyə minir.